Азярбайъан республикасынын тящсил назирлийи



Yüklə 3,79 Kb.

səhifə23/88
tarix17.09.2017
ölçüsü3,79 Kb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   88

67 
 
mövqeyi tutursa bir nida iĢarəsi, əgər 2-ci mövqeyi tutarsa iki nida iĢarəsi (!!), 
əgər 1-ci mövqeyi tutarsa üç nida iĢarəsi (!!!) qoyulur. Beləliklə onların sayı 
6 ola bilər, məsələn: 
                               !!! !!!    ! 
 
   
 
 S       S     S 
                               +       +     + 
                               6       0      7 
 
Hesab  olunur  ki,  ―!‖  iĢarəsi  nə  qədər  çox  olsa,  proqnoz  bir  o  qədər 
mənfidir.  əldə  olunmuĢ  testləĢdirmə  nəticələrini  nəzərə  almaqla  psixi 
vəziyyətlərin  tənzimlənməsi,  antogen  məĢqlər  üzrə  tədbirlər  təĢkil  etmək 
məqsədəuyğundur. Belə tədbirlərdən (digər metodikalarla birgə) sonra təkrar 
testləĢdirmə  həyəcanın,  gərginliyin  azalması  haqqında  informasiya  verə 
bilər. 
 
TestləĢdirmə  nəticələrinin  interpretasiyası  zamanı  sonuncu  –  8-ci 
mövqedə  (və  ya  4-cü  funksional  qrupda  ―-―  iĢarəli  iki  rəng  olduğu  halda) 
olan  rəngin  qiymətləndirilməsi  xüsusi  vacib  əhəmiyyətə  malikdir.  Əgər  bu 
mövqeyin  rəngləri  nida  iĢarələri  ilə  qeyd  olunublarsa,  deməli,  sınananlarda 
həyəcanlılıq vəziyyətinin inkiĢafı ehtimalı kifayət qədər böyükdür. 
 
Birinci  və  səkkizinci  mövqelərin  əlaqəsinə,  kompensasiyasının  olub  – 
olmamasına,  əgər  varsa  onun  normal  sxem  üzrə  qurulub  –  qurulmamasına 
diqqət verin. 
 
Ikinci və üçüncü mövqelərdə olan rənglərin  əlaqəsini də analiz etmək 
olar  (arzu  olunan  məqsəd  və  faktiki  situasiya).  Onların  arasında  konflikt 
varmı? Məsələn, ikinci mövqedə olan qırmızı rəng və üçüncü mövqedə olan 
boz  rəng  məqsəd,  motivlər  və  öz  vəziyyətinin  real  qiymətləndirilməsi 
arasındakı konflikti simvolizə edir. 
 
LyuĢer  testinin  nəticələrini  analiz  və  interpretasiya  edərək  əldə 
olunmuĢ  psixodiaqnostik  informasiyanı  sınaqdan  keçirilənlər  haqqında 
sənədlərin  öyrənilməsi  anketləĢdirmə,  müĢahidə,  müĢahidə  materialları  ilə 
müqayisə etmək lazımdır. ġəxsiyyəti ancaq bu cür hərtərəfli tədqiq etdikdən 
sonra həmin Ģəxsiyyət, onun psixoloji xüsusiyyətləri haqqında hər hansı bir 
ciddi rəy vermək olar. 
 
Eyni  Ģeyi  test  nəticələrinin  emosional  vəziyyətin,  gərginliyin, 
həyəcanlılığın  qiymətləndirilməsi  üçün  istifadə  perspektivləri  haqqında 
demək  olar.  Amma,  rəng  testinin  (birinci  mövqedə  6,  7,  0  №-li  rənglərin 
seçimi)  göstəriciləri  və  anketləĢdirmə,  müĢahidə  məlumatlarının  üst-üstə 
düĢməsi  sınananlarda  müxtəlif  neqativ  halların  inkiĢaf  etməsi  haqqında 
böyük əminliklə fikir söyləməyə imkan verir. 
 
 
 
 


68 
 
LyuĢer üzrə rəng cütlüklərinin  
Interpretasiyası 
 
Mövqe ―+ +‖ birinci rəng göydür 
 
 
+1  +2  (göy  və  yaĢıl)    -  məmnunluq,  sakitlik  hissi,  sakit  Ģəraitə  can 
atmaq, münaqiĢələrdə, stresslərdə iĢtirak etməkdən uzaq durmaq. 
 
+1  +3  (göy  və  qırmızı)  –  vəhdət  hissi,  sıx  əlaqələrə  aktiv  və  heç  də 
həmiĢə dərk edilməyən meyl. BaĢqaların diqqətinə olan tələbat. 
 
+1 +5 (göy və bənövĢəyi) – yüngül narahatçılıq, zərif əhatəyə tələbat, 
gözəlliyə meyl. 
 
+1  +6  (göy  və  qəhvəyi)  –  narahatlıq  hissi,  tənhalıq  qorxusu, 
konfliktlərdən, stressdən qaçmağa cəhd. 
 
+1  +7  (göy  və  qara)    -  neqativ  vəziyyət,  sakitliyə,  dincəlməyə  cəhd, 
özünə  qarĢı  münasibətdən  razı  qalmamaq,  situasiyaya  qarĢı  neqativ 
münasibət. 
 
+1 +0 (göy və boz) – neqativ vəziyyət, stressdən azad olmağa tələbat, 
sakitliyə, dincliyə can atmaq. 
 
Birinci rəng yaĢıldır 
 
 
+2  +1  (yaĢıl  və  göy)  –  pozitiv  vəziyyət,  tanınmağa,  müvəffəqiyyəti 
təmin edən faəliyyətə can atmaq. 
 
+2  +3  (yaĢıl  və  qırmızı)    -  müvəffəqiyyətə,  müstəqil  qərarlara, 
fəaliyyətdə maneələri aradan qaldırmağa aktiv can atmaq. 
 
+2 +4 (yaĢıl və sarı)  - yüngül narahatlıq, tanınmağa, populyarlaĢmağa 
can atmaq, təəssürat bağıĢlamaq arzusu. 
 
+2  +5  (yaĢııl  və  bənövĢəyi)  –  yüngül  narahatlıq,  tanınmağa, 
populyarlaĢmağa  can  atmaq,  super  təəssüratlar  arzulamaq,  öz  hərəkətlərinə 
qarĢı ətrafdakıların reaksiyasına çox böyük diqqət vermək. 
 
+2 +6 (yaĢıl və qəhvəyi) – məmnuniyyətsizlik, yorğunluq hissi, özünə 
qarĢı ətrafdakıların münasibətinin əhəmiyyətini yenidən dəyərləndirilməsi. 
 
+2 +7 (yaĢıl və qara) – inciklik, qəzəb hissi, münasibətlərdə qəddarlığa, 
avtoritet olmağa can atmaq. 
 
+2 +0 (yaĢıl və boz) – məmnuniyyətsizlik hissi tanınmağa can atmaq, 
təəssürat yaratmaq arzusu. 
 
Birinci rəng qırmızıdır 
 
 
+3  +1  (qırmızı  və  göy)  –  iĢlə  bağlı  həyəcanlılıq,  faəliyyətə, 
təəssüratlara, zövq almaqlara aktiv can atmaq. 


69 
 
 
+3  +2  (qırmızı  və  yaĢıl)  –  iĢlə  bağlı  həyəcanlılıq  məqsədə  aktiv  can 
atmaq,  bütün  çətinlikləri  aradan  qaldırmaq,  öz  fəaliyyətinin  yüksək 
qiymətləndirilməsinə can atmaq. 
 
+3  +4  (qırmızı  və  sarı)  –  iĢlə  əlaqədar  yüngül  həyəcanlanma,  Ģövq, 
optimizm, kontakt yaratmağa, fəaliyyət  sahəsini geniĢləndirməyə can atmaq. 
 
+3  +5  (qırmızı  və  bənövĢəyi)    -  yüksək  həyəcanlılıq,  heç  də  həmiĢə 
yerinə düĢməyən Ģövqlülük, təəssürat bağıĢlamağa meyllilik. 
 
+3  +6  (qırmızı  və  qəhvəyi)    -  neqativ  əhvali  –  ruhiyyə,  uğursuzluğa 
görə dilxorluq, əlveriĢli situasuyadan məhrum olmaq istəməmək. 
 
+3  +7  (qırmızı  və  qara)  –  neqativ  əhvali  –  ruhiyyə,  qəzəb,  əlveriĢsiz 
situasiyadan çıxmağa cəhd etmək. 
 
+3  +0  (qırmızı  və  boz)  –  məmnuniyyətsizlik  hissi,  riskli  fəaliyyətə 
istiqamətlənmə. 
 
Birinci rəng sarıdır 
 
 
+4  +1  (sarı  və  göy)  –  ümumiyyətlə  götürüldükdə  müsbət  əhvali  – 
ruhiyyə, pozitiv emosional vəziyyətə, qarĢılıqlı təmkinliyə can atmaq. 
 
+4  +2  (sarı  və  yaĢıl)  –  ümumiyyətlə  götürüldükdə  müsbət  əhvali  – 
ruhiyyə,  problemləri  həll  etmək  üçün  ilk  yollar  axtarmaq  arzusu, 
özünütəsdiqə can atmaq.  
 
+4  +3  (sarı  və  qırmızı)  –  bir  qədər  yüksək  olan  iĢgüzar  həyəcanlıq, 
geniĢ aktivliyə can atmaq. 
 
+4 +5 (sarı və bənövĢəyi) 
-  çox  da  böyük  olmayan  eyforiya, 
parlaq hadisələrə can atmaq, təəsürat yaratmaq arzusu. 
 
+4  +6  (sarı  və  qəhvəyi)  –  neqativ  əhvali  –  ruhiyyə,  dilxorluq  və 
emosional gərginliyi azlatmaq, dincəlmək tələbatı. 
 
+4 +7 (sarı və qara) 
-  çox  neqativ  əhvali  –  ruhiyyə,  bütün 
problemlərdən  uzaq  durmağa  can  atmaq,  zəruri,  lakin  bir  o  qədər  adekvat 
(uyğun gəlməyən) qərarların qəbul olunmasına meyl. 
 
+4+0  (sarı  və  boz)  -  neqativ  depressiv  əhvali  –  ruhiyyə,  xoĢagəlməz 
vəziyyətdən uzaqlaĢmaq cəhdi, bunu etmək üçün aydın olmayan təsəvvürlər. 
 
Birici rəng bənövĢəyidir 
 
 
+5 +1 (bənövĢəyi və göy) 
-  qeyri  –  müəyyən  əhvali  ruhiyyə, 
həmrəyliyə və harmoniyaya can atmaq. 
 
+5 +2 (bənövĢəyi və yaĢıl) – sayıqlıq, təəssürat yaratmağa can atmaq. 
 
+5  +3  (bənövĢəyi  və  qırmızı)  –  bir  qədər  həyəcanlılıq,  Ģövqlülük, 
təəssürat yaratmağa aktiv can atmaq. 
 
+5  +4  (bənövĢəyi  və  sarı)  -  əsəbilik,  fantaziyalara  qapılmaq,  parlaq 
hadisələrə can atmaq. 




Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   88


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə