Азярбайъан республикасынын тящсил назирлийи



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə27/88
tarix17.09.2017
ölçüsü3,79 Kb.
#529
1   ...   23   24   25   26   27   28   29   30   ...   88

78 
 
fəaliyyətinin müxtəlif sahələrini qavramaq enerjisi, özünə inam, ətrafdakıları 
nəzakətsizcəsinə  və  ağına-bozuna  baxmadan  sıxıĢdıraraq  ―özünə  yer 
eləmək‖  ya  da  hər  Ģeyi  bilmək  həvəsi,  ərafdakıların  mümkün  qədər  çox 
iĢində iĢtirak etmək, həyatda özünə yer tapmaq arzusu, öz fəaliyyətinə böyük 
maraq, cəsur təĢəbbüslər (buna uyğun olaraq detal – simvol: qanadlar və ya 
buynuzlar  və  s.).  Bəzəyici  detallar  –  nümayiĢkarlıq,  ətrafdakıların  diqqətini 
özünə  cəlb  etməyə  meyllilik,  sünilik  (məsələn,  at  və  ya  onun  tovuz 
lələklərindən düzəldilmiĢ baĢ bəzəyi kimi mövcud olmayan bənzəri). 
 
Quyruqlar.  Sınananın  öz  fəaliyyətinə,  qərarlarına,  nəicələrinə,  öz 
verbal məhsullarına münasibətini ifadə edir (bu quyruqların vərəqdə sola və 
ya  sağa  çevrilməsindən  asılı  olaraq).  Əgər  quyruqlar  sağa  çevrilibsə  -  öz 
fəaliyyətinə  və  davranıĢına,  sola  əyilibsə  öz  düĢüncələrinə,  qərarlarına, 
itirilmiĢ  imkanlara,  öz  qərarsızlığına  münasibətini  ifadə  edir.  Bu 
münasibətlərin  mənfi  və  ya  müsbət  ahəngdə  olması  quyruqların  yuxarı 
istiqamətlənməsi  ilə  (inamla,  müsbət  Ģəkildə,  günahkarcasına)  və  ya  aĢağı 
düĢən  vəziyətdə  (özündən  narazılıq,  öz  haqlılığın  Ģübhələnmək,  etdiyi 
hərəkətə, dediyi sözə görə təəssüflənmək, peĢmançılıq və s.) olması ilə ifadə 
olunur. 
 
Bir  neçə  hissədən  (bəzən  də  təkrarlanan),  ibarət  quyruqlara,  xüsusilə 
gur quyruqlara diqqət yetirin. 
 
Fiqurun konturu. Müxtəlif çıxıntıların (qın, qın zirehi, iynə) olması və 
ya  olmaması,  kontur  xətlərinin  aydın  çəkilməsi  və  ya  qaralanması  analiz 
olunur.  Əgər  bu  iti  bucaqlar  Ģəklində  çəkilibsə,  bu  ətrafdakılardan  aqressiv 
müdafiə deməkdir: əgər qaralanan  yerlər, ―çirklənmiĢ‖ kontur xətləri varsa, 
bu  qorxu  və  həyəcanla  müdafiə  deməkdir,  əgər  xətt  qoĢalaĢıbsa  ―sipərlər‖, 
qalxanlar  qoyulubsa  –  bu  qorxa-qorxa,  Ģübhələnərək  müdafiə  olunmaq 
deməkdir. Belə müdafiənin istiqaməti fiqurun müstəvidə yerləĢməsinə uyğun 
olur:  fiqurun  yuxarı  konturu  müdafiənin  yuxarıda  duranlara,  qadağan, 
məhdudiyyət  qoyan, məcburiyyəti həyata keçirən Ģəxslərə qarĢı,  yəni  yaĢca 
böyüklərə,  valideynlərə,  müəllimlərə,  rəislərə,  rəhbərlərə  qarĢı  olduğunu 
göstərir:  aĢağı  kontur  -  lağa  qoyulmaqlara,  düĢmənçiliyə  qarĢı  müdafiədir, 
aĢağı  vəzifədə  olanların,  kiçik  yaĢlıların  nüfuzunun  olmaması,  məzəmmət 
olunmaqdan  qorxmaq  deməkdir:  böyür  konturlar  –  müxtəlif  dərəcəli 
ehtiyatlılıq  və  müxtəlif  situasiyalarda  və  müxtəlif  üsullarla  müdafiəyə 
hazırlıq;  kontur  üzrə  deyil,  konturun  içində,  heyvanın  öz  korpusunda 
yerləĢdirilmiĢ ―müdafiə‖ elementləri də eyni Ģeyləri ifadə edirlər. ―sağdakılar 
–  daha  çox  fəaliyyət  prosesində  (real),  müdafiə,  soldakılar  –  daha  çox  öz 
fikirlərinin, əqidələrinin, zövqlərinin müdafiəsi deməkdir. 
 
Ümumi  enerji.  Təsvir  olunmuĢ  detalların  miqdarı  qiymətləndirilir  – 
düĢünülmüĢ  mövcud  olmayan  heyvan  haqqında  təsəvvür  yaratmaq  üçün 
ancaq  zəruri  miqdarda  olan  detallardan  (bədən,  kəllə,  ətraflar  və  ya  bədən, 
quyruq, qanadlar və s.) istifadə olunmuĢdur; detallar doldurulmuĢ konturlu, 


79 
 
Ģtrixsiz və əlavə xətlərsiz və hissələrsiz, sadəcə primitiv kontursuzmudur və 
ya  təkcə  zəruri  olan  deyil,  çoxlu  əlavə,  konstruksiyanı  mürəkkəbləĢdirən 
detallar  da  gen-bol  təsvir  olunmuĢdur.  Tərkib  hissələri  və  elementlər  (ən 
vacib  olanlardan əlavə olaraq) nə qədər  çox olsa, buna uyğun olaraq enerji 
də  yüksək  olur.  Əks  halda  burada  enerji  qənaəti,  orqanizmin  astenikliyi, 
xronik somatik xəstəliklər durur. (Eyni Ģey xarakter xətti – hörümcək toruna 
bənzəyən xətt, karandaĢı kağıza möhkəm basmadan ―kağız üzərində hərəkət 
elətdirmək‖ – ilə də təsdiqlənir). Əks xarakter xətti – basaraq çəkilmiĢ qalın 
xətt  – polyar deyil:  bu  enerji deyil, həyəcanlılıqdır. Kəskin  Ģəkildə basaraq 
çəkilmiĢ  xəttlərə  diqqət  verin,  onlar  hətta  vərəqin  arxa  hissəsində  yaxĢı 
görünürlər  (Ģəkli  çəkən  əlin  əzələlərinin  yüksək  tonuslu,  titrək  olması 
nəticəsində)  –  bu  kəskin  həyəcanlılıq  deməkdir.  Hansı  detalın,  hansı 
simvolun bu Ģəkildə çəkildiyinə diqqət verin (yeni həyəcanlılığın nəyə bağlı 
olduğuna). 
 
Xəttin  xarakterinin  qiymətləndirilməsi  (xəttin  təkrar  çəkilməsi, 
səliqəsizlik,  xətlərin  birləĢdirilməsində  qeyri-dəqiqlik,  bir-birinin  üstünə 
düĢən  xətlərin  üzərində  ―adacıqlar‖  rəsmin  bəzi  hissələrinin  qaraldılması, 
―çirklənməsi‖  saquli  oxdan,  xətlərin  stereotipliyindən  sapmaq  və  s.). 
Qiymətləndirmə piktoqramın analizində olduğu kimi aparılır. 
 
Xətlərin  və  formaların  fraqmentlərdən  ibarət  olduğu  zaman,  Ģəklin 
natamam və qırıq çəkildiyi zaman da eyni analiz aparılır. 
 
Tematik  heyvanlar  zəhimli,  hədələyici  və  neytral  olaraq  üç  yerə 
bölünürlər  (məsələn,  Ģir,  gərgədan,  canavar  və  ya  quĢ,  ilbiz,  qarıĢqa  və  ya 
dələ, it, piĢik kimi). 
 
Bu öz Ģəxsiyyətinə və öz ―Mən‖inə olan münasibətdir, özünün dünyada 
tutduğu  vəziyyət  haqqında  təsəvvürdür,  bir  növ  özünü  əhəmiyyətinə  görə 
kiminləsə  eyniləĢdirməkdir  (dovĢanla,  cücü  ilə,  fillə,  itlə  və  s.).  Adı  gedən 
halda Ģəkli çəkənin öz təmsilçisidir. 
 
Çəkilən  heyvanın  insana  bənzədilməsi,  heyvanın  dörd  və  daha  çox 
pəncə  əvəzində  iki  pəncə  üzərinə  qoyularaq  düz  yerimək  vəziyyətinə 
qoyulmasından  baĢlayaraq  heyvana  insan  paltarının  (Ģalvar,  ətək,  bant, 
kəmər,  paltar)  geyindirilməsinə  qədər,  heyvan  sifətinin  insan  üzünə, 
pəncələrinin  insan  əlinə-ayağına  bənzədilməsi  də  daxil  olmaqla 
infantillikdən,  emosional  cəhətdən  püxtələĢməməkdən  xəbər  verir,  həm  də 
heyvanın  ―insanlaĢma‖ dərəcəsinə uyğun olaraq.  Mexanizm  heyvanların  və 
onların  xarakterinin  nağıllarda,  hekayələrdə  və  s.  olan  alleqorik  mənasına 
uyğundur (paraleldir).  
 
Aqressivliyin  səviyyəsi  təsvirin  bu  və  ya  baĢqa  detalı  ilə  əlaqəsindən 
asılı olmayaraq Ģəkildə künclərin yerləĢməsi və xarakteri və miqdarı ilə ifadə 
olunur.  Bu  cəhətdən  aqressiyanın  birbaĢa  simvolları  olan  caynaqlar,  diĢlər, 
dimdiklər xüsusilə əhəmiyyətlidir. Insanabənzər fiqurda seksual əlamətlərin 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə