Азярбайъан республикасынын тящсил назирлийи



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə28/88
tarix17.09.2017
ölçüsü3,79 Kb.
#529
1   ...   24   25   26   27   28   29   30   31   ...   88

80 
 
(yelin,  əmcək,  sinə)  vurğulanmasına  diqqət  yetirmək  lazımdır.  Bu  cinsə 
münasibət, hətta seks problemində fiksasiya olunmaq deməkdir. 
 
Çevrə  fiquru  (xüsusilə  də  heç  bir  Ģeylə  doldurulmamıĢ)  qapalılığa 
tendensiyanı, daxili aləmin qapalılığını, özü haqqında ətrafdakılara məlumat 
vermək  istəməməyi  və  nəhayət  testləĢdirilməkdən  xoĢlanmamağı  göstərir. 
Belə Ģəkillər adətən analiz üçün çox az miqdarda məlumat verirlər. 
 
―Heyvanın‖ bədəninə mexaniki hissələrin quraĢdırılmasına – heyvanın 
postament,  traktor  və  ya  tırtılı,  üç  ayaq  üzərinə  qoyulması,  kəlləsinə 
propeller,  vint  qoĢulması;  gözlərinə  elektrik  lampalarının,  bədəninə  və 
ətraflarına  antena,  klaviĢ  və  qulp  taxılması  hallarına  diqqət  verin.  Bu 
Ģizofreniyalı xəstələrdə və dərin Ģizoidlərdə daha tez-tez müĢahidə olunur. 
 
Yaradıcılıq imkanları adətən fiqurda bir-birinə uyğun olan elementlərin 
miqdarı ilə ifadə olunur: bayağılıq, yaradıcılıq istedadının olmaması ―hazır‖, 
mövcud  ola  canlı  (insan,  at,  it,  donuz,  balıq)  formasını  alır,  hansına  ki, 
―hazır‖  mövcud  olan  detal  əlavə  olunur  ki,  Ģəkli  çəkilmiĢ  heyvan  mövcud 
olmayan olsun – məsələn, qanadlı piĢik, lələkli balıq, üzgəcli it və s. Fiqurun 
bütöv hazır hissələrdən deyil, elementlərdən qurulması orjinallığı ifadə edir. 
 
ġəklə verilən ad mənalı hissələrin rasional birləĢməsini ifadə edə bilər. 
(―Uçan dovĢan‖, begemot-piĢik‖, ―qarıĢqa-qurd‖). BaĢqa bir variant isə elmi, 
kitab sözlərinə latın sonluqlu əlavələr etməklə söz birləĢmələri düzəltməkdən 
ibarətdir  (―ratotelius‖  və  s.).  ―Birincisi  –  rasionallıq,  istiqamətlənmədə  və 
adaptasiyada  konkret  istiqamətlənmə;  Ġkincisi  isə  Ģəxsi  zəkasını, 
erudisiyasını,  biliklərini  göstərmək  üçün  nümayiĢkarlıqdır.  Bəzən  heç  bir 
mənası olmayan səthi səslərdən ibarət adlara (―lyaliye‖, ―liĢona‖, ―qrateker‖) 
rast gəlmək olur, hansılar ki, ətrafdakılara qarĢı yüngül münasibəti, təhlükə 
siqnalını  nəzərə  almağı  bacarmamağı,  təfəkkürün  əsasında  affektiv 
meyarların  durduğunu,  düĢüncələrdə  estetik  elementlərin  rasionalı 
üstələdiklərini göstərir. 
 
Ġroniyalı – yumoristik adlara da rast gəlmək olur (―rinoçurka‖, ―qovuq-
end‖  və  s.)  ki,  bu  ətrafdakılara  qarĢı  ironik  –  təkəbbürlü  münasibətin 
olduğunu göstərir. Infantil adlar adətən təkrarlanan elementlərdən ibarət olur 
(―tru-tru‖, ―lyu-lyu‖, ―kus-kus‖ və s.). 
 
Fantaziyalara  olan  meyllilik  (çox  vaxt  müdafiə  məqsədilə)  adətən 
uzadılmıĢ adlarla ifadə olunur. (aberosinotikliron‖, ―qlobarnikletamueĢiniya‖ 
və s.). 
 
 
 
 
 
 
 


81 
 
SAKS VƏ LEVĠNĠN “BĠTMƏMĠġ CÜMLƏLƏR” 
TƏDQĠQAT METODĠKASI 
 
Testə 15 qrupa bölünə bilən 60 bitməmiĢ cümlə daxildir. Bu cümlələr  
müayinə olunan Ģəxsin ailə ilə, özünün və əks cinsin nümayəndələri ilə, cinsi 
məsələlərlə,  xidməti  baxımdan  özündən  yuxarıda  duranlarla  və 
tabeçiliyindəkilərlə    olan  münasibətlər  sistemini  bu  və  ya  digər  dərəcədə 
xarakterizə  edirlər.  Cümlə  qruplarının  bəziləri  müayinə  olunan  Ģəxsin 
keçirdiyi qorxu və təlaĢ hissləri ilə, onun özünü günahkar bildiyi məsələlərlə 
bağlıdır və onun keçmiĢə, gələcəyə münasibətlərinə dəlalət edir, valideynləri 
və dostları ilə qarĢılıqlı münasibətlərinə, həyati məqsədlərinə aydınlıq gətirir. 
Hazırlıqsız  testləĢdirmə  sınaqdan  keçirilənin  Ģəxsiyyətindən  asılı 
olaraq 20 dəqiqədən bir neçə saata qədər  çəkə bilər. 
Təlimat:  ―Test  blankındakı  bitməmiĢ  cümlələr  bir,  yaxud  bir  neçə 
sözlə tamamlanmalıdır‖. 
Test blankı 
1. DüĢünürəm ki, mənim atam az-az hallarda  
_____________________________ 
2. Əgər siz mənim əleyhiməsinizsə, onda  
________________________________   
3. Mən həmiĢə istəyirdim ki,  
__________________________________________ 
 
 
 
 
 
 
 
4.Əgər mən rəhbər vəzifə tutsaydım 
_____________________________________ 
 5.Gələcək mənə -
____________________________________________________ 
6.Mənim müdiriyyətim       
____________________________________________ 
7.Mən bilirəm, bu axmaqlıqdır, ancaq qorxuram ki,  
_______________________ 
_____________________________________________________________ 
 
8.Mən uĢaq olanda              
___________________________________________ 
9.Mənim fikrimcə, əsl dost   
__________________________________________ 
10.Mənim üçün qadın (kiĢi) idealı odur ki,        
___________________________ 
11.Mən qadını kiĢi ilə birgə görəndə     
_________________________________ 


82 
 
12.BaĢqa ailələrin çoxu ilə müqayisədə mənim ailəm          
__________________ 
_____________________________________________________________
____ 
13.Mən ən yaxĢı _________________istəyirəm   
_________________________ 
14.Mənim anam və mən        
_________________________________________ 
15. Hər Ģeyi edərdim ki,   
__________________________________________ 
unuda bilim  _____________________ 
16.Əgər atam  istəsəydi
______________________________________________ 
17.Mənim kifayət qədər bacarığım var ki,     
______________________________         
____________________________________________________________ 
18. Çox xoĢbəxt olardım, əgər ___________________________________ 
_____________________________________________________________
____ 
19.Əgər kimsə mənim rəhbərliyim altında iĢləyirsə 
_________________________ 
_____________________________________________________________

20.Ümid edirəm ki
_______________________________________________ 
21. Məktəbdə mənim müəllimlərim 
____________________________________ 
_____________________________________________________________
____ 
22.YoldaĢlarımın çoxu bilir ki, mən  ______________________________ 
qorxuram  
________________________________________________________ 
23.Mən  ________________insanları sevirəm 
____________________________ 
24.Müharibədən əvvəl mən ___________________________                        
25.Fikrimcə, oğlan və qızların çoxu ____________________________ 
26.Mənə elə gəlir ki, evlilik həyatı 
____________________________________ 
27.Mənim ailəm mənimlə  _________________________kimi rəftar 
edir_______ 
__________________________________________       
28.Mənimlə iĢləyən adamlar ___________________________ 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə