Азярбайъан республикасынын тящсил назирлийи



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə31/88
tarix17.09.2017
ölçüsü3,79 Kb.
#529
1   ...   27   28   29   30   31   32   33   34   ...   88

89 
 
Açar 
1.Psixotizm Ģkalası: 
―yox‖ (―-―) cavabları: № 2, 6, 9, 11, 19, 39, 43, 59, 63, 67, 78, 100; 
―hə‖ (―+‖) cavabları: № 14, 23, 27, 31, 35, 47, 51, 55, 71, 85, 88, 93, 97. 
2. Ekstraversiya-introversiya  Ģkalası: 
―yox‖ (―-―) cavabları: № 22, 30, 46, 84; 
―hə‖ (+‖) cavabları: № 1. 3, 10, 15, 18, 26, 34, 38, 42, 50, 54, 58, 62, 66, 70, 
74, 77, 81, 90, 92, 96. 
3.Neytrotizm Ģkalası: 
―hə‖ (―+‖) cavabları: № 3, 7, 12, 16, 20, 24, 28, 32, 36, 40, 44, 48, 52, 56, 
60, 64, 68, 72, 75, 79, 83, 86, 89, 94, 98. 
4.Səmimilik Ģkalası: ―yox‖ (―-―) cavabları: № 4, 8, 17, 25, 29, 41, 45, 49, 53, 
57, 65, 69, 76, 80, 82, 91, 95 
―hə‖ (―+‖) cavabları: № 13, 21, 33, 37, 61, 73, 87, 99 
 
Alınmış cavabların şərhi 
 
Metodika  4  Ģkalaya  malikdir:  estraversiya-introversiya,  neyrotizm, 
psixotizm və yoxlanılanın səmimiliyini qiymətləndirmək üçün xüsusi Ģkala. 
 
Ayzenk  Ģəxsiyyətin  strukturunu  üç  amilin  toplusu  kimi  nəzərdən 
keçirirdi. 
 
1)  Ekstraversiya-introversiya.  Müəllifin  qeyd  etdiyinə  görə  fərdin 
ünsiyyətcilliyi,  çoxlu  tanıĢları  olması,  insanlarla  kontakt  yaratmağa  olan 
tələbatı-  tipik  ekstraverti  səciyyələndirən  cəhətlərdir.  Bu  tip  insan  ani 
duyğuların  təsiri  ilə  hərəkət  edir,  tez  özündən  çıxır.  O,  qayğusız,  optimist, 
həlim  xasiyyətli  və  Ģəndir.  Süstlükdənsə  hərəkli  olmağa  üstünlük  verir, 
təcavüzkarlığa meyllidir. Hiss və duyğularını ciddi nəzarətdə saxlaya bilmir, 
riskli hərəkətlərə meyllidir. Ona həmiĢə bel bağlamaq olmaz. 
 
Tipik  introvert  isə  sakit,  utancaq,  çəkingən  olur,  öz  daxili  aləminə 
qapanmağı  xoĢlayır.  Təmkinlidir  və  yaxın  dostlarından  baĢqa,  bütün  digər 
adamlarlardan  uzaq  qalır.  Öz  hərəkətlərini  və  atacağı  addımları  əvvəlcədən 
düĢünür və planlaĢdırır, qəfil yaranan istəklərə etibar etmir, hər hansı qərarın 
qəbul  edilməsinə  ciddi  yanaĢır,  hər  Ģeydə  səliqə-sahman  xoĢlayır.  Öz 
duyğularını nəzarətdə saxlamağı bacarır, onu özündən çıxarmaq o qədər də 
asan deyil. Bədbinliyə meylli olur, mənəvi normaları yüksək qiymətləndirir. 
 
 
2)  Neyrotizm  –  emosional  dayanıqlıq  ölçüsüdür.  ġəxsin  emosional  
cəhətdən dayanıqlıqlı və ya yaxud dayanıqlıqsız  (emosional sabitlik, yaxud 
qeyri-sabitlik) olmasını xarakterizə edir. Neyrotizm bəzi göstəricilərinə görə 
sinir sisteminin qeyri-sabitlik göstəriciləri ilə bağlıdır. Emosional dayanıqlıq 
adi  və  stress  vəziyyətlərində  fərdin  fəaliyyətinin  məqsədyönlülüyünün 


90 
 
saxlanmasını  ifadə  edən  xüsusiyyətdir.  Bu  xüsusiyyət  güclü  gərginliyin  və 
narahatlığın  olmaması,    yetkinlik,  əla  adaptasiya,  həmçinin  liderliyə 
meyllilik,  ünsiyyətcillik  kimi    əlamətlərin  olması  ilə  xarakterizə  olunur. 
Neyrotizm öz ifadəsini həddən artıq əsəbilik, dayanıqlıqsız,  pis adaptasiya, 
əhvali-ruhiyyənin sürətlə dəyiĢməsi (qeyri-sabitlik), günahkarlıq duyğusu və 
narahatçılıq,  təĢviĢ,  depresiv  reaksiyalar,  diqqətsizlik,  stress  Ģəraitində 
dayanıqsızlıq  kimi əlamətlərdə tapır. 
Neyrotizm  üçün    emosionallıq,  impulsivlik,  insanlarla  əlaqələrdə 
əsəbilik,  maraqların  dəyiĢkənliyi,  özünə  inamsızlıq,  qabarıq  ifadə  olunan 
həssaslıq,  tez  təsirlənmə,  qıcıqlanmağa  meyllilik  səciyyəvidir.  Neyrotik 
Ģəxslər  kənar  qıcıqlara  və  onları  doğuran  stimullara  qarĢı  qeyri-adekvat 
dərəcədə  güclü  reaksiya  verirlər.  Neyrotizm    Ģkalası  üzrə    göstəriciləri 
yüksək olan Ģəxslərdə stress Ģəraitində nevroz halları meydana çıxa bilər. 
 
 
3)  Psixotizm.  Bu  Ģkala  qeyri-sosial  davranıĢa  meyllilik,  qəlizlik, 
emosional reaksiyaların qeyri-adekvatlığı, yüksək konfliktlilik, kontakt qura 
bilməmək, eqosentriklik, eqoistiklik, laqeydlik kimi əlamətlərlə səciyyələnir. 
 
Ayzenkin  fikrinə  görə,  ekstraversiya  və  psixotizm  üzrə  yüksək 
göstəricilər  psixiatrik  baxımdan  isteriya  diaqnozuna,  introversiya  və 
neyrotizm  üzrə  yüksək  göstəricilər  isə  təlaĢlılıq  və  reaktiv  depressiya 
diaqnozuna uyğun gəlir. 
 
Neyrotizm  və  psixotizm  əlamətlərinin  qabarıq  ifadə  olunması 
müvafiq patalogiya növlərinə ―meyllilik ― kimi qiymətləndirilir. 
 
Ekstraversiya-introversiya Ģkalası üzrə yüksək göstəricilər ekstravert, 
aĢağı göstəricilər isə intravert tiplərə uyğun gəlir. 
 
Ekstro-introversiya Ģkalası üzrə orta göstəricilər: 7 – 15 bal. 
 
Neyrotizm Ģkalası üzrə orta göstəricilər: 8 – 16 bal. 
  
Psixotizm  Ģkalası üzrə orta göstəricilər: 5 – 12 bal. 
 
Əgər  səmimilik  Ģkalası  üzrə  balların  miqdarı  10-dan  yuxarıdırsa, 
müayinənin  nəticələri  səhih  sayılmır  və  yoxlanılan  Ģəxs  suallara  daha  açıq, 
səmimi cavab verməsi təklif edilir. 
 
Yüksək sinir fəaliyyəti fiziologiyasına aid məlumatları tədqiqata cəlb 
edən  Ayzenk  belə  bir  fərziyyə  irəli  sürür  ki,  Pavlovun  müəyyənləĢdirdiyi 
psixoloji güclü və zəif insan tipləri ekstravert və introvert Ģəxsiyyət tiplərinə 
çox yaxındır. 
Ġntro  və  ekstroversiyalar  mərkəzi  sinir  sisteminin  anadangəlmə 
xassələrində  müĢahidə  olunur.  Bu  xassələr  oyanma  və  tormozlanma 
proseslərinin  müvazinətini  təmin  edir.  Beləliklə,  ekstro-introversiya  və 
neyrotizm Ģkalaları üzrə tədqiqatın nəticələrindən istifadə etməklə Pavlovun 
təsnifatı  üzrə  Ģəxsiyyətin  temperament  göstəricilərini  müəyyən  etmək  olar. 
Pavlov  temperamentə  görə  Ģəxsiyyətin  dörd  klassik  tipini  təsvir  etmiĢdir: 
sanqvinik (mərkəzi sinir sisteminin əsas xassələrinə görə güclü, müvazinətli, 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə