Азярбайъан республикасынын тящсил назирлийи



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə58/88
tarix17.09.2017
ölçüsü3,79 Kb.
#529
1   ...   54   55   56   57   58   59   60   61   ...   88

173 
 
 ġəxsiyyətlərarası münasibətlərin tədqiqi zamanı əsasən iki faktor önə 
çıxır:  amirlik-tabelik  və  xeyirxahlıq-aqressivlik.  Məhz  bu  faktorlar 
Ģəxsiyyətlərarası  qavrayıĢ  prosesində  insan  haqqında  ümumi  təsəvvürü 
müəyyən  edir.  Bu  faktorlar  M.Arqayl  tərəfindən  Ģəxsiyyətlərarası  davranıĢ 
stilinin  təhlili  zamanı  əsas  komponentlər  kimi  göstərilmiĢ  və  mahiyyətinə 
görə Ç.Osqudun semantik differensialının üç oxundan ikisi (qiymətləndirmə 
və  güc)  ilə  əlaqələndirilə  bilər.  B.Beylzin  rəhbərliyi  altında  Amerika 
psixoloqlarının çoxillik tədqiqatlarında qrup üzvünün davranıĢı iki dəyiĢənin 
əsasında  qiymətləndirilir.  Bu  dəyiĢənlər  üç  oxun  (amirlik-tabelik, 
xeyirxahlıq-aqressivlik,  emosionallıq-analitiklik)  yaratdığı    üçölçülü 
məkanda  təhlil olunur. 
T.  Liri  əsas  sosial  istiqamətləri  təsvir  etmək  üçün  Ģərti  olaraq 
sektorlara  bölünmüĢ  dairə  Ģəklində  sxem  iĢləyib  hazırlamıĢdır.  Bu  dairədə 
üfüqi və Ģaquli oxlar boyunca dörd istiqamət iĢarələnmiĢdir: amirlik-tabelik, 
xeyirxahlıq-düĢmənçilik.  Öz  növbəsində  bu  sektorlar    fərdi  münasibətlərə 
uyğun  olaraq  daha  səkkiz    hissəyə  bölünmüĢdür.  Daha  dəqiq  təsvir  üçün 
dairəni  16  sektora  bölürlər.  Lakin  əksər  hallarda  iki  əsas  oxa  nisbətən 
istiqamətlənən oktantlardan istifadə olunur. 
T.  Lirinin  sxemi  belə  bir  təsəvvürə  əsaslanır  ki,  sınaqdan  keçirilən 
Ģəxsin  nəticələri  dairənin  mərkəzinə  nə  qədər  yaxın  olarsa,  bu  2  dəyiĢənin 
qarĢılıqlı  əlaqəsi  də  bir  o  qədər  güclü  olar.  Hər  bir  istiqamətin  ballarının 
cəmi  Ģaquli  (amirlik-tabelik)  və  üfüqi  (xeyirxahlıq-düĢmənlik)  oxlarının 
üstünlük  təĢkil  etdiyi  indeksə  çevirilir.  Alınan  göstəricilərlə  çevrənin 
mərkəzi  arasındakı  məsafə  interpersonal  davranıĢın  adaptivliyini  və  ya 
ekstremallığını göstərir. 
Sorğu vərəqi 128 qiymətləndirici müddəadan ibarətdir. Bunlardan hər 
8  münasibət tipinin hər birində yüksələn intensivlik üzrə sıralanmıĢ 16 bənd 
yaranır.  Metodika  elə  qurulmuĢdur  ki,  hər  hansı  bir  münasibət  növünün 
müəyyənləĢdirilməsinə  yönəlmiĢ  müddəalar  ardıcıl  olaraq  deyil,  xüsusi 
Ģəkildə  yerləĢirlər:  onlar  dörd-dörd  qruplaĢdırılır  və  müəyyən  sayda 
təyinlərdən sonra təkrarlanırlar. Sorğu materialı üzərində iĢ zamanı hər tipin 
münasibətlərinin miqdarı hesablanır. 
T.  Liri  metodikadan  insanların  müĢahidə  edilən  davranıĢını 
qiymətləndirmək  üçün  (yəni    ―kənardan‖    qiymətləndirilən  davranıĢı), 
özünüqiymətləndirmə üçün, yaxın adamların qiymətləndirməsi, ideal ―mən‖-
in təsviri üçün istifadə etməyi təklif etmiĢdir. Diaqnostikanın bu səviyyələri 
ilə müvafiq olaraq cavab üçün təlimat dəyiĢir. 
Səviyyənin maksimal qiyməti 16 baldır, amma o, münasibətlərin ifadə 
olunmasının 4 dərəcəsinə bölünmüĢdür: 
 
0-4 bal – aĢağı 
adaptiv davranıĢ 
5-8 bal – opta 


174 
 
9-12 bal – yüksək 
ektremal davranıĢ 
13-16 bal – ekstremal 
patologiya 
 
Müxtəlif 
diaqnostik 
istiqamətlər 
Ģəxsiyyətin 
tipini 
müəyyənləĢdirməyə,  habelə  ayrı-ayrı  aspektlər  üzrə  məlumatları  müqayisə 
etməyə  imkan  verir.  Məsələn,  ―sosial  ―mən‖,  ―real  ―mən‖,  ―mənim 
partnyorlarım‖ və s. 
 Metodika  respondentə  ya  siyahı  (əlifba  sırası  ilə  və  ya  təsadüfi 
Ģəkildə),  ya  da  ayri-ayrı  kartlarda  təqdim  oluna  bilər.  Ona  özü  haqqında 
təsəvvürlərə  uyğun  olan,  baĢqa  insana  və  ya  onun  idealına  aid    olan 
müddəaları  qeyd etmək təklif olunur.  
Nəticədə  sorğu  vərəqinin  xüsusi  ―açarı‖  vasitəsilə  hər  oktant  üzrə 
balların  hesablanması  aparılır.  AlınmıĢ  ballar  diskoqrama  köçürülür  və  bu 
zaman dairənin mərkəzindən olan məsafə həmin oktant üçün balların sayına 
uyğun  gəlir  (0-16).  Vektorların  ucları  birləĢdirilir  və  Ģəxsiyyət  profilini 
əmələ gətirir. 
amirlik               
 
 
                                                                
aqressivlik  
xeyirxahlıq 
 
 
 
 
 
 
 
 
tabelilik 
 
 
Ġki  əsas  faktor  olan  amirlik  və  xeyirxahlıq    üzrə  xüsusi  formullar 
vasitəsilə göstəricilər müəyyənləĢdirilir. 
Amirlik = (I-V) + 0,7 x (VIII+II-IV-VI) 
Xeyirxahlıq = (VII-III) + 0,7 x (VIII-II-IV+VI) 
AlınmıĢ məlumatın keyfiyyətli təhlili müxtəlif insanların təsəvvürləri 
arasındakı fərqi nümayiĢ etdirən diskoqramların müqayisəsi üsulu ilə həyata 
keçirilir.  S.B.  Maksimov  tərəfindən  refleksiyanin  dəqiqliyinin  indeksi, 
Ģəxsiyyətin qrupda vəziyyətinin müvəffəqiyyət dərəcəsinin qavranılmaĢının, 
Ģəxsiyyətin  qrupun  rəyini  dərk  etmə  dərəcəsinin,  qrupun  Ģəxsiyyət  üçün 
əhəmiyyətinin  fərqləri  göstərilmiĢdir.             


175 
 
Bu metodika psixoloji uyğunluq problemini öyrənməyə imkan verir və 
ailə  məsləhətxanaları,  qrup  Ģəkilli  psixoterapiya  və  sosial-psixoloji  treninq  
praktikasında  çox vaxt istifadə olunur. 
 
Ətrafdakılara münasibət tipləri 
 
I. Avtoritar 
13-16 –  hökmlü, despotik xarakteri, diktator, qrup fəaliyyətinin bütün 
növlərində  liderlik  edən  güclü  Ģəxsiyyət  tipi.  Hamıya  tövsiyyələr  verir, 
öyrədir,  hər  bir  iĢdə  öz  fikirlərinə  güvənməyə  çalıĢır,  baĢqalarının 
məsləhətlərini  qəbul  etməyi  bacarmır.  Ətrafdakılar  bu  amirliyi  görürlər, 
amma bununla belə onu  qəbul edirlər.  
9-12  –  dominant,  enerjili,  səlahiyyətli,  avtoritetli  lider,  iĢlərində 
uğurlu, məsləhət verməyi sevir, özünə qarĢı hörmət tələb edir. 
0-8 – özunə əmin olan insandır, lakin lider olması vacib deyil, dirəncli 
və inadcıl.  
II. Eqoist 
13-16 – hamıdan üstün olmağa, lakin eyni zamanda hamıdan kənarda 
olmağa  çalıĢır,  özünə  vurğun,  öz  xeyrini  bilən,  sərbəst  və  özünü  sevən. 
Çətinlikləri  ətrafdakıların  üzərinə  atır,  lakin  bir  qədər  adamayovuĢmaz, 
özündən razı, özünü tərifləyən, zəhlətökən. 
0-12 – eqoist xüsusiyyətlər, özünə güvənmə, rəqabətə meylli. 
III. Aqressiv 
13-16  –  ətrafdakılara  qarĢı  münasibətdə  sərt  və  qəddar,  sərt,kobud, 
aqressivlik asosial davranıĢa qədər  apara bilər.  
9-12 
– 
tələbkar, 
düzgünlüyü 
sevən, 
açıq, 
baĢqalarını 
qiymətləndirmədə  ciddi  və  kəskin,  barıĢmaz,  hər  Ģeydə  ətrafdakıları 
təqsirləndirməyə meylli, istehzalı, ironik, tez hirslənən. 
0-8 – tərs, inadkar, sözünün üstündə duran və enerjili. 
IV. Şübhəlilik 
13-16  –  düĢmən  və  qəzəbli  dünyaya  qarĢı  münasibətdə  soyuq,  hər 
Ģeydən  Ģübhələnən,  küskün,  hamıdan  Ģübhələnməyə  meylli,  kinli,  daima 
hamıdan Ģikayətçi (xasiyyətin Ģizoid tipi).   
9-12  –  hər  Ģeyə  tənqidi  yanaĢan,  hamıdan  Ģübhələndiyi  üçün  və  ona 
göstətilə  biləcək    pis  münasibət  qorxusundan  interpersonal  münasibətlərdə 
çətinliklər  yaĢayan,  özünəqapalı,  skeptik,  insanlardan  ümidi  kəsilmiĢ,  öz 
neqativliyini verbal aqressiyada göstərir. 
0-8  –  bütün  sosial  hadisələrə  və  ətrafdakı  insanlara  qarĢı  tənqidi 
münasibət. 
V. Müti 
13-16  –  itaətcil,  öz  Ģəxsiyyətini  kiçiltməyə  meylli,  zəif  xarakterli, 
hamıya və hər Ģeydə güzəĢtə gedən, həmiĢə özünü ən axırıncı yerə qoyur və 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə