Азярбайъан республикасынын тящсил назирлийи



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə73/88
tarix17.09.2017
ölçüsü3,79 Kb.
#529
1   ...   69   70   71   72   73   74   75   76   ...   88

226 
 
daha yaxĢıdır). 
Bu  tipdən  olan  yeniyetmələr  müxtəlif 
məsələlər  üzrə  məsləhətlərə  çox 
ehtiyac 
duyurlar. 
Ancaq 
onlarla 
münasibətdə  nəzakətli  və  ehtiyatlı 
olmaq gərəkdir. 
20-ci tip 
E: 16 – 20 ; N: 16 – 20 
Hərəkətlərində 
çox 
nümayiĢkaranədir,  kiminsə  dərdinə 
Ģərik  olan  deyil.  Özünü  kolektivə 
qarĢı  qoymağı  xoĢlayır.  Duyğuları 
kasaddır. 
Özünə 
lazım 
olan 
məqsədlərə  çatmaqda  çox inadkardır. 
Nüfuzludur.  Münasibətlərində  çox 
zaman saxtadır. Öz xeyrini güdəndir. 
Onunla  münasibətdə  olarkən  mənfi 
keyfiyyətlərini  qızıĢdırmamaq  üçün 
həlim  və  səbrli  olmaq  məsləhətdir. 
YoldaĢlarının  ona  müsbət  təsirinə 
nail  olmaq  üçün  onu  kollektiv 
tədbirlərinə  və  yarıĢlara  cəlb  etmək 
faydalı ola bilər. Bu, onun enerjisini 
müsbət  istiqamətə  yönəldər.  Onun 
birincilik  iddiası  və  mübarizə  əzmi 
faydalı formaya düĢər. 
Estetik tərbiyəyə ehtiyacı var. Güclü 
lideri  olan  müsbət  sosial  qruplara 
cəlb  edilməsi  onun  üçün  faydalı 
olar. 
21-ci tip 
E: 12 – 16; N: 8 – 12 
Çox  enerjili  və  xoĢxasiyyətdir. 
Kollektivin sevimlisidir.Hesab olunur 
ki, bu tip yeniyetmələr  xoĢbəxtdirlər. 
Həqiqətən də onlar çox vaxt istedadlı 
olurlar,dərslərini  asanlıqla  oxuyurlar, 
artistik 
qabiliyyətləri 
olur, 
az 
yorulurlar.  Lakin  bu  keyfiyyətlər 
bəzən neqativ nəticələrə də səbəb ola 
bilir.  Yeniyetmələr  hər  Ģeyi  asanlıqla 
əldə  olunmasına  vərdiĢ  edirlər,  buna 
görə  də  dərsə  can  yandırmağa, 
çətinliklərə  qarĢı  mübariz  olmağa 
öyrəĢmirlər.  Hər  Ģeydən  əlləri  tez 
soyuyur. 
Dostluqda 
daimi 
ola 
bilmirlər.  sosial  intellekt  cəhətdən 
zəif olurlar. 
Ciddi  və  qayğıkeĢ  münasibət  tələb 
olunur. Kollektivdə lider mövqeyinə 
yaramırlar.  Birdəfəlik  tapĢırıqların 
öhdəsindən  daha  yaxĢı  gəlirlər. 
TapĢırıqların  yerinə  yetirilməsini 
ciddi yoxlamaq lazımdır. Onun üçün 
maraqlı  olan  bir  məqsəd  tapıb 
(məsələn, xarici dil öyrənmək) onun 
enerji 
və 
qabiliyyətini 
oraya 
yönəltmək lazımdır. Lakin bu zaman 
tapıĢırığın  icrasına  mütləq  ciddi 
nəzarət edilməsi tələb olunur. 
Bu,  bir  tərəfdən  qarĢıya  qoyulan 
vəzifənin icrasına, digər tərəfdən isə 
yeniyetmənin 
nizam 
intizama 
alıĢdırılmasına kömək edərdi. 
 
22-ci tip 


227 
 
E: 8 – 12; N: 8 – 12 
Çox  passiv  və  biganə  tipdir.  Özünə 
inamlıdır.  Ətrafındakılara  qarĢı  sərt 
və  tələbkardır.  Kinlidir.  Çox  zaman 
passiv  inadkarlıq  nümayiĢ  etdirir. 
Çox  xırdaçı  və  hər  Ģeyə  qulp 
qoyandır. 
Mühakiməli 
və 
soyuqqanlıdır.  BaĢqalarının  rəyinə 
biganə yanaĢır. 
VərdiĢ  etdiyi  həyat  tərzini  və 
məiĢətdə  monotonluğu  dəyiĢməyi 
xoĢlamır.  Nitq  intonasiyası  ifadəli 
deyil. 
Estetik cəhətdən səviyyəsizdir. 
Elə  bir  rəy  formalaĢdırmaq  gərəkdir 
ki,guya  onunla  ünsiyyət  tərbiyəçi 
üçün  maraqlıdır.  Tez-tez  onun 
səhhəti, 
məiĢət 
detalları 
ilə 
maraqlanmaq  lazımdır.  Ona  tapĢırıq 
verərkən xüsusi səliqəlilik tələb edən 
iĢlər  (məsələn,  jurnalda  qeydlər 
aparmağı  və  s.)  seçmək  lazımdır. 
TapĢırığı  yerinə  yetirdikdən  sonra 
çalıĢqanlığını tərifləmək lazımdır. 
MəĢğuliyyət  seçməkdə ona məsləhət 
vermək  lazımdır  (yaxĢı  olar  ki, 
idman və ya bədii özfəaliyyətin qrup 
deyil fərdi növləri ilə məĢğul olsun). 
 
23-cü tip 
E: 16 – 20; N: 8 – 12 
Ünsiyyətcil,  fəal,  təĢəbbüskardır. 
Eyni  zamanda  özü-özünü  idarə  edə 
bilir.  QarĢıya  qoyduğu  məqsədə  nail 
ola  bilir.  ġöhrətpərəstdir.  Lider 
olmağa 
meyllidir, 
təĢkilatçılıq 
bacarığı  var.  Ətrafdakılar  tərəfindən 
səmimi 
hörmət 
və 
etibar 
qazanmıĢdır.  Xasiyyəti  mülayim, 
yolaverəndir,  estetik  zövqlüdür,  fəal 
görsənir, amma minimal dərəcədə. 
Ona  liderlik  imkanları  yaratmaq 
lazımdır. 
Fərdi 
və 
ictimai 
tapĢırıqların  yerinə  yetirilməsində 
ona  kömək  etmək  və  nəzarət  etmək 
lazımdır  ki,  öhdəsinə  həddindən 
(gücü 
çatandan) 
artıq 
yük 
götürməsin  (məsələn, tədris,  istehsal 
və ictimai sahələrdə) 
 
24-cü tip 
E: 12 – 16; N: 4 – 8 
Fəal, mütənasib tipdir. Enerjilidir. Orta 
dərəcədə 
ünsiyyətcildir.Dostlarının 
sayı  az  olsa  da,  onlara  ürəkdən 
bağlanandır. 
Səliqə-səhmanlıdır. 
QarĢısına  məqsədlər  qoymağı  və 
onların  həllinə  nail  olmağı  bacarır. 
Rəqabətçiliyə  meylli  deyil.  Bəzən  tez 
inciyir. 
Ətrafındakılarla 
sakit, 
etibarlı 
münasibətlərə 
üstünlük 
verir. 
Onunla dəqiq  iĢgüzar münasibətlər 
qurmaq məsləhət görülür. 
 
25-ci tip 
E: 8 – 12; N: 4 – 8  


228 
 
Fəal,  bəzən  qızğın,  bəzən  də 
qayğısız-Ģən tipdir. Çox zaman sakit 
və  biganə  olur.  TəĢəbbüskar  deyil, 
çox  zaman  göstəriĢə  əsasən  hərəkət 
edir.  Sosial  kontaktlarda  passivdir. 
Dərin  emosional  yaĢantılara  meyilli 
deyil.  Monoton,  əziyyətli  iĢdən 
çəkinmir. 
Onunla  sakit-iĢgüzar  münasibətlər 
qurmaq məsləhətdir. 
Onun  üçün  fərdi  məĢğuliyyətlər 
tapmaq  və  ya  məsləhət  görmək  daha 
yaxĢıdır. 
Ġnzibati  iĢlərin  də  öhdəsindən  yaxĢı 
gəlir. 
 
26-cı tip 
E: 4 – 8; N: 8 – 12 
Sakitdir,  müvazinətlidir,  səbirli  və 
səliqəlidir. Xırdaçı və Ģöhrətpərəstdir. 
Məqsədyönlüdür. 
 
Möhkəm 
prinpislərə sahibdir. 
Hərdən dəymədüĢər olur. 
Ona etibarlı münasibət bəslənməsini 
xoĢlayır.  ĠĢdə  sakit  tempi  bəyənir. 
Yaxın dostluq etməyə meyilli deyil. 
Səliqəliliyini  və  icraçılığını  sinif 
qarĢısında təqdir etmək yaxĢı nəticə 
verər. 
Öz qüvvəsinə inamını artırmaq üçün 
ona kömək etmək lazımdır. 
 
27-ci tip 
E: 4 – 8; N: 12 – 16 
Müvazinətli  –  melanxolikdir.  Zərif 
duyğuludur. Bir Ģeyə tez bağlanandır. 
Sakitdir, 
 
etibarlı-səmimi 
münasibətləri 
xoĢlayır. 
Yumoru 
qiymətləndirir.  Ümumən  nikbindir. 
Hərdən  çaĢqın  vəziyyətə,  bəzən 
depressiyaya düĢür. Çox zaman sakit 
düĢüncəli olur. 
Onun  üçün  sakit  fəaliyyət  Ģəraiti 
yaratmaq  lazımdır.  Bu  zaman  ciddi 
vaxt  və  iĢ  reqlamentinə  yol  vermək 
lazım deyil. 
Estetik  və  ədəbi-bədii  xarakterli  
tapĢırıqlar  onun  daha  çox  ürəyindən 
olar. 
 
28-ci tip 
E: 8 – 12; N: 16 – 20 
Melanxolikdir, 
Ģöhrətpərəstdir. 
Ciddi və inadkardır. Bəzən  məyus 
və  həyəcanlı  ovqatı  olur.  Məhdud 
saylı    adamlarla  dostluq  edir.  Tez 
inciyən  deyil,  ancaq  bəzən  çox 
vasvası olur. Prinsipial məsələlərin 
həllində 
müstəqildir, 
lakin 
emosional  məsələlərdə  çox  vaxt 
yaxın adamlarından asılı olur. 
Səyləri  onun özünüqiymətləndirməsini 
yüksəltməyə,  özünə  inam  duyğusunu 
möhkəmləndirməyə 
yönəltmək 
məsləhət görülür. 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə