Азярбайъан республикасынын тящсил назирлийи



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə84/88
tarix17.09.2017
ölçüsü3,79 Kb.
#529
1   ...   80   81   82   83   84   85   86   87   88

262 
 
Tədqiqatlar  həmçinin  göstərir  ki,  uğursuzluqdan  qorxan  (yüksək  müdafiə 
motivasiyalı) adamlar aĢağı dərəcəli,və yaxud , əksinə  çox yüksək dərəcəli 
riskə üstünlük verirlər - bu zaman uğursuzluq prestijə ziyan vurmur.  
Alman  alimi  F.Burkard  fikrinə  görə  fəaliyyət  zamanı  müdafiəli 
davranıĢ üç amildən asılı olur: 
-
 
güman olunan riskin dərəcəsi
-
 
üstün olan motivasiya; 
-
 
fəaliyyətdə uğursuzluq təcrübəsi
 
Fəaliyyət zamanı müdafiə davranıĢını iki Ģərt gücləndirin: 
1) Lazımi nəticəni risksiz də əldə etmək mümkün olanda; 
2) Riskli davranıĢ bədbəxt hadisəyə doğfu aparanda. Riskli davranıĢ zamanı 
təhlükəsiz nəticənin əldə olunması isə, əksinə, müdafiəyə istiqamətlənməyi, 
yəni uğursuluqdan qaçınmaq motivasiyasını zəiflədir. 
 
ġUBERTIN RISKƏ HAZIRLIQ DƏRƏCƏSININ 
DIAQNOSTIK METODIKASI 
 
Təlimat: Sizdən soruĢulan hərəkəti yerinə yetirməyə hazırlığınızın dərəcəsini 
qiymətləndirin.  Verilən  25  sualdan  hər  birinə  cavab  verərkən  aĢağıdakı 
sxemə uyğun olaraq müvafiq balları verin: 
2 bal - tamamilə razıyam, tam ―hə‖; 
1 bal - daha çox ―hə‖, nəinki ―yox‖; 
0 bal - nə ―hə‖, nə ―yox‖, orta bir mövqe; 
-1 bal - daha çox ―yox‖, nəinki ―hə‖ 
-2 bal - tam ―yox‖. 
1.  Ağır  xəstə  adama  zəruri  tibbi  yardım  göstərmək  üçün  yolda  müəyyən 
olunmuĢ sürət həddini aĢardınızmı? 
2.  YaxĢı  qazanc  xatirinə  uzun  müddətli  və  təhlükəli  ekspedisiyada  iĢtirak 
etməyə razı olardınızmı? 
3.  Hadisə  yerindən  qaçıb  uzaqlaĢmaq  istəyən  təhlükəli  oğrunun  yolunu 
kəsərdinizmi? 
4.  Saat  da  100  km-dən  artıq  sürətlə  Ģütüyən  sürət  qatarının  pilləsində  gedə 
bilərdinizmi? 
5. Yuxusuz keçirdiyiniz gecədən sonrakı gün normal iĢləyə bilirsinizmi? 
6. Çox soyuq sulu çayı keçmək üçün suya birinci girərdinizmi? 
7.  Qaytara  biləcəyinə  tam  əmin  olmadığınız  halda  dostunuza  böyük 
məbləğdə pul borc verərdinizmi? 
8. Təlimçinin bunun təhlükəli olmadığı barədə vədinə bel bağlayaraq, onunla 
birlikdə Ģirlər olan qəfəsə girərdinizmi? 


263 
 
9.  Kənardan  kiminsə  rəhbərliyi  altında  yüksək  fabrik  borusuna 
dırmaĢardınızmı? 
10. MəĢq etmədən yelkənli qayığı idarə edə bilərdinizmi? 
11. Qaçan atın yüyənindən tutmağa risk edərdinizmi? 
12. On stəkan pivə içdikdən sonra velosiped sürə bilərdinizmi? 
13. ParaĢütlə tullana bilərdinizmi? 
14. Zərurət olsa, qatarda biletsiz gedə bilərdinizmi? 
15.  Lap  bu  yaxınlarda  yol  qəza  hadisəsinə  düĢmüĢ  tanıĢınızın  idarə  etdiyi 
avtomobildə uzaq səfərə çıxmağa razı olardınızmı? 
16. 10 metrlik yüksəklikdən yanğınsöndürmə komandasının bpezenti üzərinə 
tullanardınızmı? 
17.  Yataq  rejimli  uzun  xəstəlikdən  yaxa  qurtarmaq  xatirinə  həyatınız  üçün 
təhlükəli olan ağır cərahiyyə əməliyyatına razılıq verərdinizmi? 
18.  Saatda  50  km  sürətlə  hərəkət  edən  yük  qatarının  pilləkənindən  tullana 
bilərdinizmi? 
19. Yalnız 6 nəfər üçün nəzərdə tutulmuĢ liftdə yeddi nəfərlə birlikdə yüksək 
mərtəbəyə qalxa bilərdinizmi? 
20. Yüksək pul mükafatı xatirinə hərəkətin gur olduğu yol ayrıcını gözübağlı 
keçə bilərdinizmi? 
21.  YaxĢı  haqq  versəydilər,  həyatınız  üçün  təhlükəli  olan  iĢi  öhdənizə 
götürərdinizmi? 
22. On qədəh araq içdikdən sonra faiz hesablaya bilərdinizmi? 
23.  Əgər  rəisiniz  desəydi  ki,  naqildə  cərəyan  yoxdur,  ona  inanıb  yüksək 
gərginlikli naqilə əl vura bilərdinizmi? 
24.  Əvvəlcədən  sizə  bir  qədər  izahat  versəydilər,  vertalyotu  (helikopteri) 
idarə edə bilərdinizmi? 
25.  Biletiniz  olsaydı,    ərzaqsız  və  pulsuz  qatarda  uzaq  səfərə  çıxa 
bilərdinizmi? 
 
Açar 
 
Təlimata uyğun olaraq topladığınz balları hesablayın. 
 
Testin  ümumi  qiyməti  fasiləsiz  Ģkala  üzrə  orta  qiymətdən  sapmaq 
əsasında müəyyənləĢdirilir. Müsbət cavablar riskə meyilliliyi göstərir. Testin 
qiymət balansı -50-dən +50-yə qədərdir. 
Nəticə 
-30 baldan aĢağı – həddən artıq ehtiyatlısınız; 
-10 – dan +10-a qədər - orta göstəricidir; 
+20 baldan yuxarı - riskə meyillisiniz. 
 
Riskə  yüksək  meyillilik  uğursuzluqdan  qaçınmaq  (müdafiə)  
motivasiyasınin  aşağı  səviyyəsi  ilə  müşayiət  olunur.  Riskə  hazırlıq  isə 
buraxılmış səhvlərin miqdarı ilə düz mütənasibdir. 
 
AraĢdırma həmçinin aĢağıdakı nəticələri vermiĢdir: 


264 
 
- insanın yaĢı artdıqca riskə hazırlıq azalır; 
- təcrübəsiz iĢçilərlə müqayisədə, təcrübəli iĢçilərdə riskə meyillilik dərəcəsi 
daha aĢağı olur; 
-  kiĢilərlə  müqayisədə,  qadınlarda  riskə  hazırlıq  daha  müəyyən  Ģəraitdə 
reallaĢır; 
-  hərbbi  komandirlərində  və  müəssisə  rəhbərlərində  riskə  hazırlıq  dərəcəsi 
tələbələrlə müqayisədə daha yüksəkdir; 
- Ģəxs daxili konfliktlik vəziyyətində olduqda riskə hazırlıq dərəcəsi artır; 
-  qrup  halında  riskə  hazırlıq  dərəcəsi  özünü  nisbətən  daha  güclü  Ģəkildə 
biruzə verir və qrup təsirindən asılı olur. 
 
D.MARLOU VƏ D.KRAUNUN TƏQDIRETMƏ MOTIVASIYASI 
(YALAN ġKALASI) ƏSASINDA ÖZÜNÜQIYMƏTLƏNDIRMƏNIN 
DIAQNOSTIK METODIKASI 
 
 
Sınaqdan  keçirilənlərin  cavablarının  doğruluğunu  qiymətləndirmək 
üçün çox vaxt sorğu vərəqələrinə yalan Ģkalası və ya təqdirə canatma Ģkalası  
da daxil edilir. AĢağıda belə Ģkalanın D.Marlou və D.Kraun tərəfindən tərtib 
edilmiĢ bir nümunəsi təqdim olunur. 
Təlimat:  AĢağıdakı  müddəalardan  hər  birini  diqqətlə  oxuyun.  Əgər  onları 
doğru və öz davranıĢ tərzinizə uyğun hesab edirsinizsə - ―hə‖, uyğun hesab 
etmirsinizsə,  
- ―yox‖ cavabını yazın. 
1. Mən hər bir kitabı kitabxanaya qaytarmazdan əvvəl diqqətlə oxuyuram. 
2.  Çətinə  düĢmüĢ  kimə  isə  kömək  etmək  lazım  gələndə  mən  tərəddüd 
etmirəm. 
3. Necə geyinməyimə həmiĢə diqqətlə nəzarət edirəm. 
4. Evdə stol arxasında özümü yeməkxanadakı kimi aparıram. 
5. Heç zaman və heç kimə qarĢı antipatiya hiss etməmiĢəm. 
6.  Elə  olub  ki,  öz  qüvvəmə  inanmadığım  üçün  gördüyüm  iĢi  yarımçıq 
qoymuĢam. 
7. Bəzən adamların dalınca danıĢmağı xoĢlayıram. 
8. Müsahibimin kim olmasından asılı olmayaraq, ona həmiĢə diqqətlə qulaq 
asıram. 
9. Elə olub ki, özümü təmizə çıxarmaq üçün tutarlı bəhanə fikirləĢirəm; 
10. Olub ki, bəzən kiminsə diqqətsizliyindən istifadə etmiĢəm, 
11. Mən həmiĢə öz səhvlərimi məmnuniyyətlə etiraf edirəm
12. Bəzən insanın səhvini bağıĢlamaq əvəzinə ona eyni cür hərəkətlə cavab 
verməyə çalıĢıram; 
13.  Olub  ki,  bəzən  məhz  mənim  istədiyim  kimi  hərəkət  edilməsinə  təkid 
etmiĢəm; 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə