Азярбайъан республикасынын тящсил назирлийи



Yüklə 3,79 Kb.

səhifə85/88
tarix17.09.2017
ölçüsü3,79 Kb.
1   ...   80   81   82   83   84   85   86   87   88

265 
 
14.  Məndən  bir  iĢi  görməyi  xahiĢ  edəndə  daxilimdə  etiraz  hissi  baĢ 
qaldırmır; 
15.  Kimsə  mənim  fikrimə  zidd  fikir  söyləyəndə  mən  heç  zaman  pərt 
olmuram; 
16.  Uzaq  yola  çıxmazdan  əvvəl  özümlə  nələri  götürmək  lazım  olduğunu 
həmiĢə diqqətlə düĢünürəm; 
17. Olub ki, baĢqalarının uğurlarına həsəd aparmıĢam; 
18. Bəzən mənə sualla müraciət edən adamlar məni qıcıqlandırırlar; 
19.  Bəzən  insanların  baĢına  pis  iĢ  gələndə  düĢünürəm  ki,  öz  əməllərinin 
cəzasını çəkirlər; 
20. XoĢagəlməz Ģeyləri heç zaman təbəssümlə danıĢmamıĢam. 
 
 ―Təqdirə  canatma‖  motivasiyasının  yekun  göstəricisi  bütün 
cavabların toplanması ilə alınır. Yekun göstərici nə qədər yüksəkdirsə, təqdir 
motivasiyası  və  deməli,  insanın  özünü  baĢqalarının  qarĢısında  sosial 
normalara  tam  uyğun  gələn  fərd  kimi  göstərməyə  hazırlığı  da  o  qədər 
yüksəkdir.  AĢağı  göstəricilərə  isə  fərdin  ənənəvi  sosial  normalara  önəm 
vermədiyini, yaxud özünə qarĢı həddən artıq tələbkar olduğunu göstərir. 
Sorğunun nəticələrinin iĢləmək üçün açar: 
Cavablar –  
1, 2, 3, 4, 5, 8, 11, 14, 15, 16, 20 suallarına –―hə‖ 
 6, 7, 9, 10, 12, 13, 17, 18, 19 suallarına-―yox‖. 
 
 
M.ROKĠÇĠN “DƏYƏRLƏR ORĠYENTASĠYASI” 
METODĠKASI 
 
Dəyərlər  oriyentasiyası  sistemi  Ģəxsiyyətin  istiqamətlənmənin 
məzmununu ifadə edir və onun dünyaya olan münasibətinin əsasını, insanın 
dünyagörüĢünün,  həyati  fəallığının  motivasiyasının  özəyini,  ―həyatın 
fəlsəfəsini‖ təĢkil edir. 
M.Rokiç  terminal (fərdi varlığının hansısa son  məqsədi  layiqdir ki, 
ona  can  atım)  və  instrumental  (fərdin  hər  hansı  bir  hərəkəti  və  yaxud 
mövqeyi,  keyfiyyəti  istənilən  vəziyyətdə  üstündür)  dəyərlər  siniflərini 
fərqləndirir.  Bu  bölgü  dəyərlər-məqsədlər  və  dəyərlər-vasitələr  bölgüsünə 
uyğun gəlir. 
Sorğu  iĢtirakçısına  iki  siyahı  verilir,  hər  birində  dəyərlər  göstərilir. 
Hər  dəyərə  ranq  nömrəsi  verilir,  əgər  dəyərlər  kartoçkalara  yazılıbsa,  onda 
ranqına  uyğun  olaraq  həmin  kartoçkalar  əhəmiyyətinə  uyğun  olaraq 
yerləĢdirilir. Əvvəl terminal, sonra isə instrumental dəyərlər göstərilir. 
Təlimat: indi Sizə üstündə dəyərin adı yazılan 18 kartoçka veriləcək. 
Onları həyatda rəhbər tutduğunuz prinsiplərə uyğun olaraq düzün.  


266 
 
Hər bir dəyərin adı ayrı vərəqədə qeyd olunub. Diqqətlə onlara baxın, 
və  hansı  daha  qiymətlidirsə,  onu  birinci  yerə  qoyun.    Sonra  qiymətinətinə 
görə  ikinci olan dəyəri seçin və onu birincinin ardınca yerləĢdirin. Bu qayda 
ilə bütün kartoçkaları yerləĢdirin .Ən  əhəmiyyətlisi sona qalacaq və 18  –ci 
yeri tutacaq. 
Tələsmədən,  düĢünərək    iĢləyin.  ĠĢ  prosesi  zamanı  siz  öz  fikrinizi  
dəyiĢsəniz,  kartoçkaların  yerlərini  dəyiĢərək    cavabları  düzəldə  bilərsiniz. 
Son nəticə sizin həqiqi mövqeyinizi əks etdirməlidir.   
 
STĠMULLAġDIRICI  MATERĠAL 
 
A siyahısı   (terminal dəyərlər) 
 
- fəal həyat (dolğun və emosional həyat) 
-  həyati  müdriklik  (həyat  təcrübəsindən  irəli    gələn  kamil  mühakimə  və 
sağlam düĢüncə ) 
- sağlamlıq (fiziki və psixi) 
-  maraqlı iĢ 
-  təbiətin  və  incəsənətin  gözəlliyi  (təbiətdə  və  incəsənətdə  olan 
gözəlliklərdən mütəəssir olmaq) 
- məhəbbət (sevdiyin insanla mənəvi və fiziki yaxınlıq) 
- maddi cəhətdən təmin edilmiĢ həyat (maddi cətinliklərin yoxluğu) 
- yaxĢı və sadiq dostların olması 
- cəmiyyətin rəğbəti (ətrafdakıların ,kollektivin,iĢ yoldaĢlarının  hörməti) 
-  dərk  etmə  (öz  təhsilini,  dünyagörüĢünü,  umumi  mədəniyyətini,intellektual 
inkiĢafını geniĢləndirmək imkanı) 
- məhsuldar həyat (öz imkanlarından, güc və qabiliyyətlərindən tam istifadə) 
- inkiĢaf (öz üzərində çalıĢma, daim fiziki və mənəvi təkmilləĢmə) 
- əyləncələr (xoĢ və yorucu olmayan vaxt keçirmə, öhdəçiliyin yoxluğu) 
- azadlıq (müstəqillik, düĢüncə və hərəkətlərdə sərbəstlik) 
- xoĢbəxt ailə həyatı 
-  baĢqalarının  səadəti    (  baĢqa  insanların,  bütün  xalqın,  bəĢəriyyətin 
firavahlığı, inkiĢafı və təkmilləĢməsi) 
- yaradıcılıq (yaradıcı fəaliyyət imkanı) 
-  özünə  inam  (mənəvi  tarazlıq,  daxili    ziddiyyətlərin  və  tərəddüdlərin 
yoxluğu). 
 
B siyahısı  (instrumental dəyərlər) 
-səliqə (təmizkarlıq), əĢyaları sahmanlı saxlamaq bacarığı, iĢində dürüstlük 
- tərbiyə (yaxĢı davranıĢ), 
- yüksək iddialar (həyata qarĢı yüksək tələblər və yüksək məqsədlər) 
- gülərüzlük (yumor hissi) 


267 
 
- çalıĢqanlıq(intizamlılıq ) 
- müstəqillik (sərbəst, qətiyyətli hərəkət etmək bacarığı) 
- özündə və baĢqalarında olan çatıĢmazlıqlara qarĢı barıĢmazlıq 
- savadlılıq (biliklər geniĢliyi, yüksək ümumi mədəniyyət) 
- məsuliyyət (öhdəlik hissi, verilən sözə əməl etmək bacarığı) 
-  məqsədyönlülük  (sağlam  və  məntiqli  düĢüncə,  düĢünülmüĢ  və 
məqsədyönlü qərarlar qəbul etmək bacarığı) 
- özünənəzarət (təmkinlilik, intizamlılıq) 
- öz fikir və baxıĢlarının müdafiəsində cəsarət 
-  möhkəm  iradə    (verdiyin  qərarın  üstündə  durmaq  bacarığı,  çətinliklərdən 
çəkinməmək) 
- dözümlülük (baĢqalarının fikir və rəylərinə qarĢı dözümlülük, ətrafdakıların 
səhvlərini və nöqsanlarını bağıĢlamaq bacarığı)  
-  dünyagörüĢün  geniĢliyi    (özgəsinin    nöqteyi-nəzərini  anlamaq  bacarığı, 
baĢqa zövqlərə,  adətlərə,vərdiĢlərə hörmət etmək) 
- dürüstlük (düzgünlük, səmimilik) 
- iĢlərdə effektivlilik (əməksevərlik, iĢdə məhsuldarlıq) 
-həssaslıq (qayğıkeĢlik) 
 
Metodikanın  üstünlüyü    müayinənin  keçirilməsində,  nəticələrin 
tədqiqində  və  iĢlənilməsində  olan  universallıq,  rahatlıq  və  qənaətçilliyində, 
elastikliyindədir  (həm  stimullaĢdırıcı  materialı(dəyər  siyahıları),  həm  də 
təlimatları    dəyiĢmək  imkanı  var  ).  Nəzərə  çarpan  çatıĢmazlığı  –  sosial 
istəyin  təsiri,  qeyri  –  səmimiliyin  mümkünlüyü.  Bu  səbəbdən  də  
diaqnostikanın  motivasiyası,  test  sınağının  könüllü  xarakteri  və  psixoloqla 
yoxlanılan  Ģəxsin  arasında  ünsiyyət  bu  halda  xüsusi  rol  oynayır.  Bu 
metodikanın seçim və ekspertiza məqsədi ilə istifadəsi məsləhət görülmür.  
Göstərilən  çatıĢmazlıqların  aradan  qaldırılması  və  dəyərlərin  seçilməsi 
sisteminə daha dərindən qatılmaq üçün  təlimatda dəyiĢikliklər mümkündür 
ki,bu  da  əlavə  diaqnostik  informasiya  verir  və  daha  əsaslı  nəticələr 
çıxarmağa  imkan  yaradır.  Belə  ki,  əsas  seçimdən  sonra  sınanan  Ģəxsdən 
aĢağıdakı suallara cavab verərək kartoçkaları  düzməyi xahiĢ etmək olar: 
«Adı  gedən  dəyərlər  sizin  həyatınızda  hansı  qaydada  və  hansı 
dərəcədə (faizlə) reallaĢmıĢdır?» 
«Siz  arzuladığınız  kimi  olsaydınız  göstərilən  dəyərləri  necə 
yerləĢdirərdiniz?» 
«Sizin  fikrinizcə  hər  cəhətdən  mükəmməl  olan  bir  insan  bunu  necə 
edərdi?» 
«Sizcə insanların çoxu bunu necə edərdi?» 
«Siz bunu 5 və ya 10 il əvvəl necə edərdiniz?» 
«Siz bunu 5 və ya 10 il sonra necə edərdiniz?» 
«Sizə yaxın adamlar bu kartoçkaları necə sıralayardılar?» 




Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə