Азярбайъан республикасынын тящсил назирлийи



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə86/88
tarix17.09.2017
ölçüsü3,79 Kb.
#529
1   ...   80   81   82   83   84   85   86   87   88

268 
 
Dəyərlərin  sırasını  analız  edərkən,    sınanan  Ģəxs  tərəfindən  onların 
müxtəlif  əsaslara  görə  bloklar  üzrə  qruplaĢdırmasına  diqqət  yetirmək 
lazımdır. Məsələn: 
«Konkret»  və  «abstrakt»  dəyərlər,  Ģəxsi  həyatın  və  professional  
özünütəsdiqləmənin  dəyərləri  və  s.  Aləti  dəyərlər    etik  dəyərlər,  ünsiyyət 
dəyərləri,  əmək  dəyərləri,fərdi  və  konformist  dəyərlər,alturistik  dəyərlər, 
özünütəsdiq  və  baĢqalarını  qəbul  etmək  dəyərləri  və  s.  Ģəklində  qruplaĢa 
bilərlər. 
Bu 
hələ 
dəyər 
oriehtasiyası 
sisteminin 
subyektiv 
strukturlaĢdırılmasının    heç  də  bütün  imkanlarını  açıb  göstərmir.  Psixoloq 
individual  qanunauyğunluğu  hiss  etməyə  çalıĢmalıdır.  Əgər  heç  bir 
qanunauyğunluq  üzə  çıxarmaq  mümkün  olmursa,  onda  sınanan  Ģəxsdə 
dəyərlər  sisteminin  formalaĢmaması  və  hətta  cavabların  qeyri  –  səmimiliyi 
barədə düĢünmək olar.  
Müayinəni  fərdi  Ģəkildə  aparmaq  daha  yaxĢıdır,  lakin  qrup  Ģəklində 
də testləĢdirmə aparmaq olar.  
 
MOTIVASIYA – TƏLƏBAT SAHƏSINDƏ ġƏXSIYYƏTIN 
SOSIAL – PSIXOLOJI YÖNLƏNMƏLƏRININ DIAQNOSTIK 
METODIKASI (O.F. POTYOMKINA) 
 
«Ünsiyyətcillik - xudbinlik», «proses və nəticə» istiqamətli sosial – 
psixoloji yönlənmələri aşkarlamaq metodikası. 
Metodikanın  məqsədi:  Sosial  –  psixoloji  yönlənmələrin  aĢkarlıq 
dərəcəsini müəyyənləĢdirmək, 
Keçirilmə  qaydası:  Metodikanın  istifadəsi  üçün  aĢağıdakı 
protokoldakı  (nümunəyə  bax)  suallara  cavablar  vermək  olar.  Sualları 
cavablayarkən  verilən  təlimata  riayət  etmək  lazımdır:  «Sualları  diqqətlə 
oxuyun və iki  üsulla cavablandırın: əgər təsdiqləyirsinizsə ―hə‖,  əgər inkar 
edirsinizsə  və  sizin  davranıĢınız  sualın  müsbət  cavabına  uyğun  deyilsə,    ― 
yox‖. 
Suallar: 
1.
 
TapĢırığın  icra  prosesi  sizi  onun  tamamlama  mərhələsindən    daha  çox 
cəlb edirmi? 
2.
 
 Siz məqsədə çatmaq üçün adətən gücünüzü əsirgəmirsiz? 
3.
 
Sizə  tez-tez  deyirlərmi  ki,  siz    özünüzdən  daha  çox  baĢqaları  barədə  
fikirləĢirsiz, ? 
4.
 
Siz adətən özünüzə çox vaxt ayırırsızmı? 
5.
 
Siz adətən hətta vacib olsa belə sizə maraqlı olmayan bir iĢi   baĢlamaq 
üçün üzün müddət qərara gələ bilmirsiniz? 
6.
 
Siz əminsiz ki, sizdə inadlılıq bacarığınızdan daha çoxdur? 
7.
 
Sizə baĢqalarının iĢi üçün xahiĢ etmək daha asandır, nəinki özünüz üçün? 
8.
 
Sizcə insan əvvəlcə özünü ,sonra baĢqalarını düĢünməlidir? 


269 
 
9.
 
Bir  maraqlı  iĢi  baĢa  çatdıranda  siz  adətən  ondan  ayrılmağınıza  görə  
heyfislənirsiz? 
10.
 
Kim  sizin  daha  çox  xoĢunuza  gəlir:  müəyyən  nəticəni  əldə  etməyi 
bacaran fəal insanlar, yoxsa sadəcə  xoĢxasiyyət və xeyirxah adamlar ? 
11.
 
Sizdən nə isə xahiĢ etsələr rədd cavabı vermək çətindirmi? 
12.
 
Siz  hər hansı bir iĢi özünüz üçün böyük məmnuniyyətlə görürsünüz 
                  ya baĢqaları üçün? 
13.
 
UduĢ barəsində düĢünülməyən oyunda iĢtrak etməyinizdən  
                 həzz  alırsınızmı? 
14.  Siz  hesab  edirsiniz  ki,  həyatınızda  nailiyyətləriniz  uğursuzluqlarınızdan    
çoxdur?                 
15. Siz tez-tezmi baĢlarına fəlakət  gəlmiĢ  və  ya  çətinliyə düĢmüĢ    insanlara 
yardım edirsiniz? 
16.Siz əminsiniz ki,  baĢqası üçün özünü gücə salmaq lazım deyil? 
17.Siz  ən  çox  iĢinə    həqiqətən  aludə  ola  biləcək  insanlara  hörmət 
edirsinizmi? 
  18.Siz    tez  -  tezmi  narahat  Ģəraitə,  vaxt  çatıĢmazlığına,  kənardan           
maneələrə               baxmayaraq, iĢinizi baĢa çatdırırsınız? 
19.Adətən sizin özünüzə nə vaxtınız, nə də gücünüz çatmır? 
20.Sizə baĢqası üçün nə isə etməyə özünüzü məcbur etmək çətindir? 
21.Siz  tez  -  tez  eyni  vaxtda  çox  iĢi  baĢlayırsınız  və  onları  sona  çatdıra 
bilmirsiniz? 
22.Siz düĢünürsüz ki, həyatda uğur əldə etmək üçün yetərincə gücünüz var? 
23.Siz çalıĢırsınız ki,  baĢqaları üçün bacardıqca çox Ģey edəsiniz? 
24.Siz əminsiniz ki, baĢqalarının qayğısını çəkmək çox vaxt sizə zərər vurur? 
25.Siz iĢinizə o dərəcədə aludə ola bilərsiniz  ki, özünüzü və vaxtı   tamam 
unudasınız? 
26.Siz tez- tezmi  baĢladığınız iĢi baĢa çatdıra bilirsiniz? 
27.Siz  əminsiniz  ki,  həyatda  ən  qiymətli  Ģey-  baĢqalarının  maraqları  ilə 
yaĢamaqdır? 
28.Özünüzü xüdbin adlandıra bilərsiniz? 
29.Olurmu  ki,  detallara  həddindən  çox  daldığınız  üçün,  baĢladığınız  iĢi 
qurtara bilməyəsiniz? 
30.Siz  iĢgüzar  keyfiyyətləri    olmayan  insanlardan  uzaq  olmağa 
çalıĢırsınızmı? 
31.Sizi  fərqləndirən cəhət- təmənnasızlıqdır? 
32.Asudə vaxtınızı öz maraqlarınıza sərf edirsiniz? 
33.Siz tez-tezmi öz məzuniyyətinizi və  ya istirahət gününüzü baĢqasına  söz 
verdiyiniz hər hansı bir iĢi görməyə  sərf edirsiniz? 
34.Siz öz qeydinə qala bilməyən insanları qınayırsınız? 
35.Sizin  üçün  baĢqasının  zəhmətini  öz  mənafeyiniz  üçün  istifadə  etmək 
çətindir? 


270 
 
36.Siz tez-tezmi öz maraqlarınızı güdərək  baĢqalarından nə isə etməyi xahiĢ 
edirsiniz? 
37.Hər hansı bir iĢə razılaĢanda, siz daha çox onun sizə nə dərəcədə maraqlı 
olduğunu düĢünürsünüz? 
38.Hər bir iĢdə nəticəyə can atmaq sizin  fərqləndirici xüsusiyyətinizdirmi? 
39.Sizin fərqləndirici cəhətiniz baĢqalarına kömək etmək bacarığınızdır? 
40.Siz  ancaq  yaxĢı    mükafatlandırmaya  görə  maksimal  çalıĢqanlığa 
qadirsiniz? 
«AZADLIQ - HAKIMIYYƏT», «ƏMƏK-PUL» YÖNLÜ  
SOSIAL - PSIXOLOJI 
DURUMLARI AġKARLAMA METODIKASI 
Metodikanın məqsədi və keçirilmə qaydası əvvəlki kimidir. 
Suallar: 
1.
 
Siz razısınızmı ki, həyatda ən əsas Ģey öz iĢinin ustası olamaqdır? 
2.
 
Sizin üçün ən vacib olan sərbəst qərar qəbul etmək imkanıdır? 
3.
 
TanıĢlarınız sizi hökmlü hesab edir? 
4.
 
Siz razısınız ki, pul qazana bilməyən insanlar hörmətə layiq deyil? 
5.
 
Yaradıcı əmək sizin üçün həyatda ən vacib zövq mənbəyidir? 
6.
 
Sizin həyatınızın əsas məqsədi hakimiyyət və pul yox, azadlıqdır? 
7.
 
Siz razısınız ki, insanlar üzərində hakimiyyət ən vacib dəyərdir? 
8.
 
Sizin dostlarınız maddi cəhətdən imkanlıdırlar? 
9.
 
Siz  çalıĢırsınız  ki,    sizin  ətrafdakılarınız  hamısı  maraqlı  iĢlə  məĢğul 
olsunlar? 
10.
 
Kənardan  olan  tələblərə  baxmayaraq,  siz  həmiĢə  öz  əqidənizə  uyğun 
hərəkət edə bilirsiniz? 
11.
 
Siz hesab edirsiniz ki, hakimiyyət üçün ən vacib cəhət onun gücüdür?  
12.
 
Siz əminsiniz ki, pulla hər Ģeyi almaq olar? 
13.
 
Siz dostlarınızı iĢguzar keyfiyyətlərinə görə seçirsiniz? 
14.
 
Siz    baĢqa  insanlar  qarĢısında  boynunuza  müxtəlif  öhdəliklər  
götürməməyə çalıĢırsınız? 
15.
 
Kim isə sizin tələblərinizə tabe olmayanda siz qəzəblənirsiniz? 
16.
 
Pul hakimiyyət və azadlıqdan daha vacibdir? 
17.
 
Sevimli iĢ  olmayanda siz  dözülməz dərəcədə darıxırsınız? 
18.
 
Siz əminsiniz ki, hər kəs qanun çərçivəsində azad olmalıdır? 
19.
 
Siz insanları istədiyinizə əməl etməyə asanlıqla məcbur edə bilirsinizmi? 
20.
 
Siz  razısınız  ki,  yüksək  maaĢa  sahib  olmaq  yüksək  intellektə  sahib 
olmaqdan daha yaxĢıdır? 
21.
 
Həyatda sizi ançaq əla əmək nəticəsi sevindirir? 
22.
 
Sizin həyatınızın ən əsas məqsədi - azad olmaqdır? 
23.
 
Siz özünüzü böyük kollektivə rəhbərlik etməyə qadir hesab edirsiniz? 
24.
 
Sizin üçün qazanc həyatda ən əsas məqsəddir? 
25.
 
Sevimli iĢiniz sizin üçün hakimiyyət və puldan daha qiymətlidir? 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə