Азярбайъан республикасынын тящсил назирлийи



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə87/88
tarix17.09.2017
ölçüsü3,79 Kb.
#529
1   ...   80   81   82   83   84   85   86   87   88

271 
 
26.
 
Siz adətən öz azadlıq hüququnuzu qoruya bilirsiniz? 
27.
 
Sizin  ürəyinizdən hakimiyyət arzusı, rəhbərlik istəyi keçirmi? 
28.
 
Siz razısınız ki, pulu hansı yolla qazanmağın əhəmiyyəti yoxdur? 
29.
 
Hətta istirahətdə olanda da siz iĢsiz qala bilmirsiniz? 
30.
 
Azad olmaq üçün siz çox Ģeyi qurban verməyə hazırsınız? 
31.
 
Siz ailənizdə  özünüzü sahib hiss edirsinizmi? 
32.
 
Pul vəsaitlərində qənaət sizə çətindir? 
33.
 
Dost və tanıĢlarınız sizi peĢəkar kimi qiymətləndirirlər? 
34.
 
Azadlığınızı məhdudlaĢdıran insanlar sizdə böyük qəzəb oyadırmı? 
35.
 
Hakimiyyət sizə bir çox baĢqa dəyərləri əvəz edə bilərmi? 
36.
 
Siz adətən lazımi məbləğdə pul yığa bilirsizmi? 
37.
 
Sizin üçün əmək ən böyük dəyərdir? 
38.
 
Siz  tanıĢ  olmayan  adamların  arasında  özünüzü  sərbəst  və  inamlı  hiss 
edirsiniz? 
39.
 
Hakimiyyət  əldə  etmək  üçün  siz  azadlığınızı  məhdudlaĢdurmağa 
razısınız? 
40.
 
Sizin ən böyük fəlakət- pulun yoxluğudur? 
Protokol nümunəsi: 
 



13 
17 
21 
25 
29 
33 
37 


10 
14 
18 
22 
26 
30 
34 
38 


11 
15 
19 
23 
27 
31 
35 
39 


12 
16 
20 
24 
28 
32 
36 
40 
 
Göstəricilərin işlənməsi və interpretasiyası: 
Göstəricilərin iĢlənilməsi protokolun üfüqi sırası ilə aparılır (nümunəyə 
bax) 
«Altruizm-xüdbinlik»,  «proses-nəticə»  yönlü  durumları  aşkarlama         
metodikasının açarları: 
1. Birinci sıranın «müsbətlərinin» cəmi – suallar: 1, 5, 9, 13, 17, 21, 25, 
29, 33, 37- «prosesə meyllilik». 
Adətən insanlar prosesə daha çox istiqamətlidirlər, nəticə əldə edilməsi 
barəsində az düĢünürlər, çox vaxt iĢin təhvil verilməsini  yubadırlar,onların 
prosesə yönlü olması  yaxĢı nəticələr əldə etməyə maneəçilik törədir; onlara 
iĢə olan maraq təkan verir, yaxĢı nəticə əldə etmək üçün çoxlu yorucu iĢlər 
görülməlidir  ,  onlar  isə  belə  iĢləməyə  qarĢı  olan  mənfi  münasibətlərinin  
öhdəsindən gələ bilmirlər. 
2. Ġkinçi sıranı «müsbətlərinin» cəmi – suallar 2, 6, 10, 14, 18, 22, 26, 
30,  34,  38  –  «nəticəyə  meyllilik».  Nəticəyə  istiqamətlənən  insanlar  –  ən 


272 
 
etibarlı olanlardan biri sayılırlar. Onlar maneə və çətinliklərə baxmayaraq, öz 
fəaliyyətlərində yüksək nəticələr əldə edə bilirlər. 
3. Üçüncü sıranın  «müsbətlərinin»  cəmi – suallar 3, 7, 11, 15, 19, 23, 
27, 31, 35, 39 – «altruizmə meyllilik». Altruist dəyərlərinə yönlənən insanlar 
çox  vaxt  ziyan  çəksələr  də,  ətrafdakıların  hörmətini  qazanır.  Bu  insanların 
qeydinə  qalmaq  lazımdır.  Altruizm  –  ən  qiymətli    ictimai  mövqedir  ,onun 
olması  yetkin insanı fərqləndirir . Altruizm  hədsiz ziyan versə də, məntiqsiz 
görünsə  xoĢbəxtlik gətirir. 
4. Dördüncü  sıranın  ―müsbətlərinin‖ cəmi- suallar 4, 8, 12, 16, 20, 24, 
28, 32, 36, 40 -    «xudbinliyə meyllilik». Hədsiz dərəcədə xudbin insanlara 
az rast olunur. Müəyyən dərəcədə «məntiqli xudbinlik» insana zərər verməz. 
Onun yoxluğu daha çox ziyandır, həm də ki ,buna «ziyalı ixtisaslı» insanlar 
arasında daha çox  rast gəlinir.  
 
«Azadlıq – hakimiyyət», «əmək - pul» yönümlü durumları  
aşkarlama metodkasının açarları 
Məlumatların  hesablanması  əvvəlki  metodikadakı  kimi  aparılır  – 
«müsbətlərin» sayı hesablanır (protokolun üfiqi xəttində olan «hə» cavabları)  
1.
 
Birinci  xəttin  cəmi  –  «əməyə  meyllilik».  Adatən  zəhmətə  meylli 
insanlar, bütün vaxtlarını-istirahət , məzuniyyət və s.günləri də daxil olmaqla 
-  hər  hansı  bir  iĢi  yerinə  yetirməyə  sərf  edirlər.  Əmək  onlara  baĢqa 
məĢğuliyyətlərdən daha çox sevinc və ləzzət verir. 
2.
 
Ġkinci  xəttin cəmi -   «azadlığa meyllilik».  Bu insanlar üçün əsas dəyər 
azadlıqdır.  Çox  vaxt  azadlığı  və  əməyə  meyllilik  birləĢmiĢ  halda  olurlar, 
―azadlığa  ‖  və  ―pula‖    meylliliklər  isə  çox  az  hallarda      birləĢmiĢ  halda 
olurlar.  
3.
 
Üçüncü  xəttin  cəmi  –  «hakimiyyətə  meyllilik»  -  bu    daha  çox  güclü 
cinsin  nümayəndələrinə  xas  olur.  Adətən  bunlar  istehsalçılardır,  lakin 
istisnalar da olur. 
4.
 
Dördüncü sıranın cəmi – «pula meyllilik» - bu  adətən iki halda olur: pul 
olanda və olmayanda.  Bizim seçimlərdə   müəllimlər rəhbər olduğu üçün  -  
bu meyllik digərlərinə nisbətən daha zəifdir.  
Həyatda  əvvəllər  formalaĢmıĢ  bir  çox  baxıĢların  dağıldığı  indiki 
zamanda  istiqamətlənmələrdə  gedən  dəyiĢiklərin  tədqiqatı  çox  böyük 
əhəmiyyət daĢıyır. Dəyər istiqamətlərinin  xüsusiyyətləri  ixtisas seçimində, 
fərdi – psixoloji və qrup konsultasiyalarında  maraq doğurur.  
Onlar  həm  də  ən  gözlənilməz  vəziyyətlərdə  maraqlı  ola  bilərlər. 
Məsələn:  ailə  və  nigah  məsələləri  üzrə  konsultasiyalarda.  Təcrübə  göstərir 
ki,  sosial  -psixoloji  durumlarda  olan  ziddiyyətlər  çox  vaxt  ailə-nigah 
münasibətrinə xətər yetirir. Bu ziddiyyətlərin vaxtında aĢkarlamaq və onları 
dəf etmək üçün səy göstətmək daha məqsədə uyğundur.  


273 
 
Bu  metodikaların  köməyi  ilə  alınmıĢ  nəticələri  qrafik  Ģəkildə  təqdim 
etmək  məqsədə  uyğundur.  Bunun  üçün  iki  kəsiĢən  Ģaquli  xətt  çəkmək 
lazımdır.  Mərkəzdən  (nöqtə  0)  alınmıĢ  dörd  xəttin  hər  birinin  üzərindən 
sorğu açarlarına uyğun toplanmıĢ balları iĢarələmək lazımdır. Sonra, alınmıĢ 
nöqtələri 
birləĢdirmək 
lazımdır. 
Nəticədə 
sosial- 
psixoloji  
istiqamətlənmənin xüsusiyyətlərini əks etdirən müstəvi əmələ gəlir.  
Qeyd etmək lazımdır ki, metodikalardan istifadənin nəticələri əsasında,  
yoxlanılanlar arasında bir neçə qrup aĢkarlamaq olar:  
1.
 
Harmonik  istiqamətlənmələri  olan  yüksək    motivasiyalı      qrup. 
Bütün meylləri güclü və eyni eyni səviyyədə ifadə olunmuĢdur. 
2.
 
 Bütün meylləri çox zəif ifadə olunmuĢ  aĢağı motivasiyalı qrup. 
3.
 
Qeyri  –  harmonik  meylilikləri    olan  qrup.  Onlarda  bəzi  meyllər 
güclüdür, bəziləri isə hətta  olmaya   da  bilərlər.  
Fərdi  konsultasiya  prosesində  qeyri-  harmonik  meylliliyin  və  zəif 
motivasiyanın  səbəblərini  dəqiqləĢdirmək  məqsədəuyğundur.  Bu    səbəblər 
müvəqqəti ola bilərlər və onların düzəliĢlərə ehtiyacı yoxdur. 
 
ƏMƏK KOLLEKTIVINDƏ SOSIAL- PSIXOLOJI  IQLIMIN 
ÖYRƏNILMƏSI (O. S. MIXALYUK VƏ A. Y. ġALITO) 
 
Təcrübə  göstərir  ki,  psixoloji  iqlimin  tədqiqi,  adətən  iki  məqsəd 
güdür:          
1)  qruplarda  psixoloji  iqlimin    xüsusiyyətləri    ilə  onlarda  gedən  bir 
sıra  proseslərin  gediĢatının  qanunauygunluqları    arasındakı  qarĢılıqlı  əlaqə 
haqqında  fərziyyənin  təsdiqi,  yəni  müxtəlif  psixoloji  iqlimli  kollektivlərdə  
istehsalat, sosial və ya sosial – psixoloji proseslərin fərqli getməsi haqqında 
fərziyyənin  təsdiqi 
2)  kollektivdə  psixoloji  iqlimin  optimallaĢdırılması  üzrə  konkret 
tövsiyələrin hazırlanması. 
Əgər  ikinci  qrup  məsələlərin    həlli  üçün  hər  bir  halda    xüsusi 
metodikanın  təĢkili  vacibdirsə,  birinci  halda  təcrübə  göstərdiyi  kimi, 
kollektivdə  psixoloji  iqlimin  vəziyyətinin  öyrənilməsi  məqsədilə  müxtəlif 
zamanda  nəzarət  edilməsinə  ehtiyac  yaranır,  bu  və  ya  digər  tədbirlərin 
gücünü  və  onların  psixoloji  iqlimə  təsirini  izləmək  lazım  olur  və  s.  Belə 
ölçülər faydalı ola bilərlər, məsələn:  yeni iĢçilərin uyğunlaĢmasının, əməyə 
münasibətin,  kadrlar  axınının  dinamikasının,  rəhbərliyin  effektivliyinin, 
fəaliyyətin məhsuldarlığının öyrənilməsində. 
Ġlkin əmək kollektivinin psixoloji iqlimi müəlliflər tərəfindən heç bir 
fərdin  kollektivə  qarĢı  olan  sosial  asılı  və  nisbətən  dayanıqlı  münasibətlər 
sistemi kimi qəbul edilir. Metodika kollektivdəki münasibətlərin emosional, 
davranıĢ və ünsiyyət   kimi komponentlərini aĢkarlamağa imkan verir. 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə