Азярбайъан республикасынын тящсил назирлийи



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə11/88
tarix17.09.2017
ölçüsü3,79 Kb.
#529
1   ...   7   8   9   10   11   12   13   14   ...   88

33 
 
Ağac  rəsminin  interpretasiyası    özündə  daimi  özəyi    (köklər,    gövdə, 
budaqlar) və bəzək elementlərini (yarpaqlar, bəhrə, peyzaj) cəmləĢdirir. 
Qeyd    etdiyimiz  kimi,  K.Koxun  interpretasiyası  əsasən  psixiki 
inkiĢafın  xüsusiyyətlərinin  və  patoloji  əlamətlərinin  aĢkarlamasına 
yönəldilmiĢdir.    Bizim  fikrimizcə,  bu  interpretasiyada    bir  sıra  ziddiyyətlər 
var  və həm də çətin dəqiqləĢdirilən anlayıĢlardan istifadə olunur. 
Məsələn,  ―dairəvi  ağac  çətiri‖,  ―enerji  çatıĢmazlığı‖,  ―mürgüləmə‖  kimi 
əlamətlərin  interpretasiyasında  və  eyni  zamanda  ―müĢahidə  qabiliyyəti‖, 
―güclü  təxəyyül‖,  ‖tez-tez  düzüb-qoĢan,‖    və  ya:  ―cəmlənməsinin 
çatıĢmazlığı‖, - nəyin?  
Bu anlayıĢ arxasında hansı reallıq durur?  Bu naməlum qalır. Bundan 
əlavə əlamətlərin Ģərhi zamanı adi anlayıĢlardan hədsiz istifadə olunur. Məs. 
―boĢluq‖,  ―təĢəxxüslülük‖,  ―təmtəraqlılıq‖,  ―səthi‖,  ―bayağı‖,  ―alçaq‖, 
‖dardüĢüncəli‖,  ‖ədəbazlq‖,  ―ikiüzlülük‖,  ‖rəsmiyyətpərəstlik‖,  ―əcaiblik‖, 
―saxtalıq‖  və  elə    burada  da  ―konstruktivlik  qabiliyyətli‖,  ―təsnifləĢdirmə 
bacarığı‖,  ―texniki  istedad‖  kimi  birləĢmələr;  və  ya  ―Ģəxsi  intizam‖, 
‖soyuqqanlılıq‖,  ‖tərbiyəlilik‖  —  təĢəxxüslülük‖,  ―lovğalıq‖,  ―laqeydlik‖, 
―biganəlik‖. 
Diqqət  çəkmək  lazımdır  ki,  psixoloji  məsləhət  prosesində  normal 
insanlarla  ünsiyyət  zamanı  onların  ünvanına  bu  cür  epitetlər  söyləmək  yol 
verilməzdir.  Bununla  əlaqədar  biz,  müasir  ədəbiyyatda  iĢıqlandırılmıĢ  və 
bizim fikrimizcə psixoloji məsləhətlər zamanı gündəlik  təcrübədə  istifadəsi 
məqsədəuyğun saylılan interpretasiya variantını təklif  edirik. 
Yer vərəqin sağ kənarı istiqamətinə yüksəlir – ruh yüksəkliyi, Ģənlik. 
Yer vərəqin sağ  kənarı istiqamətinə enir – gücün azalması, ruh düĢkünlüyü. 
 
Köklər 
 
Köklər gövdədən gödəkdir – gizlədilmiĢ, qapalı olanı görmək istəyi. 
Köklər gövdəyə bərabərdbir – çox güclü maraq, artıq problem təĢkil edir. 
Köklər gövdədən böyükdür – intensiv maraq, həyəcan doğura bilər. 
Köklər xətlə işarələnib – gizli saxlanılana qarĢı uĢaq davranıĢı. 
İki xətt şəkilli köklər – reallığın qiymətləndirilməsində düĢüncəlilik və seçmə 
qabiliyyəti;  bu  köklərin  mütəlif  formada  olması  tanıĢ  olmayanların 
çevrəsində və ya yaxınların əhatəsində  yaĢamaq, bəzi tendensiyaları boğmaq 
və ya ifadə etmək arzusunu ilə bağlı ola bilər.  
Simmetriya  -  ətraf  aləmlə  uzlaĢma  görüntüsü  yaratmaq  istəyi.  Aqressivliyi 
cilovlamaq  cəhdi.  Hisslərə  münasibətdə    mövqe    seçimi  zamanı  tərəddüd, 
daxili  konfiliktə  gətirib  çıxara  biləcək  dərəcədə      abvivalentlik. 
TormozlanmıĢ mənəvi problemlər. 
Vərəqdə  ikili  yerləşmə  -  keçmiĢə,  rəsmdə  əks  olunana,  yəni  öz  hərəkətinə 
münasibət. Ġkili istək – ətrafın çərçivəsində  müstəqillik və müdafiə. Mərkəzi 


34 
 
mövqe  -  ətrafdakılarla  uzlaĢma,  tarazlıq  tapmaq    istəyi.  VərdiĢlərə  istinad 
edən sərt və dəyiĢilməz sistemə ehtiyacı əks etdirir. 
Soldan sağa yerləşmə - ətraf aləmə, gələcəyə istiqamətlənmə artır. Ad-sana 
istinad etmək tələbatı; ətraf  aləmlə uzlaĢma axtarıĢları; Ģöhrətpərəslik, özünü 
baĢqalarına  zorla  qəbul  etdirmək  cəhdi,  tərk  edilmə  hissi;  davranıĢda 
tərəddüdlər mümkündür. 
 
Yarpaqların forması 
 
Ağac çətirinin yumru forması – coĢqunluq, emosionallıq. 
Yarpaqlarda  dairələr  –  sakitləĢdirici  və  mükafatlandırıcı  hisslərin  axarıĢı; 
tərk edilmə və peĢmançılıq. 
Budaqlar aşağı sallanıb– cəsarətin itirilməsi, səylərdən imtina. 
Budaqlar yuxarı uzanıb – entuziazm, hakimiyyətə can atma. 
Budaqlar müxtəlif istiqamətlərə uzanıb  - özünütəsdiqin, əlaqələrin axtarıĢı; 
qərarsızlıq; ətrafdakılara qarĢı həssaslıq ona zidd  deyil. 
Yarpaqlar  –  seyrək  və  ya  sıx  tordur  –  problemli  vəziyyətlərdən  yan 
keçməkdə az  və ya çox  zirəklik. 
Yarpaqlar    əyri  xətlərdən  ibarətdir  –  həssaslıq,  ətrafdakıları  aĢkar  qəbul 
etmə. 
Bir rəsmdə açıq və örtülü  yarpaqlar – obyektivlik  axtarıĢı. 
Örtülmüş  yarpaqlar – öz daxili aləmini uĢaq üsulları ilə qorumaq. 
Örtülmüş  sıx yarpaqlar – özünü biruzə verməyən aqressivlik. 
Rəsmin  tamlığı  ilə  əlaqəsi  olmayan  yarpaq  detalları  –  xırda  əlamətləri 
ümumi hadisənin xüsusiyyəti kimi qəbul edən mülahizələr. 
Budaqlar  gövdənin  bir  sahəsindən  çıxır  –  uĢaqların  müdafiə  axtarıĢları, 
yeddi yaĢlı uĢaq üçün norma. 
Budaqlar  bir  xətlə  çəkilib  –  xoĢ  olmayan  reallıqdan  uzaqlaĢmaq,  onu 
transformasiya etmək və bəzəmək cəhdi. 
Yoğun budaqlar – həqiqətin düzgün seçilməsi. 
Yarpaq - ilmələr – öz cazibəsini istifadə etməyə üstünlük verir. 
Yarpaqlarda ziqzaqlar – gizlilik və ehtiyyat. 
Tor kimi yarpaqlar – mənfi hisslərdən uzaqlaĢma. 
Naxışa bənzəyən yarpaqlar – məlahət, üzügülərlik, cazibədarlıq. 
Palma ağacı – yerdəyiĢməyə can atma. 
Söyüd ağacı – enerci  və ehtiras  qıtlığı,  möhkəm  dayaq və pozitiv  əlaqələr 
axtarıĢı;  keçmiĢə  və  uĢaqlıq  təcrübəsinə  qayıdıĢ;  qərarlar  qəbulunda 
çətinliklər. 
Qaralama, ştrixləmə – gərginlik, həyəcan. 
Gövdə  qaralanıb  –  daxili  həyəcan,  Ģübhə,  tərk  olunma  qorxusu,  gizli 
aqressiya. 


35 
 
Gövdə  -  anaya  bənzəmək,  hər  iĢi  onun  kimi  etmək  arzusu  və  ya  ataya 
bənzəmək, onunla  gücünü sınamaq, uğursuzluqları  təhlil etmək. 
Gövdə  çatlamış  gümbəz    formasında  –  xaricdən  məcburiyyəti  kəskin  hiss 
etmək və ona müqavimət  göstərə bilməmək. 
Yarpaq  çətirində  ayırıcı xətt -  passivlik, yumĢaqlıq, üzüyola olmaq. 
Bir xətdən ibarət gövdə - ətrafa real baxmaqdan imtina. 
Gövdə nazik xətlə, ağacın çətiri isə yoğun xəttlə çəkilib– özünütəsdiq etməyi 
bacarır və azad hərəkət edə bilir. 
Yarpaqlar nazik xətlərlə çəkilib –  böyük  həssaslıq, təsirlənmə qabiliyyəti. 
Gövdə sərt xətlərlə  çəkilib - qətiyyət, aktivlik,məhsuldarlıq . 
Gövdənin  xətləri  düzdür  –  çeviklik,  zirəklik,  həyəcanlı  faktlar  üzərində 
yubanmamaq. 
Gövdənin xətləri əyridir – fəallıq maneələrin keçilməzliyi haqqındakı fikirlər 
və həyəcanlar  ucbatından   tormozlanır. 
Vermişel‖—sui  –  istifadə  məqsədilə    qapalılıq,  gözlənilməyən  hücumlar, 
gizlin qəzəb. 
Budaqlar  gövdə  ilə  əlaqəsizdir  –  istəklərə  uyğun  olmayan  reallıqdan 
uzaqlaĢma, ondan arzulara və oyunlara ―qaçmaq‖. 
Gövdə açıqdır və yarpaqlarla əlaqəlidir – yaxĢı intellekt, normal inkiĢaf, 
daxili aləmini qoruyub saxlamaq istəyi. 
Gövdə yerdən aralıdır - ətraf aləmlə əlaqələrin azlığı; gündəlik və mənəvi 
həyat az əlaqəlidir. 
Gövdə aşağıda  məhduddur – bədbəxtlik hissi; dayaq axtarıĢı. 
Gövdə aşağıda genəlir – öz dairəsində etibarlı vəziyyət axtarıĢı. 
Gövdə aşağıda daralır – arzulanan dəstəyi verməyən mühitdə təhlükəsizlik 
hissi, təcridolunma və özünü narahat dünyaya qarĢı təsdiqləmək  istəyi. 
Ümumi hündürlük – vərəqin aşağı dörddə biri  - asılılıq, özünəinamın azlığı,  
hakimiyyət barədə    kompensator (əvəzini çıxmaq)  arzular. 
Vərəqin aşağı yarısı – az  biruzə verilən asılılıq və qətiyyətsizlik. 
Vərəqin dörddə üçü   – mühitə yaxĢı uyğunlaĢmaq. 
Vərəq bütövlükdə istifadə olunub – nəzərə çarpmaq, baĢqalarına güvənmək, 
özünütəsdiqlənmək istəyi. 
Çətirin  hündürlüyü – (səhifə səkkiz hissəyə bölünür).  
1/8 – müqavimət və nəzarət çatışmazlığı – 4 yaĢında uĢaq üçün norma; 
¼ - öz təcrübəsini dərk etmə və hərəkətlərinə nəzarət bacarığı; 
¾ - yaxĢı nəzarət və öz təəsüratını təhliletmə. 
½ -   ümidlər, tarazlayıcı arzular. 
5/8 – intensiv mənəvi  həyat. 
6/8 – çətirin  hündürlüyü zehni inkiĢafdan və mənəvi maraqlardan birbaĢa 
asılıdır. 
7/8 – yarpaqlar demək olar bütü səhifəni tutur –  arzulara   ―qaçmaq‖. 
 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə