45
40.
Elə
vaxtlar olur ki, mən özümü faydasız hesab edirəm.
41.
Mən bəzən söyüĢ söymək istəyirəm.
42.
Mən çox vaxt kimə görə isə və ya nəyə görə isə həyəcan keçirirəm.
43.
Məni mümkün ola biləcək uğursuzluqlar narahat edir.
44.
Mən çox vaxt üzümün qızaracağına görə qorxuram.
45.
Məni bəzən ümüdsizlik bürüyür.
46.
Mən əsəbi və tez özündən çıxan adamam.
47.
Mən çox vaxt müĢahidə edirəm ki, nə isə etmək istəyəndə əllərim əsir.
48.
Mən həmiĢə aclıq hiss edirəm.
49.
Məndə özünəinam azdır.
50.
Mən hətta sərin günlərdə belə tez tərləyirəm.
51.
Mən elə Ģeylər haqqında xəyala dalıram ki, onlardan heç kimə
danıĢmasam yaxĢıdır.
52.
Mənim qarnım çox nadir hallarda ağrıyır.
53.
Mən hesab edirəm ki, mənim üçün hər hansı bir problem və ya iĢ
üzərində diqqətimi cəmləmək çox çətindir.
54.
Mənim elə güclü surətdə narahatlıq keçirdiyim dövrlər olur ki, bir
yerdə belə otura bilmirəm.
55.
Mən həmiĢə məktubu oxuyan kimi dərhal ona cavab yazıram.
56.
Mən tez dilxor oluram.
57.
Mən demək olar ki, heç vaxt qızarmıram.
58.
Dostlarım və tanıĢlarım ilə müqayisədə mənim ehtiyatlandığım və
qorxduğum Ģeylər çox-çox azdır.
59.
Elə olur ki, mən bu gün görməli olduğum iĢi sabaha saxlayıram.
60.
Adətən mən böyük gərginliklə iĢləyirəm.
6, 7, 9 ,11, 12, 13, 15, 18, 21, 23, 24, 25, 26, 28, 30, 31, 32, 33, 34,
35, 36, 37, 38, 40, 42, 44, 45, 46, 47, 48, 49, 50, 53, 54, 56, 60-cı
mülahizələrə verilən ―hə‖ və 1, 3, 4, 5, 8, 14, 17, 19, 22, 39, 43, 52, 57, 58-ci
mülahizələrə verilən ―yox‖ cavabları 1 balla qiymətləndirilir. 2, 10, 55-ci
bəndlərə verilən hə cavabı və 16, 20, 27, 29, 41, 51, 59-cu bəndlərə verilən
yox cavabları qeyri-həqiqi hesablanır.
Sorğunun hər iki variantı həm fərdi, həm də qrup tədqiqatlarında
istifadə olunur, həm nəzəri, həm də praktiki məsələləri həll edə bilirlər və
baĢqa test batareyalarına daxil edilə bilərlər.
46
FĠLLĠPSĠN MƏKTƏB HƏYƏCANLILIĞININ SƏVĠYYƏSĠNĠN
DIAQNOSTĠKASININ METODĠKASI
Kiçik və orta yaĢlı uĢaqların məktəblə bağlı
həyəcanlılığının səviyyəsi
və xarakterinin öyrənilməsi
Test 58 sualdan ibarətdir, onlar Ģagirdlərə həm Ģifahi, həm də yazılı
formada təqdim oluna bilər. Hər bir suala ―hə‖ və ya ―yox‖ cavabı
verilməlidir.
Təlimat: uĢaqlar, indi sizə sorğu təqdim olunacaq, sorğu sizin
məktəbdə özünüzü necə hiss etməyiniz haqqında suallardan ibarətdir.
Səmimi və doğru cavablar verməyə çalıĢın, burada doğru və ya yalan, yaxĢı
və ya pis cavablar yoxdur. Sualların üzərində uzun müddət düĢünməyin.
Cavablar üçün vərəqin yuxarısında öz adınızı, soyadınızı və sinifinizi
qeyd edin. Suala cavab verən zaman onun nömrəsini və onunla razısınızsa
―+‖, razı deyilsinizsə ― – ― iĢarəsini yazın.
SORĞU MƏTNI
1.
Özünü bütün siniflə bir səviyyədə tutmaq sənin üçün çətindirmi?
2.
Müəllim sənin materialı mənimsəmə səviyyəvi yoxlamaq
istədiyini deyəndə çoxmu həyəcanlanırsan?
3.
Sinifdə müəllimin tələb etdiyi səviyyədə iĢləmək sənin üçün
çətindirmi?
4.
Sən heç yuxuda görmüsənmi ki, dərsi öyrənmədiyin üçün
müəllim sənə möhkəm qəzəblənib?
5.
Heç elə olubmu ki, sinif yoldaĢın səni vursun və ya döysün?
6.
Yeni materialın izahı zamanı müəllimin sən onun dediyini baĢa
düĢənə qədər tələsmədən danıĢmasını tez-tezmi istəyirsən?
7.
Cavab verən zaman və ya tapĢırığı yerinə yetirən zaman çoxmu
həyəcanlanırsan?
8.
Səfeh bir səhv buraxacağından ehtiyatlandığın üçün dərsdə
danıĢmaqdan çəkindiyin heç olubmu?
9.
Səni dərsə danıĢmağa çağıranda dizlərin əsirmi?
10.
Siz müxtəlif oyunları oynayanda tez-tezmi səni lağa qoyurlar?
11.
Gözlədiyindən aĢağı qiymət aldığın vaxtlar olubmu?
12.
Sinifdə ikinci il qalmaq məsələsi səni heç həyəcanlandırırmı?
13.
Səni adətən heç vaxt seçmədiklərinə görə seçkili oyunlarda
iĢtirak etməməyə çalıĢırsanmı?
14.
Səni cavab verməyə çağırdıqları zaman baĢdan – ayağa titrədiyin
vaxtlar olurmu?
15.
Səndə belə bir hiss yaranırmı ki, sənin etmək istədiyini heç bir
sinif yoldaĢın etmək istəmir?
16.
TapĢırığı yerinə yetirməzdən əvvəl möhkəm həyəcanlanırsanmı?