Азярбайъан республикасынын тящсил назирлийи



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə21/88
tarix17.09.2017
ölçüsü3,79 Kb.
#529
1   ...   17   18   19   20   21   22   23   24   ...   88

63 
 
Qorxu:  Bütün  vəziyyətlərə  ötürülən  və  ətrafda  olan  hər  Ģeydə  əks 
etdirilən  dağınıq  bir  vəziyyət.  Qorxu  həm  də  müəyyən  situasiyalar, 
obyektlər, Ģəxslər ilə bağlı ola bilər və bilavasitə həyat üçün, sağlamlıq üçün, 
rifah və prestij üçün olan təhlükənin, qorxunun yaĢanması ilə ifadə olunur. 
Bu, enerjinin daxili konsentrasiya olunmasını sübut edən müxtəlif fiziki 
hisslərlə  müĢayiət  oluna  bilər:  ―içim  soyudu‖,  ―içimdə  nə  isə  qırıldı‖, 
―tüklərim biz – biz durdu‖, ―sinəm sıxıldı‖ və s. 
 
LYUġER TESTĠ 
 
LyuĢer  testi  belə  bir  fərziyəyə  əsaslanmıĢdır  ki,  sınaqdan  keçirilən 
insanın rəng seçimi çox vaxt onun müəyyən fəaliyyətə yönəlməsini, əhvali – 
ruhiyyəsini,  Ģəxsiyyətinin  funksional  vəziyyətini  və  ən  sabit  xarakter 
cizgilərini ifadə edir. 
Xarici  mütəxəssislər  bəzən  LyuĢer  testindən  kadr  seçimi,  istehsal 
kollektivlərinin komplektləĢdirilməsi zamanı peĢəyönümü  məqsədilə  etniki, 
herantoloji  tədqiqatlarda,  nigah  partnyorlarının  seçimi  üzrə  tövsiyyələrdə 
istifadə edirlər. 
Onların  psixoloji  interpretasiyasında  rənglərin  mənası  sınaqdan  keçən 
insanların  çoxsaylı  kontinqentinin  hərtərəfli  müayinə  olunması  gediĢində 
müəyyən olunur. 
Rənglərin  xarakteristikasına  (LyuĢerə  görə)  4  əsas  və  4  əlavə  rəng 
daxildir. 
Əsas rənglər: 
1)
 
göy – sakitliyin, məmnunluğun simvoludur; 
2)
 
göyümtül – yaşıl – inam, inad və bəzən də tərslik hissini ifadə edir
3)
 
narıncı  –  qırmızı  –  iradə  səylərinin,  aqressivliyin,  hücum 
tendensiyalarının, qızqınlığın simvoludur; 
4)
 
açıq sarı – aktivlik, ünsiyyətə meyl, ekspansivlik, Ģənlik. 
 
MünaqiĢənin olmadığı optimal vəziyyətdə  əsas rənglər əsasən ilk beĢ 
mövqedə durmalıdırlar. 
 
Əlavə  rənglər:  5)  bənövşəyi;  6)  qəhvəyi;  7)  qara;  8)  sıfır  (0).  Bunlar 
neqativ  tendesiyaların:  həyəcanlılıq,  stress,  qorxu  keçirmə,  dilxorluq 
simvollarıdırlar. Bu rənglərin (eləcə də əsas rənglərin) mənası ən çox onların 
qarĢılıqlı  vəziyyəti,  mövqelər  üzrə  düzülüĢü  ilə  müəyyən  olunur  –  aĢağıda 
bütün bunlar göstərilmiĢdir. 
 
Təlimat  (psixoloq  üçün):  ―Rəngli  kartoçkaları  qarıĢdırın  və  rəngli 
üzünü  yuxarı  qoyaraq  düzün.  Sınanandan  xahiĢ  edin  ki,  8  rəngdən  ən  çox 
xoĢuna gələni seçsin. Bu zaman izah etmək lazımdır ki, rəngi seçərkən onu 
paltarında  olan  sevimli  rənglə,  gözlərinin  rəngi  ilə  və  s.  ilə  uyğunlaĢdırıb 
seçməsin, elə belə rəng kimi seçsin. 


64 
 
 
Sınanan səkkiz rəngdən ən çox xoĢuna gələni seçməlidir. SeçilmiĢ rəng 
karteçkasını üzüaĢağı Ģəkildə kənara qoymaq lazımdır. Qalan yeddi rəngdən 
ən  çox  xoĢ  olanı  seçməyi  xahiĢ  edin.  SeçilmiĢ  rəng  kartoçkasını  birinci 
kartoçkadan sağda üzüaĢağı Ģəkildə qoymaq lazımdır. Bu proseduranı təkrar 
edin. DüzülmiĢ kartoçkaların nömrələrini ardıcıllıqla qeyd edin. 
 
2  –  3  dəqiqədən  sonra  kartoçkaların  üzüyuxarı  çevirin  və  eyni  Ģeyi 
təkrarlayın. Bu zaman izah edin ki, sınanan birinci seçim zamanı olan rəng 
ardıcıllığını  yadına  salmamalı  və  bilərəkdən  əvvəlki  ardıcıllığı 
pozmamalıdır. O, rəngləri sanki birinci dəfə imiĢ kimi seçməlidir. 
 
Birinci  seçim  arzu  olunan  vəziyyəti,  ikinci  seçim  isə  əsil  vəziyyəti 
xarakterizə edir. Tədqiqatın məqsədindən asılı olaraq uyğun testləĢdirmənin 
nəticələrini interpretasiya etmək olar‖. 
 
TestləĢdirmə nəticəsində səkkiz mövqe əldə edirik: 
 
birinci və ikinci  - aĢkar üstünlük vermək (+ + ilə iĢarə olunur); 
 
üçüncü və dördüncü  - üstünlük vermək (x x ilə iĢarə olunur); 
 
beşinci və altıncı – rəngə qarĢı biganəlik (= = ilə iĢarə olunur); 
 
yeddinci və səkkizinci – rəngə qarĢı antipatiya ( - - ilə iĢarə olunur). 
 
36000-dən  çox  nəticənin  analizi  əsasında  M.LyuĢer  seçilmiĢ 
mövqelərin nümunəvi xarakteristikasını verilmiĢdir. 
 
1-ci  mövqe  məqsədə  çatmaq    üçün  üsulları  əks  etdirir  (məsələn,  göy 
rəngin  seçimi  artıq  gərginsizlik,  sakitcə  hərəkət  etmək  niyyətindən  xəbər 
verir); 
 
2-ci mövqe sınananın can atdığı məqsədi göstərir; 
 
3-cü  və  4-cü  mövqe  rəngə  verilən  üstünlüyü  xarakterizə  edir  və 
sınananın  əsil  situasiyadakı  hisslərini  və  ya  situasiyanın  ona  qabaqcadan 
xəbər verdiyi fəaliyyət obrazını əks etdirirlər
 
5-ci  və  6-cı  mövqe  rəngə  qarĢı  biganəliyini,  ona  neytral  münasibəti 
xarakterizə  edirlər.  Onlar    bir  növ  sınanmanın  öz  vəziyyətini,  əhvali  – 
ruhiyyəsini,  motivlərini  bu  rənglərlə  bağlamadığını  xəbər  verirlər.  Amma, 
müəyyən situasiyada bu mövqe rəngin ehtiyat traktovkasını özündə saxlayır, 
məsələn, göy rəng (sakitlik rəngi) adı gedən situasiyada uyğun olmayan rəng 
kimi müvəqqəti olaraq kənara qoyulur. 
 
7-ci  və  8-ci  mövqe  rəngə  olan  neqativ  münasibəti  ,  bu  rənglə  ifadə 
olunan  hər  hansı  bir  tələbatı,  motivi,  əhvali  –  ruhiyyəni  boğmaq  cəhdini 
xarakterizə edirlər 
 
+   +     x   x   =   =   -    - 
 
3    4    1    0   2   5   6    7 
 
SeçilmiĢ  rənglərin  qeyd  olunması  mövqelər  göstərilməklə  üstünlük 
verilən rənglərin sırasını nömrələməklə aparılır. Məsələn, qırmızı, sarı, göy, 
boz,  yaĢıl,  bənövĢəyi,  qəhvəyi  və  qara  rənglərin  seçimi  zamanı  belə  qeyd 
olunur: (+   +;     x   x;   =   =;   -    -) zonaları 4 funksional qrup təĢkil edir. 
 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə