Азярбайъан республикасынын тящсил назирлийи


Göstəricilər və interpretasiya



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə26/88
tarix17.09.2017
ölçüsü3,79 Kb.
#529
1   ...   22   23   24   25   26   27   28   29   ...   88

76 
 
 
Göstəricilər və interpretasiya 
 
 Vərəqdə şəkilin vəziyyəti. Normal halda Ģəkil Ģaquli vəziyyətdə olan 
vərəqin ortasında yerləĢir. YaxĢı olar ki, vərəq ağ və ya açıq-krem rəngində, 
parıltısız olsun. Qələm və flomasterlə Ģəkil çəkmək olmaz, orta yumĢaqlıqda 
olan karandaĢdan istifadə etmək lazımdır. 
 
ġəklin vərəqin yuxarı kənarına yaxın olması (nə qədər yaxın olsa, bir o 
qədər  çox  ifadə  edir)  yüksək  özünüqiymətləndirmə  kimi  sosiumda  olan 
mövqeyindən, ətrafdakıların onu kifayət qədər qəbul etməməsindən narazılıq 
kimi,  irəli  getməyə  və  tanınmağa  iddialı  olmaq,  özünütəsdiqləmə 
tendensiyaların yoxluğu kimi Ģərh olunur. 
 
ġəklin aĢağıda yerləĢməsi - əks tendensiyadır: 
 
Özünə inamsızlıq, özünüqiymətləndirmənin aĢağı səviyyəsi, məyusluq, 
qərarsızlıq,  sosimda  olan  mövqeyinə  tanınıb  qəbul  edilməsinə  maraq 
göstərməmək, özünütəsdiq tendensiyaların olunmaması. 
 
Fiqurun mərkəzi hissəsi (kəllə və ya onu əvəz edən detal). 
 
Kəllə sağa doğru çevrilmiĢdir – fəaliyyətə sabit tendensiya: demək olar 
ki,  düĢünülən,  planlaĢdırılan  hər  Ģey  ya  həyata  keçirilir,  ya  da  həyata 
keçirilməyə baĢlayır  (hətta sona çatdırılması belə). Sınanan aktiv Ģəkildə öz 
yeni tendensiyalarını reallaĢdırmağa baĢlayır. 
 
Kəllə  sola  çevrilmiĢdir  –  refleksiyaya,  düĢüncələrə  doğru  tendensiya. 
Bu adam öz özfəaliyyətlidir: onun planlarının ancaq cüzi hissəsi reallaĢdırılır 
və ya reallaĢdırmağa baĢlayır. Çox vaxt aktiv fəaliyyət göstərmək qorxusu və 
qərarsızlıq da olur (fəaliyyət – tendensiyanın yoxluğu və ya aktivlik qorxusu 
– variantını əlavə olaraq həll etmək lazımdır). 
 
―Anfas‖ vəziyyəti, yəni Ģəkil çəkənə qarĢı yönəldilmiĢdir, eqosentrizm 
kimi Ģərh olunur. 
 
Kəllədə  duyğu  orqanlarına  (qulaqlar,  ağız,  gözlər)  uyğun  detallar 
yerləĢdirilmiĢdir. ―Qulaqlar‖ detalının mənası birbaĢadır: informasiya maraq, 
ətrafdakıların  onun  haqqında  rəyinin  əhəmiyyəti.  BaĢqa  göstəricilərə  əlavə 
olunandan  və  onlarla  birləĢdikdə  sınananın  ətrafdakıların  müsbət  qiymətini 
almaq üçün hər hansı bir tədbiri gördüyü və ya ətrafdakıların verdiyi qiymətə 
uyğun  emosional  reaksiyalar  (sevinc,  fəxr,  inciklik,  dilxorluq)  verdiyi 
müəyyən  edilir.  Açıq  ağız  və  dil  birlikdə  (dodaqlar  aydın  çəkilməyibsə) 
böyük nitq aktivliyini (boĢboğazlıq) kimi, dodaqlar aydın çəkiləndə həssaslıq 
kimi  Ģərh  olunur;  bəzən  isə  hər  ikisi  bir  yerdə  Ģərh  olunur.  Dilin  və 
dodaqların  aydın  çəkilmədiyi  açıq  ağız  –  xüsusilə  də  qərarlaĢdırlmıĢ 
qorxuların,  inamsızlığın  asanlıqla  yaranması  kimi  Ģərh  olunur.  DiĢli  ağız  – 
verbal  aqressiyadır,  çox  hallarda  isə  -  müdafiə  xarakterli  aqressiya  (ona 
mənfi  xarakterli  məzəmmətlə,  töhmətlə  edilən  müraciətə  cavab  olaraq 


77 
 
diĢlərini  qıcayır,  öcəĢir)  hesab  olunar.  UĢaqlar  və  yeniyetmələr  üçün 
qaraldılmıĢ yumru ağız forması (qorxaqlıq, həyəcanlılıq) xarakterikdir. 
 
Gözlərə  xüsusi  diqqət  verirlər.  Bu  insana  xas  olan  qorxu  keçirmə 
simvoludur:  gözün  qüzehli  qisasının  kəskin  Ģəkildə  çəkilməsi  ilə  nəzərə 
çarpdırılır. Kipriklərin olub-olmamasına diqqət verin. Kipriklər – davranıĢın 
nümayiĢkaranə maneralarını ifadə edirlər; kiĢilər üçün: xarakterin qadınlara 
məxsus  cizgiləri  aydın  çəkilmiĢ  göz  bəbəyi  qüzehli  qiĢa  ilə  nadir  hallarda 
üst-üstə  düĢürlər.  Kipriklər  həm  də  ətrafdakıların  sınananın  xarici 
gözəlliyindən  və  geyinmə  tərzindən  heyrann  olmasına  olan  marağını,  buna 
böyük əhəmiyyət verməsini göstərir. 
 
Çox  böyüdülmüĢ  kəllə  (fiqur  ilə  birlikdə)  ölçüləri  sınanan  özündə  və 
ətrafdakılarda  olan  rasional  baĢlanğıca  (eləcə  də  erudisiyaya)  əhəmiyyət 
verdiyindən xəbər verir.  
 
Kəllədə  əlavə  detallar  olur:  məsələn,  buynuzlar  –  müdafiəni, 
aqressivliyi göstərir. BaĢqa əlamətlərlə (caynaqlar, qıllar, iynələr) birlikdə bu 
aqressiyanın xarakterini – spontan və ya cavab – müdafiə - müəyyən etmək 
lazımdır.  Lələklər  özünəbənzəməyə,  özünə  bəraət  qazandırmağa 
nümayiĢkarlığa  olan  tendensiyanı    göstərir.  Yalman,  yun,  saç  forması  – 
həssaslığı,  öz  cinsini,  öz  seksual  roluna  oriyentasiyanı  nəzərə  çapdırmağı 
göstərir.  
 
Fiqurun  aparıcı,  istinad  hissəsi  (ayaqlar,  pəncələr,  bəzən  də 
postament).  Bu  hissənin  bütün  fiqurun  ölçülərinə  və  formasına  nisbətən 
tutarlığı nəzərdən keçirilir. 
a)
 
qərarların 
qəbulu, 
nəticələr 
yolların 
axtarıĢı, 
fikirlərin 
formalaĢdırılması  zamanı  tutarlılıq,  ətraflı  düĢünmək,  rasionallıq, 
mövcud vəziyyət və vacib informasiyaya əsaslanmaq
b)
 
fikirlərin  səthiliyi,  nəticə  çıxarılmasında  yelbeyinlik,  fikirlərin 
əsassızlığı, bəzən qəbulunda impulsivlik (xüsusilə ayaqların tamam 
olmadığı halda). 
 
Ayaqların  bədən  korpusu  ilə  birləĢməsinin  xarakterinə  diqqət  verin: 
diqqətlə  və  səliqəsiz,  birləĢdirilib  və  ya  heç  birləĢdirilməyib  –  bu  öz 
düĢüncələri,  nəticələri  qərarları  üzərindəki  kontrolun  xarakterini  göstərir. 
Ayaq,  pəncə,  dayaq  hissənin  istənilən  elementinin  eyni  tipləri  və  eyni 
istiqamətdə  olması  –  qərarların  qəbulu  zamanı  fikirlərin  və  məqsədlərin 
konformluğunu,  onların  standartlığını,  bayağılığını  göstərir.  Bu  detalların 
müxtəlif  formada  və  vəziyyətdə  olması  məqsəd  və  fikirlərin  müxtəlifliyini, 
müstəqilliyini  və  bayağı  olmadığını  göstərir;  bəzən  hətta  yaradıcılıq 
istedadını  (qeyri-adi  formalara  uyğun  olaraq)  və  ya  baĢqa  (patalogiyaya 
yaxın) düĢüncə tərzindən xəbər verir. 
 
Fiqurun  səviyyəsindən  yuxarı  qalxan  hissələr.  Funksional  və  ya 
bəzəyici  ola  bilərlər:  qanadlar,  əlavə  ayaqlar,  buynuzlar,  qının  detalları, 
lələklər,  saç  buruqlarına  oxĢayan  bantlar;  rəngli-funksional  detallar  –  insan 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə