Азярбайъан республикасынын тящсил назирлийи



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə32/88
tarix17.09.2017
ölçüsü3,79 Kb.
#529
1   ...   28   29   30   31   32   33   34   35   ...   88

91 
 
hərəkli  tip  sayılır),  xolerik  (güclü,  müvazinətsiz,  hərəkli  tip),  fleqmatik 
(güclü,  müvazinətli,  ətalətli    tip),  melanxolik  (zəif,  müvazinətsiz,  ətalətli  
tip). 
 
AĢağıdakı  cədvəldə  hər  bir  temperament  tipinin  soraq  vərəqinin 
Ģkalaları  ilə  əlaqəsini  müĢahidə  etmək  olar.  Elə  buradaca  hər  bir 
temperament tipinin qısa xarakteristikası verilmiĢdir. 
 
Qeyri          -         sabit 
introvertlaĢmıĢ 
ekstravertlaĢmıĢ 
asanlıqla ruhdan düĢən, 
həyəcanlı, rigid 
mühakimələrə meylli, 
bədbin, təmkinli
ünsiyyətdən 
qaçan, 
sakit.                                                   
Melanxolik                
Xolerik 
Aktiv, hissiyyatlı, 
narahat, 
təcavüzkar, tez 
təsirlənən, 
dəyiĢkən, qeyri-sabit, 
impulsiv, nikbin 
passiv, ehtiyatlı 
mühakiməli, xeyirxah
sülhpərvər, idarəedici
inam doğuran, etibarlı, 
müntəzəm, sakit 
 
Fleqmatik                                                
Sanqvinik    ünsiyyətcil, təmasa 
girən, söhbətcil, 
qayğıkeĢ, sərbəst, 
həyatsevər, qayğısız, 
təĢəbbüskar 
Sabit 
 
 
Adətən  hər  hansı  bir  fərddən  bəhs  edərkən  qəti  olaraq  konkret  bir 
temperament  tipindən  yox,  hansısa  tipin  əlamətlərinin  üstünlüyündən 
danıĢmaq  lazımdır.  Çünki  həyatda  bu  tiplərə  ―təmiz‖  halda  nadir  hallarda 
rast gəlinir. 
 
“Xalis” sanqvinik yeni Ģəraitə tez uyğunlaĢır, insanlarla tez dil tapır, 
ünsiyyətcildir.  Hisslərı  tez  yaranır,  tez  də  dəyiĢir,  emosional  yaĢantıları 
adətən  dərin  olmur.  Mimikası  zəngin,  hərəkli  və  ifadəlidir.  Bir  yerdə  qərar 
tuta  bilmir,  yeni  təəssüratlara  ehtiyac  duyur,  öz  impulslarını  kifayət  qədər 
tənzimləyə bilmir, həyat nizamına və iĢdəki sistemə ciddi Ģəkildə riayət edə 
bilmir.  Buna  görə  də  qüvvənin  bərabər  paylanmasını,  uzunmüddətli 
gərginliyi, sabut diqqət, səbr tələb edən iĢlərin öhdəsindən gələ bilmir. Ciddi 
məqsədlər,  dərin  fikirlər,  yaradıcı  fəaliyyət    olmayanda  isə  səthilik  və 
səbatsızlıq meydana çıxır. 
 
Xolerik  yüksək  qıcıqlanma,  həyəcanlanma  xassəsi  ilə  seçilir, 
hərəkətləri qeyri-müntəzəmdir. Onun hərəkətləri kəskin və cəlddir, güclü və 
impulsivdir,  emosional  həyəcanları  qabarıq  ifadə  olunur.  Müvazinətsizliyi 
nəticəsində   maraqlandığı  iĢə var qüvvəsi ilə  giriĢir, lazım olduğundan çox 
güc  sərf  edir  və  əldən  düĢür.  Ġctimai  maraqlara  malik  olanda  temperament 
özünü  təĢəbbüskarlıqda,  enerjili  olmaqda,  prinsipiallıqda  göstərir.  Mənəvi 


92 
 
həyatı  kasad  olanda  xolerik  temperament  çox  zaman  tez  qıcıqlanma, 
özündən  tez  çıxma,  səbrsizlik,  çılğınlıq  kimi  halların  meydana  çıxmasına, 
emosional Ģəraitlərdə özünənəzarətin itirilməsinə gətirib çıxara bilir. 
 
Fleqmatik davranıĢ  fəallığının nisbətən aĢağı olması ilə xarakterizə 
olunur,  onda  yeni  təzahürlər  ləng  formalaĢır,  ancaq  dayanıqlı  olurlar. 
Hərəkətlərində  ləng  və  sakitdir.  Mimikası  və  nitqi  sakit,  rəvan,  duyğu  və 
əhval-ruhiyyəsi  dərin  olur.  Ġnadkar  və  qətiyyətlidir,  az-az  hallarda  özündən 
çıxır, çılğınlığa meylli deyil, öz qüvvəsini tənzimləməyi bacarır, baĢladığı iĢi 
sona  çatdırır,  münasibətlərində  müntəzəmdir,  kifayət  qədər  ünsiyyətcildir, 
boĢ  danıĢmağı  sevmir.  Gücünü  qənaət  edir,  boĢ  yerə  sərf  etmir.  ġəraitdən 
asılı olaraq fleqmatik bəzi hallarda təmkinlilik, fikir dərinliyi, sabitlik və s. 
kimi  ―müsbət‖,  bəzi  hallarda  -  əzginlik,  biganəlik,  tənbəllik  və  iradəsizlik, 
kasıb və zəif emosiyalar, yalnız vərdiĢ etdiyi addımları atmaq kimi ―mənfi‖ 
xüsusiyyətlərlə xarakterizə oluna bilər. 
Melanxolik  tipdə  çox  zaman  meydana  çıxan  reaksiya  onu  yaradan 
qıcığın gücünə müvafiq olmur. Duyğuları dərin və dayanıqlı olsa da, onların 
ifadəsi zəif olur. Diqqətini uzun zaman nəyinsə üzərində cəmləməyə çətinlik 
çəkir.  Güclü  təsirlər  melanxolikdə  uzunmüddətli  tormozlanma  reaksiyası 
(―tez  ruhdan  düĢür‖)  yaradır.  Nitqində  və  rəftarında  təmkinlilik  və  sakitlik, 
xasiyyətində  utancaqlıq,  çəkingənlik,  qətiyyətsizlik  səciyyəvidir.  Adi 
Ģəraitdə  melanxolik  dərin,  məzmunlu  adamdır,  yaxĢı  zəhmətkeĢ  ola  bilər, 
həyati  məsələlərin  öhdəsindən  uğurla  gəlir.  ƏlveriĢsiz  Ģəraitdə  isə  özünə 
qapanan, qorxaq, səksəkəli, tez sınan adama çevrilir  və belə həyat Ģəraitinə 
görə layiq olmadığını düĢünərkən  ağır daxili sarsıntılara meylli olur. 
 
Sorğu  vərəqi  ilə  iĢləyən  zaman  rahatlıq  üçün  yoxlananların  cavab 
blankından  (1-ci  cədvəl)  və  nəticələrin  yoxlanma  açarından  (2-ci  cədvəl) 
istifadə etmək məsləhətdir. 
 
Cavablar üçün blank 
                                                                                                              cədvəl 1 
Sualın 
№ si 
   1 
 2 
 3 
 4 
  5 
  6  
 7  
  8  
 9  
 10 
  0 
 
 
 
 
 
 
 
 
 
 
 10 
 
 
 
 
 
 
 
 
 
 
 20 
 
 
 
 
 
 
 
 
 
 
 30 
 
 
 
 
 
 
 
 
 
 
 40  
 
 
 
 
 
 
 
 
 
 
 50 
 
 
 
 
 
 
 
 
 
 
 60 
 
 
 
 
 
 
 
 
 
 
 70 
 
 
 
 
 
 
 
 
 
 
 80 
 
 
 
 
 
 
 
 
 
 
 90 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə