65
Testin nəticələrinin interpretasiyası
Qeyd olunduğu kimi, seçimin nəticələrinin izahedilməsi üsullarından
biri əsas rənglərin vəziyyətinin qiymətləndirilməsidir. Əgər onlar beĢinci
mövqedən sonrakı mövqeləri tuturlarsa, deməli, onların xarakterizə etdiyi
xüsusiyyətlər, tələbatlar ödənilməmiĢdir, nəticədə narahatlıq, neqativ
vəziyyət yaranır.
Əsas rənglərin qarĢılıqlı vəziyyəti nəzərdən keçirilir. Məsələn №1 və
№ 2 (göy və sarı) yanaĢıdılar (funksional qrup yaradırlar), onların ümumi
xüsusiyyəti – ―daxilə‖ subyektiv istiqamətlənmə qeyd olunur. № 2 və № 3
rənglərin (yaĢıl və qırmızı) birgə vəziyyəti, qərarların qəbulu zamanı onların
müstəqilliyinə, təĢəbbüskarlığına iĢarə verir. № 3 və № 4 rənglərin (qırmızı
və sarı) birləĢməsi ―xaricə‖ istiqamətlənməni qeyd edir. № 1 və № 4
rənglərin (göy və sarı) birləĢməsi sınananların mühitdən asılılığının
təsəvvürünü gücləndirir. № 1 və № 3 rənglərin (göy və qırmızı) birləĢməsi
zamanı bir funksional qrupda mühitdən asılı olmağın və subyektiv
istiqamətlənmənin (göy rəng) və müstəqilliyi, ―xaricə‖ istiqamətlənmənin
(qırmızı rəng) əlveriĢli balansı qeyd olunur. YaĢıl və sarı rənglərin (№ 2 və
№ 4) birləĢməsi ―daxilə‖ subyektiv can atma, muxtariyyət ilə inadkarcasına
―daxilə‖ can atmanın, mühitdən asılı olmanın müqayisə edilməsi kimi
nəzərdən keçirilir.
M.LyuĢerin rəyinə görə əsas rənglər aĢağıdakı psixoloji tələbatların
simvoludurlar:
№ 1 (göy) - məmnun olmağa, sakitliyə, dayanıqlı müsbət bağlılıqlara
tələbat
№ 2 (yaĢıl) – özünütəsdiqə tələbat
№ 3 (qırmızı) – aktiv hərəkət etmək və uğur
qazanmağa olan tələbat
№ 4 (sarı) – perspektivə, daha yaxĢı olmaq üçün ümidlərə, arzulara
olan tələbat.
Əgər əsas rənglər 1-ci və 5-ci mövqelərdədirlərsə, onda hesab olunur
ki, bu tələbatlar müəyyən qədər ödənilir və ödənilmiĢ kimi qavranılırlar: əgər
onlar 6-cı və 8-ci mövqelərdədilərsə, bu, o deməkdir ki, əlveriĢsiz Ģəraitlərə
görə hər hansı bir münaqiĢə, narahatlıq, narazılıq vardır. Rədd edilən rəng
stress qaynağı kimi də nəzərdən keçirilə bilər. Məsələn rədd edilən göy rəng
sakitliyin, bağlılığın olmamasından olan məmnuniyyətsizliyi bildirir.
Rənglərin seçiminin analizinin gediĢində əmək qabiliyyətinin
qiymətləndirilməsi imkanlarını M.LyuĢer aĢağıdakı mühakimələrə
əsaslanaraq nəzərə alırdı.
YaĢıl rəng mürəkkəb fəaliyyət Ģəraitlərində iradə təzahürlərinin
elastikliyini xarakterizə edir, hansı ki, əmək qabiliyyətinin mühafizə
edilməsini təmin edir.