Bütün türklərin tərcümanı
~
167
~
da dərin iz buraxır və onların taleyini müəyyənləşdirir. İvan
açıqgözlü, ayıq, bacarıqlı tacir kimi yetişir, təhsilini artırır, bir neçə
dilə yiyələnir, anasına diqqət, qayğı göstərir. Süleyman cəmiyyətdə
sıxılır, kasıbdır, xəstə anasına dərman ala bilmir, bir sözlə, mənasız
həyat sürür. İ.Qaspiralı oxucusuna «sən dünyəvi biliklərə yiyələn,
belə etsən, gələcəyin parlaq olar, valideynlərinə, mənsub olduğun
millətə xidmət edə bilərsən» - demir, daha təsirli vasitədən istifadə
edir, İvanın və Süleymanın timsalında təhsilin nəyə qadir olduğunu
açıq-aşkar göstərir, nəticəni oxucu özü çıxarmalıdır…
Abid Tahirli
~
168
~
Ġ.QASPĠRALI ĠRSĠNDƏN
ĠNCĠLƏR
Alına yazılanı göz görəcəkdir («Firəngistan məktubları»).
Millətə xidmət etmək istəyirsən, əlindən gələn işlə başla
(«Firəngistan məktubları»).
Ərəbcə, tatarca, rusca – hansı dildə olursa-olsun – oxumalı,
bilik və mərifətə sahib olmalısan (30 iyul 1886-cı ildə Tiflisdə onun
şərəfinə təşkil olunmuş toplantıdakı çıxışından).
Oxumalıyıq, təlim keçməliyik, öyrənməliyik («Sərgidə
mən nə gördüm»).
Dünyada kamalsız və hünərsiz yaşamaq mümkün deyildir
(«Sərgidə mən nə gördüm»).
Rahat, məsud olmaq tərəqqi etmək istəyirsənsə,
maariflənməlisən («Sərgidə mən nə gördüm»).
Öpüşmək xəta deyildir. Ər və arvad bir-biri üçün nemətdir.
Lakin pünhan yerdə, hamının gözü qabağında yox. Gül ilə bülbül,
ya gecə yarısı, ya səhər tezdən sevişərlər. Səs uzağa getsə də,
məhəbbət, sevinc gizli olar («Firəngistan məktubları»).
Kim susayıb, su tapar, amma içməz?! Kim gül görər,
amma baxmaq istəməz?! («Firəngistan məktubları»).
Səyahət etmək məktəbdə dərs almağa bərabərdir
(«Firəngistan məktubları»).
Dünyada doyulmayan və doyulmayacaq bir şey varsa, o da
elm və mərifətdir («Firəngistan məktubları»).
Elm və mərifət nur və altundur («Firəngistan məktubları»).
Bütün türklərin tərcümanı
~
169
~
Elm, həqiqət və mərifət günəş işığı kimidir. Bütün
dünyaya nur saçar, qüvvət verər. Aləm üçün nemət və ehsandır
(«Firəngistan məktubları»).
İngilis dili şeytan dilindən güclüdür («Firəngistan
məktubları»).
Fransızların müharibədə, ticarətdə, maarif və hünərdə, səfa
və məişətdə birinci millət olduğu məktəb və elmə məhəbbət və
rəğbətlərindəndir («Firəngistan məktubları»).
Bir fransıza «sən fransızca bilmirsən» - demək, «sən çox
pis adamsan» deməkdən daha ağırdır («Firəngistan məktubları»).
Bütün yamanlığın başı və səbəbi nadanlıqdır («Firəngistan
məktubları»).
Dilənmək haramdır. Dilənməklə həcc olmaz («Firəngistan
məktubları»).
Fransızlar daşdan su çıxarmağı bacarırlar («Firəngistan
məktubları»).
Vicdan gözdən zərif, insaf ağıldan üstündür («Firəngistan
məktubları»).
Alim nadanın, bilən bilməyənin buyruqçusudur
(«Firəngistan məktubları»).
Malın çoxluğu insanı xoşbəxt edə bilməz, xoşbəxtliyin
çeşməsi birdir – ədalət («Firəngistan məktubları»).
Elm, təhsil, tərbiyə ədalətin intişarına xidmət etmədikcə,
insan oğlu səadətdən uzaq qalacaqdır («Firəngistan məktubları»).
Bu gün Avropadan geri qalmış ölkələr Avropaya müəllim
kimi baxsa da, onun qüsurlarından, xatalarından ibrət alıb, bundan
daha gözəl yaşam tərzi qurmağa səy göstərmələri daha ziyadə
vacibdir («Firəngistan məktubları»).
Abid Tahirli
~
170
~
Fransızlar… oğru və ya ədəbsizin əxlaqını, nəfsini qamçı
və zəncirlə yox, dərs və tərbiyə ilə nəzarət altına alırlar
(«Firəngistan məktubları»).
Ev tikən balta çöldə qaldı?! («Darrürrahat müsəlmanları»).
Başıma fikir, könlümə qorxu doldu («Darrürrahat
müsəlmanları»).
Səbirli olan, işin əvvəli kimi sonunu da görər
(«Darrürrahat müsəlmanları»).
Baki (ölümsüz) ancaq bir Allahdır. İnsan işi, insan tərtibi
baki ola bilməz («Darrürrahat müsəlmanları»).
Bədbəxtliyimizə səbəb olan zəhər də, səadətimizə səbəb
olan mənəvi güc də vücudumuzdadır («Darrürrahat müsəlmanları»).
İnsanlar gözəl əxlaqlı və gözəl xasiyyətlidirsə, cəmiyyət
durmadan tərəqqi edər, salamat və xoşbəxt olar, əks təqdirdə, içdən
çürüyən alma kimi tədric dağılar («Darrürrahat müsəlmanları»).
Bahadırların yerinə qorxaqlar keçəndə, insaflıları alçaqlar
əvəz edəndə, cəhalət pərdəsi elmi örtəndə, tənbəllik qeyrəti zəbt
edəndə, bu hala gəlib çıxan xalq ağlasın, gözündən qanlı yaşlar
töksün. Çünki bu halın sonu çox acınacaqlıdır – hər şey qar topu
kimi əriyib məhv olacaqdır («Darrürrahat müsəlmanları»).
Xəstə ağacda sağ meyvə olmaz («Darrürrahat müsəl-
manları»).
Bizə vacib olan son və axır nəfəsə qədər millət və yurd
uğrunda qeyrətdir («Darrürrahat müsəlmanları»).
Cənabi-Haqqın inayəti çətin günlərdə yetişir («Darrürrahat
müsəlmanları»).
Dostları ilə paylaş: |