Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə14/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   10   11   12   13   14   15   16   17   ...   185

 42

likləri  də nəzərə alınır.  Bu cəhətlər  əsas  götürülərək  seçilmiş  sözlər 

müvəffəqiyyətli olduqda əsərin dilini məzələndirir, duzlandırır, Lakin 

belə sözlərə artıq yer vermək ”... məzəli duzluluq yox, artıq duzluluq - 

şorluq  əmələ  gətirir.”

2

.  İ.Şıxlı    dilə böyük tələbkarlıqla yanaşan 



diqqətli yazıçı sövqi-təbii ilə bu cəhəti xüsusi nəzərə almış, romanın 

dilinə daha çox ədəbi dilə, onun bu və ya digər üslubuna gətirmək 

arzusunda olduğu sözləri daxil etmişdir.  

Nisbətən geniş dairədə işlədilən və əksəriyyət tərəfindən başa 

düşülən  xosunlaşmaq (53), poqquldamaq (59), xımırtlamaq (136), 

xışmalamaq (227), çəçik (200), cınqır  və s. kimi sözlər mənanı 

ekspressiv ifadə etməsi ilə  ədəbi dildəki qarşılıqlarından fərqlənir. 

Belə sözlərin seçilib bədii dilə və tədricən ədəbi dilə gətirilməsindən 

ədəbi dil heç də zərər çəkməz. Bu sözlərin əlavə rəngi, xüsusi boyası 

onların bədii dildə rolunu artırır, işlənmə imkanlarını genişləndirir. 

”Xosunlaşmaq” yalnız danışmaq deyildir, bu sözdə başqasının 

haqqında və ya başqa bir hadisə ilə əlaqədar ən azı iki nəfərin yavaşca, 

gümanlı, böhtanlı danışıq çaları da vardır. ”Poqquldamaq”  darboğaz 

qabların (səhəng, bardaq, dolça və s.) yalnız dolmasını deyil, dolarkən 

çıxardığı  səsi, ”xışmalamaq” bir şeyi hərisliklə ovuclayarkən  əmələ 

gələn xışıltını, ”cınqır” güclə  eşidilən səsi bildirir və s. Eləcə  də 

toparlamaq, yığanlamaq sözləri (”Nökərlər taxılı yığanlayıb xırmanın 

ortasına toparlamışdılar”, 326) Qərb dialekt və şivələrində ”yığmaq”, 

”toplamaq” mənalarında işlənir, prosesi qabarıq  şəkildə göz önündə 

canlandırmaqla ”yığmaq”, ”toplamaq” sözlərindən işin daha intensiv 

icra tərzinə görə fərqlənir.  

Romanda şivə çalarlı elə sözlər də var ki, onların ədəbi dildə 

dəqiq sinonim qarşılıqları olmadığı üçün belə sözlər müəllifin  ədəbi 

dili zənginləşdirmə meyli ilə  əlaqədar işlənmişdir. Bu cür sözlərə 

yazıçının öz dilində  təsadüf edilməsi də fikrimizi təsdiq edən 

cəhətlərdəndir. Təngildəmək, üşürgələnmək, yehrələnmək,  şırvanmaq, 



çığnamaq belə sözlərdəndir. Bu sözlər hələ  də  şivələrimizdə müasir 

ədəbi dilimizdən kənarda qalmış, uzun inkişaf tarixi keçirmiş çox 

maraqlı sözlər mövcud olduğunu göstərir.  

”Təngildəmək” və ”üşürgələnmək” sözləri diqqəti daha çox  

cəlb  edir.  ”Təngildəmək”  sözünə 5-6  cümlədə  təsadüf edilir: 

”Cahandar ağa qəfil zərbə almış adamlar kimi təngildəyib yerində 

dayandı” (104); ”Ayağını yerə basanda təngildəyib ufuldandı” (151); 

”Şahnigarın  təngildəyib... fırlanmasını görmədi”(189); ”Şamxal bunu 

                                                           

2

 ß.Äÿìèð÷èçàäÿ. Àçÿðáàéúàí äèëèíèí öñëóáèééàòû, Áàêû,1962, ñ.89. 




 43

gözləmədiyindən  təngildədisə  də, tez özünü ələ aldı” (102) və s. 

Misallardan göründüyü kimi, bu söz qəfil zərbədən qeyri-ixtiyari 

büdrəmək, yerində  fırlanmaq, dönmək, gözlənilməz təsirdən 

müvazinətini itirmək, səndələmək mənalarını özündə birləşdirən bir 

sözdür. Şübhəsiz, bu söz canlı danışıq dilində daim hərəkətdə olmaq, 

sakit dayanmamaq mənalarında işlənən ”dingildəmək” feli ilə bir 

mənşədəndir. Sözün kökü təqlidi söz olmuş, təqlidi sözlərdən fel 

əmələ  gətirən  -ildə  şəkilçisi həmin sözün əsasında fel düzəltmişdir. 

Dialektoloqların bəzən diqqətindən yayınan belə sözlərin bədii dildə 

özünə  əlverişli zəmin tapması yazıçının xalq dilinə  dərindən bələd 

olduğunu təsdiq edən qiymətli faktlardandır. Bu qeydi aşağıdakı 

cümlələrdə işlənmiş ”üşürgələnmək” felinə də aid etmək olar: ”Çölün 

üzərinə çökmüş gecənin sərinliyi onu üşürgələndirəndə yorğana bürü-

nür(dü); ”Kür tərəfdən olduqca sərin, lakin (”lakin” sözü burada 

artıqdır, çünki ”olduqca sərin” havada bədənin üşürgələnməsi təbiidir 

- Q.K.) adamın bədənini üşürgələndirən bir səhər küləyi gəlib keçdi” 

(272); ”Üşürgələnmək” feli ”üşümək” feli ilə bir kökdən olsa da, bu 

sözün mənası ”üşümək” sözünün mənasından geniş  və  fərqlidir. Bu 

sözdə  bədənin sərin havada birdən-birə, ani olaraq əsməsi, uçunması 

mənası vardır.  

Bu qrupdan ”yehrələnmək” sözü də maraqlıdır. 

”Yehrələnmək” feli Azərbaycan dilinin Qərb dialekt və  şivələri 

qrupunda ”biçilib, lakin yığılmamış ot zolağı” mənasında işlənən 

”yehrə”

1

 ismindən  əmələ  gəlmişdir; bizim bir neçə sözlə ifadə edə 



biləcəyimiz mənanı yığcam və dəqiq şəkildə ifadə edə bilir: ”Kəndlilər 

cərgə ilə  kərənti çəkirdilər. Göy otlar yehrələnib uzanırdı. Elə bil, 

dağların döşü zolaq-zolaq olmuşdu.”(132) (”Elə bil” sözü artıqdır - Q. 

K. ) 


”Şırvanmaq” sözü yaltaqlıq,  yaxınlıq etmək,  mehribanlıq 

göstərmək  mənalarını əlavə çalarla  daha  dəqiq  ifadə edir: ”İtlər sa-

hiblərini tanıyıb atın  ətrafında atılıb-düşdülər, sonra da Allahyara  

şırvandılar” (49); ”... çoxlarınız qardaşımın dalınca sürünəcəksiniz... 

dörd yanımda şırvanacaqsınız” (281); ”çığnamaq” sözü isə (”Adam da 

doğma balasını yad qızından ötəri ayağının altına salıb 

çığnayardımı?”) (268) ayaq altına almaq, tapdamaq, ayaqlayıb 

əzişdirmək mənasında türk dilində işlənməkdədir

2



                                                           



1

 Àçÿðáàéúàí äèëèíèí ãÿðá ãðóïó äèàëåêò âÿ øèâÿëÿðè. 1-úè úèëä, Àçÿðáàéúàí 

ÑÑÐ ÅÀ-íûí Íÿøðèééàòû, Áàêû, 1967, ñ.219. 

2

 Â.Â.Ðàäëîâ.Îïûò ñëîâàðÿ òþðêñêèõ íàðå÷èé. III, 2, ñ.2068. 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə