Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə3/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   2   3   4   5   6   7   8   9   ...   185

 11

nümunələrinin dil və  sənətkarlıq məsələləri barədə ilk sözü əksərən 

özləri söyləmişlər.  Ədəbiyyatşünas alimlərin öz tədqiq və araşdırma-

larının sonunda ayrı-ayrı əsərlərin dil və sənətkarlıq məsələlərinə dair 

ötəri qeydləri də bu dövr üçün çox səciyyəvidir.  

Hər dövrün öz tənqidçilər nəsli olmalıdır. 30-cular nəslinin 

dilçi-tənqidçiləri olmadı. Onlar öz milli ruhu, mübarizlik və döyüş-

kənliyi ilə gələcəyə yol açdılar. Onlar elə bir qüvvə idilər ki, əslində, 

dilçi-tənqidçi onların önündə kölgədə qalardı. Ə. Dəmirçizadə kimilər 

yönünü tarixə tutmaqda düz etmişdilər. O, hələ keçmişi öyrənməli idi 

ki, gələcəyə nüfuz edə, düz baxa bilsin. Odur ki yeni əsərlərin ideya-

estetik keyfiyyətlərinə  hər cəhətdən sənət ustaları özləri baxırdılar. 

Onlar həm yazıçı,  şair, həm də görkəmli filoloq-tənqidçi idilər. 

Onların bir çoxu, bədii irsi bir yana, ədəbi-tənqidi fəaliyyət və görüş-

ləri ilə mədəniyyət tariximizə imza atmışlar.  

Tarixi araşdırmalar müəyyən həddə çatdıqda müasir ədəbiy-

yatın tənqid meydanına çəkilməsi lazım gəldi və 60-cılar nəslinin ar-

dınca və onlarla paralel surətdə A.Axundov, T.Hacıyev, Y.Seyidov, 

bir qədər sonra A.Məmmədov, K.Vəliyev, K.Abdullayev və b. iste-

dadlı dilçi-tənqidçilər nəsli yetişdi. Bu nəslin nümayəndələri böyük bir 

məktəb şəklində 60-cılar ədəbiyyatının dil və sənətkarlıq məsələləri ilə 

yanaşı, bu ədəbiyyatın ideya-estetik keyfiyyətlərinin, sosial-ictimai 

dəyərinin araşdırılması sahəsində  ədəbiyyatşünas-tənqidçilərdən az iş 

görmədilər.  

Yaradıcılığa yeni başlayan yazıçı çox vaxt dilin nəzəri 

məsələləri, dilə estetik münasibətin prinsipləri ilə maraqlanmır, 

bunları elmi şəkildə izah etməyə ehtiyac duymur. Yazıçı bütövlükdə 

daha çox praktikdir və onu əsər maraqlandırır. Lakin yazıçının əsərdə 

reallaşan bədii dili onun mövqeyini, ümumxalq dilinə,  ədəbi dilə 

münasibətini,  əsaslandığı estetik prinsipləri müəyyənləşdirməyə im-

kan verir və bütün bunlar cəm halda yazıçının fərdi bədii üslubunu sə-

ciyyələndirir. Fərdi üslub isə əsasdır və yazıçının orijinallığı onun fər-

di üslubu ilə müəyyənləşir. Məhz bu cəhətə  əsasən, A.P.Çexov ya-

radıcılığa yeni başlayanların gələcək yazıçı taleyi barədə onların ilk 

əsərlərindən alınan təəssüratla fikir söyləmək mümkün olduğunu qeyd 

edirdi:”Bilirsinizmi, ...təzə yazmağa başlayan yazıçını  hər  şeydən 

əvvəl, dilinə görə mühakimə etmək olar. Əgər müəllifin ”üslubu” 

yoxdursa, o heç vaxt yazıçı olmayacaqdır.  Əgər onun öz üslubu, öz 

dili varsa, o, bir yazıçı kimi ümidsiz deyildir. Onda onun yazısının 



 12

başqa cəhətləri haqqında da mühakimə yürütmək olar”

1

.  


Sənətkarın fərdi üslubu onun təhkiyə ustalığı, xalq dilindən 

necə istifadə etməsi və hansı  bədiilik prinsipinə  əsaslanması ilə 

şərtlənir.  

*** 

 

 

Yazıçının dil mədəniyyəti, bir tərəfdən, onun dil-nitq normala-



rına necə  əməl etməsi ilə, digər tərəfdən, dilin təbii imkanlarından 

istifadə ustalığı ilə bağlıdır. Nitqin səlisliyi, aydınlığı, məntiqiliyi, sa-

dəliyi, dəqiqliyi, zənginliyi, ardıcıllığı, təmizliyi, təsirliliyi, axıcılığı, 

sinonim vasitələrlə, məcaz növləri ilə dolğunlaşdırılması kimi 

əlamətləri var ki, bunlar daha çox bədii dilə aiddir. Normalar şərt say-

ılırsa,  ədəbi dilin bütün normaları (fonetik, leksik, frazeoloji, qram-

matik və üslubi normalar) eyni dərəcədə  nəzərə alınmalıdır. Bu nor-

malar daxilində  bədii üslub materiallarının yuxarıda qeyd etdiyimiz 

bütün əlamətlərini yoxlamaq, yazıçının uğur və nöqsanlarını üzə çıx-

armaq mümkündür. Hər bir yazıçının sənətkarlığı onun dildən istifadə 

ustalığı ilə bağlıdır.  

Qrammatik normalarla yanaşı, üslubi normalar da var və 

bunlar yazıçının istedadından, dili duyma qabiliyyətindən, zövqündən 

daha çox asılıdır. Buna görə də yazıçıları bəzən dili ”distillə” etməkdə, 

bəzən də  əksinə, onu şivə materialları, jarqon ünsürləri, xüsusi sahə 

sözləri ilə yükləməkdə  təqsirləndirmişlər. Dilin qrammatik dəqiqlik 

meyarı ilə poetik dəqiqlik meyarı arasında fərq var. Bədii  əsərin dili 

üzərində  işləyərkən yazıçını fikir və hisslərin təbiiliyi, hadisə  və 

obrazların müəyyən metod əsasında təsviri maraqlandırır.  İncsənətin 

dili, hər şeydən əvvəl, incəsənətin öz mövqeyi ilə müəyyən edilir. Rus 

həyatını təbii əks etdirən A.İ.Gertsenin dili haqqında İ.S.Turgenev de-

yirdi:”Onun dili ağılsız dərəcədə qaydasızdır, bərbaddır.” A.S.Puşkin 

zarafatla deyirdi: ”Mən rus dilini qrammatik səhvsiz sevə bilmirəm”.   

Bu cür ”səhvlər” üslub korluğu, qrammatik savadsızlıq deyil, 

dilin mövcud qaydalarına istinad edərək, onu semantik və üslubi 

cəhətdən zənginləşdirmək yolu ilə normadan çıxmadır.  L.V.Şerba 

göstərirdi ki, ”adamda norma hissi tərbiyə edilmiş olduqda, o, 

əsaslandırılmış  şəkildə normadan kənara çıxma hallarının ecazkar-

lığını hiss etməyə başlayır.” 

Yazıçı dilində normadan kənara çıxma halları bir də onunla 

                                                           

1

 À.Ï.×åõîâ î ëèòåðàòóðå. Ìîñêâà, 1955, ñ.301. 




 13

əlaqədardır ki, bədii dil, xüsusən nəsr dili yekcins deyildir. Nəsr dilin-

də yazıçı təhkiyəsi obraz nitqi ilə çulğaşmış şəkildə olur, bədii dil bu 

ikisinin sintezindən yaranır. Lakin müəllif təhkiyəsinin özü də yekcins 

olmur. Həqiqi müəllif təhkiyəsi ilə (məs.: ”Böyük dayaq” romanında 

M.İbrahimovun yazıçı təhkiyəsi) şərti müəllif təhkiyəsini (məs.: ”Kör-

püsalanlar”da Səriyyənin, Adilin təhkiyəsi) və eyni zamanda, həqiqi 

müəllif təhkiyəsi ilə  şərti müəllif təhkiyəsinin qarışdığı, qovuşduğu, 

növbələşdiyi halları  fərqləndirmək lazımdır.  Şərti müəllif təhkiyəsi 

obrazın mövqeyindən, peşəsindən, ictimai və  fərdi-psixoloji 

keyfiyyətlərindən asılıdır. Bütün bunlar bədii  əsərdə müəllif və 

obrazların nitq normallığının amplitudlarını təyin edir.  

Ciddi-ənənəvi nəsr dilində - M.İbrahimov, H.Mehdi kimi 

yazıçılarımızın  əsərlərində yazıçı  təhkiyəsi  əksərən  ədəbi dil norma-

larına uyğun olur. Yazıçı imkan daxilində ədəbi dilin söz sırasına, mü-

rəkkəb cümlə komponentlərinin yerinə, söz və ifadələrin, morfoloji 

vahidlərin düzgün seçilib işlədilməsinə  əməl edir, loru, vulqar 

sözlərdən, dildə sabitləşməmiş alınmalardan qaçır, hadisə  və 

obrazların dolğun və hərtərəfli təsviri üçün çoxmənalılıq və sinonimlik 

prinsiplərini ön plana çəkir, lazım gəldikdə  təhkiyəyə kinayə çaları 

hopdura bilir. Bu zaman səlislik və  təmizlik baxımından gözə  dəyən 

qüsurlar  əksərən yazıçının fərdi yaradıcılıq qüsurlarıdır. Məsələn, 

”Biçənək düzünə doğru gedən hündür boylu, enli kürəkli kişi niyəsə 

ulduzları aysız görüb belə fikirləşirdi” (S. Azəri. ”Duman çəkilir”) 

cümləsində ”niyəsə” sözü məhdud  şivə çaları ilə yazıçı  təhkiyəsində 

yerinə düşmür və bu cür qüsurlar çoxaldıqda yazıçı üslubunun mədəni 

səviyyəsinə mənfi təsir göstərir.  

Ciddi-ənənəvi nəsr dilindən danışarkən bir xüsusiyyəti də un-

utmaq olmaz. Bəzən müəllif təhkiyəsi obraz nitqi ilə birləşdirilir, 

müəllif öz nitqində obraz düşüncəsinin məhsulu olan söz və ifadələr 

işlədir, xarakterin, hadisənin təsviri üçün öz nitqini obraz nitqi 

səviyyəsinə ”endirir”: ”Yenə adamlar yığıldı. Bu gün qara camaatdan 

başqa, ”qazonni” adamlar da var idi. Misri çuxasının boynu yağlan-

mış, Buxara papağının zağarası getmiş bir çal kişi böyük yerlərdən da-

nışırdı.” (Mir Cəlal,”Dirilən adam”) Burada”qazonni” sözünü müəllif 

ona görə  dırnağa almışdır ki, həmin söz obraz nitqinin elementidir. 

Həmçinin bu parçadakı ”qara camaat”, ”zağarası getmiş”, ”böyük 

yerlər” ifadələri də müəllif təhkiyəsində  Qədirin düşüncəsinin 

məhsuludur.  

Qeyd etdiyimiz kimi, şərti müəllif obrazı ilə təhkiyəçi müəllif 

obrazını eyniləşdirmək olmaz. Şərti müəllif obrazı müəllif nitqi 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə