Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə4/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   2   3   4   5   6   7   8   9   ...   185

 14

səviyyəsində qurulmur. Onun nitqi daha çox aid olduğu təbəqənin nitq 

səviyyəsinə uyğun qurulur. Qantəmirin ”Mənim tələbəm” hekayəsində 

təhkiyəçi obrazının - harın və tüfeyli ”tələbə”nin nitqi də öz həyatı 

kimi vulqardır.  İ.Əfəndiyevin Səriyyə obrazının (”Körpüsalanlar”) 

nitqi etik və estetik baxımdan çox yüksəkdir və s.  

Şərti müəllif obrazının nitqini qurmaqda müəllif sərbəstdir. 

Faktlar göstərir ki, bəzən yazıçı  şərti təhkiyəçi obrazının nitqini öz 

nitqinə yaxın qurmağa çalışır. Bu hal özü də müəllifin üslubu, dilə 

münasibəti, fərdi dünyagörüşü ilə bağlıdır. Yazıçı  həqiqi müəllif 

təhkiyəsində şərti müəllif təhkiyəsində olduğu qədər sərbəst deyildir.  

Söz obrazlara verildikdə, müəyyən hüdud dairəsində yazıçının 

əl-qolu daha çox açılır. Məhəlli kolorit yaratma və fərdiləşdirmə adına 

normaların hər cür pozulması halları obraz nitqinə  məxsusdur.  Şivə 

tələffüzü,  şivə leksikası, arqotik ifadələr, söz sırasının bol-bol po-

zulması obraz nitqinə müəllifin mədəni-estetik tələblərinin səviyyəsi 

ilə bağlıdır. Gənc yazıçılar bir çox hallarda  doğulduğu  ərazinin  

məhəlli tələffüzünə  üstünlük verirlər. Bu cür hallar geniş  oxucu  da-

irəsində müsbət qarşılanmır və oxucunu mətləbdən yayındırır. Usta və 

böyük sənətkarlar obraz nitqini məharətlə fərdiləşdirə bilirlər.  

Lirik-epik  əsərlərdə, mənsur  şeirlərdə qrammatik normaların, 

xüsusən söz sırasının pozulması halları,  əsər uğurlu olduqda, nəsrin 

poeziyasını gücləndirir.  

Beləliklə, bədii əsərin dili müəllif nitqi, şərti təhkiyəçi obraz-

ının nitqi və ayrı-ayrı obrazların nitqinin sintezindən ibarət olur. 

Yazıçının bədii dili onun ictimai-ədəbi mövqeyi və bu sahələrin hər 

birinin ayrı-ayrılıqda analizi və  nəhayət, ümumiləşdirilməsi yolu ilə 

qiymətləndirilə bilər. Müəllif nitqi ədəbi normalara uyğun olsa da, 

normadan çıxma halları ilə də səciyyələnir, çünki yazıçı təhkiyəsi də 

bədii dil nümunəsidir və hadisələri, obrazları xarakterizə etmək, dili 

rəngləmək, bədiiləşdirmək, zənginləşdirmək üçün yazıçı yalnız ədəbi 

normalarla məhdudlaşa bilməz. Ən sadə və təmiz yazıçı təhkiyəsində 

də qeyri-ədəbi nitq vasitələrinə, ədəbi normaların pozulması hallarına 

rast gəlmək mümkündür. Bu hal fərdi-bədii dil üçün təbii sayılmalıdır, 

çünki bədii dil ədəbi dil olmayıb, onun spesifik bir üslubudur.  

 

* * * 



 

Yazıçı, hər  şeydən  əvvəl, xalq dilini dərindən öyrənməlidir. 

Xalq dili elə zəngin xəzinədir ki, yazıçını yalnız o öz sərvəti ilə yazıçı 

edə bilər. Mirzə Cəlilin, Ə. Haqverdiyevin böyüklüyü orasında idi ki, 




 15

onlar bir tərəfdən  ərəb, fars dillərinin, bir tərəfdən, türk-osmanlı 

dilinin, bir tərəfdən də rus dilinin ağır təzyiqi altında olan Azərbaycan 

dilini qorumaq, yaşatmaq üçün o dövrün müxtəlif təmayüllərini təmsil 

edən ziyalıların deyil, xalqın səviyyəsinə müvafiq yazıb-yaratmış, belə 

ziyalıların keçici, xalqın dilinin əbədi olduğunu dahiliklə  dərk 

etmişlər.  İndi onları yaşadan da budur. Bu cür münasibət 

mədəniyyətin bütün inkişaf pillələrində qorunmalıdır.  

Bu da nəzərə alınmalıdır ki, indiki dövrdə xalq dilinə 

əsaslanmaq bədii dili Mirzə Cəlil səviyyəsində xalq dilinə ”endirmək” 

demək deyildir. Mollanəsrəddinçilər bunu şüurlu surətdə, başqa 

dillərin zərərli təsirlərinə qarşı mübarizə məqsədilə edirdilər. İndi belə 

təhlükələrin  əsasən sovuşub getdiyi bir dövrdə yazıçıdan geriyə qa-

yıtmaq yox, dilin quruluş və semantik imkanlarını daha dərindən öy-

rənmək, dilin mədəni səviyyəsini yüksəltmək tələb olunur.  

Xalq dilinin dərin qatlarına baş vura bilməməyin nəticəsidir 

ki, bizim indiki bir sıra yazıçılarımızın dili qov kimi boş, solğun və öl-

gündür. Belə əsərlər adətən quru pafosla yazılır, tərbiyəvi gücü az olur 

və heç kimin qəlbinə təsir edə bilmir. Mirzə Cəlilin, Ə.Haqverdiyevin 

hekayələrini oxuduqdan sonra indiki bəzi nəsr nümunələrinə  nəzər 

saldıqda  əlvan boyalı bir tabloya baxdıqdan sonra rəngsiz və solğun 

bir şəklə baxan kimi olursan.  

Hələ Nəsimi və Füzuli kimi sənətkarların bədii dili neçə yüz il 

əvvəl  əməli  şəkildə sübut etmişdir ki, ümumxalq Azərbaycan dili 

yüksək sənət əsərləri üçün hər cür material verir. Hər hansı fikrin ifa-

dəsi üçün obrazlılıq, emosionallıq etibarilə  fərqlənən laylar vardır və 

sənətkarın fərdi üslubu dilin bu və ya digər səviyyəsinə nüfuz edə 

bilmə qabiliyyəti ilə səciyyələnir. Yalnız böyük sənətkarlar əzablı yol-

lar keçərək dilin dərin qatlarına enə bilir, bu qatları  hərəkətə  gətirir. 

Üzdə olanlarla böyük sənət əsərləri yaratmaq olmaz.  

Ümumxalq dili bir xalqın milli özünəməxsusluğunu  əks 

etdirən ən mühüm vasitədir. Ədəbi dil ümumxalq dilinin tacıdır. Bədii 

dil ümumxalq dili ilə ədəbi dilin sintezindən ibarət olub, dilin zəngin 

ifadəlilik vasitələrini özündə cəmləşdirə bilən yaradıcılıq üslubudur.  

Bədii dil ən uzaq, ən qaranlıq guşələrə  işıq saça bilmə im-

kanları ilə bütün başqa üslublardan fərqlənir. Həqiqi yazıçı ana dilinin 

tarixinə dair aldığı biliklər əsasında, yüksək yazıçı duyğusu ilə dilin ən 

incə, zərif, emosional, eyni zamanda ən kütləvi, kütləviləşə bilən 

tərkib elementlərini bədii dilə  gətirir,  ədəbi dili zənginləşdirir. 

Təsadüfi deyil ki, dilçi mütəxəssis öz tədqiqlərində daha çox bədii dilə 

əsaslanır, leksik və qrammatik normalar üçün nümunələri  əksərən 



 16

bədii dil materiallarından götürür. Bunlar yazıçının məsuliyyət hissini 

artırır, onu ədəbi dil orbitinə çıxarır.  

Yazıçının  ədəbi dilə xidməti dövrdən, zamandan asılıdır. Bu 

cəhətdən orta əsr  şairləri ilə müasir yazıçıları eyni cür 

qiymətləndirmək olmaz. Şübhəsiz, heç bir yazıçı yeni dil yaratmır. 

Hesablamışlar ki, A.S.Puşkin bütün yaradıcılığı boyu cəmi  3-4 yeni 

söz yaratmışdır; V.V.Mayakovskidə belə sözlər 10-a qədərdir. Bizim 

R. Rza bunlara nisbətən daha çox yeni söz yaratmışdır. Lakin bu 

sözlər nə  qədər olur-olsun, dil yaratmaq demək deyildir və  həmin 

sözlərin sonrakı taleyi uğurlu da ola bilər, uğursuz da.  

Bəs yazıçının ədəbi dilə xidməti nədən ibarətdir? 

Yazıçı ədəbi  dilin təşəkkülündə  və  sonrakı  inkişafında  mi-

silsiz iş görür.  Lakin bu cəhətdən bütün yazıçıların, yəni bütün poe-

ziya və nəsr ustalarının üzərinə eyni dərəcədə yük düşmür. İndi güclü 

mətbuat, nəhəng elmi-tədqiqat işləri, Azərbaycan dilində rəsmi sənəd 

üslubunun geniş  fəaliyyəti, radio və televiziya verilişləri, orta və ali 

məktəblər, qurultay, konfrans və müşavirələr  ədəbi dil normalarının 

möhkəmlənməsində,  şifahi və yazılı  ədəbi dilimizin inkişafında, 

dilimizin dövlət dili kimi mədəni yüksəlişində böyük rol oynayır. Belə 

bir dövrdə yazıçı sənəti də bu ümumi işin aparıcı vasitələrindəndir.  

İndi birdən-birə, məsələn, XIII -XIV əsrlərə qayıdaq. Bu im-

kanların heç biri yoxdur. Qapalı-natural təsərrüfat hökm sürür. Şivələr 

güclü fəaliyyətdədir. Dövlət dili yad dildir. Belə bir dövrdə ədəbi dilin 

fonetik, leksik, qrammatik normalarının yayıcısı, təbliğatçısı yalnız 

söz ustalarıdır - şifahi və yazılı  ədəbiyyatın yaradıcılarıdır. Radionu 

da, televiziyanı da, mətbuatı da, yığıncaqları da sənətkar Sözü əvəz 

edir. Yalnız həqiqi istedad sahibləri yüksək ideyaları böyük sənətkar 

duyğusu ilə, yüksək bir dil ilə ifadə etməklə bütün qaranlıq guşələrə 

yol tapa bilirlər. Belə bir dövrdə  sənətkar xalq dilinin zərif

ümumişlək, emosional, kütləvi vahidlərini seçib bədii dilə  gətirir və 

nəticədə, ədəbi normaların müəyyənləşməsinə, tədricən sabitləşməsinə 

səbəb olur. Onun düzgün seçə bilmədiyi dil vasitələri, təbii olaraq, 

sonrakı inkişaf prosesində arxaikləşir. Bu cür bədii yaradıcılıq ilk 

dövrlərdə ədəbi dilin təşəkkülünə, sonrakı dövrlərdə inkişafına kömək 

edir. Biz XIII əsrin şairi Həsənoğlunu, cəmi bir-iki şeri qorunmuş olsa 

da, bu cəhətə görə qiymətləndiririk, bilirik ki, onun bir-iki şeri yox, 

dilimizin inkişaf xüsusiyyətlərini yayan, mühafizə edib gələcəyə 

aparan bir yaradıcılığı var imiş. Biz Nəsimini ona görə 

qiymətləndiririk ki, yazılı  ədəbi dilin bütün imkan və gerçəkliklərini 

şeirlərində  əbədiləşdirmişdir. Biz Şah  İsmayıl Xətaini bu sahədəki 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə