Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə5/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   2   3   4   5   6   7   8   9   ...   185

 17

praktik işi ilə yanaşı, Azərbaycan dilini ilk dəfə dövlət dili səviyyəsinə 

qaldırdığına görə qiymətləndiririk. Füzuli Azərbaycan dilinin zəngin 

leksik tərkibini, qrammatik xüsusiyyətlərini  əhatə edən bir abidə 

yaratmışdır. Bu abidə  ən zəngin və mürəkkəb fikirlərin hələ 500 il 

əvvəl də ifadə edilməsinin mümkün olduğunu sübut etmişdir. Klassik 

şerin zirvəsi Füzuli, orta üslubun zirvəsi Xətai, el ədəbiyyatının zirvəsi 

Qurbani və onların müasirləri öz böyük sənətləri ilə sadələşdirmə, 

xəlqiləşdirmə, demokratikləşdirmə yolu ilə Azərbaycan  ədəbi dilini 

milli axara yönəltmişlər.  

Xalq dili bədii dilə olduğu kimi, xam material şəklində 

gətirilməməlidir. Xalq dili materialı yazıçı tərəfindən işlənməli, lazım-

sız elementlərdən təmizlənməli, poetik normalar əsasında 

gücləndirilməlidir. Üzərində  işlənməmiş dil artıq  şeylərlə yüklənmiş 

olur, oxucunu yorur. Belə dil təsirsiz və gücsüzdür.  

Xalq dilinə  bələd olma səviyyəsinə görə  həqiqi sənətkar 

hamıdan, hətta dilçi-tənqidçidən də fərqlənir və yüksəkdə durur.  

Yazıçı imkan daxilində bədii dili alınmalardan, xüsusən yersiz 

alınmalardan qorumalıdır; obraz nitqinin tipikləşdirilməsi prosesində 

alınmalara son dərəcə ehtiyatla yanaşılmalıdır. Hadi, Cavid kimi 

böyük sənətkarların bədbəxtliyi milli dilə birtərəfli münasibətləri, qatı 

türkçülük meyilləri ilə bağlıdır. Müasir ədəbi prosesin ən mühüm 

keyfiyyətlərindən biri budur ki, bizim yazıçılar milli dilə son dərəcə 

həssas olub, ona məhəbbət və sevgi ilə yanaşırlar. Xalq dilinə  bələd 

olma, ondan faydalanma qabiliyyəti son 20-30 ildə yaranmış  nəsr 

əsərlərinin dilini sevdirir. Anar, Elçin, F.Kərimzadə, Y.Səmədoğlu, 

İ.Məlikzadə, S.Azəri, M.Süleymanlı kimi yazıçılarımızın dili xalq di-

linin dərin qatlarına nüfuz edə bilmə imkanları, bədiilik və obrazlılıq 

keyfiyyətləri ilə rəğbətlə qarşılanır, oxucunu özünə çəkir. Onların yazı 

maneri bir-birindən fərqlənsə də, ənənəvi nəsr dilini müasir oxucunun 

zövq və  tələblərinə uyğun səviyyədə qurmaqla sənət xəzinəmizi 

zənginləşdirirlər.  

Bütün böyük sənətkarlar öz əsərlərində  şivə materiallarından 

faydalanmışlar.  M.Şoloxovun ”Sakit Don” əsərində Panteley Prokof-

yeviç, Qriqori Melexov, Nataşa, Aksinya və başqalarının nitqi Don 

kazaklarının  ən rəngarəng  şivə xüsusiyyətləri ilə  işlənmişdir. Mirzə 

Cəlil, 

Ə.Haqverdiyev, N.Vəzirov, A.Şaiq kimi klassik 



sənətkarlarımızla yanaşı, S.Rəhimov,  İ.Əfəndiyev, M.Hüseyn, 

Ə.Vəliyev və başqa yazıçılarımız da obraz nitqini şivə xüsusiyyətləri 

ilə fərdiləşdirmə prinsipindən geniş istifadə etmişlər. Bədii dildə şivə 

leksikasından qaçmaq olmaz. Dilin rəngli və  bədii olması, obraz 




 18

nitqinin tipikləşdirilməsi, ədəbi dilin zənginləşdirilməsi üçün ümumx-

alq dilinin qolları - dialekt və şivələr zəngin material verir. Lakin şivə 

elementləri ilə dili zibilləmək, bədii dili məhəlli dilə çevirmək olmaz.  

Vulqar söz və ifadələr xalq dilinin qədim və təbii laylarından-

dır.  Obrazın təbii bir insan kimi hərtərəfli təsviri üçün  vulqar  söz və  

ifadələr müəllifə geniş imkanlar verir. Lakin bədii əsərdə  vulqarizm-

lərin  hüdudu olmalıdır. Yazıçı vulqarizmlərin  yaratdığı  süni  komiz-

mə  aludə olmamalıdır. Bizim yazıçılar  bədii  dilin  bu  cəhətinə  xü-

susi  diqqət  yetirmişlər. Lakin bəzən komizm xatirinə kobud sözlərə 

əsərdə geniş yer verildikdə tənqid daha amansız olmuş, bir bəhanə ki-

mi, repressiyaya havadarlıq etmişdir

1

.  


Yazıçı öz əsərinin dili üzərində  işləməyi bacarmalıdır. Bu 

sahədə L.N.Tolstoyun təcrübəsi hamıya məlumdur.  

Bədii ədəbiyyatın birinci ünsürü, bilavasitə predmeti olan söz 

dil işarələri sistemində xüsusi yer tutur. Elmi və bədii fikrin təzahürü 

sözdən başlayır. Funksiya dairəsinin genişliyi, universal xarakteri ilə 

bir çox cəhətdən yüksək semantik qiymətə malik olan söz adlandırma, 

məlumat vermə, ümumiləşdirmə, danışanın və dinləyənin 

münasibətini, hisslərini ifadə etmə qüdrətinə malikdir. Dil ”ölü əsər 

yox, fəaliyyətdir”, ”əbədi təkrar olunan qüvvədir”. (V.Humbolt), Dilin 

fəaliyyəti isə onun daxilində, məna sistemində, onun konkret işlənmə 

hallarında təzahür tapır. Buna görə  də yazıçı ümumxalq dili dənizini 

səbr və  zəhmətlə  nəzərdən keçirməli, fikrin, anlayışın onlarca 

ifadəçilərindən daha dəqiq və  sərrast olanını, ekspressiv yüklü dil 

vahidlərini sənətin ilkin elementləri kimi birləşdirməli, təsviri zəruri 

olan fikrin yüksək səviyyədə ifadəsinə nail olmalıdır.  

A.Fadeyev sənətkar əməyinin çətinliklərindən bəhs edərək ya-

zırdı: ”Yazıçının qarşısında nəhəng söz, anlayış dənizi durur: hər hansı 

fikrin, obrazın ifadəsi üçün on, on beş, iyirmi söz yada düşür. Lakin 

necə edəsən ki, gördüyünü, demək istədiyini son dərəcə  dəqiqliklə 

deyə biləsən!” 20-30-cu illərin satira ustaları  İ.İlf və Y.Petrov yalnız 

mövzu, ideya, obraz üçün deyil, hər bir söz üçün də  əzablı, ara-

sıkəsilməz mübahisələrlə dolu yaradıcılıq yolu keçmişlər. Bu cəhətdən 

bizim ədəbiyyatımızda M.İbrahimovun bədii dili nümunə sayılmalıdır.  

”Yazıçını bürüyən ümumxalq dili dənizinin dalğaları sahilsiz 

və dibsizdir”. (İ.S.Turgenev) Yazıçı bu dalğaları öz sənət məcrasına 

uğurla yönəltdikdə onun əsərinin dili də dəniz dalğaları kimi parlaq və 

                                                           

1

 Áó áàðÿäÿ ÿòðàôëû ìÿëóìàò ö÷öí «Êîìèê-áÿäèè âàñèòÿëÿð» (Áàêû, 1983, ñ.41-



45) êèòàáûìûçà áàõìàã îëàð. 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə