Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə6/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   2   3   4   5   6   7   8   9   ...   185

 19

təlatümlü olur.  

 

* * * 


 

Bədii dil bədii və obrazlı olmalıdır. Yazıçı adi adamların söy-

lədiyi şəkildə əhvalat söyləməklə vəzifəsini bitmiş hesab  etməməlidir.  

Xalq yazıçısı M.İbrahimovun qeyd  etdiyi kimi: ”Bədii dilin özünün 

loqarifması vardır və onu öyrənmək bütün ömrü boyu yazıçının və-

zifəsidir.” 

Məlumdur ki, bədiilik sənət  əsərinin  əsas spesifik keyfiyyəti, 

gözəllik forması, estetik məziyyətin  ən yüksək təzahürüdür.  İctimai 

şüurun başqa növlərindən fərqli olaraq, sənət  əsəri həyatın obrazlı 

təsvirindən ibarət olur. Bədiilik yalnız forma ilə məhdudlaşmır. Bədi-

iliyin həlli yüksək ideya daşıyıcısı olan mövzu ilə bədii təsvirin bütün 

əsas vasitələrinin uyğunluğu probleminin həlli  əsasında müəyyənləşə 

bilir. Bu uyğunluq yazıçının istedadı, yazıçılıq təcrübəsi, seçdiyi möv-

zunun gerçəkliyə münasibəti ilə bağlıdır.  

Bədiiliyin ən mühüm əlaməti əsərin dilinin mükəmməlliyidir. 

Əsərdə hər bir detal əsas ideyanın açılmasına, mövzunun müəyyən bir 

cəhətinin aydınlaşmasına kömək etməlidir. Bədiiliyin yüksək dərəcəsi 

məzmun xəlqiliyi və  bədii forma demokratikliyinin harmoniyasından 

doğur.  

Beləliklə, bədiilik çox geniş anlayışdır və ”bədiilik” dedikdə 

bədii  əsərin janr, quruluş-kompozisiya, süjet məsələləri ilə yanaşı, 

əsərin dili, bütün təhkiyə və dialoqlar, hər bir nitq detalı və bütün ob-

razlılıq vasitələri cəm halda nəzərdə tutulur və bunların əsas ideyaya 

uyğun  şəkildə daxili təşkili  əsas götürülür. Dilin obrazlılıq vasitələri 

də çox zəngindir.  

Dildə hər bir sözdə az və ya çox dərəcədə potensial obrazlılıq 

olur. Yazıçı potensial obrazlılığı - sözün mahiyyətində gizli şəkildə 

mövcud olan konkret hissi obrazı  hərəkətə  gətirməyi bacarmalıdır. 

Bundan əlavə, dilin təsvir və ifadə vasitələrində - epitet, metafora, mü-

qayisə, frazeoloji vahidlər, atalar sözləri, məsəllər, hikmətli sözlər, 

aforizmlər və s.-də mövcud olan obrazlılıq da vardır ki, bədii  əsərin 

dilinin mükəmməlliyi bu cür obrazlılıq vasitələrinin ustalıqla 

işlədilməsindən çox asılıdır.  

Bədii  əsərin  dilinin  mükəmməlliyi obyektiv aləmi əks etdir-

məyin bədiilik  prinsiplərindən - komizmdən,  tragizmdən və  ya  adi  

dramatik təsvirdən asılı deyildir. Bütün  bədii  əsərlərdə əsas konflikt  

xeyirlə şərin, gələcəyi olanla məhvə məhkum olanın mübarizəsi üzə-



 20

rində qurulmuş olur. Bu mübarizədə dramatizm əks qütblərin,  xarak-

terin  zidd  cəhətlərinin toqquşması yolu ilə baş verir, hadisələr obraz-

lar arasında gərgin mübarizə, ciddi və mürəkkəb münaqişələrlə    da-

vam edib yekunlaşır. Bu zaman əsərdə faciəvi və ya komik epizodlar, 

tragik və komik detallar özünü göstərə bilir. Bəzən də mövzu bü-

tövlükdə tragik və ya bütövlükdə komik planda  işlənmiş  olur. Bu cür 

hallarda tragik əsərlərdə komik,  komik əsərlərdə  tragik  detallardan  

istifadə  edilir.  Bədiilik  va-sitələrindən, xüsusən dilin obrazlılıq im-

kanlarından istifadəyə görə tragik və dramatik əsərlər bədiiliyin ko-

mizm prinsipi əsasında yazılmış  əsərlərdən fərqlənir. Daha doğrusu

komizm spesifik satira və yumor vasitələrinin, komizm üsullarının tət-

biqi ilə reallaşır.  Əslində, satirik əsərlərlə qeyri-satirik əsərlərin dil 

vasitələri eynidir, yəni hər iki halda yazıçı dilin eyni materiallarına 

əsaslanır. Lakin intonasiya, sözlərin müxtəlif  şəkildə ustalıqla 

əlaqələndirilməsi və dilin özündə mövcud olan komik yüklü sözlər, 

ifadələr bədii əsərin yumorla və ya satirik ruhda firmalaşmasına səbəb 

olur. Yazıçı satirik yazıçı olmaya bilər, lakin onda yumor duyğusu, sa-

tira qüvvəsi daim ehtiyatda olmalıdır, yeri gəldikcə o bunlardan us-

talıqla istifadə etməyi bacarmalıdır. M.İbrahimov satirik yazıçı deyil-

dir, lakin onun əsərlərində komizm elementlərinin rolu böyükdür. 

”Yastı yerişi isə o qədər yastı idi ki, kənardan baxan onun yeridiyini 

və ya suda üzdüyünü birdən-birə ayırd edə bilməzdi” (”Böyük da- 

yaq”) cümləsi və bu tipli cümlələr qəlpə-qəlpə əsas ideyanın açılma-

sını, yaramaz qüvvələrin, o cümlədən Yastı Salman kimilərin ifşasını 

başa çatdırır. Anarın istifadə etdiyi satirik detallar öz tipikliyi, səciyyə-

viliyi ilə yazıçıya böyük rəğbət yaradır. Ticarət işçisinin, vərəqləri 

arasında pul gizlədiyi tanınmaz bir yazıçının əsərini tərifləməsi və ya 

şairin ilk kitabını  çəki ilə qiymətləndirməsi  Ü.Hacıbəyovun məşhur 

komik nitq detalları kimi geniş yayılmışdır. S.Əhmədovun romanlarını 

ötəri oxuduqda həmin  əsərlər ciddi epik əsər təsiri bağışlayır, lakin 

diqqətlə fikir verdikdə onun təsvirinin ilk hüceyrələrinin istehza ilə 

yoğrulmuş olduğunu görürük. Bu istehza gözəgörünməz bir pərdə ki-

mi çox dərin qatda yerləşmişdir.  

Epizodik-komik detallarla yaradılmış  əsərlər ilə komizm 

prinsipləri əsasında yaradılmış əsərləri eyniləşdirmək düzgün olmadığı 

kimi, satirik və qeyri-satirik əsərləri də eyniləşdirmək olmaz. Lakin 

yazıçı obyektiv aləmi təsvir etməyin hansı  bədiilik prinsipindən 

istifadə edir-etsin, onun əsərinin dili mükəmməllik tələbini ödəməli

forma və məzmun vəhdətini gözləməlidir.  



Nəsr - bədii yaradıcılığın iki əsas tipindən biridir. Poeziya və 


 21

nəsr ədəbiyyatın həm məzmun, həm də formaca fərqlənən iki spesifik 

sahəsidir. Tarixən nəsrin qafiyəli, vəznli formaları olmuşdur.  İntibah 

dövründən başlayaraq nəsr janrları  tədricən səlisləşmiş  və müstə-

qilləşmişdir. Nəsrdə  vəzn və qafiyə indiki halda anaxronizm hesab 

olunur, yəni realist nəsr qafiyə və vəznə ehtiyac duymur. Buna görə də 

nəsr dilini  adi danışıqdan  fərqləndirməyənlər var.  Nəzərə    almaq 

lazımdır ki, nəsr dili ilə insanın adi şifahi və yazılı nitqini 

eyniləşdirmək olmaz. Şeirdə olduğu  şəkildə olmasa da, nəsrin də 

özünəməxsus ritmik quruluşu olur (bunu aşkar ritmlə qurulmuş nəsrlə 

eyniləşdirməməli). Nəsr  əsəri xüsusi intonasiya ilə başlanır və usta 

yazıçılar axıra qədər həmin intonasiyanı qoruya bilir, yüksələn  xətlə  

davam  etdirir.  Məzmun, həmin məzmunun əks etdirdiyi ideya gözəl 

olduqda, bədiilik vasitələri həyat həqiqətinə - tapılmış ideyaya tam 

müvafiq təşkil olunduqda nəsr  əsərində bir şeriyyət yaranır. Tarixən, 

məsələn, XIX əsrin əvvəllərinə - A.S.Puşkinə qədər rus ədəbiyyatında 

nəsr müəyyənləşməmişdi və rus ədəbiyyatında nəsrin yaradıcısı 

Puşkin sayılır, buna görə də bu dövr rus ədəbi tənqidində yalnız”şair” 

sözünə rast gəlmək olur, söz ustaları  şair adlandırılır. N.V.Qoqolun 

”Ölü canlar” əsərinin üzərinə yazılan ”poema” sözü və 

V.Q.Belinskinin aşağıdakı sözləri də bu fikri təsdiq edir: ”... əgər mən 

cənab Qoqolu şair adlandırdımsa, mən bununla da artıq hər  şeyi 

demişəm. Hal-hazırda bizdə  ”şair” sözü öz mənasını itirmişdir. Onu 

”yazıçı” sözü ilə qarışdırmışlar. Bizdə yazıçı çoxdur. Hətta onların 

bəzilərində qabiliyyət də vardır; lakin bizdə  şair yoxdur. Şair sözü 

yüksək və müqəddəs bir sözdür. Bu sözdə ölməyən  əbədi bir şöhrət 

vardır!”  “...cənab Qoqol qeyri-adi, qüvvətli və yüksək bir istedada 

malikdir.  Ən  azı belə  demək olar ki, o, hal-hazırda ədəbiyyatın və 

şairlərin başçısıdır.    O,  Puşkinin qoyub getdiyi yerə keçəcəkdir.”

1

 



V.Q.Belinski bu sözləri N.V.Qoqolun ilk povestlərindən aldığı 

təəssürat  əsasında söyləmişdir və böyük tənqidçinin sözlərindən aydın 

olur ki,  o, ”şair”  dedikdə mənzum  əsərlər  müəllifini  deyil, əsl  iste-

dad  sahiblərini nəzərdə tutur. Beləliklə, V.Q.Belinskinin  nəzərində 

yüksək istedad  və ilhamla yaradılmış  hər bir sənət  əsəri poeziya 

nümunəsidir, şair əməyinin məhsuludur: ”Cənab Qoqolun povestlərini 

fərqləndirən xüsusiyyət  ondan ibarətdir ki, bu əsərlərdə verilən  

məzmun  sadədir, onlarda təsvir edilən həyatda xəlqilik və əsl həqiqət 

vardır, bu  əsərlər orijinaldır, onlarda  həmişə    dərin  bir  kədər  və  

məyusluq  hissi  ilə  məğlub  edilən komik  bir canlanma  vardır.  

                                                           

1

 Â.Ã.Áåëèíñêè. Ðóñ ÿäÿáèééàòû êëàññèêëÿðè ùàããûíäà,Áàêû, 1954, ñ.286.. 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə