Азярбайъанын илк



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə8/185
tarix28.06.2018
ölçüsü3,37 Mb.
#52059
1   ...   4   5   6   7   8   9   10   11   ...   185

 25

dərindən anladığı üçün bu məsələ onu həmişə düşündürmüş və narahat 

etmişdir. Buna görə  də öz bədii  əsərlərində xalq dilinə  ləyaqətli yer 

verməklə kifayətlənməmiş, onu daha çox narahat edən məsələləri 

xüsusi mövzu kimi bədii  əsərlərinə daxil etmişdir. Bu cəhət Mirzə 

Cəlilin yaradıcılığında  əvvəldən axıradək bir sistem təşkil edir. 

Dilimizin aktual problemləri ardıcıl olaraq onun bədii yaradıcılığının, 

məqalə  və felyetonlarının mövzusuna çevrilmişdir. ”Şeir bülbülləri” 

və ”Sirkə” hekayələrini dilimizin 20-ci illərdə  hələ öz həllini tap-

mamış mühüm problemlərinə həsr etmiş, ”Dəli yığıncağı”, ”Danabaş 

kəndinin məktəbi” pyeslərində ana dili problemləri seriyasından bir 

sıra zəruri məsələlərə toxunmuşdur.  

”Anamın kitabı” (1920) pyesindəki hadisələr 10-cu illərin əv-

vəllərində  cərəyan edir. Pyesdə Azərbaycan xalqının tarixi 

müqəddəratı ilə bağlı olan mühüm problemlər işıqlandırılmış,  milli 

müqəddərat məsələləri orijinal bədii vasitələrlə, ezop təhkiyə üsulu və 

kinayəlilik yolu ilə, bəzən də  rəmzi ümumiləşdirmələrlə  təsvir 

edilmişdir. Pyesin məzmununu təşkil edən mühüm məsələlərdən biri 

millətin mövcudiyyəti üçün zəruri şərt olan ana dili məsələsidir.  

Mirzə  Cəlil başqa məsələlərlə yanaşı, ana dili məsələsini də 

pyesdə komik yolla həll etmişdir. Bu mövzu ilə bağlı dialoqlar 

ümumən gülüş doğurur. Lakin gülüş dayandıqda, məsələ  dərk olun-

mağa başladıqda ağır bir kədər, acı bir qəzəb yaranır.  Əsərdə  təsvir 

olunan ailə üç qardaş, bir bacı  və anadan ibarətdir. Hadisələrin 

gedişindən aydın olur ki, ədib bu ailənin simasında Azərbaycan icti-

mai həyatının, o dövrkü milli dilin və milli dilə münasibətin təsvirini 

vermişdir. Böyük qardaş Rüstəm bəy Peterburqda, ortancıl qardaş 

Mirzə  Məmmədəli  İranın Nəcəfül-əşrəf  şəhərində  təhsil almış, kiçik 

qardaş  Səməd Vahid isə  İstambulda oxumuş, türk tərbiyəsi ilə 

böyümüşdür.  İndi bir yerə toplaşmış bu qardaşlar zahirən ailəyə 

xoşbəxtlik gətirmişlər. Həqiqətdə isə ailə daxilində faciədir: qardaş 

qardaşın, ana öz oğlanlarının, bacı öz qardaşlarının dilini anlamır, başa 

düşmür. Komik yolla tipikləşdirmənin  ən kamil nümunəsi olan bu 

hadisələr göstərir ki, müəllif üç qardaşın simasında üç meyli, üç 

təmayülü - rus dilindən jarqon kimi istifadə hallarını,  ərəbçilik-

farsçılıq və türkçülük meyillərini ifşa etməyi qarşısına qoymuşdur.  

Rüstəm bəy Rusiyada təhsil alsa da, mütərəqqi rus zi-

yalılarının fikirlərini, rus mədəniyyətinin yaxşı  cəhətlərini 

mənimsəyərək milli dilin, milli mədəniyyətin inkişafına çalışan zi-

yalıların nümayəndəsi deyil. O, xalqdan çox uzaqdır, onun dilini 

bilmir, hər dəqiqə yersiz olaraq rus sözləri işlədir və komik vəziyyətdə 



 26

qalır. Gözlənilməz cəhət budur ki, ana dilini yaxşı bilməyə-bilməyə bu 

dildə lüğət tərtib etməklə  məşğuldur. Darülfünun təhsili görmüş bu 

şəxs lüğət tərtib edərkən çətinlik çəkdiyi üçün dilmancdan istifadə 

edir. Müəllif onun lüğət yazma tərzini komik planda işləmiş, Rüstəm 

bəyi məsxərəyə qoymuşdur:  

”R ü s t ə m   b ə y. (Bir qədər fikir eləyir) Yaxşı, indi yaz: 

Bunu da lazımdır nəzərə almaq ki, həmin ”A” hərfi bəzi dillərdə 



qlasni hərfidir...  

M i r z ə  H ə s ə n. İmla hərfidir.  

R ü s t ə m  b ə y. İmla hərfidir və özü özlüyündə sloqdur.  

M i r z ə   H ə s ə n.  Yəni heca demək istəyirsiniz? 

R ü s t ə m  b ə y. Bəli, heca gərək ola və lakin bəzi tayifələrin 

dilində həmin ”A” hərfi soqlasni hərfləri cərgəsindədir.  

M i r z ə   H ə s ə n. Bunu soqlasni əvəzinə hürufi-samitə ya-

zaq.” 


Bir-iki cümləsindən aydın olur ki, Rüstəm bəy dilin leksik 

tərkibini deyil, qrammatik quruluşunu da pis bilir, lüğət hazırladığı 

dilin terminlərinə  də  bələd deyil. Əslində, burada ana dilinin termi-

nologiya sahəsində bədbəxtliyinə də işarə edilir, Mirzə Həsənin tərcü-

mə etdiyi ”hürufi-samitə” Rüstəm bəyin ”soqlasni” sözündən də qəliz-

dir. Üzdə olan gülüş  dərin qatda dilin terminologiyası  məsələsindəki 

yaramaz və  kədərli vəziyyəti yada salır. Həm də bu vəziyyət ter-

minologiyanın gözüdür: dilin dilçilik terminləri belə olanda, başqa 

sahənin terminləri barədə nə düşünəsən?! 

Rüstəm bəyin dostu Aslan bəy ana dilində danışmaqda daha 

çox çətinlik çəkir, Rüstəm bəyin arvadı Zivər xanım isə rusca təhsil 

almışdır və ana dilini heç bilmir.  

Aslan bəy xeyriyyə cəmiyyətinin iclasında öz nitqinə belə baş-

layır: ”Heç belə deyil, bağışlıyasınız,  zakon bu sluçayları tamam 



predusmatret eləyibdir. Əgər raznoreçie elə bir sluçayda  oldu  ki, 

onu mədaxil cərgəsində olan punktlar düz gətirmədi, o vədə  smetni 



statyaları    o    qədər  sokratit    edirlər ki, il axırda hesab düz gəlmir. 

Amma bizim smetanın poqreşnostları o barədədi ki, biz, naprimer, 

təyin eləmişik...” 

Rüstəm bəyin, Aslan bəyin, Zivər xanımın nitqinin bu cür qu-

rulması  təsadüfi deyildi. Yazıçı  mənasız komik effekt yaratmaq 

istəməmişdir. Bu nitq bəzi ziyalıların nitqinin tipikləşdirilmiş forması 

idi və prof. C. X. Hacıyevin qeyd etdiyi kimi, ”Dramaturq ana dili 

məsələsini ön plana çəkdiyindən bu məsələyə mane olan cərəyanlar 

sırasında ruslaşma siyasəti yürüdən burjua ziyalılarını da tənqid et-



 27

mişdir.”


1

.  


Ədib ana dilinə münasibətdə hələ Rüstəm bəyi nisbətən yum-

şaq tənqid edir, onu Mirzə Məmmədəli ilə Səməd Vahiddən bir qədər 

fərqləndirir. Qeyd edildiyi kimi, Rüstəm bəy də ana dilini pis bilir, 

yerli-yersiz  əcnəbi sözlər işlədir, doğma dilini öyrənməyə  səy etmir. 

Senzor tərəfindən kitabları yoxlandıqda məlum olur ki, kitabxanasında 

olanlar əksərən rus dilinə aid müxtəlif lüğətlərdən ibarətdir və bunların 

arasında ana dilində yazılmış bir vərəq də yoxdur. Bununla bərabər

onun heç olmasa, bir müsbət cəhəti var: Səməd Vahid və Mirzə 

Məmmədəlidən fərqli olaraq başa düşür ki, hər kəsin milli dili var, dilə 

lazımsız sözlər qarışdırmaqla onun hüququnu tapdamaq olmaz. Buna 

görə  də danışıq prosesində  işlətdiyi rus sözləri başqaları  tərəfindən 

milli dilin lüğəvi vahidləri ilə əvəz edildikdə etiraz etmir və razılaşır, 

lüğət tərtibi ilə  məşğuldur və  çətinlik çəkdikdə dilmancdan istifadə 

edir və s.  

Mirzə Məmmədəli kəskin satirik planda təsvir edilmiş tipik bir 

molladır. Ana dilinə münasibətdə mürtəce mövqe tutan bu adam 

farslaşdırma siyasəti yürüdür. Onun şagirdlərə öyrətdiyi elmi-ilahi 

dərsləri sosial-ictimai cəhətdən gərəksiz olduğu kimi, dilcə  də 

kəsafətlidir, qəliz  ərəb, fars tərkibləri ilə yüklüdür. Həmkarı Mirzə 

Bəxşəlinin nitqi daha dəhşətlidir. Mirzə  Bəxşəli xeyriyyə 

cəmiyyətində nitqə belə başlayır: ”Ə’zayi-giramdan üzr istəyirəm ki, 

zeyldə məruzeyi-mühəqqərim ağayani-büzürgüvarın dərd-sərinə şayəd 

səbəb ola.” Mirzə  Məmmədəli və Mirzə  Bəxşəlidən dərs alan şagird 

belə danışır: ”Küsuf, yəni afitab giriftəgi on halət  əst ki, qəmər mi-

yani-afitab hail başəd...” 

Maraqlıdır  ki, ikinci məclisdə  xeyriyyə  cəmiyyətinin iclası  

dil  məsələsinin  doğurduğu mübahisə ilə başlanır. Rüstəm bəy, Zivər 

xanım rusca danışmağa başlayanda Mirzə Məmmədəli ”islam məclisi 

hara, rus dili hara,” - deyə etiraz edir. Mirzə  Bəxşəli və millətpərəst 

Mirzə Zeynal Zivər xanımı ”müsəlmanca” bilməməkdə təqsirləndirib 

cəmiyyət üzvlüyündən çıxarılmasını  tələb edirlər.  Əslində, müəllif 

onları da ələ salır, məsxərəyə qoyur, ”müsəlmanca” dedikdə mirzələ-

rin işlətdiyi ”qatış-bulaş dil”i nəzərdə tutur.  

”İştə irqaqlar! Hayda arqadaşlar!” - sözləri ilə  səhnəyə daxil 

olan Səməd Vahidə dramaturqun münasibəti daha satirikdir. Səməd 

Vahid milli qürur hissindən tamamilə  məhrumdur, xalqının dilinə  və 

mədəniyyətinə xor baxan kosmopolit ziyalıların tipik nümayəndəsidir. 

                                                           

1

 Ú.Õ.Ùàúûéåâ. ÕÕ ÿñð Àçÿðáàéúàí ÿäÿáèééàòû òàðèõè. Áàêû, 1955, ñ.115. 




Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə