Азярбайж ан республикасы тящсил назирлий



Yüklə 24 Kb.
Pdf görüntüsü
səhifə19/19
tarix18.04.2018
ölçüsü24 Kb.
#39012
1   ...   11   12   13   14   15   16   17   18   19

196 
 
 


197 
 
 
A......... 
Gü- 
-n
əş-                        dir                       a-                                                nam.  
Od-        lar          yur-      du             A-        z
ər-      bay-    ca-            nam! 


198 
 
11. 
R.MUSTAFAYEVİN KANTATA VƏ ORATORİYALARI 
Azərbaycan  bəstəkarlıq  məktəbinin  görkəmli  nümayəndələrindən  söz  açılanda 
onla
rın  sırasında  respublikamızın  xalq  artisti  Ramiz  Mustafayevin  özünəməxsus 
üslubu, öz yeri olduğunu qeyd etmək lazımdır. O, müxtəlif janrlı əsərlərin müəllifidir. 
Lakin  qeyd  etməliyik  ki,  xor  musiqisi  R.Mustafayev  yaradıcılığının  ən  parlaq 
səhifəsidir.  Xor  musiqisi  nəinki  miqdarca  ən  böyük  olduğuna  görə,  həm  də 
əhəmiyyətinə görə bəstəkarın yaradıcılığında mərkəzi yer tutur.  Məhz xor musiqisi 
R.Mustafayev üçün yaradıcılıq baxımdan özünüifadə etmə bir sahəsinə çevrilmişdir 
ki,  o,  burada  özünün  üslubunu  və  musiqi  təfəkkürünü  tam  dolğunluqla  və  bədii 
inamla  realizə  edə  bilmlşdir.  Xor  üslubunun  uğurlu  mənimsənilməsində  onun uzun 
illər  Azərbaycan  radio  və  televiziya  komitəsinin  xorunda  işləməsi  təkan  vermişdir. 
Beləliklə, Mustafayev-xormeyster Mustafayev-bəstəkara yardımçı oldu. 
R.Mustafayevin 9 oratoriyası, 5 kantatsı, vokal-simfonik poemaları  demək olar ki, 
əsl  monumental  xor  “freskaları”dır.  Bunların  sırasında  Rəsul  Rzanın  sözlərinə 
bəstələnmiş  “Oktyabr”  ,    Nəbi  Xəzrinin sözlərinə  “Ana”  və  “Salatın” oratoriyaları, 
Rafik  Zəkanın  sözlərinə  “Füzuli”  vokal-simfonik  poeması,  “Nizami”  və    “Hüseyn 
Cavid”  oratoriyaları,  Hikmət  Ziyanın  sözlərinə    “Haqq səninlədir,  Azərbaycan” 
kantatası,  Nəriman  Həsənzadənin  sözlərinə  “Nəriman  Nərimanov”  oratoriyası, 
Məmməd  İsmayılın  sözlərinə  “Kür-Apşeron”  kantatası  və  “Bu  qan  yerdə  qalmaz” 
vokal-
simfonik poeması, Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş “Məhəmməd 
və Leyla”  və bir çox başqaları durur. 
Ramiz  Mustafayevin  xor  yaradıcılığının  təhlili  müəllifin  istifadə  etdiyi 
mövzuların    genişliyini,  janr  müxtəlifliyini  nümayiş  etdirir.  Bəstəkarın  xor 
yaradıcılığında  obraz  diapazonunun  əhəmiyyətli  dərəcədə  genişlənməsini  müşahidə 
edirik:  burada  həm  haqq  və  şər  qüvvələrin  mübarizəsi,  həm  rəşadət  qəhrəmanlığı, 
həm  itkilərə  üzülmə,  həm  ananın  kədəri,  həm  də  doğma  təbiətin    gözəlliyinin  və 
xalqımızın  dahi  şəxsiyyətlərinin  tərənnümü  öz  əksini  tapmışdır.  Bu  əsərlərdə  canlı 
mənzərə səhnələri ilə bərabər dərin fəlsəfi obrazlar da öz yerini tutur. Bu əsərlər həm 
də yeni ifadəlilik vasitələrinin axtarışları ilə marağlıdır. Belə ki, bəstəkar müasir rus 


199 
 
(Şostakoviç,  Sviridov)    və  Qərb  (Orf,  Onegger)  xor  musiqisinin  ənənələrinə 
əsaslanaraq özünün monumental xor əsərlərinə solist-deklamatoru daxil edir, bundan 
əlavə    orkestrin  müşayiətilə  ritmli  nitq  priyomundan  geniş  istifadə  edir  ki,  bu  da 
oratoriyanın pafosunu, təntənə ruhunu açıqlamağa yardım edir. Həmçinin azərbaycan 
xalq yaradıcılığına xas olan müxtəlif növ ostinatolardan (həm orkestr, həm də vokal-
xor) istifadə  bəstəkarın üslub xüsusiyyətinin əlamətlərindəndir. R.Mustafayevin xor 
yaradıcılığı,  xüsusən  də  vətənpərvər  mövzuda  əsərləri  Azərbaycan  klassik 
musiqisinin inciləri sırasında layiqli yerini tutmuşdur.  
 
 
 
“SALATIN” oratoriyası 
“Salatın” oratoriyası ilk dəfə 1992-ci ildə yanvarın 9 Salatın Əsgərovanın anım 
günündə  radio  vasitəsilə  səsləndirilmişdir.  Bu  əsər  dərin  aktuallığı,  ciddi  ideyası, 
Nəbi Xəzrinin “Rekviyem”inin incə və  səmimi  cizgilərlə  musiqidə  təcəssümü   ilə 
dinləyicilərin diqqətini cəlb etmişdir. Cəsur jurnalist Salatın Əsgərovanın qısa, lakin 
parlaq  həyatı  vətəndaşlıq  və  peşə  borcuna  sədaqət  nümunəsi  olmuşdur.  Onun 
qəhrəmanlığı  və  eyni  zamanda  faciyəsi  bəstəkara  elə  təsir  etmişdi  ki,  o  bunun 
barəsində  əsər  yazmağı  qərara  aldı.  8  hissədən  ibarət  olan  “Salatın”  oratoriyası 
bəstəkarın  bir  ilə  yaxın  işi  nəticəsində  yaranmışdı.  Oratoriya  solist,  xor  və  böyük 
s
imfonik orkestr üçün yazılmışdır.     
      
Dərin kədər hissi ilə dolu  bu əsər bizi sanki o faciyəvi günlərə qaytarır. Burada 
müəlliflər  qadının  qəhrəmani  obrazını,  onun  doğma  torpağa  sevgisini,  azərbaycan 
xalqının azadlığı uğrunda mübarizəsini göstərmişlər. Qeyd etmək lazımdır ki, Nəbi 
Xəzrinin  poetikası,  onun  şer  üslubu  üzvü  şəkildə  Ramiz  Mustafayevin  musiqisi  ilə 
birləşərək mükəmməl bir sintez yaratmışlar. Oratoriya dramatik bütövlüyü və üslub 
baxımdan özünəməxsusluğu ilə səciyyələnir. 
     
Oratoriyanın  I  hissəsi  “Ata,  Qarabağa  gedirəm”  adlanır,  mürəkkəb  üçhissəli 
formada  yazılmışdır.  Oratoriyanın  I  hissəsi  əsərin  əsas  məzmunundan  bəhs  edən 
ekspozisiya funksiyasını daşıyır. Burada ata və qız arasında dialoq gedir, qızın səsinə 
qadın xoru da birləşir. Salatının partiyasında həyacan, narahatlıq hiss olunur, sanki o, 


200 
 
başına  gələcək  faciyəni  qabaqcadan  hiss  edir.  Ata  kişi  xoru  ilə  birgə  qızının 
replikalarına  cavab  verir,  ondan  bəd  fikirlərdən  uzaq  olmasını  xahiş  edir.  Atanın 
partiyası reçitativ-deklamasiya üslubundadır, onu tenor və basların partiyası müşayiət 
edir, qadın səsləri isə bu zaman “a” saitinə vokaliz oxuyurlar. Sonra yenədə Salatın 
qadın xoru ilə birgə atasına cavab verir. Ata çox məyyusdur, onu Qarabağa buraxmaq 
istəmir. Salatın isə etiraz edərək cavablayır: sən məni igid kimi tərbiyə emisən buna 
görə də mənə Salatın adını vermisən.      
II  hissə  “Yaralı  dağlar”  –  böyük  opera  xor  səhnəsini  xatırladır.  Bu  hissə 
mürəkkəb üçhissəli formada yazılıb və gərgin dramatik xarakter daşıyır. Səhnənin 1-
ci hissəsi giriş rolunu oynayır. Melodiyası “Şur” və “Humayun” ladlarının əsasında 
qurulmuşdur.  Müşayiətdə  səslənən  iti  dissonansların  gərginliyi  sanki  qorxulu 
hadisələrin abu-havasını  yaradır. Orta hissə xalq mahnılarına bənzərdir, daha oynaq 
xarakter daşıyır. Reprizada isə mövzu ostinato ritmi üzərində keçirilir. 
      
III  hissə    “Qırmızı  buludların  qara  kölgəsi”  adlanır.  Burada  həyacan,  gərginlik 
hissləri bir qədər də artır. IV hissə “Ceyhunun yuxusu” –  burada Salatının 6 yaşlı 
oğlunun  həyacanlı  yuxusunun  mənzərələri  parlaq  şəkildə  əks  olunur.  Bu  hissə 
mürəkkəb  ikihissəli  formada  yazılmışdır  və  kiçik  orkestr  girişindən  başlayır.  On 
altılıqlarla  və  xromatizmlərlə  hərəkət  həyacan,  gərginlik  hisslərini  göstərir.  Əsas 
mövzunun reçitativ-
deklamasiya    üslubu  çox  həqiqi  şəkildə  dəhşətli  yuxu  görən 
uşağın qorxusunu əks etdirir. 
      
Oratoriyanın V hissəsi “Qaranlıq dünyadan günəşə sarı” adlanır. Bu hissə məna 
etibarilə  matəm  marşı  rolunu  oynayır.  Hissə  “Şüştər”  ladında  improvizasiya 
xarakterli girişdən başlayır, bəzən  ən gəmgin “Humayun” ladının intonasiyaları ilə 
növbələnir. Sonra əsas mövzu səslənir – vətənpərvər ruhda kütləvi mahnı elementləri 
ilə reçitativ-deklamasiya üslubunda basların solosu. Daha sonra xor mövzunu davam 
etdirir. 
Bu hissə də mürəkkəb ikihissəli formada yazılmışdır. 
     
VI  hissə  “Şəhidlər  xiyabanında  ana  harayı”  adlanır.  Bu  hissə  ən  faciyəvidir.  O, 
əyani şəkildə qızının qəbri üzərində ağlayan, gah küləklə, gah ağacla, gah da torpağla 
danışan  ananın  üzüntüsünü  göstərir.  Bu hissənin  xarakterinə  uyğun  olaraq  bəstəkar 
“mərsiyyə”  tipli  musiqi  bəstələyir,  yəni  burada  matəm  reçitativi  ana  laylayı 


201 
 
intonasiyalar
ı ilə birləşir. Nəbi Xəzrinin poetik dilini dəqiq uyğunluqla təqib edərək 
bəstəkar onu zərif mahnıvari intonasiyaları ilə birləşdirir. 
       
VII hissə “Dədə Qorqudun səsini eşitdim” – oratoriyanın məna etibarilə sonuncu 
hissəsidir, özü də iki hissəyə bölünür: 1-ci hissə marşvari səlis ritm üzərində reçitativ-
deklamasiya  üslubunda  Dədə  Qorqudun  solo-monoloqudur.  Burada  Dədə  Qorqud 
bəyan  edir  ki,  Salatın  Azərbaycan  tarixinə  öz  xalqının  azadlığı  uğrunda  canından 
keçmiş  qəhrəman  kimi  daxil  olmuşdu.  2-ci  hissədə  xor  Azərbaycan  xalqının 
qəhrəman qızını tərənnüm edir. 
     
Oratoriya təntənəli marş ilə (VIII hissə) sona yetir. 
 
R.MUSTAFAYEV. 
“SALATIN”, V hissə 
“Qaranlıq dünyadan günəşə sarı” 
 


202 
 
 
 
 
    Bass 


203 
 
 
 
 


204 
 
 
 


205 
 
 
 


206 
 
 
 
 


207 
 
 
 
 


208 
 
 
 
 


209 
 
 


210 
 
 


211 
 
 


212 
 
 


213 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


214 
 
12.
V.ADIGÖZƏLOVUN ORATORIYALARI 
Müasir Az
ərbaycan musiqisində  görkəmli bəstəkar  Vasif  Adıgözəlov da öz 
parlaq  yaradıcılığı  ilə  seçilir. O, müxtəlif janrlarda yazan bəstəkarlardandır. 
V.Adıgözəlov  2 opera, 3 simfoniya, bir neçə simfonik poemalar, 5 musiqili kome-
diya, 3 oratoriya, 2 kantata, 22 teatr tamaşasına və kinofilmlərə musiqi, bir çox mahnı 
v
ə romansların müəllifidir. Bəstəkarın dəsti xəttini müəyyənləşdirən, musiqisinə xas 
olan millilik onun 
əsərlərinin məzmununda (milli vətənpərvərlik  ideyası)  və  dil 
xüsusiyy
ətlərində (aşıq musiqisi və muğamdan  ustalıqla istifadə) öz əksini tapmışdır. 
     
Vasif Adıgözəlov yaradıcılığının əsas sahələrindən birini onun vokal-instrumental 
əsərləri təşkil edir: buna misal kimi “Səbuhi”, “Eşq olsun” vokal-simfonik poemaları, 
“Novruzum”,  “Təntənəli”    kantataları,    “Odlar  yurdu”,  “Qarabağ  şikəstəsi”, 
“Çanaqqa
la” oratoriyalarını göstərmək olar. Müxtəlif illərdə yazılan və özünəməxsus 
məzmunu  ilə  seçilən  bu  əsərlər  bəstəkar  musiqisinin  ən  önəmli  və  təqdirə  layiq 
nailiyyətlərindən sayılır. 
     
Bəstəkarın  vokal-instrumental  yaradıcılığında  oratoriya  janrı  xüsusi  əhəmiyyət 
kəsb  edir.  Onun  yaratdığı  vətənin,  torpağın  müqəddəsliyini  tərənnüm  edən    “Odlar 
yurdu”  (1988),  “Qarabağ  şikəstəsi”(1990),  “Çanaqqala”(2008)  oratoriyaları 
vətənpərvərlik ideyası  ilə bağlı olan  monumental triptix təşkil  edirlər.  Bu  əsərlərdə 
bəstəkarın  poetik  mətnə  olan  həssaslığı  qabarıq  şəkildə  özünü  biruzə  verir.  Musiqi 
dilinin    xüsusiyyəti  isə  ondan  ibarətdir  ki,  burada  milli  musiqi  ənənələrilə  Avropa 
musiqi 
ənənələrinin  sıx  birləşməsi  baş  verir.  V.Adıgözəlovun  melodikası  milli 
musiqimizin ənənələrinə söykənib  onun təsiri altında formalaşmışdır. 
      
V.Adıgözəlov  öz  oratoriyalarında  ciddi  və  dərin  məzmunlu  tarixi  mövzulara 
müraciət  edir.  Onun  oratoriyalarında  əks  olunan  qəhrəmanlıq  və  vətənpərvərlik 
ideyası  öz  aktuallığını,  mənasını  və  əhəmiyyətini  açıq-aşkar  göstərmiş  olur.  Orato-
riyaların  ideya-məzmun  və  musiqi-dramaturji  inkişafı  bir  vəhdət  təşkil  edərək  çox 
aydın və məntiqlidir. Hər üç əsərə miqyaslılıq, teatrallıq, möhtəşəmlilik xasdır. Hər 
bir əsərin qəhrəmanı xalqdır, buna görə də məzmunun açıqlanmasında və dramaturji 
inkişafında xor əsas rol oynayır. Bəstəkar öz əsərlərində xalq musiqi-sindən sitatlara 


215 
 
da müraciət edir. Məsələn, “Çanaqqala” oratoriyasında o, Türkiyədə çox tanınmış və 
sevilən  “Ordum”  marşından  və  “Çanaqkale  içində  vurdular  beni”  mahnısından 
istifadə edir.   
 
V.ADIGÖZƏLOV. 
“ÇANAQQALA” 
 


216 
 
 
 
 


217 
 
 
 


218 
 
 
 
 


219 
 
 
 
    Hey! 


220 
 
 
 
 


221 
 
 
 
 
 


222 
 
 
 
 
 
 
 
 
 
 


223 
 
 
 
 


224 
 
 
 
 


225 
 
 
 
 


226 
 
 
 
 


227 
 
 
 
 
 
 
 


228 
 
 


229 
 
 


230 
 
 


231 
 
 


232 
 
 


233 
 
 


234 
 
 


235 
 
 


236 
 
 


237 
 
 


238 
 
 


239 
 
 


240 
 
 


241 
 
 


242 
 
 


243 
 
 


244 
 
V.ADIGÖZƏLOV 
“QARABA
Ğ ŞİKƏSTƏSİ”, III hissə 
 


245 
 
 


246 
 
 


247 
 
 


248 
 
 


249 
 
 


250 
 
 


251 
 
 


252 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


253 
 
ƏDƏBİYYAT: 
1.Q
ədimova J.  “Musiqinin tədrisi metodikası”, Bakı, 2007 
2.
 
Mirzəyeva N.  “Azərbaycanda kantata-oratoriya janrının  inkişafı ”, Bakı, 1994 
3. Ц.Щаж ыбяйли «Азярбайж анын мусиги  сяняти  щаггында», Бакы,1986   
4. М.Магомайев «Азярбайж ан мусиги сяняти щаггында», Бакы, 1987.  
5
. Н.А.Мирзяйева «Хоршцнаслыг», Бакы, 2007     
6.Ф.Ямиров «Мусиги аляминдя», Бакы, 1983  
7
.
Tağızadə A.  “Azərbaycan musiqisinin dahi sənətkarı: Q.Qarayev”, Bakı, 2011 
8
.Qasımova S.  “Cahangir Cahangirov”, Bakı, 1964 
9. F
ərhadova  R. “Nəriman  Məmmədov”, Bakı, 1982 
10. 
Ələkbərova N. “Arif  Məlikov”, Bakı, 1988   
11. 
Z.Qafarova “Ramiz Mustafayev”, Bakı: “Səda”, 2009 
12. 
L.Mehmandarova. “Aqşin Əlizadə”, Tbilisi, 1975   
13. V.X
əlilov “Seçilmiş əsərləri”, VII cild, Bakı, 2013 
14. Zöhrabov R.  “B
əstəkarlarımız haqqında söz”, Bakı, 1999 
15. R.Zöhrabov “B
əstəkarlarımızın portreti”, Bakı: “Ergün”, 1995 
16.Z.Abdullayeva “Az
ərbaycan musiqi ədəbiyyatı”, Bakı, 2009 
17. “Az
ərbaycan bəstəkarlarının xorları” toplusu, S.Rüstəmovun redaktorluğu altında, 
Bakı, 1950 
18.
Л.Мамедова  «Хоровая культура Азербайджана», Bakı, 2010  
19.www.musiqi-dunya.az./new/read/ 
20.azerbaijans.com/b
əstəkarlar 
 
 
 
 
 
 
 
 
 
 


254 
 
MÜNDƏRİCAT 
Ön söz............................................................................................................................3 
1.Ü
.Hacıbəylinin kantataları......................................................................................5 
«V
ətən və cəbhə» kantatasından «Rədd ol!» xoru .......................................................7 
«Z
əfər himni»..............................................................................................................14 
  
2.Q.Qarayevin kantat
aları........................................................................................29 
«Xo
şbəxtlik mahnısı» .................................................................................................30        
«Zaman
ın bayraqdarı».................................................................................................44       
 
3. C.Cahangirovun kantata v
ə oratoriyaları..........................................................56 
«Füzuli» II hiss
ə..........................................................................................................58 
«Sabir» final xoru........................................................................................................72 
 
4. 
C.Hacıyevin  «Sülh keşiyində»  oratoriyası.........................................................81 
«
Sülh keşiyində» oratoriyasından II hissə «Lay-lay»..................................................83 
 
5. 
Ə.Hüseynzadənin «Gözəl Vətən» kantatası........................................................99 
6
.A.Əlizadənin kantataları......................................................................................118 
«Az
ərilər», II hissə, « Dağın səsi».............................................................................120 
«Ana torpaq».............................................................................................................127 
7.A.M
əlikovun “Torpağın səsi” kantatası.............................................................138 
«Torpağın səsi», II hissə ...........................................................................................139 
8.X.Mirz
əzadənin və E.Sabitoğlunun «Çiçəklən Vətənim» kantatası................148 
«Çiç
əklən Vətənim», I hissə .....................................................................................149 
9.N.M
əmmədovun «Azərbaycan» oratoriyası.......................................................171 
«Az
ərbaycan», IV hissə. ...........................................................................................173 

Yüklə 24 Kb.


Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə