Азярбайж ан республикасы тящсил назирлий



Yüklə 24 Kb.
Pdf görüntüsü
səhifə2/19
tarix18.04.2018
ölçüsü24 Kb.
#39012
1   2   3   4   5   6   7   8   9   ...   19


 
         
Аzərbаycаn  bəstəkаrlаrının  yаrаdıcılığındа  хоr  musiqisi  mühüm  yеr  tutur və 
оnun böyük bir hissəsi iri həcmli əsərlər – kantata və oratoriyalardır. Azərbaycanda 
kantata janrının banisi dahi Ü.Hacıbəyli olmuşdur. Sonralar onun yolunu Q.Qarayev, 
C.Cahangirov, S.Rüst
əmov,  S.Ələsgərov, N.Məmmədov, A.Məlikov,  A.Əlizadə, 
R.Mustafayev,  V.Adıgözəlov və  bir  çox  başqa  bəstəkarlarımız  hər birisi özünə 
m
əxsus şəkildə davam etdirmişlər. 
       Tarix
ən kantata və  oratoriya  janrları  ideoloji  və  sosial  əhəmiyyətli vokal-
instrumental musiqi növü kimi 
formalaşmışdır. Milli zəminə keçirilərək onlar özünün 
ideoloji istiqam
ətini heç də itirməmişdir, bunun tam əksi olaraq onlar ictimaiyyətdə 
baş verən mühüm hadisələrin bədii formada əks olunmasına xidmət etməyə başladı. 
B.Asafyev  yazırdı:  “Oratoriya  formalarının  nəhəng miqyası  və  onların  ictimai 
ümumil
əşdirilmiş təsir xarakteri buna uyğun ifadə vasitələrini tələb edirdi, onlar da 
öz növb
əsində böyük məkan və arxitektonik genişlik musiqisinin təşkili qabiliyyəti 
v
ə  bacarığından  asılı  idi”.  Xor musiqisinə  xas olan sosial fəallıq  və  humanizm 
kantata v
ə oratoriya janrlarında ən dolğun və hərtərəfli əksini tapmışdır. 
       Kantata v
ə  oratoriya  janrlarının  mühüm  ictimayi  əhəmiyyəti,  onların  bədii-
t
ərbiyəvi funksiyaları bizi vadar etdi ki, biz belə bir dərs vəsaitini tərtib edib, tələbə 
v
ə  müəllimlərin istifadəsinə  təqdim edək.  Qeyd etmək istəyirik  ki,  topluda  bir  sıra 
xorlar ilk d
əfə olaraq çap üzü görür, çünki onlar yalnız əl yazma şeklində mövcud idi. 
Bu toplunun  t
ələbələr üçün tədrisi cəhətdən, müəllimlər üçün isə metodiki cəhətdən 
faydalı  olacağını  ümid  edərək, müxtəlif dövrlərdə  yazıb-yaratmış  Azərbaycan 
b
əstəkarlarının kantata və oratoriyalarından xorları  bir topluya yığıb, həm də onların 
qısa təhlilini verməyə çalışmışıq.  
  
       
əlliflərdən 
 
 
 
 



 
1.Ü.HACIBƏYLİNİN  KANTATALARI.
 
 
 
      
Dahi  Аzərbaycan bəstəkarı Ü.Hacıbəylinin yaradıcılığında xor əsərləri, 
xüsusilə də kantata janrı mühüm yer tutur. Onun 1930-cu ildə Аzərbaycanda sovet 
hakimiyyətinin  qurulmasının  on  illiyi  münasibətilə  bəstələdiyi  “Himn”  bu  janrda 
yazılmış  ilk  əsər  olmuşdur.  Əsərin  bədii  mətninin  müəllifi  də  bəstəkar  özü  olmuş. 
Düzdür,  bəstəkar  bu  əsəri  kantata  adlandırmamış,  lakin  əsər  orkestr  və  xor  üçün 
yazıldığı və üç hissədən ibarət olduğu üçün onu kantata adlandırırlar.  
       Lakin bilavasit
ə  kantata  dedikdə,  xronoloji  cəhətdən  bu  janrda  Ü.Hacıbəylinin 
bəstələdiyi ilk əsəri  –  1933-cü ildə böyük iranlı şairi Firdousinin 1000-illiyinə həsr 
edilmi
ş  “Firdousi”  kantatası  olmuşdur.  Bundan  sonra  kantata  janrı  böyük 
bəstəkarımızın  yaradıcılığında  mərkəzi  yer  tutur.  Bunların  sırasında:  1938-ci  ildə 
Mirzə Fətəli Axundovun 125-illik yubileyinə həsr olunmuş “Ölməz sənətkar”, 1939-
cu ildə isə “Şota Rustaveli” kantataları, S.Rüstəmin sözlərinə bəstələnmiş və böyük 
şair Nizaminin 800-illik yubileyinə həsr edilmiş iki hissəli “Nizami” kantatası (1941), 
altı  hissəli  “Vətən  və  cəbhə”  kantatası  (1942), Samur-Dəvəçi  kanalının  tikintisinə 
həsr  olunmuş  “Kantata”, Stalinin yubileyinə  həsr  olunmuş  üç  hissəli  “Kantata” 
(1945) və  kantata janrında yazılmış ən sonuncu əsəri “Zəfər himni”.   
“V
ƏTƏN VƏ CƏBHƏ” kantatası 
        1942-
ci  ildə  Ü.Hacıbəyli  Böyük  Vətən  müharibəsində  insanların  qəhrəman-
lığını  əks  etdirən  solistlər,  qarışıq  xor və  simfonik  orkestr  üçün  “Vətən  və  cəbhə” 
kantatasını  bəstələmişdir.    Bu  əsər  qəhrəmani-vətənpərvər  mövzuda  yaradılmış  ən 
parlaq  əsərlərdən  biridir,  onun  musiqi  dili  dövrün  kütləvi  mahnılarına  yaxındır. 
Kantatanın  ilk  ifası  1943-cü  ildə  həyata  keçirilmişdir.  Mətnin  müəllifi  də  bəstəkar 
özü idi.  
Qeyd  etmək  lazımdır  ki,  ənənəvi  lad-kadensiya  quruluşlarına  söykənərək, 
bəsətəkar  bu  əsərində  intonasiya  cəhətdən  bütövlüyə  nail  olur.  Bununla  yanaşı 
Ü.Hacıbəyli  öz  musiqisinə  təravətlilik  və  yenilik  cəhətlərini  də  verməyə  müvəffəq 
olmuşdur.  O,  dinləyicini  daima  musiqi  fikrinin  inkişafını  böyük  maraqla  izləməyə 



 
vadar edir. Kantata rəsmi mövzuya həsr olunsa da, bu onun musiqi dilinə heç də təsir 
göstərməmişdir.  Onun  musiqisi  yumşaq,  lirik,  yalançı  patetikadan  və  pafosdan 
uzaqdır. Bu da Ü.Hacıbəylinin bütün kantatalarını fərqləndirən bir cəhətdir.  
Böyük dra
matik qüvvəsi ilə fərqlənən bu kantata altı hissədən ibarətdir:  
I hissə – Allegro assai – orkestr girişi (Uvertüra), II hissə –  “Saz çalan qızların 
mahnısı”, III hissə  – “Gəncin vətən haqqında mahnısı”, IV hissə  – “Yaralı əsgərin 
hekayəti”, V hissə – “Rədd ol!” xoru və VI hissə – “Yallı” rəqsi. Kantatanın hissələri 
bir-
birilə təzadlıq təşkil edir. 
Uvertür
ada    kantatada  əks  olunan  bütün  obraz  dairəsi  sərgilənir.  Burada 
qəhrəmani, epik və səmimi, zərif  obrazlar bir-birini əvəz edir.   
“Saz çalan qızların mahnısı” adlanan hissədə doğma torpaq tərənnüm edilir. 
Zərif,  rəqs  xarakterli  bu  hissənin  musiqi  məzmunu  xalq oyun-rəqslərini,  yallını 
xatırladır. Hissə kuplet-variasiya formasındadır və quruluşuna görə xalq mahnılarının 
xatırladır.  Mövzu  solistin  ifasında  səsləndirilir,  kupletin  sonunda  isə  xor  mövzunu 
təkrarlayir. Xor partiyası incə səsaltı polifoniya üslubunda işlənilmişdir. 
“Gəncin  vətən  haqqında  mahnısı”  adlanan  hissədə  də  eyni  hisslər  təcəssüm 
etdirilir. Melodiya qəhrəmani aşıq havaları ruhundadır. Burada vətənin obrazı başqa 
cizgilərlə göstərilmişdir: qüvvətli, məğrur, cəsarətli, mərd.  
Gərgin  dramatik  başlanğıc özünü  “Yaralı əsgərin  hekayəti”  adlanan  hissədə 
özünü tam aydınlıqla biruzə verir. Digər hissələrdən fərqli olaraq, burada reçitativ-
deklamasiya ifa tərzinə üstünlük verilmişdir.   
Kantatanın növbəti hissəsi “Rədd ol!” xorudur. Bu xor kantatanın dramaturji 
inkişafının  kulminasiyası  və  obrazlı-emosional  məzmununun  yekunu  kimim  qəbul 
olunur. 
Хоr  qəhrəmani  хаrakter  daşıyır  və  fəal  çağırış  səfərbəredici  musiqisi  ilə 
seçilir. Ümumi  məzmunu və ruhuna görə bu xor hərbi plakat löhvələrini xatırladır. 
Каntata  “Yallı”  rəqsi  ilə  tamamlanır  ki,  bu  da  Ü.Hacıbəylinin  kantatalarının 
quruluşuna xas olan cəhətdir.  
 
 
 


Yüklə 24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə