Азярбайж ан республикасы тящсил назирлий



Yüklə 24 Kb.
Pdf görüntüsü
səhifə8/19
tarix18.04.2018
ölçüsü24 Kb.
#39012
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

66 
 
 
, H
ə-  bi-    bim,          fəs-            li    gül-  dür          bu,            a-     xar    su- 
 
    -lar             bu- lan-  maz-          
mı,               bu- lan-  maz-   mı? 


67 
 
 
De  - yil -  dim      m
ən           sə - nə       ma -        il,           sən   et -       din 
əq -             li -  mi       za -           il. 
M
ə - nə  tən        ey -          lə - yən    qa -         fil             sə - ni         gör - 
 
-c
ək     u -    tan -  maz -    mı? 


68 
 
 
Fü – zu -  li -        rin -   
dü  şey -  da -    dır. 
Fü – zu – li -      rin -     
dü  .şey – da-  
-
dır 
 H
ə - mi – şə         xəl -     qə  rüs – va -  dır,      so-run kim      bu          nə  sev – da- 
-
dır 
-
dır,     bu sev – da -  dan         u – san- maz - mı?     Bu sev- da -  dan            u- san- maz - 


69 
 
 
 
-
mı? 
    So – run  kim,   bu          n
ə  sev-da -        dır 
So – run kim,      bu                                             n
ə sev – da -  
-
dır,         bu    sev- da -      dan
Bu   sev – da -   dan, 
Bu  sev- da -       dan! 
Bu sev – da -      dan,                                  bu  sev-  da -      dan!  


70 
 
“SABİR” oratoriyası 
C.Cahangirovun ikinci iri  h
əcmli xor əsəri – solistlər, xor və simfonik orkestr 
üçün  b
əstələnmiş  “Sabir”  oratoriyasıdır.  Əsər 1962-ci ildə,  böyük satirik-şairimiz 
Sabirin yüz illik yübileyi 
ərəfəsində yazılmışdır. Əsər özünün qeyri-adi quruluşu və 
yaradıcı  ideyanın  orijinal  şəkildə  realizə  olunması  ilə  diqqəti cəlb edir. Bəstəkarın 
fikirl
ərinin bu  səpkidə  açıqlanmasına  şübhəsiz ki, dahi satirik-şairimizin  yaradıcı 
siması, onun şerləri böyük təsir göstərmişdir. Sabirə qədərki klassik poeziyamız sanki 
bir  aşiqin  və  ya filosofun möhtəşəm  monoloqudur.  Sabirin  poeziyası  isə  xalq və 
“m
ən”  arasında  dialoq  formasını  alır.  Sabirin  şerləri  əsl  sosial  satiranın  parlaq 
nümun
əsidir. Belə  mövzu,  problem  yoxdur  ki,  şair  ona  toxunmasın.  Sabirin  bütün 
yaradıcılığına hərəkətli, narahat, paradoksal bir kolorit, ritm, intonasiya xasdır. Bütün 
bu xüsusiyy
ətlər  çox böyük incəliklə Cahangirovun oratoriyasında öz təcəssümünü 
tap
mışdır.  
Oratoriya  ardıcıl  sərgilənən süjetə  malik deyildir. O, ümumi əsas ideya ilə 
birl
əşdirilmiş və eyni zamanda musiqi və ədəbi cəhətdən kifayət qədər sərbəst olan 
bir  sıra  nömrələrdən ibarətdir.  Əsərin məna  baxımından  mərkəzini  Sabirin  obrazı 
(tenorun solosu) t
əşkil edir ki, bütün hadisələr onun ətrafında cərəyan edir.  
Əsər  orkestr  girişi  ilə  başlanır,  daha  sonra  Abbas  Səhhətin sözlərilə  başlanan 
birinci  hiss
ə  gedir.  Girişin  təntənəli musiqisi əsərin sonunda da təkrar olunur və 
böyük  şairimizin  dühasını  təsvir edir.  Bu  baş  mövzunun  əsasını  yuxarıya  doğru 
qalxan v
ə “Sabir” sözünə uyğun olan intonasiyalar təşkil edir. Bu sekundalı quruluş 
b
əstəkar tərəfindən  əsər boyu çox məharətlə  istifadə  olunur:  gah  ironik,  gah  acı-
pessemistik, gah da alqışedici formada.  
Bütöv  melodik  quruluşa  əsaslanan  “Fizuli”  kantatasından  fərqli olaraq, bu 
əsərdə  bəstəkar kompozisiyanın  mozaika  prinsipini  əsas  tutur,  musiqi  inkişafının 
m
əntiqi  poetik  obrazın  tam  dəqiq ifadəsi məsələsinə  tabedir.  Musiqidə  doğrunu, 
düzgünlüyü t
ərənnüm edərək,  bəstəkar  nəinki  şerlərin ümumi mənasını,  hətta çox 
vaxt  ayrı-ayrı  cümlələrin və  sözlərin mənasını  əks etdirən  lazimi  intonasiyaları 
axtarıb-tapır.  Bucür  yanaşmanın  həm müsbət, həm  də  mənfi cəhətləri var. Bir 


71 
 
t
ərəfdən xarakterlərin dəqiq və  sərrast  açıqlanması  satirik  əsərin  ayrılmaz  xüsusiy-
y
ətlərindəndir.  C.Cahangirov  “Sabir”  oratoriyasında  azərbaycan  musiqi  materialı 
əsasında məhz bu məsələnin həllini tapır ki, bu da adətən süjetin monumentallığı və 
ciddiliyi il
ə fərqlənən oratoriya janrı çərçivəsində dünyada misli olmayan bir iş idi. 
Bu baxımdan oratoriyanı yazarkən bəstəkarın qarşısında duran məsələ çox çətin idi. 
Aydındır  ki,  bu  yeni,  heç  kəsin getmədiyi yol ilə  gedən bəstəkar bəzi səhvlərdən 
qaçına bilməzdi. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, poetik sözlərin arxasınca çox 
d
əqiq olaraq yürümə formanın qeyri-müəyyənliyinə gətirib çıxarmışdır.  
Oratoriyada solo v
ə xor nömrələri növbələnir. Xorların məna baxımından rolları 
müxt
əlfdir:  
a) q
əhrəmanları ( daha doğrusu antiqəhrəmanları) təsvir edən xorlar;  
b) şairi lənətləyən kütləni təsvir edən xorlar; 
c) Sabirin xalqın taleyi və şairin rolu barəsində əhəmiyyətli konseptual ideyalarını əks 
etdir
ən xorlar; 
d) Sabiri alqışlayan xorlar. 
Xorların  bütün  bu  göstərdiyimiz  funksiyalarından  asılı  olaraq  bəstəkar hər bir 
xorda  lazımi  fakturanı  istifadə  edir.  Ən  sadəsi  –  qəhrəmanın  cinsindən  asılı  olaraq 
xorun 
qadın və ya kişi qruplarına bölünməsidir (xor partiyalarının personifikasiyası 
prinsipi). M
əhz belə  satirik fraqmentlərdə  bəstəkar  “meyxana”  folklor  janrına 
əsaslanır  ki, bu da cəld temp, rəqs ritminə  yaxın  səlis ritmdə  öz  əksini  tapır.  Belə 
xorlarda b
əstəkar unison və  ya asan ikisəsli  fakturadan istifadə  edir. Bunlar əsasən 
ayrı-ayrı tipajların kollektiv portretlərinin təsviri olan xorlardır. 
Şairi  lənətləyən kütləni təsvir edən xorlarda isə  bəstəkar imitasiyalı 
quruluşlardan, xor qruplarının bir-birilə  antifon şəkildə müqayisəsindən istifadə edir. 
N
əhayət,  alqışedici  xorlarda  C.Cahangirov  dolğun  unison  və  ya  sıx  akkord 
fakturasından istifadə edir. 
 
Oratoriyanın musiqi dili də çox rəngərəngdir və milli lad-tonallığa əsaslanır.  
 
 
 


Yüklə 24 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə