Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə12/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   8   9   10   11   12   13   14   15   ...   78
Flora-Namazova-Dissertasiya

Bədii ədəbiyyatın bir növü olmaq etibarilə dramaturji əsərlərin spesifikası belə güman etməyə əsas verir ki, həmin nitq vasitələrinin əsas qatı dil vahidləri ilə, onların yaradılması üsulları ilə, ədəbi və qeyri-ədəbi danışıq nitqinə xas mətnin təşkili ilə ifadə olunur.


Dramaturgiyada səhnə tələffüzü şəraitini – personaj və obrazların nitq tələffüzünün, bir tərəfdən, milli ədəbi dilin tələffüz normalarına, digər tərəfdən isə müxtəlif səhnə obrazları ilə bağlı sosial-dialekt və ərazi-dialekt nitq üslub­larına münasibətini aydınlaşdırmaq; dialoq nitqi ilə ədəbi dil normaları arasında münasi­bətləri müəyyənləşdirmək, həm­çinin də sosial nitq xarakterologiyası və psixologiyası sahəsini, vasitələrini müəyyənləş­dirmək və təhlil etmək dram mətnlərini öyrənmək üçün əhəmiyyətlidir. “...dialoq nitqi bədii əsərin xarak­teroloji nitqin cəmləndiyi, konsentrasiya olunduğu əsas parçasıdır...dram əsərlərində dialoqların bir-birini əvəz etməsi personaj nitqini daha qabarıq tərzdə irəli çıxarır ki, bu da müxtəlif personajların danışıq tərzini tutuşdurmağı, onları bir-birindən fərqləndirməyi şərtləndirir. Deməli, dialoq şəraiti nitq üçün ən mühüm zəmin sayıla bi­lər....dialoq nitqinin tədqiqi üçün ən qiymətli mənbə dram mətnidir” [106, s.146-156].

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə