Азярбайжан милли елмляр академийасы


İlyas Əfəndiyevin dramaturgiyasında dil və sənətkarlıq məsələləri



Yüklə 1,58 Mb.
səhifə14/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   10   11   12   13   14   15   16   17   ...   78
Flora-Namazova-Dissertasiya

1.2. İlyas Əfəndiyevin dramaturgiyasında dil və sənətkarlıq məsələləri

Dram, dramaturgiya, dram dili və üslubu haqqında filoloji düşüncə kifayət qədərdir. Amma ayrıca bir sənətkarın dramaturgiyasında dil və üslub mənzərəsinin öyrənilməsi sahəsində tədqiqatlar azlıq təşkil edir. Yazılmış araşdırmaların da bir çoxu əvvəlki dövrlərə aid olduğundan bir qədər bəsit xarakter daşıyır, yəni yeniliklər, bütün məsələlər orada öz əksini tapa bilmir.


Ədibin yaradıcılığını daha dərindən və geniş planda öyrənmək zərurəti içərisində dil və üslub problemləri, şübhəsiz, əsas yerlərdən birini tutur. Bu problem ədəbi proseslə sıx əlaqədə öyrənilərsə, o zaman qarşıya yeni və mühüm dil-sənətkarlıq məsələləri çıxa bilər, dramların məzmun və forma zənginliiyi yeni dil xüsusiyyətlərinin aşkarlanmasına gətirib çıxarar.

İlyas Əfəndiyevin dramaturgiya dilinin dil-üslub xüsusiyyətləri filologiyamızda, demək olar ki, öyrənilməmişdir. Tədqiqat göstərir ki, bu böyük ədibin dramaturgiya dili canlı və hərəkətli olmaqdan əlavə, mənaca tutumlu və zənginliyinə görə də seçilir. Sənətkar dramlarında elə replikalar işlədir ki, bunlar təkcə üzdə olan hərəkəti bildirməklə vəzifəsini bitmiş hesab etmir, ona qədər olmuş işləri, fəaliyyətləri də başa salır. Dialoqlararası ünsiyyət elə qurulur ki, tamaşaçı eşitdiklərinin nəyin davamı olduğunu o dəqiqə dərk edir, yaxud söylənilənlərdən hansı xətlər ayrıldığını yəqin edə bilir. “Dram dilində az danışıq, geniş məzmun prinsipi cəmi bir neçə saat ərzində mürəkkəb, silsiləli hərəkətlərin əlaqəli, bütöv, süjetli təsvirini mümkünləşdirir. Dram əsərlərində leksik vahidin üslubi imkanları aysberqə bənzədilir. Aysberqin suyun səthində bir hissəsi görsənirsə də, yeddi hissəsi suyun altında olur, əsas qüvvəni də o verir” [1, s.30].



Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə