Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə25/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   21   22   23   24   25   26   27   28   ...   78
Flora-Namazova-Dissertasiya

Nəvvab – Zahir bəy, bağışlayın, mən deyəndə ki, siz öz millətimizi tanımırsınız, rəncidə olursunuz, islam millət deyil, dindir!

Ter Vahan – Rus şairi Lermontov Azərbaycan dilinə valeh olub, onu Şərqin fransız dili adlandırmışdır.

Xurşidbanu – Fransızların məşhur ədibi Aleksandr Düma bizə qonaq gələndə Azərbaycan dilinin musiqisinə heyran olduğunu söyləyirdi, fəqət hamıdan qabaq biz özümüz öz dilimizin qədr-qiymətini bilməliyik, ağalar.

Ter Vahan – Vaqifin təmiz Azərbaycan dilində yazdığı şeirləri oxuyanda insanın ruhu təzələnir. Elə bil qayalardan qaynayıb çıxan bulaqların səsini eşidirsən… Eh…Elə bil qayalardan qaynayıb səhənglərə su dolduran gümüş kəmərli gəlinlər sənə baxıb gülümsəyir…

Seyid Hüseyn – Öz dilinə, öz milli varlığına sahib sənətkar bütün millətlər üçün də əzizdir.

Xurşidbanu – Dil bizim milli varlığımızdır, ağalar, nə qədər ki, Azərbaycan xalqı yaşayır, Azərbaycan dili də yaşayacaq! Mən Azərbaycan balalarının Homeri, Danteni, Şekspiri, Höteni, Puşkini öz doğma – gözəl ana dilində oxuyacaqları günü görürəm! [46, s.19-20];

Hidayət xan (birdən qəribə bir sakitlik və maraqla)- Sən nəyə görə məni ağıldan məhrum edilmiş sanırsan?

Seyid Hüseyn – Ona görə ki, xan, siz kim, haralı olduğunuzu, hansı xalqa mənsub olduğunuzu çoxdan unutmusunuz. Sizin üçün “Azərbaycan” sözü yoxdur. Siz öz ana dilində danışmağı belə ar bilirsiniz [46, s.27-48].

“Şeyx Xiyabani”də: Azərbaycan İran məsələsində Mübarək Səltənə deyəndə ki: – Biz Azərbaycanı İran döv­lətinin tərkib hissəsi hesab edirik. Azərbaycan yoxdur cənab şeyx. Şahənşah İran dövləti var! Bu zaman Şeyx Xiyabani ona belə cavab verir: Yox, cənab vali! Arazın o tay-bu tayında qədim və şöhrətli bir tarixə malik Azərbaycan da var, igid Azərbaycan xalqı da! Əsrlərdən bəri siz Azərbaycan xalqını öz içində əridib farslaşdırmaq istəyirsiniz. Lakin görürsünüz ki, Azərbaycan xalqı da, Azərbaycan dili də yaşayır! Milləti, xalqı məhv etmək olmaz! [46, s.140].

Tənqidçilər, ədəbiyyatşünaslar və dilçilər böyük dramaturqun pyeslərinin dil xüsusiyyətlərinə toxunmuşlar. M.Arif “Bahar suları” dramının dili ilə bağlı demişdir: “Əsərin dilində bir cəhət aydın sezilir, bu, surətlərinin dilinin fərdiləşdirilməsi və tipikləşdirilməsidir. Dramaturq bir tərəfdən surətləri canlı danışıq dilində danışdırmış, o biri tərəfdən də bəzi personajları “ədəbi dildə dindirmişdir”. Bundan əlavə, “Bahar suları”nın müvəffəqiyyətli cəhətlərindən biri də sadə və təbii dilidir. Dramaturq öz qəhrəmanlarını quru kitab dili ilə deyil, canlı, təbii bir dillə danışdırır, hər surəti özünəməxsus cizgilərlə fərdiləşdirir” [20].

Sözə qənaət, az sözlə dərin fikirlər ifadə etmək bacarığı İ.Əfəndiyevin dram­larına da xas olan ən ümdə xüsusiyyət­lərdəndir. İ.Əfəndiyevin bütün əsərlərində sözlər mini­mum kəmiyyətdədir. Yazıçı mümkün qədər lakonik cümlələrdən istifadə edir. Bu da obrazlılığı təmin edir, hər cümlə bir şeir misrası kimi səslənir. “O, bədii əsər üçün vacib xüsusiyyətlərə – dilin ifadəli və obrazlı olmasına, xarak­terlərin canlı və dolğun çıxmasına, süjet və kompozisiya bütövlüyünə ciddi diqqət yetirir, böyük əmək sərf edir…” [85].

“Bahar suları” pyesi müharibədən sonrakı kəndimizin real həyatından alın­mışdır. Burada hadisə və tiplər canlı və həyatidir. Yazıçı canlılığı yaratmaq üçün heç bir boyasını əsirgəməmişdir. Əsərdə insanların həyatındakı konfliktlər, tamaşaçını intizarda qoyan səhnə­lər, bədii cəhətdən təsirli dialoq və monoloqlar vardır.

Beləliklə, “Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər”, “Mənim günahım”, “Unuda bilmirəm”lə milli ədəbiyyatımızda müasir lirik-psixoloji dramın əsası qoyulur. İ.Əfəndiyev bu istiqaməti sosial məzmunla aşılanmış təbii məcrada, sənət üçün zəruri olan “fərd və cəmiyyət” problemi ilə üzvi bağlılıqda, həyati konflikt və real xarakterlər mühitində inkişaf etdirməyə çalışmışdır. O, səhnədən düşməyən bir çox pyesi ilə lirik-psixoloji üslubun inkişafıına yol açmış və dirçəlişinə qüvvətli təsir göstərmişdir.

İ.Əfəndiyev yaradıcılığında ideya-bədii məqsədlə üzvi əlaqələnərək yerində işlədilən təbiət təsvirləri də – onun fərdi üslubunu, şairanə təfəkkür və dilini səciyyələndirmə xüsusiy­yətlərindən birinə çevrilən, əsərlərinə lirik-psixoloji ruh və ictimai-estetik məna daşıyan peyzajlar da əsərlərində geniş əks-səda tapmışdır. Belə bir fikri irəli sürərkən sadə, təbii və aydın dildə yaradılmış bu tipli təbiət mənzərələrini nəzərdə tuturuq.

Sovet dövründə dramaturgiya dili yeni mərhələyə yüksəlir. Lirik-psixoloji səpkili dram dilinin örnəkləri yaradılır. İlyas Əfəndiyev sanki bunun rəmzinə çevrilir. “Pyeslərinin dil-üslub təkamülü aydın göstərir ki, dramaturq belə bir dilin inkişaf etdirilməsi üçün əsl mənada sənətkarlıq axtarışları aparmışdır” [1, s.9]. O, ana dilinin ifadə incəliklərini duymuş, hər bir dil-üslub hadisəsinə fərdi şəkildə yanaşa bilmiş, ondan istifadə etmişdir.

İlyas Əfəndiyev məktəbinin, İlyas Əfəndiyev teatrının da öz dili, üslubu var. O, sözə qənaətcildir: təsvirdə, obrazda və hadisələrin ifadəsində dəqiqdi, söz-sözə calanır, sözdən söz doğur. İlyas Əfəndiyevin hər bir obrazı, təsviri bizi əhatə edən mühitin özüdür. Bu da onun dərin müşahidəçilik bacarığından gəlir. Yazıçı hər hansı epizodu, hərəkət və vəziyyəti səciyyələndirmək üçün tipik dil əlamətlərindən yararlanır. Ümumiyyətlə, o, əsərlərinin dil və üslubuna məsuliyyətlə yanaşan sənət­kardır. Onun surətləri dilin hesabına fərdi və tipik olur. Canlı danışıq dili ilə seçilirlər. İlyas Əfəndiyevin əsərləri dilinin qeyri-adi zənginliyi, bədii ifadə vasitələrinin bolluğu ilə yadda qalır.

İlyas Əfəndiyevin dram üslubu canlı və son dərəcə dinamikdir. Canlı dil materialları, xalq ifadələri hər bir obraz və personajın nitqini əlvan şəklə salır. “Tipik şəraitdə tipik surətlər yaradan” dramaturq obrazın öz dili ilə onun fikrini açır, göstərir. Məsələn, “Mahnı dağlarda qaldı” pyesində Böyük bəylə bacısı Şahnaz arasındakı dialoq ağa-rəiyyət münasibətlərinin açılması üçün əlverişli bir gedişdir:



Böyük bəy (mülayim). Gəl əyləş, bacı. (Şahnaz oturmur) Bilirəm, sən ürəyində məni təqdirləndirirsən, düşünürsən ki, qardaşının bərabərlik, demokratiya haqqındakı sözləri də onun firəng dəbi ilə tikdirdiyi libaslar kimi bir şeymiş. Lakin belə deyil, bacı. Mən Fransada oxuyarkən, demokratiya, bərabərlik, insanpərvərlik haqqında eşit­diklərimə həqiqətən də inanırdım. “Yaşasın respublika!” deyən Viqtor Hüqoya, Jan Jak Russoya, həqiqətən də, pərəstiş edirdim. Lakin təhsilimi bitirib qayıdanda, Yevlaxda qabağıma gələn üçatlı faytonumuza əyləşib Şuşaya tərəf yollananda özümü yenidən rahatlıq və zinət üçün doğulmuş bir ağa balası kimi hiss elədim. Topxana meşəsinə baxanda, ağa olmağım fikri məni sevindirdi. Mən düşünürdüm ki, o Topxana meşəsini bizim babalarımıza havayı bağışlamamışlar. Hər şeyi ağıl və cəsarət həll etmişdir! Demək, ağalıq, kübarlıq bizim qanımızdadır. Bizim təbiətimizi ondan ayırmaq olmaz. Ona görə də, biz, rəiyyətin, babalardan bizə miras qalan müqəddəs haqqımıza toxunmağına yol verə bilmərik!


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə