Азярбайжан милли елмляр академийасы


Dialekt və şivə leksikası



Yüklə 1,58 Mb.
səhifə28/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   24   25   26   27   28   29   30   31   ...   78
Flora-Namazova-Dissertasiya

Dialekt və şivə leksikası. Dialektizmləri personajların dilində işlətmək daha çox üslubi xarakter daşıyır. Bədii əsərlərdə, xüsusilə dram əsərlərində, fonetik dialektizmlərin işlədilməsi oxucu və tamaşaçıya necə təsir edir? Bunun bədii əsər üçün xeyri varmı? Bu məsələlərin şərhində yalnız bir cəhət nəzərdə tutulur. Surətin hansı coğrafi regiona məxsus olması aydınlaşır və tamaşaçılarda gülüş, bəzən isə qəzəb doğurur. Bu, zahiri gülüşdür.

Dialekt sözləri bədii üslub üçün yararlı ifadə və təsvir vasitələrindəndir. Buna baxmayaraq, bədii əsərin dilinə hər cür dialekt sözü gətirmək düzgün deyil. Burada hər bir sözün işlənilməsinin müəyyən və dəqiq üslubi məqsədi olur. Bədii ədəbiyyatda bu qrup sözlərdən başlıca olaraq, yerli kolorit yaratmaq, surətin nitqini fərdiləşdirmək, hadisəni real əks etdirmək üçün istifadə olunur. Bu məqsədlər üçün bədii əsərin dilində dialektizmlərin işlədilməsi yazıçıdan olduqca böyük sənətkarlıq tələb edir” [100, s.18].

Dialekt və şivə sözləri İ.Əfəndiyevin dram dilində obrazları səciyyələndirmək üçün istifadə edilir. Səciyyələndirmə obrazın nitqindəki sözlə də xarakterizə olunur. Dialektizmlərin mühüm bir qismini surət dilində işlənən dialekt sözləri təşkil edir. Surətlərin dilində işlənən dialektizmlər, bilavasitə onların daxili aləmini, xarakterini açmaq, nitqlərini tipikləşdirmək üçün mühüm vasitələr­dəndir. Bunların ədəbi dildə qarşılığı ola da bilər, olmaya da bilər. Surətin dilində işlədilən və ədəbi dildə qarşılığı olan dialektizmlər öz emosional xarakteri ilə diqqəti cəlb edir. Yazıçı surətin dilində dialekt sözləri işlətməklə xarakterik nitq yaradır. Digər tərəfdən, belə dialektizmlər ədəbi dildəki qarşılığı ilə birlikdə sinonim cərgə yaradır və bədii dilin ifadəlilik imkanlarını zənginləşdirir.

Dialektizmlər obrazların nitqindəki milli koloriti gücləndirir, yerli şəraiti əks etdirir. Məs.: eyzən – həmişə mə­nasında: Nargilə. Mən zavodda, qəsəbədə sizin haq­qınız­da eyzən yaxşı sözlər eşidirdim [49, c.2, s.321]; yadırğamaq – yaddan çıxarmaq mənasında: Həsənzadə (dərin­dən nəfəs alaraq). Yadırğamışam. Mənim nəğməmin susduğu vaxtdan xeyli zaman keçibdir [49, c.2, s.331].

Dialekt sözlərinə dramaturqun öz təsvir dilində də rast gəlmək olur. Məsələn, leysan mənasında “şiravan” sözünü işlədib.: Bayırda şiddətli göy gurultusu eşidilir. Şiravan yağış tökür [49, c.2, s.336].

Dram əsərlərində semantik dialektizmlər bəzən ədəbi dildə işlənən sözün variantı kimi çıxış edir. Məsələn, yazıçı “örtmək” məna­sında Qarabağ dialektində işlənən “salmaq” feilindən istifadə etməklə semantik dialektizm variantı yaratmışdır. Məs.: Həsənzadə. Bu adyalı mənim üstümə siz salmısınız? Nargilə (“hə” mənasında başını tərpədir). Başqa kim salacaqdı ki? Həsənzadə. Dedim bəlkə Ayna xala salıb… [49, c.2, s.324)].

Dialekt sözü ilə ədəbi dilin sözü eyni mənanı ifadə edir, dialoqun mətnində sinonimləşir. Məs.: Sədaqət. Qızlar sənin bu bibioğlunu çırpışdıracaqlar, Aynur (gedir). Bayandur (onun ardınca baxaraq) Bu qız niyə belə danışır. Necə yəni çırpışdıracaqlar? Aynur (gülür) Yəni qızlar səni oğurlayacaqlar [46, s.75]. Personaj dialektdə işlənən sözü başa düşmədiyi üçün həmsöhbəti ona ədəbi dilin sözü ilə aydınlıq gətirir. Məs.: Kamran. Qutabdan çöl şomusunun ətri gəlir. Mila. Şomu nədir? Kamran. Göyün bir növü [46, s.201].

“Artırma” leksik dialektizmi: Bəyim. Evdə olanda da ya kitab oxuyur, ya da artırmada, bağçada var-gəl edir (XN, s.22).

Bədii üslubda hər bir sözün yeri, mövqeyi, özünəməx­susluğu vardır. Dialek­tizmləri də yazıçı bədii əsərə mövzu və üslubla bağlı olaraq gətirir. İ.Əfəndiyevin yaradıcılı­ğında dialekt sözləri həm yazıçı, həm də obraz təhkiyəsində işlənir. Bu leksik-üslubi vahidlərlə oxucu yorulmur, çaşbaş qalmır, əksinə, öz yaradıcılıq aləminə, lirik üslubla yazılmış bədii aləmə, söz mühitinə gətirib çıxarır. Ümumən İ.Əfəndiyevin dilində dialekt leksikası heç də aparıcı mövqe tutmur. Müəllifin özü də, obrazları da, əsasən, ədəbi dildə danışır, bəzi hallarda isə canlı danışıq yazıçının təhkiyəsinə xidmət edir [138, s.41-42].



Sadıqov. Hi-hi…heylə deməyin. Dilşad xanım, biz ölənəcən sizin qulunuz… (AA, s.11).

Ağasəlim. Yüz heylə iş qurban olsun sizin bir xoş sifətinizə (AA, s.12).

Xuduş. Odur də…Mən hələ qorxuram bu danışıqda heçəpaçanın hamısını açıb tökəsən ortalığa… (AA, s.44).

Bəzən yazıçı əsərlərində dialekt sözləri, artıq işləklikdən çıxmış arxaizmlər də işlədir və onları öz niyyətinə, üslubuna tabe edir…müasir ədəbi dil baxımından “kənar” və qeyri-fəal görünən söz və ifadələrdən öz üslubu dairəsində istifadə edən dramaturq əsərlərin dilinə, üslubi səlisliyinə heç bir zərər gətirmir, onu daha da zənginləşdirərək estetik cəhətdən gözəlləşdirir.

Yazıçı gənc, cavan mənasında “cayıl”, yıxıldı mənasında “tirrəndi” dialektizmini işlədir: Təbriz (Farizə) – Bu olmadı, dost! Siz belə mədəni geyinirsiniz, modalı qalstuk bağlayırsınız, bahalı maşında gəzirsiniz. Özünüz də keçmişin yuxarı məhəllə cayılları kimi kəllə atırsınız… [46, s.103]; Zeniş əmi. Əliəkbər kişinin arvadı da bayaq tirrəndi yerə [46, s.35].

Fonetik dialektizmlər də personajların nitqini xarak­terizə edir. Məs.: Cəfər. Qorxu üz verəndə ürəyin ki, başladı çırpınmağa, əlini qoy üstünə, denən: yavaş, ayıbdı, dost var, düşmən var... [46, s.39]. Cəfər. Xanım, siz mənim ürəyimi nəzitdiniz, sevindiyimidən lap ağlamağım gəlir [46, s.40].




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə