Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə32/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   28   29   30   31   32   33   34   35   ...   78
Flora-Namazova-Dissertasiya

Jarqon və arqo leksikası. “Arqo” termini fransız mənşəlidir. Bu dildə həmin söz oğru, quldur, dilənçi mənasında əvvəllər işlənmiş, sonra­dan isə oğrunun, dilənçinin spesifik danışığı anla­mında istifadə olunmuşdur. Arqo bir sosial qrupun, bir peşə qrupunun və ya bir cəmiyyətin üzvlərinin istifadə etdiyi, ümumi dilin sözlərinə yeni mənalar verərək, ya da yeni sözlər, deyimlər qataraq yaradılan xüsusi bir dildir. “Arqotizm cəmiyyətin ictimai həyatında peşəsinə, məş­ğuliyyətinə və mənafe ümumiliyinə görə diferen­siallaşan müxtəlif ictimai qrupların meydana gəlməsi ilə əlaqədar yaranmışdır. Buna süni, şərti, gizli və ya xüsusi dil də deyilir” [77, s.192].

Arqolar lokal mahiyyətlidir. Arqolar emosional-ekspres­siv çalara malik söz qruplarındandır. Mənaları çoxları üçün aydın deyil. Məsələn, Qarabağ dialektində “kalan” sözü işlənir. Mənası varlı mənasındadır. Bu arqo söz İlyas Əfəndiyevin personajı Milanın nitqində işlənir: Yaman kalan adamdır (yəni varlıdır, zəngindir).

İ.Əfəndiyevin dram dilində, əsasən, iki-üç arqo istifadə olunmuşdur: tuz – pullu kişi; paxan – ata, maxan / maxaniya – ana. Məsələn:

Tuz sözü. Aynur (qəsdən zarafatla) – Konyak vururdu. Cavahir – Harda? Aynur – Kafedə…İki tuz kişiylə…(bərkdən gülür, Sədaqət də ona qoşulur) (Büllur sarayda, s.64).

Paxan sözü. Musik – Paxan…hamısını o sahə müvəkkili Cavad elədi. Bura bax, paxan…O Cavad lütün biridir, bəlkə ona bir az puldan-zaddan basıb səsini kəsəsən. A eybi yoxdur paxan. Sən belə ütülərdən çox çıxmısan [46, s.208].

Maxan / maxaniya sözü: Musik – Maxaniyaya de ki, narahat olmasın. Fəriş – Maxaniya kimdi? Musik – Mamaşanı deyirəm də. Fəriş – Mamaşa indi də oldu maxaniya? Musik – Sovremenni gənclərik də, paxan. Fəriş (dərindən köks ötürür) – o gündən ki ananı – maxaniya, atanı da paxan elədiniz…O gündən də yıxdız ata evini [46, s.208].

Bədii əsərlərdə arqo leksikasından ictimai qrupların spesifik xüsusiyyətlərini açmaq üçün də istifadə olunur. Məsələn, İ.Əfəndiyevin dram dilində satmaq (xəyanət etmək), vurmaq (spirtli içki içmək), yatmaq (həbsxanaya düşmək) və s. mənalarda işlənir.




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə