Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə56/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   52   53   54   55   56   57   58   59   ...   78
Flora-Namazova-Dissertasiya

Kişi öz acı saatlarını gecənin şirin nağıllarında keçirir, dadlı xəyallar içində evinə dönürdü [46, s.344];

Nəcəf. Bakıda qoçu Nəcəfqulunun keçisi necə ərköyün idisə, Qarabulaqda da Nəcəf bəyin çomağı heylə ərköyün idi [46, s.434]. Burada çomağın ərköyün olması metaforası fərdi-üslubi cəhətləri ilə seçilir və dövrün ağır həyatının hökm sürdüyünü göstərir:

Atamgil danışırdılar ki, Nəcəb bəy malaqandan aldığı evinin eyvanında var-gəl edərək acıqlı-acıqlı deyirmiş: “Ə, bu nə Azərbaycandı? Sən öləsən ona bir çomaq vuraram, darmadağın olar” [46, s.434].

Metonimiyadan istifadə. Məcazın bu növündə bir əşyanın, bir hadisənin əvəzinə onunla əlaqədar olan başqa əşya və hadisənin adı çəkilir: pambıq əvəzinə “ağ qızıl”, neft əvəzinə “qara qızıl”, salondakılar susur əvəzinə “salon susur” və s.

Bu, bədiiliyi artırır. Məsələn:



Xanmurad. Burada, otun altında bir “Üç ulduz” gizlətmişəm. Gəl xəlvətcə onu vuraq, gedək [53, c.2, s.304];

Alxan. Heylədir, o vaxt sən gərək ki, bağçılıq oxuyurdun [53, c.2, s.254]. Bu nitq parçalarında “Üç ulduz” konyakı nəzərdə tutulmuşdur. “Bağçılıq sözünün yanında texnikum leksik vahidinin işlənməməsi metonimiya əmələ gətirmişdir.

Metonimiyalarda sözün omonimliyi də əsas sayılır. Məsələn, “gün” sözünün məna ekvivalentləri məlumdur. “Bahar suları” dramında gün sözü metonimiya kimi surətlərin nitqində işlənmişdir:

Narıngül. Kolxozdur, sənin əmrin iki yüz gün almaqla aşır, mənimki də yüz günlə... [53, c.2, s.247]. Burada “iki yüz gün” deyərkən təsərrüfatda çalışan insanların əmək haqqı nəzərdə tutulmuşdur.

“Bahar suları” dramında Uğurun nitqinə diqqət edək:



Uğur (fikirli). Əlbəttə, dəyişiklik çoxdur. Kolxoz varlanıb, evlərdə radio oxuyur [53, c.2, s.252]. Burada kolxoz varlanıb, yəni kolxozun, kəndin adamları varlanıb nəzərdə tutulmuşdur. Evlərdə radio oxuyur, yəni radioda hansı bir aktyor, müğəni oxuyur.

Metonimiya şəxslərin və əşyaların adı əvəzinə, onların xarakterik cizgilərini göstərir. Məs.: “El başçıları” “Xurşidbanu Natəvan”da “sərkərdə” mənasında işlən­mişdir. “Yırtıcı düşmənlər” ifadəsi isə “inqilab düşmənləri” kimi anlaşılır.

İlyas Əfəndiyev bütün dram əsərlərində sifətin metaforik mənalarından bol-bol istifadə etmişdir. “Sifətin metaforik mənası əşya və hadisələrin əlamət və keyfiyyət oxşarlığına əsasən yaranır. Bu və ya digər əşyanın atributiv əlaməti başqa bir əşyanın əlaməti kimi işlənir. Belə müəyyənləşdirmə təyin olunanın xarakterini daha da konkretləşdirir, əşya və ya hadisənin əsas xüsusiyyətini üzə çıxarır. Metaforik məna əlaqələri iki müxtəlif məfhum arasındakı xüsusi bənzəyişi aşkar edir” [137, s.5].

Tədqiqatlar göstərir ki, sifətin metaforik mənaları insana məxsus əlamətin cansız cisimlərin və mücərrəd məfhumların üzərinə köçürülməsi; cansız cisimlərə məxsus keyfiyyətin canlıların və mücərrəd məfhumların üzərinə köçürülməsi; bir cismə aid əlamətinin digər cismin üzərinə köçürülməsi hallarında meydana çıxır. Məsələn, “qara” sifətini götürək. Bu, bir rəngin adıdır. Nominativ mənada əlaməti ifadə edir: qara rəng, qara daş və s. İ.Əfəndiyev dram əsərlərində “qara” sifətinin nominativ mənasından savayı, əlavə metaforik mənalarından da istifadə etmişdir. Məs.:



Ulu babalardan yadigar qalan qara nərlərin kökü niyə kəsildi? [46, s.191];

Mübarək Səltənə – Qara camaatın coşmağı dağ selinin daşmağı kimidi. Qabağına gələni aparacaqdır [46, s.118];

Nərgiz – Yaman qara fikirli adamsan! [46, s.54].

“Qara fikir” birləşməsində “qara” sifətinin mənası “ağır, mənhus, pis, kədər doğuran, qəm gətirən, qorxulu” mənalarında işlənmişdir ki, hadisələrin bu cür sonluqlarla bitəcəyindən soraq verir.

“Şirin” sifəti dad bildirir. Bu sifət İ.Əfəndiyev tərəfindən belə istifadə olunub:

Lalə – Mən təcrübəsiz qız idim, sən öz riyakar, nəzakətli, şirin komplimentlərinlə mənim başımı dumanlan­dırırdın [46, s.94]. “Şirin komplimentlər” birləşməsində “şirin” sifəti müəyyən müsbət əlaməti ifadə edir.

“Büllur” sifəti nominativ mənasına görə keyfiyyət bildirir. İ.Əfəndiyevin “Büllur sarayda” dramının adında rüşvət hesabına daş-qaşa bürünmüş saray əhli mənası ifadə edilmişdir. Bu cür büllur saraylara nifrət əsərdə həmin sifətin metaforik mənası vasitəsilə ifadə olunur. Diqqət edin: “Zəhmətkeş insanların halal əməyindən oğurlayıb yığdıqları cinayətləri ört-basdır edərək, rüşvət aldıqları pul ilə büllur saraylar ucaldan o məlun atalar sizin təmiz məhəbbətinizi, nəcib arzularınızı belə məhv edirlər…” [46, s.97]. Bu mətndə “təmiz” və “nəcib” sifətləri də metaforlaşmışdır.

Dramaturq “ağır” sifətini “Aynur ağır addımlarla gedir” [46, s.97] cümləsində işlətməklə onu meta­forlaşdırmış və məcazi mənasından (“yavaş, sürətsiz”) istifadə edə bilmişdir. Bu sifətin köçürmə mənası məfhumun adi əlamətləri hesabına əmələ gəlir.

“Qızıl” sözünün “Bahar suları” dramında metafo­rikləşmiş mənalarına nəzər salaq:




Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə