Азярбайжан милли елмляр академийасы


I FƏSİL İ. ƏFƏNDİYEVİN DRAM DİLİNİN XÜSUSİYYƏTLƏRİ



Yüklə 1,58 Mb.
səhifə8/78
tarix09.04.2022
ölçüsü1,58 Mb.
#85218
1   ...   4   5   6   7   8   9   10   11   ...   78
Flora-Namazova-Dissertasiya

I FƏSİL

İ. ƏFƏNDİYEVİN DRAM DİLİNİN XÜSUSİYYƏTLƏRİ



1.1. Dram janrı və dram dili. İ.Əfəndiyevin dram yaradıcılığı
Ədəbiyyat nəzəriyyəsinə aid olan tədqiqatlarda göstərilir ki, “drama” termini yunanca hərəkət, fəaliyyət və dinamika mənasını ifadə edir. Hərəkət dram əsərinin başlıca xüsusiy­yət­lərindəndir. Daha doğrusu, burada həyat proseslərinin dialoqlarla əyani təsviri bütün süjet xəttinin inkişafı boyunca əsas götürülür [66, s.114].

Dram əsərləri digər janrlardan əsaslı şəkildə fərqlənir. Hələ XIX yüzillikdə bö­yük mütəfəkkir M.F.Axundov ədəbiyyatımıza gətirdiyi dram janrını dil və üslubca başqa janrlardan fərqləndirmişdir. İstər təmsilatına yazmış olduğu “Fihristi-kitab” məqaləsində, istərsə də “Mirzə Məlkum xanın pyesaları haqqında “kritika”sında “dram sənətinin şərtlərini”, o cümlədən pyeslərin dil baxımdan spesifik xarakterini, başqa janrlardan fərqləndirici cəhətlərini aydın surətdə göstərmişdir.

M.F.Axundov hər tipin özünəməxsus bir dildə, özünəməxsus ton-ritm, manera ilə danış­ması, psixo­loji anların da dil vasitələri ilə verilməsi, yəni M.Qor­ki­nin dediyi kimi, “Pyesdə iştirak edən hər surətin öz sözü və öz işi ilə xarak­terizə olunması” kimi mühüm cəhəti qeyd edərək “hər bir şəbihin (tipin) ha­lətini onun mükaliməsin­dən” aydınlaşdırılması lüzumunu göstərmiş və Mirzə Məlkum xanın “Əşrəf xan” pyesinin bu cəhətdən zəif oldu­ğunu qeyd etmişdir. Hətta tipin öz dili ilə ifşa etmənin pyes üçün spesifik bir cəhət olduğunu bilən M.F.Axundov “Əşrəf xan” pyesində bu cəhətə xüsusi diqqət verməyi məsləhət bilərək yazır: “Hər dəfə bu cür şeylərin vasitəsilə müxtəlif ibarələrlə Əşrəf xanın Ərəbistandakı işlərinə və hərə­kətlərinə qulaq asanlar üçün açıb bildirməlidir” [36, s.9-10].

Dram əsərlərində hadisələri təzahür etdirən hərəkətin inkişaf dinamikasının daxili və zahiri növləri vəhdətdə ifadə olunmalıdır. Bu zaman tamaşada dramatizm və dinami­kanın bitkin modeli və mahiyyəti əldə edilir.



Dramaturgiyada insanın bir varlıq olaraq təqdimi nəsrə nisbətən daha böyük mənəvi-psixoloji gərginliklə, hissi-emosional və dramatik intizarda verilir. Bu “intizar” dilin müxtəlif vasitələri ilə gerçəkləşir. Dramlarda yazıçının niyyət və amalı – demək istədiyi söz və fikir obraz və personajların xarakteri, hərəkəti, jesti, mimikası və nitqində əksini tapır.

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə