Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 479,17 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix12.10.2018
ölçüsü479,17 Kb.
#73801
1   2   3   4   5   6   7   8   9   ...   14

10 

geyimlərin  estetik  idealı  onun  istifadəsinin  rahatlılığı,  gözəl  tərtib  edilməsini  və 

məişətə  uyğun  gəlməsi,  həmdə  müasir  insan  xarici  görünüşünə  cavab  verməsidir. 

Belə  növ  estetik  idealı  ümumi  avropa  biçimli  geyim  məmulatları  uyğun  gəlir. 

Cünki  onlar  gözəldir,  funksional  tələblərə  cavab  verəndir  və  onların  forması 

maksimum dərəcədə insan qamətinin formasına yaxınlaşır.  



          Geyimlərə verilən gigiyenik tələblər 

Geyimlərə verilən gigiyenik tələblərin əsas vəzifəsi ondan ibarətdir ki, onlar 

insanın  normal  həyat  fəaliyyətini  təmin  etmiş  olsun,  istilik  itirilməsini  aşaöı 

salmaqla  bədənin  daimi  temperaturasının  saxlanılması  üşün  lazımı  şərait  yaratsın, 

orqanizmanı  mühafizə  etməklə  müxtəlif  iqlim  şəraitində  insanın  iş  fəalliyətini 

saxlaya  bilsin.  Bütün  göstərilən  bu  tələblər  bilavasitə  insan  orqanizminin  fizioloji 

xüsusiyyətləri ilə sıxı sürətdə bağlıdır. 

Geyimlərin  gigiyenik  funksiyasını  nəzərə  alaraq  bu  tələbləri  2  əsas  qrupa  bölmək 

olar: 

1.İnsan bədənini xarıcı mühitin xoşagəlməz amillərindən qoruya bilməsi. 



Buraya  aşağı  və  yüksək  temperaturanın  təsirkəri,  artıq  günəş  şüallarının,küləyin, 

cənin, yağışın, qarın, mexaniki zədələnmələrin təsirləri daxıldır. 

2.Orqanizmin  normal  funksiyasını  təmin  etmək  üçün  lazımı  şəraitin 

yaradılması.  Buraya  bədənin  daimi  temperaturasının  saxlanması,  maddələr 

mübadiləsi  məhsulların  (su buxarları, duzlar, yaglar  və s) kənar edilməsi; bədənin 

təmizliyinin qorunması, tozun, çirkin,  mikroorqanizmlərin bədənə daxil  olmasının 

qarşısının  qarşısının  alınması;  normal  qan  dövranının  təmin  edilməsi,  normal 

nəfəsalma    bə  bədən  hərəkətinin  sərbəst  olaraq  təmin  edilməsi  kimi  amillər 

daxildir. 

 

Baxmayaraq  ki,  müxtəlif  təyinatlı  geyimlər  üçün  bu  göstərilən  tələblərin 



əhəmiyyət  dərəcəsi  müxtəlifdir,  lakin  istənilən  hər  hansı  bir  geyim  mənulatı 

yuxarıda adları çəkilən gigiyenik tələb göstəricolərinə malik olmalıdır.  

 

Məsələn,  qış  geyimlərinə  qoyulan  əsas  tələblər  bədəni  soyuqdan  qoruması; 



alt  geyimlərinə  qoyulan  əsas  gegiyenik  tələblər  isə  insan  bədənində  baş    verən 


11 

maddələr mübadıləsini məhsullarının özünə cəlb etmək və ətraf mühitə verməkdən 

ibarətdir. 

 

Xüsusi  təyinatlı  geyimlər  insan  orqanizmasını  kimyəvi,  radioaktiv, 



bakterioloji  təsirlərdən  qorumaqla  yanası  onlar  bir  necə  əlavə  tələblər  də  cavab 

verməlidir.  Məsələn,  o  yanmalı,  zəhərli  maddələri  adsorbsiya  etməli,  xəstəlik 

tərəfdən  mikroorqanizmləri  və  bakteriyalı  məhv  etməli,  zəhərləyici  maddələrdən 

mühafizə  olunması  və  s.  kimi    təsirlərə  məruz  qalmamalıdır.  Uşaqların 

bədənlərinin mühafizə olunma qabiliyyəti böyüklərinkinə nisbətən zəif olduğundan 

uşaq  geyimlərinin  mühafizə  etmə  funksiyası  xüsusi  əhəmiyyət  kəsb  edir.  Buna 

görə də uşaq geyimlərinə bir necə əlavə spetifik tələblər də qoyulur. Orqanizmanın 

formal fəalliyəti geyimlər bədəni sıxmamalı, qan dövranına maneçilik törətməməli, 

yüngül və yumşaq olmalı, az çirklənməli hərəkətə mənfi təsir göstərməməli və s. 

 

Gigiyenik  tələblərin  ödənilməsi  öz  növbəsində  bir  necə  amillərdən,  yeni 



materialların  xassəsindən  (lifin  növü  və  xassəsi,  parçanın  quruluşu,  həcmi,  cəkişi, 

rəngi və s.), məmulatın konstruksiyasından (tələblərin sayı, bədənə yaxşı oturması 

və  s.),  emaldan    (detalların  birləşdirilmə  növləri,  siqnaların  sayı  və  qalınlığı)  cox 

asılıdır. 

 

Məlumdur  ki,  insan  müxtəlif  iqlim  şəraitində,  yeni  arktikadan  tutulmuş 



tropik iqlim şəraitlərinə qədər yerlərdə işləyirlər. Elə yerlər eliyir ki, oranın iqlimi 

çox  sərt və soyuq keçir, elə yerlər də var ki, oranın iqlimi nisbətən sərin, küləkli, 

yağmurlu  keçir.  Odur  ki,  bu  zonalarla  istifadə  edilən  geyimlərə  istiliksaxlama 

qabiliyyətinə görə nisbətən yüksək tələblər qoyulur. 

 

RF-in  Avropa  hissəsi,    Ukraynanın  Şimal    və  Cənub  hissəsi,  Şimali 



Qazaxıstan,Belorusiyanın  qərb  və  şərq  hissəsi,  Pribaltika  respublikaları  nisbətən 

mülayim  iqlim  şəraiti  zonalarına  aiddir.  Bununla  bərabər  bu  zonalarda  ilin  bəzi 

vaxtları  isə  mülayim  keçdiyindən  burada  istifadə  edilən  geyimlər  hər  bir 

mövsümün şəraitinə cavab verməlidir. 

 

Isti  iqlim    şəraitinə  Ukraynanın  cənub  hissəsi,  Moldaviya,  Qafqaz,  Qara 



dəniz  sahilləri,  Orta  Asiya  respublikaları  aiddir.  Bu  rayonların  subtropik  yerləri 

yay  vaxtı  çox  yüksək  rütübətə  (80%)  malik  olduğundan  insal  normal  iş  fəaliyyəti 




12 

üçün  xoşaqəlməyən şərait  yaranır.  Buna  görə də bu zonalarda  geyilən  məmulatlar   

yüngül  olmalı,  hava  keçirən,  hiqroskopik  olmalı,  bədəni  günəş  şüallarının  birbaşa 

təsirindən  qorumalıdadır.  Üst  geyimlər  üçün  isə  suyu  dəfedici  və  çürüməyə  qarçı 

əks 

dayanan 


maddələrlə 

hopdurulmuş 

materialların 

istifadəsi 

daha 

məqsədəuyğundur. 



 

Qafqazın,  Altayın,  Orta  Asiyanin  yüksək  daglıq  rayonları  xüsusi  iqlim 

şəraitinə  malik  zonaya  aiddir.  Buralar  dəniz  səviyyəsindən  2000-3000  m 

yüksəklikdən  uzun  müddətli şaxtalı qız  fəslinə  malikdir, qışı sərt  və küləkli keçir. 

Buna görə də belə zonalarda yundan alınan trikotajdan, təbii ipəkdən, xəzdən, yun 

təbəqəli 

sırınmış 

materialdan 

istehsal 

olunan 


geyimlərin 

istifadəsi 

məqsədəuygundur.  Lakin,  hələlik  ölkəmizdə  geyim  mallarının  istehsalında  bu 

göstərilən amillər tam surətdə nəzərə alına bilmir. 

 

Məlumdur ki, geyim insan bədəninin 80%-ə qədərini örtə bilir və bununla da 



birbaşa  günəş  şüalarının,  istinin,  küləyin,  yağmurun  təsirindən  qorumaqla 

orqanizmanı  artıq  istilik  irirmədən  və  qızmadan  qoruya  bilir.  Geyimlə  bədən 

arasında  xüsusi  mikroiqlim  şəraiti  yaranır.  Bu  isə  xarici  mühitdən  temperaturaya, 

rütubətə,  qaz  qarışıgına,  hava  axırının  sürətinə  görə  fərqlənməklə  insan 

orqanizması üçün ”Komfort zonası” yarana bilər. 

 

İnsan  orqanizmi  dinc  vaxtı  hər  saatda  80  kral  istiliyi  xarici  mühitə  verir.  



Xarici  temperatura  alçaq  olduqda  bundan  fərqli  olaraq  orqanizmə  daha  çox  istilik 

verir. Məsələn, paltarsız halda 15

0

C-də 174, alt geyimdə 121 və yun kostyumda isə 



96,5  vt  istilik  verir.  Isti  yay  vaxtı  insan  daimi  temperaturanı  saxlamaq  üçün  1 

saatda təxminən 1 l-ə qədər tər itirməlidir. Bu  isə insan üçün çox çətindir. Bunun 

üçün  insan  özünü  xarici  mühitin  təsirindən  qorumaq  məqsədilə  və  istilik 

səviyyəsini  saxlamaq  üçün  müxtəlif  geyimgeymlidir.  Çünki  geyim  istilik  axımını 

30-85%  azaldaraq  tər  buraxılmasını  1  saat  ərzində  260  q-a  qədər  endirə  bilir.  Bu 

isə belə iqlim şəraiti üçün çox vacib əlamətdir. 

 

Geyimlərin  ən  vacib  xassələrindən  birisi  onların  istilikizoləedici  qabiliyyəti 



sayılır.  Məlumdur  ki,  təbiətdə  ən  pis  istilikkeçirici  qabiliyyətə  malik  olan  hava 

hesab  olunur.  Onun  istilikkeçirmə  əmsalı  ən  aşağıdır,  yəni  parçada  2,5-4  dəfə  və 




Yüklə 479,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə