Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 479,17 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix12.10.2018
ölçüsü479,17 Kb.
#73801
1   2   3   4   5   6   7   8   9   10   ...   14

22 

cəmiyyətin  hərəkətverici  qüvvələrinin  inkişafından,  onun  mədəniyyətindən  asılı 

olaraq dəyişir və formalaşır. 

 

Geyim  dekorativ  –  tətbiqi  incəsənət  obyektidir  və  eyni  zamanda  insanın 



şəxsi  istifadə  əşyasıdır.  Buna  görə  də  o,  həm  bütövlükdə  cəmiyyətin  estetik 

tələblərinə, həm də fərdi estetik tələblərə cavab verməlidir. 

 

Geyimlərin  estetik  tələbinə  moda  və  üslub  böyük  təsir  göstərir.  Bədii  üslub 



insan cəmiyyətinin uzun bir dövrünü əhatə edir və həmin dövrün zövqünü özündə 

əks  etdirir.  Ona  görədə  də  o  vəişət  əşyalarının  və  geyimlərin  xarici  formasının 

köklü dəyişilməsini təyin edir. 

 

Üslub  cəmiyyətin  maddi-  iqtisadi  həyat  şəraitinin  xüsusiyyətlərinin  özündə 



cəmləşdirir.  Üslub  eymi  zamanda  cəmiyyətin  bədii  mədəniyyətin  vəziyyətini, 

həmin  xalqın adət  və ənənələrinin  xüsusiyyətini  və inkişaf dərəcəsini də  müəyyən 

edir. 

 

Geyimdə  modanın  dəyişməsinə  müxtəlif  amillər  təsir  göstərə  bilər.  Bu 



zaman  geyimə  olan  perspektiv  tələbat  da  nəzərə  alınmalıdır.  Geniş  yayılmış 

modaya məmulatın hazırlandığı materialın qiyməti və yararlılığı da təsir ğöstərir.  

Geyimdə  yayilmış  bu  və  digər  formasında  ideoloji  amillər  də  təsir  edir.  Müxtəlif 

ölkələrin  özlərinə  məxsus  modakarı  vardır.  Bu  və  ya  digər  səbəbdən  moda  bir 

ölkədən  digər  ölkəyə  kecir.  Moda  düzgün  istiqamətləndirildikdə  kütlə  tərəfindən 

geniş  yayılır.  Bir  sira  hallarda  modanın  dəyişməsini  psixoloji  amillərlə  də  izah 

etmək  olar.  Qeyd  etmək  lazımdır  ki,  moda  özü  də  müəyyən  istiqamətdə  məqsədə 

uyğun  inkişaf  etdirilməlidir.  Belə  ki,  paltarların  forma  və  ayri-ayri 

hissələrininölçülərini  dəyişilməsi  də  müəyyən  hədd  daxilində  olmalıdır.  Belə 

olduqda  moda  hamı  tərəfindən  qəbul  edilir  və  istehlakcını  bəzəyir.  Paltarlar  üçün 

qəbul edilmiş moda insanların səhhəti, əmək fəaliyyəti, istirahəti,rahatlığı və digər 

cəhətlər üçün yararlı, əl verişli olmalıdır. 

 

Geyimlərə  verilən  estetik  tələblər  və  onların  xassələri  hər  şeydən  əvvəl, 



geyimin təyinatına vəistismar şəraitinə tamamılə uygun olmalıdır. Dagha doğrusu, 

geyimin estetik tərtibi  və  xassəsi onun təyinat  və  istismar şəraitinə təsir edən əsas 

amillərdəndir.  Məsələn,  şübhəsiz  ki,  rəqs,  ev  işi  və  digər  təyinatlı  geyimlərin 



23 

formaları  tamamilə  müxtəlif  olacaqdır.  Göstərmək  lazımdır  ki,  belə  məsələlərin 

həllində  paltarlar  üçün  tətbiq  edilən  parca  və  digər  materialların  rənginin, 

codluğunun,  yumşaqlığının,forma  saxlamasının  draplaşmasının,  istismar  zamanı 

qısalmasının,  əzilmə  və  çirklənmə  dərəcəsinin,  naxışının  və  üz  səthinin 

quruluşunun, habelə digər xüsusiyyətlərin də böyük rolu vardır. 

 

Geyimlərin  estetik  xassələri  yalnız  modadan  deyil  onların  hazırlandığı 



materialın  xassəsindən,  məmulatın  konstruksiyasından,  həmçinin  texnoloji 

emaldan və digər amillərdən asılıdır. 

 

Geyimlərin  verilən  istismar  tələbləri  –  Yuxarıda  göstərdiyimiz  tələblərdə 

yanaşı  geyimlərəverilən  ən  mühüm  tələblərdən  biri  də  onlara  verilən  istismar 

müddəti və ya xidmət müddətidir. 

 

Geyimlərdən  xidmət  müddəti  dedikdə  məmulatın  dağılana  qədərki  istismar 



müddəti  başa  düşülür.  Məmulatın  istismar  müddəti  saat,  gün,  ay  və  illər  təyin 

edilir.  

 

Məmulatın yararsız hala düşməsimüxtəlif səbəblərdən ola bilər. Xalis xidmət 



müddəti məmulatın fiziki cəhətdən istismar müddətini başa vurmasıdır.  

 

Geyimlərin  köhnəlməsi  və  yaxud  dagılması  müxtəlif  amillərin  təsiri  altında 



baş  verir.  Bu  təsirlər  ayrılıqda  və  yaxud  da  kompleks  ola  bilər.  Geyimlərin 

dağılmasında  kompleks  təsirlərə  mexaniki-bioloji,  foto-kimyəvi  və  başqa  təsirlər 

daxildir.  Bundan  başqa    materialların  sürtünməsinin  də  dagılmaya  böyük  təsiri 

vardır. 


Geyimlərin  istimar  tələbindən  danışarkən  uzunömürlülüklə  istismar 

müddətini  bir-birindən  ayrimaq  lazımdır.  Uzunömürlülükdə  geyimin  istismar 

edilmədiyi,  yəni  “istirahətdə”  olduğu  vaxt  da  hesablanır.  Əgər  məmulat  müəyyən 

səbəbdən  istismardan  kənarlaşdırılmışdırsa  onda  üzünömürlülük  istismar 

müddətindən çox olacaqdır. 

 

Beləliklə  də  məmulatın  istismar  müddətinə  iki  səbəb  təsir  edə  bilər-



məmulatın  dağılması  və  yaxud  istismar  şəraitinin  ilə  əlaqədar  olaraq  həmin 

məmulata istehlakçı tələbatının azalması. Bununla əlaqədar olaraq fiziki və mənəvi 

köhnəmlə bir-birindən fərqləndirilir. 



24 

 

Mənəvi  köhnəlmədə  məmulat  xarici  görünüşünə  görə  artıq  müasir  modaya 



uyğun  gəlmir  və  bəzən  də  məmulatın  forma  və  ölçüşü  tələbi  ödəmir.  Mənəvi 

köhnəlmənin nəticəsində məlum olur ki, məmulat istifadə edilmədən köhnəlmişdir. 

 

Fiziki  köhnəlmədə  geyim  istismar  edilməklə  ömürünü  başa  vurur.  Daha 



doğrusu  kompleks  təsirlərin  nəticəsidə  geyim  köhnəlir  və  sıradan  şıxır.  Bu  

təsirlərin  dərəcəsi  məmulatın  təyinatında  və  onun  istismar  şəraitindən  asılı  olaraq 

müxtəlif  ola  bilər.  Üst  geyimlərinin  köhnəlməsi  üçün  əsas  səbəb  təkrar 

qatlanmalar, sürtünmə, dartılma, havanın təsiri və mexanıkı təsirlər hesab olunur. 

 

Fiziki  köhnəlmə  prosesində  ümumi  fiziki  köhnəlmə  ilə  yerli  fiziki 



köhnəlməni  fərqləndirmək  lazımdır.  Ümumi  fiziki  köhnəlmədə  məmçulatın  bütün 

sahəsində  müəyyən  zəiflik  yaranır.  Belə  halda  məmulat  istismar  üçün  tamamilə 

yararsız  olur.  Yerli  fiziki  köhnəlmədə  məmulatın  müəyyən  hissəsi  sıradan  çıxa 

bilər, müəyyən hissəsi hələlik istismar üçün yararlılıq qabiliyyətini saxlaya bilər. 

 

Geyimlərin forma saxlanması parçanın ipruqluyundan, emal keyfiyyətindən. 



Istismar şəraitindən və s. asılıdır. Son dövrlərdə yaxşı forma saxlama qabiliyyətinə 

malik  məmulatlar  buraxmaq  üçün  əzilməyən  materiallardan  və  müasir  texnoloji 

əməliyyatlardan istifadə edilir. 

 

Qadıngeyimlərinin keyfiyyətini formalaşdıran amillər 



 

Qadın  geyimlərinin  formalaşmasına bilavasitə təsir edən amillərə  materialın 

keyfiyyəti,  lahiyyəti  (məmulatın  modeli  və  konustruksiyası)  və  məmulatın 

hazırlanma keyfiyyəti (biçilmə, tikilmə və bəzəndirilmə) aiddir. 

 

             4.Qadın üst geyimlərinin biçmə və hazırlanma əməliyyatlarının 

keyfiyyətinə təsiri 

 

 

Biçilmə  əməliyyatı-geyim  məmulatlarının  keyfiyyətinin  formalaşmasında 

mühüm  rol  oynayır.  Geyim  məmulatlarının  bütün  biçim  əməlyyyatlarını  iki  yerə 

bölürlər: hazırlıq əməliyyatları və əsas əməliyyatlar. 

 

Biçilmə 


prosesində 

aparılan 

hazırlıq 

əməliyyatlarına 

materialların 

keyfiyyətcə qəbulu,  konfeksiyalaşdırma, parçaların  nastildə sortlaşdırılması, parça 

kəsiklərinin hesablanması, içarələnmənin və trafaretlərin hazırlanması aiddir. 



Yüklə 479,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə