Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 479,17 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix12.10.2018
ölçüsü479,17 Kb.
#73801
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

25 

 

Materialların keyfiyyətcə qəbulu dedikdə xüsusi çıxdaş dəzgahlarında geyim 



üçün  daxil  olan  bütün  materialların  keyfiyyətinin  yoxlanması  başa  düşülür.  Bu 

zaman materialların markasına və sortuna diqqətlə nəzarət edilir. 

 

Konfeksiyalaşdırma dedikdə  hər bir  model  üçün bütün  materialların texniki 



şərtlərə tam uyğun olaraq seçilməsi nəzərdə tutulur. 

 

Müəssisələrdə  materialların  biçilməsi  nastillər  üzərində  həyata  keçirilir  ki, 



bu  da  çoxlu  miqdarda  polotno  yığımından  ibarət  olur.  Biçilmənin  yüksək 

keyfiyyəti nastildə parçaların düzgün sortlaşdırılması ilə təmin edilir. 

Geyimlərin  material  tutumunun  azaldılması  üçün  parça  hissələrinin 

hesablanması  mühüm  əhəmiyyət  kəsb  edir.  Parçanı  tam  istifadə  etmək  üçün 

əvvəlcədən  hər  bir  kəsik  hesablanır.  Bunun  üçün  müxtəlif  növ  və  müxtəlif  ölçü 

xarakteristikalı məmulatlar üçün material sərfi normalarından istifadə olunur. 

İşarələnmə dedikdə polotno üzərində  lekalların konturlarının qeyd olunması 

başa düşülür. 



Nastilin  kəsilməsi-yüksək  peşəkarlıq  tələb  edən  mürəkkəb  cə  məsuliyyətli 

işdir. Bu zaman yüksək dəqiqliyə əməl olunmalıdır.  

Biçilmə  zamanı  geyim  məmulatında  bir  sıra  nöqsanlar  yarana  bilər.  Bu 

nöqsanlar  əsasən  polotnonun  nastildə  qeyri-düzgün  yerləşməsi,  lekalların 

qısalması,  nastilin  detallarının  konturuna  uyöun  olmayaraq  kəsilməsi  və  s. 

səbəbdən yaranır. 



Geyim 

məmulatlarının 

hazırlanması-prosesində 

məmulatın 

xarici 

görünüşünü,  fiqura  oturma  keyfiyyətini,  uzunömürlülüyünü  müəyyən  edən  vacib 



istehlak xassələri formalaşır. 

Geyimlərin  hazırlanması  prosesinə  aşağıdakı  əməliyyatlar  daxildir:  biçilmiş 

detalların  emal  olunması,  ayrı-ayrı  detallardan  məmulatın  yığılması,  məmulata 

həcmi formanın və əmtəə gğrünüşünün vürilməsi. 

Qadın  geyimlərinin  yüksək  keyfiyyəti  onların  hazırlanmasına  qoyulan 

aşağıdakı tələblərin yerinə yetirilməsi ilə təmin edilir: 

  məmulatda modelin həcmi formasının dəqiq və düzgün yerinə yetirilməsi; 

  məmulatın formasının istismara yüksək davamlılığı; 




26 

  məmulatın  fiqura  yaxşı  oturmasını  təmin  etmək  məqsədilə  detal  və 

hissələrin düzgün texnoloji emalı; 

  birləşdirici tikişlərin dəqiq yerinə yetirilməsi; 

  rütubətli-isti  emal  əməliyyatının  dəqiq  və  yüksək  keyfiyyətlə  yerinə 

yetirilməsi; 

  furniturların düzgün tikilməsi; 

  məmulatın cüt detallarının düzgün formada və simmetrik yerləşdirilməsi. 

Qadın  geyimlərinin  hazırlanmasında  aparılan  bütün  əməliyyatları  texnoloji 

prinsiplərə görə aşağıdakı kimi qruplaşdırmaq olar: 

  geyimlərin detal və hissələrinin birləşdirilməsi əməliyyatları; 

  geyimlərin rütubətli-isti emalı; 

  yekun-bəzək əməliyyatları. 

Qadın  geyimlərinin  detal  və  hissələrinin  birləşdirilməsi  əməliyyatları 

məmulatların 

istehlak 

xassələrinin-xarici 

görünüşünün, 

fiqura 

oturma 


keyfiyyətinin,  möhkəmliyinin,  istismara  davamlılığının  və  s.  formalaşmasında 

böyük  rol  oynayır.  Geyimlərin  detal  və  hissələri  sap,  yapışqan  və  termoplastik 

materialların qaynaq edilməsi üsulu ilə birləşdirilir. Qadın geyimlərinin detallarının 

sapla bərkidilməsi daha  geniş  yayılmışdır. Detalların bərkidilmə  yeri tikiş adlanır. 

Bərkidilmə  üsulundan  asılı  olaraq  sap,  yapışqan  və  qaynaq  tikişləri  fərqləndirilir. 

Sapla birləşdirmə zamanı detallar bir və ya bir neçə tikişlə bərkidilir. 

Geyim detallarının sapla birləşdirilməsinin maşın və əl üsulları fərqləndirilir. 

Geyim  istehsalında  keyfiyyət  və  sürət  baxımından  daha  səmərəli  olduğuna  görə 

maşın üsulundan daha çox istifadə olunur. 

Maşın  tikişləri  sapların  toxunması  üsuluna  görə  məkik  və  zəncirvari 

tikişlərə, sapların sayına görə bir, iki və üşsaplı tikişlərə bölünür. 

Yapışqan  üsulunda  geyim  detalları  yapışqan  maddələrinin  köməyi  ilə 

bərkidilir. Bu  məqsədlə termoplastik polimerlər əsasında alınan  müxtəlif  yapışqan 

maddələri  istifadə  olunur.  Geyim  istehsalında  yapışqan  maddəsi  kimi 

sopoliamidlər, polietilenlər, poliefirlər, polivinilxlorid və s. tətbiq edilir. 



27 

Qaynaq  üsulu  geyim  məmulatı  plyonka  materialından  və  termoplastik 

liflərdən  hazırlandıqda  tətbiq  edilir.  Bu  üsul  daha  perspektivli  sayılır.  Yapışqan 

birləşməsi  bir  sıra  tələblərə  cavab  verməlidir.  Bunlardan  ən  vacibi  hermetiklik, 

kifayət qədər möhkəmlik, elastiklik, gözəl xarici görünüş və s.-dir. 

Rütubətli-isti  emal  (RİE)  qadın  geyimlərinin  istehlak  xassələrinin 

formalaşmasında mühüm rol oynayır. RİE geyimlərdə lazımi həcmi forma yaradır, 

tikişləri 

emal 

edir, 


kənarları 

hamarlayır. 

RİE 

detalların 



yapışqanla 

birləşdirilməsində,  yekun  bəzəndirmədə  aparılaraq  məmulata  əmtəə  görünüşü 

verir. 

Qadın  geyimlərində  aparılan  yekun-bəzək  əməliyyatlarının  məqsədi 



məmulatın  son  tərtibatını  yaratmaqdır.  Məmulatın  keyfiyyətinin  formalaşmasında 

bu  əməliyyatların  əhəmiyyəti  kifayət  qədər  böyükdür.  Bu  əməliyyatların  sırasına 

ilgəklərin,  bərkidicilərin  hazırlanması,  düymələrin,  qarmaqların,  ilmələrin,  iplərin 

tikilməsi, təmizləmə, son rütubətli-isti emal buxarlandırma əməliyyatları daxildir. 

Qadın  geyimlərinin  hazırlanması  prosesində  bir  çox  nöqsanlar  yarana  bilər. 

Bu  nöqsanlar  məmulatın  xarici  görünüşünün,  formasının,  ölçülərinin,  fiqura 

oturma  keyfiyyətinin  pozulmasına,  xidmət  müddətinin  azalmasına  səbəb  olur. 

Nöqsanların  yaranması  səbəbi  məmulatların  emalı  zamanı  normativ-texniki 

sənədlərdə qoyulan tələblərə əməl olunmamışdır. 

Qadın geyimlərinin hazırlanması zamanı yaranan bütün nöqsanları aşağıdakı 

qruplara  bölmək  olar:  ümumi  nöqsanlar  və  məmulatın  fiqura  oturma  nöqsanları, 

birləşdirmə nöqsanları, birləşdirmə nöqsanları, RİE və yekun əməliyyatlar nöqsanı. 

Ümumi  nöqsanlara  və  məmulatın  fiqura  oturmasında  yaranan  nöqsanlara 

aşağədakılar  aiddir:  məmulatın  və  onun  ayrı-ayrı  hissələrinin  xətti  ölçülərinin 

pozulması,  bəzi  üst  detallarının  olmaması,  məmulatın  emalına  qoyulan  texniki 

tələblərin pozulması və s. 

Birləşmə nöqsanlarına-tikişlərin əyriliyi, qeyri simmetrikliyi, tikiş xətti üzrə 

parçanın  güclü  dartılması,  tikiş  sapı  ilə  materialın  rənginin  uyğun  olmaması, 

bəzəndirici tikişlərin olmaması və s. kimi nöqsanlar daxildir. 



Yüklə 479,17 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə