Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 479,17 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix12.10.2018
ölçüsü479,17 Kb.
#73801
1   ...   6   7   8   9   10   11   12   13   14

28 

RİE  və  yekun  əməliyyatlar  nöqsanları  aşağıdakılardır:  məmulatın  həcmi 

formasının  pozulması,  qırışların  yaranması,  məmulatın  və  ayrı-ayrı  detalların 

kənarlarının  əyilməsi,  materialın  rənginin  dəyişməsi,  deşik,  yanıq,  ləkə  və  s. 

nöqsanlar. 

Müxtəlif əlamətlər üzrə qadın geyimlərinin təsnifatı 

Qadın geyimləri tikili və trikotaj məmulatları içərisində çeşidinə görə xüsusi 

çəkiyə malik olmaqla özündə iki mindən çox növü birləşdirir. 

Qadın geyimlərinə olan müxtəlif kateqoriyalı istehlakçı tələbinin ödənilməsi 

üçün ticarətdə geyimlərin çeşidinin düzgün formalaşdırılmasının böyük əhəmiyyəti 

vardır. Modanın dəyişməsini, yeni növ xammal və materialın istifadə olunmasının, 

əhalinin maddi və mənəvi səviyyəsinin yüksəlməsinin təsiri nəticəsində geyimlərin 

çeşidinin vaxtaşırı yeniləşməsi getdikcə dəyişən və rəngarəngləşən tələblərin təmin 

olunmasında xüsusi rol oynayır. 

Müasir  qadın  geyimləri  çox  müxtəlifdir  və  özündə  müxtəlif  materiallardan 

hazırlanan məmulatların geniş çeşidini birləşdirir. 

Bu  məmulatlardan  müxtəlif  məqsədli  təyinat  üçün  geyim  dəstləri  yaratmaq 

mümkündür:  iş  üçün,  idman  məşğələləri  üçün,  istirahət  üçün,  ev  üçün  və  s.  Bu 

dəstlərin  hər  birində  eyni  növ  məmulatlar  konstruksiyasına  görə  uyöunlaşdırılır, 

lakin materialına və bədii-koloristik tərtibatına görə fərqlənirlər. 

Qadın  geyimlərinin  təsnifatında  onların  təyinatı,  hazırlandığı  material, 

konstruksiyası,  bəzəndirilmənin  xarakteri,  istehsal  üsulu,  məmulatın  ölçüsü  və  s. 

kimi əlamətlər əsas götürülür. 

Ümumi  təyinatına  görə  geyimlər  məişət,  idman,  istehsalat  və  mülki 

geyimlərə bölünür. 

Məişət  geyimləri  qadın  geyimləri  içərisində  xüsusi  yer  tutur.  Bu  geyimlər 

çoxfunksiyalıdır,  onlar  dəbə  uyğun  və  gözəl,  müasir  olmalı,  insan  üçün  komfort 

şərait  yaratmalı,  istinin  və  soyuğun  təsirindən  qorumalı,  bədənin  forma  və 

ölçülərinə  uyğun  gəlməli  və  bütün  istismar  müddətində  istehlak  xassələrini 

qoruyub saxlamalıdır. 

Təyinatına görə qadın üst geyimlərinin təsnifatı 1№li sxemdə verilir. 




29 

Digər  qrup  geyimlərdə  məişət  geyimlərindən  fərqli  olaraq,  bu  və  ya  digər 

funksiya üstünlük təşkil edir: idman geyimlərində fiziki tapşırıqları yerinə yetirmək 

üçün  maksimal  rahatlıq  yaratmaq;  istehsalat  geyimlərində  insanı  istehsalın 

xoşagəlməz  və  zərəli  amillərdən,  çirklənmədən  qorumaq;  xüsusi  təyinatlı 

geyimlərdə geyimin hansı sahəyə mənsubluğunu əks etdirmək. 

Məqsədli təyinatına görə qadın geyimləri gündəlik və ziyafət üçün, ev üçün, 

iş üçün, aktiv istirahət üçün və idman üçün olan geyimlərə bölünür. 

Gündəlikgeyimlər  istismar  rahatlığı,  ciddi  forması  və  bəzək  elementlərinin 

az olması ilə fərqlənir. Bunlar əsasən ciddi və ya idman üslubunda hazırlanır. 

Dəbdəbəli  geyimlərdə  hər  şey  əsas  funksiyanın  yerinə  yetirməsinə-yəni 

insanın xarici görkəmini bəzənməyə və bayram əhval-ruhiyyəsi yaratmağa xidmət 

edir.  Belə  geyimlər  müxtəlif  rəngarəng  formalarda,  fantaziya,  folklor,  həmçinin 

klassik üslublarda hazırlanır.  

  Ev  geyimləri  iş  və  məişət  şəraitində  istifadə  olunur.  Belə  geyimlərin 

kompozisiya  həllinin  işlənib  hazırlanması  zamanı  müxtəlif  işləri  yerinə  yetirən 

insan üçün lazımi şəraitin yaradılmasına şərait yaradılmasına nail olmağa çalışırlar. 

Aktiv  istirahət  və  idman  məşğələləri  üçün  olan  geyimlərdə  forma  və 

konstruksiyadan  başqa  həm  də  istifadə  olunan  material  da  insan  üçün  maksimum 

rahatlıq yaratmalıdır. 

Model-konstruksiya əlamətlərinə görə idman geyimləri palto məmulatlarına, 

kostyum-don,  dəyiçək,  corab-noski,  əlcək,  dəsmal-şərf  məmulatlarına  və  baş 

geyimlərinə  bölünür.  Fəsillərə  görə  qadın  geyimləri  yay,  qış,  yaz,  payız  və  bütün 

fəsillər üçün olan geyim qruplarına bölünür. 

Tətbiq  olunan  materiallara  görə  qadın  geyimləri  parçalardan  trikotajdan, 

toxunmamış  materiallardan,  təbii  və  süni  xəz  və  gönlərdən,  kombinələşdirilmiş 

materiallardan  olur.  Təyinatından  asılı  olaraq  qadın  geyimləri  yalnız  bir 

materialdan və müxtəlif materiallardan hazırlana bilər. 

Hazırlanma  üsuluna  görə  qadın  geyimləri  biçilmiş,  hörülmüş  və 

kombinələşdirilmiş  üsullarla  istehsal  olunur.  Biçilmiş  məmulatlar  qadın 

geyimlərinin müasir çeşidinin əsasını təşkil edir: istinilən materiallardan olan tikili 



30 

məmulatlar  materialın  ayrı-ayrı  detallar  üzrə  biçilməsi  və  sonra  birləşdirilməsi 

üsulu  ilə  hazırlanır.  Bəzi  geyimlər  bütöv  hörülmə  yolu  ilə  istehsal  olunur. 

Kombinələşdirilmiş geyimlərdə isə hörülmüş və biçilmiş detallar birləşdirilir. 

Konstruksiyasına  və  səthinin  xarakterinə  görə  geyimlər  müxtəlif  olur.  Hər 

hansı  geyim  qruplarından  eyni  birinə  daxil  olan  məmulat  səthinin  müxtəlif 

xarakterli olması, konstruksiya həllinin eyni olmaması ilə şərtləşir. Bu qrupa daxil 

olan  məmulatların  vahid  konstruktiv  sxeminin  olması  onların  eyni  növ  olması 

demək deyil. 

Bildiyimiz kimi paltar  insanı birinci  növbədə onu əhatə edən  xarici  mühitin 

təsirlərindən  mühafizə  edir.  Məlum  olduğu  kimi  insan  orqanizmi  müəyyən  istilik 

mənbəyidir.  Bu  istilik  kimyəvi  fizioloji  proseslər  nəticəsində  əmələ  gəlir.  Bu 

proses insanın qidalanması və nəfəs alması ilə əlaqədar daim dəyişərək onun həyat 

və  fəaliyyətini  təmin  edir.  Normal  insan  bədənində  istilik  səviyyəsi  36-37  S 

arasında dəyişir. Odur ki,  müxtəlif şəraitdə yaşayan və əmək  fəaliyyəti  ilə  məşğul 

olan  insanlar  özlərini  isti  və  soyuqdan  mühafizə  etmək  və  hərarətinin  sabitliyini 

təmin  etmək  üçün  bədənlərini  örtməyə  başlayırlar.  Paltarın  ən  birinci  əhəmiyyəti 

insan  bədəninin  soyuqdan  mühafizə  etməsidir.  Paltardan  istifadə  etməklə  insan 

bədənində  istiliyin  sərf  edilməsini  nizama  salır.  Paltar  bədəndən  ayrılan  istiliyin 

ətrafa  yayılmasına  mane  olaraq,  istiliyi  bədənin  yaxınlığında  saxlayır.  Istiliyin 

bədənin ətrafında saxlanmasını paltarla bədən arasında, yaxud paltar üçün işlədilən 

materialların  məsamələrində  yerləşən  hava  təmin  edir.  Deməli,  əsas  vəzifələrdən 

biri  bədənə  daxil  olan  havanın  hərəkətini  nizamlamaqdan  ibarətdir,  hava  bədənin 

məsamələrinə  daxil  olaraq  24-30  s-yə  qədər  qızır.  Paltarla  bədən  arasında  az 

hərəkət edən istiliyi pis keçirən mikroiqlim yaranır. Paltar insan bədəninə süalanan 

istiliyin təqribən 50%-ni bədən ətrafında saxlayır. 

Üst  geyimlərinin  digər  mal  qruplarına  nisbətən  ən  mürəkkəb  çeşidli  mal 

qrupu  sayılır.  əmtəəşünaslıq  nöqteyi-nəzərindən  uşaq  geyimlərinə  verilən  tələblər 

əsasən 3 qrupa bölünür. Stetik tələblər, gigiyenik və istismar tələblər. 

Üst  geyimlərinin  estetik  tələblərinə  müasir  formada  üslub  böyük  təsir 

göstərir.  Bədii  üslub  insan  cəmiyyətini  üzün  bir  dövrünü  əhatə  edir  və  həmin 



Yüklə 479,17 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə