Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix04.11.2017
ölçüsü0,75 Mb.
#8148
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

 

51 


iqtisadi  islahatların  dönməz  mərhələyə  qədəm  qoyması,  eləcə  də  sosial-iqtisadi 

proseslərə  dövlətin  müdaxilə  imkanlarının  genişlənməsi  istehlak  bazarına  xarici 

mənbədən  olan  təhdidlərin  effektiv  şəkildə  neytrallaşdırılmasına  imkan  verir. 

Fikrimizcə, gələcəkdə də bu tendensiyanın davam etdirilməsi nəticə etibarilə ölkənin 

dinamik sosial-iqtisadi inkişafının təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır

 



Araşdırmalar  göstərir  ki,  mülkiyyət  münasibətlərinin  yenidən  qurulması  kənd 

təsərrüfatında  və  emal  sənayesində  fiziki  şəxs  statuslu  ailə  təsərrüfatlarının  xüsusi 

çəkisinin yüksəlməsi istehlak bazarına öz təsirini göstərmişdir. Belə ki, satışın bütün 

növləri üzrə pərakəndə əmtəə dövriyyəsinin strukturunda fiziki şəxslərin xüsusi çəkisi 

2007-ci  ildə  80.8%  təşkil  etmişdirsə,  2014-cü  ildə  bu  göstərici  83.8  %-ə  bərabər 

olmuşdur.  Satışın  bütün  növləri  üzrə  pərakəndə  əmtəə  dövriyyəsinin  strukturunda 

hüquqi şəxslərin xüsusi çəkisi 2007-ci ildə 19.2% təşkil etdiyi halda, 2014-cü ildə bu 

göstərici  16.2%-ə  bərabər  olmuşdur  [10].  Təhlil  göstərir  ki,  fiziki  şəxslərin  əmtəə 

dövriyyəsində  yarmarkalar  və  kənd  təsərrüfatı  məhsulları  bazarı  da  əhəmiyyətli  rol 

oynamışdır. Belə ki, fiziki şəxslərin əmtəə dövriyyəsinin strukturunda yarmarkalar və 

kənd təsərrüfatı  məhsulları bazarının xüsusi çəkisi 2000-ci ildə 53,8%, 2007-ci ildə 

57,7%,  2014-cü  ildə  isə  56,2%  təşkil  etmişdir.  Yarmarkalar  və  kənd  təsərrüfatı 

məhsulları bazarının əmtəə dövriyyəsi 2000-ci illə müqayisədə 4,4 dəfə, 2006-cı illə 

müqayisədə isə 1,3 dəfə yüksəlmişdir. Müqayisə olunan dövrdə ictimai iaşənin əmtəə 

dövriyyəsi  də  artmışdır.  Bu  artım  2000-ci  illə  müqayisədə  9,1  dəfə,  2006-cı  illə 

müqayisədə  isə  1,6  dəfə  təşkil  etmişdir.  2007-ci  ildə  adambaşına  düşən  əmtəə 

dövriyyəsinin ümumi həcmi 897,2 manat təşkil etmişdir ki, bu da müqayisə olunan 

dövrlərdə müvafiq olaraq 6,4, 3,4 və 1,3 dəfə yüksək olmuşdur. 

Statistik  məlumatlardan göründüyü  kimi, pərakəndə  əmtəə  dövriyyəsinin  ümumi 

strukturunda  ərzaq  məhsullarının  xüsusi  çəkisi  yüksək  olaraq  qalmaqdadır.  Belə  ki, 

2000-ci  ildə  68,2%,  2005-ci  ildə  65,7%,  2007-ci  ildə  64,8%  təşkil  etmişdir.  Ərzaq 

məhsullarının  pərakəndə  əmtəə  dövriyyəsinin  həcmi  2000-ci  illə  müqayisədə  3,4 

dəfə, 2006-cı  illə  müqayisədə  isə 1,3  dəfə  artaraq 4922,8  milyon  manata  çatmışdır. 

Müqayisə  olunan  dövrdə  pərakəndə  əmtəə  dövriyyəsinin  ümumi  strukturunda  qeyri 

ərzaq  məhsullarının  xüsusi  çəkisi  nisbətən  aşağı  olsa  da,  son  illər  bu  göstəricinin 



 

52 


artımı da müşahidə olunmaqdadır. Belə ki, 2000-ci illə müqayisədə 4,0 dəfə, 2006-cı 

illə  müqayisədə  isə  1,3  dəfə  təşkil  etmişdir.  Qeyd  etmək  lazımdır  ki,  istehlak 

bazarının  əsas  iqtisadi  göstəricisi  olan  pərakəndə  əmtəə  dövriyyəsinin  artımı 

topdansatış əmtəə dövriyyəsinin yüksəlməsi ilə də müşahidə edilmişdir [9, 88]. 

İstehlak  bazarında  əmtəə  dövriyyəsi  ərzaq  və  qeyri-ərzaq  məhsulları  təyinatlı 

olmaqla  əhalinin  ehtiyaclarının  ödənilməsinə  xidmət  edir.  Əmtəə  dövriyyəsinin 

strukturunda  ərzaq  məhsullarının  xüsusi  çəkisinin  yüksək  olması  nəticə  etibarilə 

əhalinin pul gəlirlərinin xeyli hissəsinin ərzaq məhsullarına xərclənməsini özündə əks 

etdirir. 

Aşağıdakı  cədvəldə  Azərbaycan  Respublikasında  istehlak  bazarının  əmtəə 

dövriyyəsinin  strukturu  öz  əksini  tapmışdır.  Cədvəl  2.2-in  təhlili  göstərir  ki,  əgər 

1950-1970-ci  illərdə  adambaşına  pərakəndə  əmtəə  dövriyyəsinin  strukturunda  ərzaq 

məhsullarının  xüsusi  çəkisi  57,5-52,4%  arasında  tərəddüd  etmişdirsə,  1980-1990-cı 

illərdə  bu  göstərici  46,6-46,8%  arasında  dəyişmişdir.  Bu  isə  onu  göstərir  ki,  1950 

1970-ci  illərdə  istehlak  bazarında  ərzaq  məhsullarının  xüsusi  çəkisi  yüksək  olmaqla 

yanaşı,  eyni  zamanda  əhalinin  gəlirlərinin  yarıdan  çoxu  ərzaq  alınmasına 

yönəldilmişdir. 

1980-1990-cı  illərdə  isə  göründüyü  kimi,  adambaşına  pərakəndə  əmtəə 

dövriyyəsinin strukturunda qeyri-ərzaq məhsullarının xüsusi çəkisi yüksək olmuşdur. 

Bu  isə  o  deməkdir  ki,  əhalinin  gəlirlərinin  xeyli  hissəsi  ərzaq  məhsullarına 

xərclənmişdir. Cədvəl 2.2-dən göründüyü kimi, keçmiş SSRİ-nin dağılması fonunda 

mərkəzləşmiş iqtisadi əlaqələrin kəsilməsi istehlak bazarına və onu xarakterizə edən 

adambaşına  əmtəə  dövriyyəsinə  də  öz  təsirini  göstərmişdir.  Belə  ki,  əgər  SSRİ-nin 

mövcud olduğu son 1991-ci ildə pərakəndə əmtəə dövriyyəsinin strukturunda ərzaq 

məhsullarının  xüsusi  çəkisi  50,2%  olmuşdursa,  bu  göstərici  1995-ci  ildə  75,0%, 

1997-ci  ildə  70,2%,  2000-ci  ildə  68,2%,  2010-cu  ildə  isə  64,7%  təşkil  etmişdir.  Bu 

isə  onu  göstərir  ki,  1990-cı  ildən  etibarən  son  25  il  ərzində  ərzaq  məhsulları 

adambaşına  pərakəndə  əmtəə  dövriyyəsinin  strukturunda  ən  yüksək  xüsusi  çəkiyə 

malik olmuşdur. 

Apardığımız araşdırmalardan belə qənaətə gəlmək olar ki, həyata keçirilən iqti 




 

53 


Cədvəl 2.2

2

 



AdambaĢına pərakəndə əmtəə dövriyyəsinin strukturu (%-lə) 

İllər 


Adambaşına 

pərakəndə 

əmtəə 

dövriyyəsi 



o cümlədən 

Ərzaq 


məhsulları 

Qeyri-ərzaq 

məhsulları 

1950 


100 

57,5 


42,5 

1960 


100 

50,9 


49,1 

1970 


100 

52,4 


47,6 

1980 


100 

46,6 


53,4 

1990 


100 

46,8 


53,2 

1991 


100 

50,2 


49,8 

1995 


100 

75,0 


25,0 

1997 


100 

70,2 


29,8 

2000 


100 

68,2 


31,8 

2005 


100 

65,8 


34,2 

2010 


100 

64,7 


35,3 

2011 


100 

61,0 


39,0 

2012 


100 

57,0 


43,0 

2013 


100 

53,4 


46,6 

2014 


100 

50,1 


49,9 

sadi  islahatlar  1997-ci  ildən  etibarən  istehlak  bazarına  da  öz  təsirini  göstərmişdir. 

Belə ki, 1997-ci ildə adambaşına pərakəndə əmtəə dövriyyəsinin strukturunda ərzaq 

məhsullarının  xüsusi  çəkisi  1997-ci  ildə  70,2%,  2000-ci  ildə  68,2%,  2010-cu  ildə 

64,7%,  2014-cü  ildə  isə  50,1%  təşkil  etmişdir.  Bu  isə,  nəticə  etibarilə  istehlak 

bazarında  ərzaq  məhsullarının  qiymətlərinin  səviyyəsinin  nisbətən  sabitləşdiyi 

qənaətinə gəlməyə əsas verir. 

İstehlak  bazarının  əsas  iqtisadi  göstəricisi  kimi  əmtəə  dövriyyəsinin  həcminin 

artması bir sıra amillərdən asılıdır. Bu amillərə, ilk növbədə, son illər ölkədə ticarət 

və xidmət müəssisələrinin sayının artımını da aid etmək olar. 

                                                 

2

 



Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2008- ci il məlumatları əsasında müəllif tərəfindən tərtib edilmişdir.

 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə