Азярбайжан Республикасы Тящсил Назирлийи


PLAZMATİK  MEMBRANIN   İXTİSASLAŞMIŞ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   10   11   12   13   14   15   16   17   ...   69

 
64 
PLAZMATİK  MEMBRANIN   İXTİSASLAŞMIŞ    
QURULUŞ  VAHİDLƏRİ 
 
Bir  çox  heyvan  hüceyrələrinin  plazmatik 
membranları  müxtəlif  çıxıntılar  əmələ  gətirirlər.  Çox 
vaxt  həmin  mürəkkəb  çıxıntılar  sitoplazmanın  xüsusi 
quruluş  vahidləri  olan  mikroborular,  mikrotükcüklər, 
fibrillər daha mürəkkəb quruluşlu kirpiklər, qamçılar və 
s. əmələ gətirirlər. 
Mikrotükcüklər  ən  çox  böyrək  və  bağırsaq  epiteli 
hüceyrələrində rast gəlir, onlar silindirşəkilli olub, üzəri 
membranla  ötürülmüş  olur.  Mikrotükcüklərin  qalınlığı 
100 
nm 
olur. 
Müxtəlif 
tipli 
hüceyrələrdə 
mikrotükcüklərin  sayı  və  uzunluğu  müxtəlif  olur. 
Bağırsaq  epitelisində  hər  hüceyrədə  3000-ə  qədər 
mikrotükcüklər  olur.  Mikrotükcüklər  arasındakı  dar 
sahə  və  qalın  qlikokaliks  membranda  özünə  məxsus 
ələk  əmələ  gətirir  ki,  buradan  da  sorulma  prosesində 
müxtəlif maddələr keçir.  
Bir  çox  toxumalarda  mikrotükcüklərin  sayı  və 
ölçüsü  hüceyrənin  həyat  fəaliyyətinin  müxtəlif 
dövrlərindən  asılı  olaraq  dəyişir.  Məsələn,  qalxanvari 
vəzi  hüceyrələrinin  sakitlik  dövründə  mikrotükcüklərin 
sayı  az,  ölçüsü  kiçik  olur,  lakin  vəzin  fəallaşması, 
intensiv hormon ifraz etdiyi və onu qana ötürdüyü vaxt 
onların  ölçüsü  böyüyür  və  sayı  artır.  Mikrotükcüklərin 
hüceyrədə  rolu  dəqiq  öyrənilməsə  də,  məlumdur  ki, 
onlar  hüceyrənin  sorulma  sahəsini  artırır.  Bu  xüsusilə 
sorulma  funksiyasını  yerinə  yetirən  hüceyrələrdə  daha 
çox  rast  gəlinir.  Məsələn:  bağırsaq  epitelisində  1  mm
2
 


 
65 
membran sahəsində 
8
10
2

 mikrotükcük olur. Plazmatik 
membran  çıxıntılarından  ən  geniş  yayılanı  kirpik  və 
qamçılardır.  Kirpik  və  qamçılar  da  membranla  örtülü 
olur.  Kirpiyin  diametri  200  nm,  uzunluğu  isə  20  mkm 
olur.  Hüceyrədə  kirpiklərin  miqdarı  dəyişkəndir.  Əgər 
kirpik  təkdirsə  və  iridirsə  o  qamçı  adlanır.  Onun 
uzunluğu 2 mkm-dən 2 mm-ə qədər ola bilər.  
Kirpik  və  qamçılar  heyvan  hüceyrələrində  geniş 
yayılmışdır.  İnfuzorda  hər  hüceyrədə  yüzlərlə  və 
minlərlə kirpik olur. Onlar hərəkət funksiyalarını yerinə 
yetirirlər.  Bitkilərdə  onlar  erkək  cinsi  hüceyrələrində 
rast  gəlir.  Çılpaqtoxumlu  və  Örtülütoxumalarda  kirpik 
və qamçılar olmur.  
Kirpik 
və  qamçıların  quruluşu,  vəzifələri 
hüceyrələrin xüsusi orqanoidləri bəhsində verilmişdir.  
 
SİTORESEPTOR ANLAYIŞI 
 
Reseptorlar-kimyəvi  təbiətinə  görə  hüceyrədə 
müəyyən  spesifik  funksiyalar  yerinə  yetirən  xüsusi 
zülallardır.  Onlar  hüceyrənin  səthində,  sitoplazmada, 
nüvədə  yerləşərək  hormonlar  neyromediatorlar,  böyümə 
faktorları,  sitokinlər  və  ya  hüceyrənin  təsirinə  digər 
xarakterik 
reaksiyalar 
göstərirlər. 
Özlərinin 
lokalizasiyasından  asılı  olaraq  onları  iki  yerə  bölmək 
olar:  səthi  reseptorlar  və  hüceyrədaxili  reseptorlar. 
Hüceyrədaxili  reseptorlar  sitoplazmatik  və  nüvə 
reseptorlarına 
bölünürlər. 
Səthi 
reseptorlar 
sitomembranın  xarici  zülallarından  və  qlükokaliksdən 
yaranırlar.  Onlar  polyar    liqandlar  (hormonlar, 
neyromediatorlar, böyümə faktorları və s.) üçün nəzərdə 


 
66 
tutulub  hüceyrə  daxilinə  keçə  bilmirlər,  öz  təsirlərini 
xarici  reseptorlarla  və  ikinci  ötürücü  vasitələrlə 
göstərirlər.  Reseptorlar  funksiyalarına  görə  katalitik 
reseptorlara,  ion  kanalları  ilə  əlaqəli  olan  reseptorlara, 
K-  zülalarla  əlaqəli  olan  reseptorlara  və  sitoskeleti 
hüceyrəkənarı  matrikslə  əlaqələndirən  reseptorlara 
bölünürlər. 
 


 
67 
Yağda  həll  olan  siqnallar,  məsələın  hormonlar  və  bəzi 
vitaminlər  sadəcə  olaraq  membrandan  diffuziya  edə 
bilirlər.  Onların  reseptor  zülalları,  adətən  hüceyrə 
daxilində olur. Əksinə, siqnalların böyük əksəriyyətinin 
liqandı  suda  həll  olan  komponentlər  və  ya  fiziki 
təsirlərdir,  ona  görə  də  onlar  membranın  lipid 
təbəqələrini kəsib hüceyrə daxilinə keçə bilmirlər. Buna 
görə  də  onların  reseptorları  membrana  sarınmış  olurlar 
və hüceyrə səthi reseptorları adlandırılır. Hüceyrə səthi 
reseptorları  zülal  molekulları  olub  üç  rayondan  təşkil 
olunmuşlar:  (1)  transmembran  spiral  rayon;  (2) 
hüceyrəxarici  ilgəklər;  və  reseptorun  N-sonluğu  (3) 
hüceyrədaxili  sitoplazmatik  ilgəklər  və  reseptorun  C-
sonluğu. 
Bu 
zülallar 
hüceyrəxarici 
ilgəklərlə 
liqandlardan  alınmış  siqnalları  hüceyrə  daxilinə  ötürür 
və  hüceyrədaxili  ilgəklərlə  siqnallar  ilkin  siqnal 
mesencerlərinə (vasitəçilərinə) ötürülür 
 
Şəkil 24. Hüceyrə səthi reseptorlar.Bu reseptorlar membrana 
sarınaraq hüceyrə xaricində olan siqnalları təyin edib onları 
hüceyrə daxilinə ötürürlər. 


 
68 
Hərçənd ki, hüceyrə səthi reseptorlar siqnalları qəbul 
edib hüceyrə daxilində ötürmək yollarına görə 
fərqlənirlər, amma bütün eukariotik reseptorlar əsasən 
üç fərqli böyük ailəyə bölünürlər:  
1. İon kanalları ilə əlaqəli reseptorlar
2. G-zülallarla əlaqəli reseptorlar; 
3. Fermentlə əlaqəli reseptorlar.  
İon  kanalları  ilə  əlaqəli  reseptorlar  bir  qayda  olaraq 
kimyəvi  siqnalları  elektrik  siqnallarına  çevirir.  Bunlar 
çox  tez  təsir  göstərən  siqnal  yoludur,  yəni  liqandın 
verdiyi  qıcığa  qarşı  cavab  milli-saniyədən  az  müddətə 
hazırlanır.  Kimyəvi  siqnallar  neyrotransmitterlər 
şəklində ion kanalları ilə ötürülür, bu zaman membranın 
hər iki tərəfində membran potensiallarının dəyişməsi ilə 
elektrik  yükündə  voltaj  fərqi  yaranır.  Bir  qayda  olaraq 
bu, neyrotransmitterlərin reseptora birləşdiyi zaman baş 
verir, 
nəticədə 
yaxınlıqdakı 
ion 
kanallarının 
quruluşunun  dəyişilməsi  ilə    Na
2+
,  K
+
,  Ca
2+
,  və  ya  Cl

 
ionlarını  membrandan  keçməsi  tənzimlənir.  İon 
axınındakı  dəyişilmələr  isə  öz  növbəsində  yaranmış 
voltaj  fərqinin  köməyi  ilə  sinir  impulsu  yaradır  (Şəkil 
24) 
 
Şəkil 25. İon kanalları ilə əlaqəli reseptorlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə