Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   2   3   4   5   6   7   8   9   ...   69

 
26 
Toxuma  və  orqanların  öyrənilməsində  toxuma 
kulturası  üsulundan  istifadə  edilir.  Toxuma  kulturası 
üsulunun  ən  sadə  forması  ondan  ibarətdir  ki,  qidalı 
mühitdə (qan plazması ilə rüşeym ekstraktının  qarışığı 
və  ya  sintetik  mühitlə  qan  plazması  qarışığı) 
doldurulmuş kameraya canlı toxumanın kiçik bir hissəsi 
keçirilir.  Bir  müddətdən  sonra  həmin  toxumanın 
hüceyrələri  bölünür  və  böyüyürlər.  Bu  metodun 
nisbətən  dəyişdirilmiş  variantı  da  vardır.  Bu  ondan 
ibarətdir ki,toxumadan götürülmüş hissə ehtiyatla tripsin 
və  ya  versen  fermentləri  ilə  işlənir.  Bu  zaman 
hüceyrələr  bir-birindən  ayrılır.  Sonra  bu  ayrılmış 
hüceyrələr  qidalı  mühit  doldurulmuş  şüşə  kameraya 
keçirilir.  Bu  mühitdə    hüceyrələr  kameranın  dibinə 
çökür,  onun  dibinə  yapışır,  bölünür,  böyüyür,  əvvəlcə 
koloniya əmələ gətirir, sonra isə iri hüceyrə plastı əmələ 
gətirirlər.  Belə  kameranı  mikroskop  altında  müşahidə 
etmək,  hüceyrələrin  bölünməsi,  böyüməsi,  inkşafını  və 
s. öyrənmək mümkün  olur. 
Hüceyrələrin  bu  cür  öyrənilməsi  üçün  rüşeym 
hüceyrələrini  öyrənmək  daha  əlverişlidir.  Yaşlı 
orqanizmin  hüceyrələri  bu  cür  süni  mühitdə 
orqanizmdən  kənarda  çox  çətinliklə  böyüyüb,  inkişaf 
edirlər.  Hüceyrələri  bu  cür  toxuma  kulturasında 
öyrəndikdə  süni  mühiti  vaxtaşırı  dəyişmək  lazım  gəlir. 
Bundan başqa orqanizmə xas olan temperatur mühitinin 
saxlanılmasına  da  riayət  etmək  vacibdir.  İstiqanlı 
heyvanlar  üçün  37
0
,  soyuqqanlı  heyvanlar  üçün  20
0
  
temperatur  mühiti  yaratmaq  tələb  olunur.  Toxuma 
kulturasında hüceyrələrin normol inkişafını təmin etmək 


 
27 
üçün  aseptik  şərait  yaratmaq,  mühitin  sterilliyini 
qorumaq 
da 
vacib 
şərtlərdən  biridir.  Hazırda 
hüceyrələrin  toxuma  kulturasında  saxlanılmasından 
təkcə sitoloji  məqsədlər üçün deyil, genetik, virusoloji, 
biokimyəvi  tədqiqatlarda  da  istifadə  edilir.  Canlı 
hüceyrələrdə  gedən  proseslər  mikroskopa  geydirilmiş 
fotoaparat  vasitəsilə  şəkli  çəkilir,  kinoaparat  vasitəsilə 
isə  onlarda  gedən  prosesləri  çəkmək  mümkün  olur. 
Hazırda  toxuma  kulturasında  öyrənilən  hüceyrələrdə 
gedən  prosesləri  öyrənmək  üçün  kinolentə  çəkməyin 
daha  çox  əhəmiyyəti  vardır.  Belə  ki,  hüceyrənin 
bölünməsi, faqositoz, stoplazmanın hərəkəti, kirpiklərin 
hərəkəti və s. kimi hüceyrə həyatında böyük əhəmiyyət 
kəsb edən proseslər əyani olaraq kinolentində müşahidə 
edilir. 
Canlı 
hüceyrələrin 
öyrənilməsində 
mikrocərrahiyyə üsulundan da istifadə edilir. Bu üsulun 
mahiyyəti  ondan  ibarətdir  ki,  mikroskopa  geydirilən 
mikromanipulyator vasitəsilə onlardan istənilən hissələr 
çıxarılır,  hüceyrəyə  müəyyən  maddələr  daxil  edilir 
(mikroinyeksiya) və s. aparılan əməliyyata mikroskopla 
nəzarət  edilir.  Mikrocərrahiyyə  üsulundan  istifadə 
etməklə  nüvənin  bir  hüceyrədən  digərinə  köçürülməsi, 
rüşeymin  inkşafı  dövründə  blastomerlərin  ayrılması, 
hüceyrənin  quruluş  vahidlərini  hüceyrədən  çıxarmaq, 
başqa  hüceyrəyə  daxil  etmək,  hüceyrəyə  müəyyən 
maddələr  daxil  etmək  və  s.  işləri  görmək  olur  ki,  bu 
zaman  ayrı-ayrı  hüceyrə  vahidlərini  hüceyrədəki 
fizioloji  proseslərdəki  rolu  müəyyənləşdirilir,  müəyyən 


 
28 
maddələrin  sitoplazma  və  nüvədə  hərəkəti  və  s. 
öyrənilir. 
İki  nüvəcikli  hüceyrədən  nüvəciyin  birini 
çıxarmaqla  ikinci  nüvəciyin  özünü  necə  aparmasını 
öyrənmək  mümkündür.  Bu  üsulla  öyrənmişlər  ki,belə 
halda  hüceyrədən  çıxarılmış  nüvəciyin  funksiyasını 
ikinci nüvəcik öz üzərinə götürür və onun da vəzifəsini 
yerinə yetirir. 
Canlı 
hüceyrələri  öyrənərkən  onları  vital 
rəngləyicilərlə  rəngləyirlər.  Bu  rəngləyicilərdən  turş 
(göy  tripan,  karmin)  və  ya  qələvi  (neytral  qırmızı,  göy 
metilen) təbiətli maddələri göstərmək olar. Bu maddələr 
1:200000  nisbətində  suda  həll  edilir  ki,  bu,  da  həmin 
rəngləyicinin  canlı  hüceyrəyə  təsirini  minimum 
səviyyəyə çatdırır. Hüceyrələrə vital rəngləyicilərlə təsir 
etdikdə onlar sitoplazmada qranulalar şəklində toplanır. 
Hüceyrə  öldükdə  isə  həmin  rəngləyicilər  sitoplazmada 
diffuz olaraq yayılır, sitoplazma və nüvəni də rəngləyir. 
Mikroskoplar  vasitəsilə  tədqiq  edilən  obyektlərin 
şəkli  xüsusi  qurğu  ilə  mikroskopa  bərkidilmiş, 
fotoaparat  vasitəsi  ilə  çəkilir.  Belə  fotoaparatların 
obyektivi  çıxarılır.  Mikroskopun  optik  sistemi 
fotoaparatın obyektivini əvəz edir. 


 
29 
II  FƏSIL 
 
HÜCEYRƏ  NƏZƏRİYYƏSİNİN   
YARANMASI  VƏ  ƏHƏMİYYƏTİ 
 
Hüceyrə  nəzəriyyəsinin  yaranması  biologiya 
elminin ən vacib kəşflərindən biri olaraq  həmin dövrdə 
canlı  materiya  haqqında  mövcud  olan  idealist  fikirləri 
alt-üst 
etmiş 
və 
sitologiya, 
histologiya 
və 
embriologiyanın  əsasını  təşkil  edərək,  bu  elmlərin 
inkişafına güclü təkan vermişdir. 
1838-ci  ildə  A.Şleyden  sitoqenez  adlandırılan 
nəzəriyyə  yaradır  və  ilk  dəfə  hüceyrənin  bölünməsini, 
hüceyrənin  daxili  tərkibi  ilə,  əsasən  onun  nüvəsi  ilə 
bağlı  olduğunu  əsaslandırır.  Bundan  sonra  Şvann 
sitoqenez  prosesində  bütün  orqanizmlərin  mikroskopik 
strukturlarının  ümumi  inkişaf  qanunauyğunluqlarına 
malik  olduğunu  göstərmiş  və  bu  da  bütün  toxuma  və 
orqanların  hüceyrələrində  ümumi  oxşarlığın  olması 
fikrini irəli sürməyə imkan vermişdir. 
Beləliklə  T.Şvann  genetik  prinsiplərə  əsaslanaraq, 
hüceyrə nəzəriyyəsini əsaslandırdı. T.Şvanna görə bütün 
bitki  və  heyvan  orqanizmləri  oxşar  quruluşlu 
hüceyrələrdən təşkil olunmuşlar. 
R.Virxov 1858-ci ildə hüceyrə haqqındakı bilikləri 
təbabətə  tətbiq  etdi  (Şəkil  10).  Bundan  sonra  alimləri 
hüceyrələrin  mənşəyi  məsələləri  maraqlandırır. Bir  sıra 
alimlər,  eləcədə  Şleyden  və  Şvann  (Şəkil  11)  
hüceyrələrin  canlı  maddədən  təşəkkül  etməsi  haqqında 
fikri  irəli  sürdülər.  Nəhayət,  R.Virxov  1859-cu  ildə 
hüceyrə  nəzəriyyəsini  yenidən  işləyib  genişləndirdi  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə