Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   4   5   6   7   8   9   10   11   ...   69

 
36 
 
 
     Şəkil 14. Bitki (B) və heyvan (A) hüceyrələrinin quruluşu 
 
 
 
Hüceyre qlafı 
 
Bir çox hüceyrələrdə  plazmatik membran üzərində 
əlavə  qalın  bir  örtük  olur  ki,  o  bitki,  göbələk  və 
bakteriya  hüceyrələrində  hüceyrə  divarı  adlanır  və  işıq 
mikroskopunda 
aydın 
görünür. 
Hüceyrə  divarı 
ekstrasellulyar quruluş vahidi olub, plazmatik membran 
üzərində  yerləşir.  Hüceyrə  divarı  hüceyrənin  həyat 
fəaliyyəti  məhsullarından  yaranır.  Onun  komponentləri 
hüceyrədə  sintez  olunur,  sitoplazmadan  çıxarılır, 
plazmatik  membran  üzərində  toplanır.  Hüceyrə 
membranın polisaxarid kompleksinin quruluşu elədir ki, 


 
37 
o  su,  müxtəlif  duzlar,  bir  çox    molekullar  üçün 
keçiricidir. 
Bitki  hüceyrələri  iki  tip  hüceyrə  divarına  malik 
olurlar: ilkin (birinci) və ikinci hüceyrə divarları. Birinci 
hüceyrə divarı adətən nazik olub təxminən 1μm-dən az 
qalınlıqda  olur,  böyüməkdə  olan  hüceyrələrin  divarını 
təşkil edir və sitokinez zamanı yaranır. Birinci hüceyrə 
divarı  əsasən  hemisellüloza  və  pektin  polisaxarid 
matriksdən  və  bu  matriksə  sıx  yüklənmiş  sellüloza 
mikrofibrillərdən 
təşkil 
olunmuşdur. 
Sellüloza 
mikrofibrillər  hemisellüloza  vasitəsi  ilə  bir-birinə 
bağlanmışdır  (sanki  hörülmüşdür).  Pektinlər  əsasən 
plazma  membranın  struktur  zülalları  ilə  əlaqədə  olub 
hüceyrə divarını membran ətrafında bərkidir.  
İkinci  hüceyrə  divarı  daha  qalın  və  bərk  olub 
hüceyrələr  böyüməni  (genişlənməni)  başa  çatdırdıqdan 
sonra  əmələ  gəlir.  İkinci  hüceyrə  divarı  öz 
möhkəmliyini  və  sıxlığını  ona  hopmuş  liqnin  adlanan 
bərk  yapışqanabənzər  maddə  hesabına  əldə  edir. 
Liqninləşmiş  ikinci  divarın  yaranması  təkamül 
prosesində  bitkilərin  yuxarıya  doğru  böyüməsi  və 
möhkəm gövdənin yaranması ilə bağlı olmuşdur. 
Hüceyrə  divarının  hüceyrənin  həyatında  rolu 
böyükdür.  Belə  ki,  nəinki  hüceyrəyə  forma  və 
möhkəmlik  verərək  karkaz  rolunu  oynayır,  həm  də 
hüceyrənin turqor xüsusiyyətini formalaşdırır. 
Hüceyrə 
divarının 
tərkibinə 
sellüloza, 
hemisellüloza  və  pektindən  başqa  əlavə  komponentlər 
də (liqnin və ya koniferil spirti) kutin, suberin daxil olur 
ki,  o  qılafın
 
möhkəmliyini  artırır,  mantarlaşmasını  


 
38 
təmin  edir.  Epidermis  hüceyrələrində  qılaf  üzərində 
mum  toplanır  ki,  o  da  hüceyrədə  suyun  itməsinin 
qarşısını 
alır. 
Əksər 
ibtidailərdə 
və 
heyvan 
hüceyrələrində  plazmatik  membran  üzərində  qlikokalis 
qatı  olur.  Bu  qat  çox  nazik  və  elastikdir,  işıq 
mikroskopu  ilə  müşahidə  etmək  olmur.  Qlikokaliksin 
tərkibinə  1%  müxtəlif  membran  karbohidratları  daxil 
olur. Həmin karbohidratlardan -   heksazamin, fruktoza, 
sial  turşusunu  göstərmək  olar  ki,  onlar  uzun  şaxələnən 
zəncirvari  polisaxaridlər  olub,  lipoproteid  membranın 
zülalları ilə  birləşir. Qlikokaliksin quruluşu elədir ki, o 
müxtəlif  maddələrin  diffuziyasının  sürətini  azaldır. 
Burada  hüceyrənin  sintez  etdiyi  və  qlikokalikslə  bağlı 
olan  fermentlər  toplanır.  Bu  fermentlər  hüceyrədən 
kənarda  maddələrin  həll  olmasını  təmin  edir.  Bu  cür 
parçalanma  məhsulları  olan  amin  turşuları,  şəkərlər, 
nukleotidlər  və  s.  plazmatik  membran  məsamələrindən 
keçərək  hüceyrə  tərəfindən  mənimsənilir.  Qlikokaliks 
xüsusən  bağırsaq  epitelisində  daha  aydın  görünür.  Bir 
çox ibtidailərdə (infuzor) plazmatik membran hüceyrəyə 
forma  verən  pellikulanın  yaranmasında  iştirak  edir. 
İnfuzorda  pellikula  hüceyrə  səthində  qalınlaşma  əmələ 
gətirir  ki,  o  altıbucaqlı  quruluşda  olub,  mərkəzində 
kirpiklər yerləşir.  
Pellikula  hüceyrəyə  forma  və  möhkəmlik  verir. 
Onun  möhkəm  olması  həmçinin  sitoplazma  tərəfdən 
kortikal qatın membrana birləşməsi ilə də əlaqədar olur. 
Hüceyrə qilafının ikinci hissəsini qlikokaliks təşkil edir .  
Qlikokaliks  sitomembranın  tərkibinə    daxil  olan 
mürəkkəb  zülalların  (qlikoproteidlərin)  quyruqlarından 


 
39 
və  mürəkkəb  lipidlərdən  (lipoproteinlərdən)  təşkil 
olunub.  Qlikokaliksdə  həmçinin  membranın  səth 
zülalları və inteqral zülallar yerləşir. Onların funksional 
mərkəzləri  qlikokaliksdə  yerləşir.  Bu  zülallar  ferment 
rolu  oynaya  bilərlər.  Qlikokaliksdə  immunoqlobulinlər, 
reseptorlar  yerləşə  və  fermentlər  yığıla  bilər 
(adsorbsiya).  
Qlikokaliksin funksiyaları aşağıdakılardır: 
1.  Reseptor-  qonşu  hüceyrələri  və  hüceyrəarası 
maddələri  tanıyır  və  alınan  siqnalın  hüceyrə  daxilinə 
ötürülməsində iştirak edir 
2.
 
Hüceyrəarası 
əlaqələrin 
tənzimlənməsində 
iştirak edir. 
3.
 
Posttranslyasiya  dövründə  yeni  modifikasiya 
olunmuş  zülalların  membranda  səmtləşməsini 
təmin edir. 
4.
 
Maddələrin daşınmasında iştirak edir. 
Hüceyrə  qılafının  üçüncü  komponenti  dayaq  və 
yığılan strukturlardan ibarət membran qatıdır. Membran 
qatın  tərkibinə  yığıcı  strukturlar-  aktin  filamentlər  və 
habelə 
dayaq 
aparatı 
keratin 
filamentlər, 
mikroborucuqlar  daxildir.  Membranaltı  qat  bir  tərəfdən 
sitoskeletlə digər tərəfdən qlikokaliks reseptorları ilə sıx 
bağlıdır. 
 
HÜCEYRƏARASI  TƏMAS  FORMALARI 
 
Hüceyrə  arası  təmas-hüceyrələrin  bir-biri  ilə 
əlaqəsidir. Bu əlaqə məsafədən və ya distant və birbaşa 
və  ya  kontakt  yolu  ilə  reallaşa  bilər.  Distant  əlaqələr 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə