Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   5   6   7   8   9   10   11   12   ...   69

 
40 
hüceyrələr  tərəfindən  hüceyrəarası  mühitə  ifraz  olunan 
həll olmuş maddələr vasitəsilə baş verir. Bu maddələrə 
mediatorlar  və  ya  əlaqələndiricilər  deyilir  bunlara  çox 
0zaman siqnal ötürücüləri də deyilir. Mediator qismində 
hormonlar, biogen amillər, anticismlər və bir çox digər 
bioloji  fəal  maddələr  çıxış  edə  bilərlər.  Bütün  qeyd 
etdiyimiz  bu  maddələr  hüceyrənin  ifraz  olunan 
mediatorları ilə qarşılıqlı əlaqədə olan reseptor aparatına 
təsir edərək liqand rolunu oynayırlar. 
 Beləliklə 
hüceyrələrarası 
əlaqələr 
zamanı 
hormonların 
təsiri 
hüceyrələrə 
siqnallar 
kimi 
transmembran  reseptorlar  vasitəsi  ilə  ötürülür  və 
hüceyrə  siqnalın  tipindən  asılı  olaraq    ona  cavab 
reaksiyasını hazırlayır. 
Bundan  başqa  bütün  çoxhüceyrəli  orqanizmlərdə 
hüceyrələr öz aralarında birbaşa (kontakt yolu ilə ) əlaqə 
ilə bağlanır. Birbaşa əlaqələr bir neçə fazadan ibarətdir 
ki, bura ilkin mərhələ kimi distant əlaqə də daxildir: 
1.
 
Bir hüceyrənin digər hüceyrəni tanıması (distant 
əlaqə  mediatorlar,  kontakt  əlaqə  ilə  reseptorlar 
vasitəsilə). 
2.
 
Hüceyrələr 
arasında 
zəif 
birləşmələrin 
yaranması. 
3.
 
 Möhkəm 
hüceyrəarası  birbaşa  əlaqələrin 
yaranması. İkinci və üçüncü mərhələlər  hüceyrə 
adqeziyası  molekulların  köməyi  ilə  həyata 
keçirilir. 
Bütün  hüceyrəarası    kontaktlar  3  əsas  tipə 
bölünür: Adqeziya kontaktları, sıx kontaktlar, ötürücü 
təmas. 


 
41 
1.
 
Adqeziya  kontaktlarında,  hüceyrələr  bir-  biri 
ilə mexaniki  birləşirlər. Bu tip əlaqələrin əsas 
tipi kimi desmosom təması göstərmək olar. 
Desmosom təmas da üç tipdə olur: 
A)  Nöqtəvi  desmosomlar.  Ən  çox  örtük  epitelisi 
hüceyrələrində  olur  epiteli  hüceyrələrinin  bazal 
membranlara birləşməsində iştirak edir. Bu zaman iki 
hüceyrənin  membranında  daxili  tərəfdən  elektron  sıx 
maddədən  ibarət  olan  kerotin  mikrofilamentləri  bağlı 
lövhələr yerləşir, bəzən bu lövhələr çox qatlı olur. Bu 
filamentlər  ya  lövhənin  üzərində  yerləşir,  ya  da  onun 
səthi  boyu  uzanır.  Bir-birinə  yapışan  iki  hüceyrənin 
lövhəcikləri, hüceyrəarası boşluqdan keçən  funksiyası 
məlum  olmayan  zülal  lifləri  ilə  birləşir.  Bəzən 
sitoplazma tərəfdən bu zonada spesifik maddə yerləşir 
ki,  bu  da  membranın  daxili  səthinin  qalınlaşmasına 
səbəb  olur.  Qonşu  hüceyrələrin  desmosomları 
simmetrik yerləşir və hüceyrələrin mexaniki əlaqəsini 
təmin edir. 
 
 


 
42 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil  15.  Hüceyrəarası  təmas 
formalarının müxtəlif növləri. 
a  –  yarıqlı  təmas.  Bu  təmas 
hüjeyrələr  arasında  kimyəvi 
maddələrin 
mübadiləsinə 
imkan  verir  (ion  mübadiləsi). 
x 15000. 
b    –  desmosomlar  (epidermis) 
x  50000.  (a,b  –  C.K.Rollana 
görə). 

–  yarımdesmosomlar  x 
224000 
(S.B.Konev, 
B.M.Macola görə) 
P  –  yarımdesmosomlar,  T  – 
tonofibrillər,  B  –  bazal 
membran V – kollogenliflər. 

– 
yarıqlı 
təmasın 
ulturastruktur  və  molekulyar 
sxemi:  1  –  6  zülal    subvahidindən  ibarət  kanal  (1a  –
 
subvahidlərin  açıq  vəziyyəti,  1b  –  subvahidlərin  qapalı  vəziyyəti) 
(Y.U.Komisarçik, A.A.Mironova görə).
 
 


 
43 
B)  Desmosom  zonalar.  Onlar  hüceyrənin  apikal 
ucuna  yaxın  zolaq  şəklində  yerləşirlər.  Bu  zolaq 
sitoplazma tərəfdən lokalizə olunmuş aktiv filamentlər 
yığımından ibarətdir. 
C)  Yarımdesmosomlar.  Bunlar  özlərini  növbəti 
desmosomların  müəyyən  hissəsi  kimi  göstərirlər. 
Epiteli  hüceyrələrini  bazal  membrana  birləşdirirlər. 
Adqeziya  kontaktlarının  reallaşmasında  E-kadqerin, 
desmakollin,  desmoqlein  və  s.  adqeziya  mollekulları 
mühüm rol oynayır (Şəkil 15). 
Ötürücü  təmas  –  bu  təmas  tipində  iki  hüceyrə 
membranı  təxminən  3  nm  məsafəyə  qədər  bir-birinə 
yaxınlaşırlar. Bu zaman hüceyrələr arasında müəyyən 
kiçik  molekullu  birləşmələrin  (aminturşuları,  şəkər, 
ATF, nukleotidlər və s.) sərbəst mübadiləsi gedə bilir. 
Beləliklə  bu  tip  təmasda  hüceyrələr  arasında  təkcə 
mexaniki  yox,  həm  də  kimyəvi  əlaqə  yaranır.  Belə 
təmas  saya  əzələ  toxması  hüceyrələri  və  ürək  əzələ 
hüceyrələləri  arasında  ola  bilər.  Ötürücü  təmasa  həm 
də  sinir  hüceyrələri  arasında  olan  –  sinapsları  misal 
göstərmək olar. 
Sinaptik təmas sinir toxuması üçün xas olub, iki 
neyron  arasında  eləcədə  neyronla  reseptor  və  ya 
effektor arasında rast gəlinir. Sinapslar iki hüceyrənin 
təmas  sahəsi  olub,  qıcığı  və  ya  tormozlanmanı  bir 
istiqamətdə bir elementdən digərinə ötürür. 
Sinapslar  sinir  hüceyrələrinin  çıxıntılarında 
yaranan  dendrit  və  aksonların  terminal  sahələridir. 
Neyronlar  arası  sinapslar  sinir  hüceyrəsinin  çıxıntısı 
ucunda  armudvari genişlənmə  şəklində olur.  Bir sinir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə