Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 88,59 Kb.
tarix11.04.2018
ölçüsü88,59 Kb.
#37029


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

TƏHSİL PROBLEMLƏRİ İNSTİTUTU

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


ELMİ-TƏDQİQAT TƏCRÜBƏSİNİN

KEÇİRİLMƏSİNƏ DAİR

METODİK GÖSTƏRİŞ



BAKI-2004




AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

TƏHSİL PROBLEMLƏRİ İNSTİTUTU

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



ELMİ-TƏDQİQAT TƏCRÜBƏSİNİN

KEÇİRİLMƏSİNƏ DAİR

METODİK GÖSTƏRİŞ


Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının «İqtisadiyyat» bölməsinin 5 may 2004-cü il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir /protokol № 19/

BAKI-2004





METODİK GÖSTƏRİŞİ TƏRTİB ETMİŞDİR




Azərbaycan Dövlət İqtisad Universitetinin

«Sosial-iqtisadi elmi-tədqiqat» laboratoriyasının

müdiri, iqtisad elmləri namizədi

E.M.HACIZADƏ




REDAKTOR




AzDİU-nun Elmi işlər üzrə prorektoru,
Azərbayjan Respublikasının əməkdar elm xadimi,
iqtisad elmləri doktoru, professor,
A.Ş.ŞƏKƏRƏLİYEV


RESENZENTLƏR

Akademik H.F.SULTANOV

AzDİU-nun «Elm» şöbəsinin müdiri i.e.n., dosent N.R.QULİYEV

AzDİU-nin «İqtisadi informatika və AİS» kafedrasının

professor əvəzi i.e.d. R.Ə.BALAYEV
Metodik göstəriş magistrantların kompetensiallığını artırmaq, yaradıcılıq və elmi dünyagörüşünü real fəaliyyət sferasından götürülən biliklərlə zənginləşdirmək məramını ifadə edərək tədris prosesinin mühüm komponenti - elmi-tədqiqat təcrübəsinin təşkili və reallaşdırılması mexanizmlərində ehtiva olunan ümumiləşdirilmiş proqram sənədi mahiyyəti daşıyır. Müvafiq metodik göstərişdə elmi-tədqiqat təcrübəsinin məqsədi, vəzifələri və təşkilati prinsiplərinin geniş metodoloji şərhi verilir, magistrantların hüquq və öhdəlikləri, onların təjrübi məkanda fəaliyyət dinamikasının prossedur düzümü təqdim olunur.

Milli universitetlərdə elmi-tədqiqat təcrübəsinin səmərəli təşkili və reallaşdırılmasına metodoloci yardım məqsədli mövjud metodik göstəriş, həmçinin elmi-tədqiqat təcrübələri təşkil edən digər analoji təsisatlar üçün də nəzərdə tutulur.


MÜNDƏRİCAT

Giriş 5
1.Elmi-tədqiqat təcrübəsinin mahiyyəti və məqsədi 8


2.Elmi-tədqiqat təcrübəsinin vəzifələri 8
3.Təşkilati və məzmun seçimi prinsipləri 9
4.Elmi-tədqiqat təcrübəsinin məzmun komponentləri 10
5.Təşkili orientasiya və magistrantlarla iş sistemi 11

6.Magistrantın vəzifə öhdəlikləri və hüquqları 12


7.Elmi-tədqiqat təcrübəsinin davamlılığı 13
8.Gözlənilən nətijələr 14
9.Hesabatlandırma formaları 15
10.Yekun attestasiyası 15
Tövsiyyə edilən ədəbiyyat 16

GİRİŞ
Hər bir universitetin funksional fəaliyyətində əsas vəzifələrdən biri olaraq yüksək peşəkar səviyyəli elmi kadrların hazırlanması missiyası çıxış edir. Hazırlanmış elmi kadrların keyfiyyətlilik və məhsuldarlıq səviyyəsi təsisatın status təyinatını yüksəldərək onun ən mühüm xarakterik göstəricilərinin ön sırasında qərar tutur. Elmi kadr yaradıjılığı prosesinin təməl komponentləri başlıca olaraq magistr pilləsində formalaşır.

Universitetlər müstəvisində elmi-tədqiqat prosesi yalnız magistr dissertasiyalarının müdafiəsi ilə məhdudlaşmır. Buraya müxtəlif saylı elmi-tədqiqat xarakterli tədris proqramlarının öyrənilməsi, elmi fəaliyyətin norma və etikasının mənimsənilməsi, dolğun elmi peşəkar səviyyəli mütəxəssis hazırlığını təmin edən ən ümumi elmi yaradıjılıq aksessuarları daxildir.

Tədris prosesi çərçivəsində elmi-tədqiqat fəaliyyətinin əsas formasını tədqiqat xarakterli tapşırıqların yerinə yetirilməsi təşkil edir. Elmi-praktiki konfranslarda, metodoloji seminarlarda iştirak və çıxış, referatların yazılışı, eksprementlərin aparılması, praktik nəticəli modellərin hazırlanması və digər bu kimi prossedurların yerinə yetirilməsi elmi-tədqiqat fəaliyyətinin struktur elementlərini səjiyyələndirir. Elmi fəaliyyət sferasında tədris prosesi məqsədli olaraq magistrantın ümumi elmi və spesifik kompetensiyasının inkişaf ritmi və səviyyəsi ilə təyinat tapır. Lakin təcrübə göstərir ki, özü özlüyündə kompetensiya bilik və vərdişlər cəmində belə tam kamillik qazanmır. Burada mühüm olaraq təşkilatı səriştə və bajarığın əsasında kompetensiallığa söykənən şərait motivi dayanır. Kompetensiyalı olmaq mənimsədiyin bilik və təcrübəni müvafiq situasiyada dolğun səfərbərliklə tətbiq etməyi səciyyələndirir. Kompetensiyalığın müzakirəsində əsas diqqət də məhz təzahür edən konkret situasiyaya yönəlir və onun yaranışı, inkişaf diapozonu baza mənbəyini elmi-tədqiqat təcrübəsindən qaynaqlandırır.

Elmi-tədqiqat təcrübəsi magistrant hazırlığının əsas prioritetini təşkil edir. O, elmi biliklər akkumlyasiyasının müvafiq yetkin mərhələsində sınanılmaq funksiyasını gerçəkləşdirir. Elmi problematikanın işlənməsinin müasir prinsip və metodlarını, elmi informasiyaların emalını reallaşdıraraq elmi metodik ədəbiyyatların biblioqrafik analizini öyrədir. Nəticədə əldə olunan biliklər yeni keyfiyyət donu alır, translyasiya edilərək tətbiqini tapır.

Elmi-tədqiqat təcrübəsinin gedişində magistrantlar elmi-tədqiqat prosesinin əsas anlayışları ilə tanış olurlar. Elmi yaradıjılığın müasir stilistikasını, əlamətdar jəhətlərini əxz edir, müxtəlif empirik metodlarla problemlər bankı formalaşdırırlar. Magistrantlar elmi-tədqiqat təcrübəsi zamanı dissertasiya tərtibatının özəlliklərini öyrənir, tədqiqat mövzusunun strukturunu dəqiqləşdirir, yeni kompozisiyalar quraraq onun təzadlı cəhətlərini müəyyən edir, müvafiq işləmələrini yeni bilgilərlə möhkəmləndirir və zənginləşdirirlər. Burada biblioqrafik axtarışların öyrənilməsinin təşkilinə, kataloqlarla, tezaurslarla işləmə, referatları mütaliə kimi prioritetlər əsas götürülür. Beləliklə elmi-tədqiqat təcrübəsinin forma və tapşırıqlar varyasiyası magistrantın kompetensiya səviyyəsini yüksəldir, ona fərdi elmi yaradıjılıq stili və funksionallığı aşılayır.

Elmi-tədqiqat təcrübəsinin magistrantın elmi fəaliyyət və yaradıjılıq sferasında oynadığı rolu, onun elmi potensialının artırılmasındakı əhəmiyyətinə rəğmən mövjud metodik göstərişdə müvafiq struktur özəlliklərinin təsnifat interpretasiyası və tipik prossedur qaydalar əksini tapmışdır.

Metodik göstəriş magistrantlar üçün elmi-tədqiqat təcrübəsinin təşkili, reallaşdırılmasının ən ümumi mexanizmlərini əhatə edərək proqram xarakterli metodoloji normativ akt mahiyyəti daşıyır. Burada elmi-tədqiqat təcrübəsinin əhəmiyyəti, məqsədi və təşkilati prinsipləri geniş metodoloci şərhdə əksini tapır. Təcrübə keçənlərin hüquq və vəzifələri, əsas fəaliyyət öhdəlikləri spektri təqdim olunur.

Terminoloji vəhdətə istinad etməklə nəzəri və praktiki müstəvidə ahəngləşən mövjud metodik vəsait normativ-hüquqi aktlar, beynəlxalq aləmdə geniş yayılmış elmi-tədqiqat təcrübəsi texnologiyaları və stereotipləri əsasında işlənərək hazırlanmışdır.

Milli universitetlərdə elmi-tədqiqat təcrübəsinin səmərəli təşkili və reallaşdırılmasına metodoloji yardım məqsədli mövjud metodik göstəriş, həmçinin elmi-tədqiqat təcrübələri təşkil edən digər analoji lokal və qlobal təsisatlar üçün də nəzərdə tutulur.

I.ELMİ-TƏDQİQAT TƏCRÜBƏSİNİN

MAHİYYƏTİ VƏ MƏQSƏDİ
Elmi-tədqiqat təcrübəsi magistrantlara müasir tələblər səviyyəsində elmi-tədqiqat prosesinin təşəkkül və reallaşmasında təcəssüm olunan, dissertasiyalarının işlənməsində müvafiq metodoloji biliklər vermək mahiyyətli missiyanı yerinə yetirir. Magistrantların universitet auditoriyalarında aldıqları elmi-nəzəri bilikləri təcrübi səriştə və vərdişlərlə zənginləşdirərək geniş elmi-əməli fəaliyyət sferasında möhkəmləndirən səjiyyə daşıyır.

Tədris prosesinin mühüm komponenti kimi çıxış edən elmi-tədqiqat təcrübəsi məqsəd aspektində kompetensiyalığın təminatçısı olaraq elmi yaradıcı fərdin davamlı fəaliyyət kamilliyinin təminatına köklənmişdir.



II.ELMİ-TƏDQİQAT TƏCRÜBƏSİNİN

VƏZİFƏLƏRİ
Elmi-tədqiqat təcrübəsi aşağıdakı struktur düzümünə vəzifələri yerinə yetirir:

  • müasir elmi-tədqiqat metodologiyasını haqqında magistrantların təəssüratlarının kamilləşdirilməsi;

  • elmi-analitik informasiyaların seçimi, təhlili və emalının mütərəqqi metodlarının magistrantlara çatdırılması;

  • hesabatlar, nəşrlər, məruzələr formatında alınmış nətijələrin ifadələndirilməsi;

  • müasir informasiyon texnologiyalar haqqında biliklərin təqdimatı;

  • özünütəhsil, özünütəkmil vərdişlərinin aşılanması;




  • magistrantların elmi-tədqiqat fəaliyyətinin aktivləşdirilməsi;

  • tədris və təlimin ümumi təyinatı üzrə şəxsi keyfiyyətlərin artırılmasına yardımçı olmaq.



III.TƏŞKİLATİ VƏ MƏZMUN SEÇİMİ

PRİNSİPLƏRİ
Elmi-tədqiqat təcrübəsinin təşkilati və məzmun seçimi prinsipləri elmilik, digər müvafiq fənlərlə əlaqəlik, kreativlik, magistrantların elmi maraqlarının uçotu kimi əsas dörd təməl üzərində qurulmuşdur. Müvafiq təməl amillər qarşılıqlı təmas sintezində ümumi vəhdət təşkil edirlər.

Elmilik

Elmilik prinsipi elmi-tədqiqat təcrübəsinin başlıca ideya mahiyyətini təşkil edir. Bu prinsipdən qaynaqlanaraq magistrantlar üçün müasir elmi metodologiyaya uyğun olan elmi-tədqiqatın təşkili reallaşır və müvafiq elmi-tədqiqat təcrübəsinin mərhələlik və məntiqinin vəhdəti təmin olunur.



Digər müvafiq fənlərlə əlaqəliyin vəuzlaşmanın təminatı

Elmi-tədqiqat təcrübəsinin metodoloci şərhini ehtiva edən nəzəriyyə «Elmi yaradıjılıq metodologiyası», «Yaradıjı elmin tarix və metodologiyası», «Elmlərin fəlsəfi məsələləri» və digər müvafiq tədris təlimləri ilə müvafiq paralellik daşıyaraq uzlaşma tapır.



Kreativlik

Kreativlik qeyri-adiliklər yaratmaq, fərziyyələr, hipotezlər, fantaziyalar qurmaq, dünyanı məxsusi və fərdi duyumda görmək kimi cəhətləri birləşdirir. O, iş və həyatda faydalı yaradıjılıq əzmi olaraq elmi fəaliyyət əhəmiyyətini nümayiş etdirir. Elmi-tədqiqat təcrübəsi spektrində isə magistrantların elmi-tədqiqatın aparılmasına yaradıjı yanaşmanın aktualizasiyası və stimullaşdırılmasını təmin edir.



Magistrantların elmi maraqlarının uçotu

Elmi-tədqiqat təcrübəsinin təşkili və aparılması sərt didaktiv prinsiplərdə təcəssüm olunmur. Burada başlıca şərti məhz magistrant marağının təminat dolğunluğunu təşkil edir. Buna görə də təcrübənin təşkilində magistrantların elmi-tədqiqat maraqlarına uyğun olan mövzu seçimi, müvafiq elmi-tədqiqatların aparılması və reallaşdırılması əsas götürülür.



IV. ELMİ-TƏDQİQAT TƏCRÜBƏSİNİN

MƏZMUN KOMPONENTLƏRİ
Elmi-tədqiqat təcrübəsi nəzərdə tutur:

  • tədqiqat problemləri ilə bağlı informasiyalar, məlumat və referat nəşrləri ilə tanışlıq və işləmək;

  • magistr dissertasiyasının mövzusu üzrə biblioqrafiyanın tərtibi;

  • magistr tədqiqatının nəzəri hissəsi üzrə ijmal referatın yazılması;

  • elmi konfranslar və müvafiq tezislər toplumunun hazırlanmasında əyani iştirak;

  • məruzələrlə çıxışlar etmək;

  • esselərin yazılışı və testlərin javablandırılması;

  • elmi tədqiqat üzrə elmi rəhbərlə konsultativ əməkdaşlığın qurulması.

Elmi-tədqiqat təcrübəsi müvafiq elmi-tədqiqat qurumlarında təşkil edilir. Bu qurumlar sırasında universitetlərin tərkibindəki elmi-tədqiqat institutları, elmi mərkəzlər, laboratoriyalar və kafedralar əhatə edirlər. Elmi-tədqiqat təcrübəsinin rəhbəri kimi magistrantın elmi rəhbəri çıxış edir. Təcrübə keçirilən məkanda magistrant və magistrantlar qrupunun fəaliyyətinə ayrı-ayrı elmi əməkdaşlar rəhbərlik edirlər.

V.TƏŞKİLATİ ORİENTASİYA VƏ

MAGİSTRANTLARLA İŞ SİSTEMİ
Elmi-tədqiqat təcrübəsi təşkil edilmiş məkanda müvafiq elmi-tədqiqat infrastrukturu, tədqiqat predmetləri və vasitələrinin tanışlığı ilə başlanır. Təcrübə zamanında magistrantlar təyin olunmuş tapşırıqları yerinə yetirir, aldıqları biliklər şəbəkəsində ayrı-ayrı obyektlər üzrə esselər, referatlar yazır, müvafiq eksprementlər keçirir.

Elmi-tədqiqat təcrübəsi mərhələsində əsas fəaliyyət magistr dissertasiyasının hazırlanması və işlənməsi məntiqi üzərində qurularaq aşağıdakıları əhatə edir:



  • mövzu seçimi;

  • problemin təyinatı;

  • tədqiqatın obyekti və predmeti;

  • məqsəd və vəzifələrin formalaşdırılması;

  • ədəbiyyatların nəzəri təhlili;

  • biblioqrafiya və tədqiqatın tezaursu;

  • işçi hipotezin qurulması;

  • tədqiqat aparmanın baza seçimi;

  • tədqiqatın metodlar kompleksinin təyinatı;

  • eksprementin konstatasiyasının aparılması;

  • ekspremental göstərijiləirin təhlili;

  • tədqiqat nətijələrinin tərtibi.

Magistrantlar elmi-tədqiqat təcrübəsinin gedişində ilkin mənbələr: monoqrafiyalar, dissertasiyon tədqiqatlar, avtoreferatlar üzrə iş qurur, elmi-təcrübə rəhbəri ilə konsultasiya apararaq müvafiq nəticələri təhlil edirlər.

VI.MAGİSTRANTIN VƏZİFƏ ÖHDƏLİKLƏRİ

VƏ HÜQUQLARI
Magistrantlar elmi-tədqiqat təcrübəsi prosesi zamanı təcrübə keçirilən məkanda uyğun vəzifə və öhdəliklər daşıyaraq müvafiq hüquqlar əldə edirlər. Onlar təcrübə keçdikləri təsisatın elmi-istehsal prosesi ilə tanış olur, gələjək elmi-tədqiqat fəaliyyətini zənginləşdirən zəruri elmi texnologiyalardan faydalanırlar.

Magistrantlar təcrübə müddətində proqramda nəzərdə tutulmuş bütün tapşırıqları yerinə yetirməyə borjludurlar:



  • elmi-tədqiqat işlərinin aparılması, müvafiq təcrübənin keçirilməsi üzrə iş yerləri, laborator avadanlıqları, nomenklatur vasitələr və habelə ümumilikdə təşkilatı-fuksional strukturla tanış olmaq;

  • elmi-texniki işçilərin, laborantların fəaliyyət məzmunu, onların vəzifə öhdəliklərini öyrənərək özünün analoci funksiyaları yerinə yetirmək qabiliyyətini qiymətləndirmək;

  • təcrübi məkanda keçirilən elmi seminarlar, treninqlər, eksprementlər, yeni texnologiyaların tətbiq proseslərində iştirak etmək;

  • elmi eksprementlərin aparılması planı, modelləşmə senariləri işləmək, müvafiq modifikasiyalar aparmaq, tədqiqat tapşırıqlarını geniş quruluşda formalaşdırmaq;

  • fərdi tapşırıqlar yerinə yetirmək və onların nətijələrini emal etmək;

  • elmi təcrübə məkanında öyrəndiyi bilgiləri magistr dissertasiyasının tərtibində tətbiq etmək;

  • elmi hesabat yazmaq.

Elmi-tədqiqat təcrübəsi keçərkən magistrant yerinə yetirdiyi tapşırıqlar və öyrəndiyi bilgilər əsasında gündəlik tərtib edir. Müvafiq gündəliyi elmi-tədqiqat təcrübəsinin əsas uçot, davamiyyət və keyfiyyətli mənimsəmə sənədi funksiyasını yerinə yetirir. Lakin o, elmi-tədqiqat təcrübəsinin yekun hesabatı kimi qəbul edilmir. Gündəliyin forma və strukturu magistrantların tədris müəssisəsi tərəfindən müəyyən edilərək təsdiqlənir.

Elmi-tədqiqat təcrübəsinin sonunda tələbə gündəliyi doldurub tamamlayır və müvafiq hesabat yazır. Hesabat və gündəlik tam hazır vəziyyətdə kafedraya təqdim edilir. Hesabatda magistrant elmi-tədqiqat təcrübəsinin iş sistemi, burada yerinə yetirilən tədqiqatların mahiyyəti, özünün iştirakçısı olduğu seminarların gedişi haqqında məlumatları əks etdirir. Elmi-tədqiqat təcrübəsinin rəhbəri müvafiq hesabatın strukturunun və həjminin müəyyən olunmasında əlavə göstərişlər verə bilər.

Magistrant tərtib olunmuş hesabatı təcrübə rəhbərinə təhvil verərək təyin olunmuş tarixdə onu müdafiə edir. Müdafiə zamanı tələbənin ixtisas səviyyəsi, gördüyü işlərin məzmunu və keyfiyyəti nəzərə alınır.

Elmi-tədqiqat təcrübəsi keçən magistrantlar təjrübi məkanda mövjud daxili intizam, əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariya qaydalarını öyrənməli və onlara jiddi riayət etməyə borjludurlar. Bu qaydaların pozuluşu müvafiq intizam jəzası ilə müşayiət olunur.



VII.ELMİ-TƏDQİQAT

TƏCRÜBƏSİNİN DAVAMLILIĞI
Elmi-tədqiqat təcrübəsinin reallaşması davamlılığı əyani və qiyabi təhsil alan magistrantlar üçün müxtəlif olaraq orta müddətli vaxt düzümündədir.


TƏDRİS

YÜKÜNÜN NÖVÜ

CƏMİ HƏFTƏ

ELMİ-TƏDQİQAT TƏCRÜBƏSİNİN

ÜMUMİ ƏMƏKTUTUMU

ƏYANİ

QİYABİ

5

1-2

Elmi-tədqiqat təcrübəsinin aparılması əsasən əyani magistrantlar üçün I kurs tədris semestrinin sonunda, qiyabiçilər üçün isə tədris sessiyasının gedişi müddətində təşkil olunur.



VIII.GÖZLƏNİLƏN NƏTİCƏLƏR
Elmi-tədqiqat təcrübəsi reallaşdırılan zaman önjədən onun nəticəliyi nəzərdə tutulur. Təcrübə keçirənlər magistrantların maksimal dərəjədə müvafiq prosesdən faydalanmasını təmin edərək aşağıdakı nəticəliyini proqnoz edirlər:

  • elmi-tədqiqatın metodoloji əsaslarına yiyələnmək və mənimsədiyi bilgiləri seçilmiş magistr dissertasiyasının mövzusunun işlənməsində bacarıqla tətbiq etmək;

  • elmi informasiyanın seçim, təhlil və emalının müasir metodlarından bajarıqlı istifadəni gerçəkləşdirmək;

  • elmi biliklərin hesabatları, nəşrləri, məruzələri formatında ifadələndirmək.

Təcrübə sonu əldə olunmuş nətijələr elmi-tədqiqat təcrübəsi keçən hər bir magistrantın müvafiq dövrdəki fəaliyyəti üzrə hazırlanmış rəylərdə əksini tapır.



IX.HESABATLANDIRMA FORMALARI
Elmi-tədqiqat təcrübəsinin yekunları üzrə magistrantlar təhkim olunduqları kafedralara aşağıdakı hesabat formalarını təqdim edirlər:

  • magistr dissertasiyası üzrə biblioqrafik siyahı;

  • tədqiqatın nəzəri hissəsini əks etdirən referat;

  • dissertasiya mövzusu üzrə hazırlanmış məqalə və ya məruzə tekstləri.



X.YEKUN ATTESTASİYASI
Yekun attestasiyası differensial məqbul formatında kafedralarda keçirilir. Qiymətləndirmə magistrantlar tərəfindən təqdim edilmiş hesabat və materiallar, elmi-tədqiqat təcrübəsinin rəhbərlərinin rəyləri əsasında verilir.

Qeyd: Müvafiq metodik göstəriş üzrə elmi-tədqiqat təcrübəsi proqramı məkan və spsifiklik şəraitinə uyğun olaraq işin gedişi zamanı təcrübə rəhbəri tərəfindən əlavələr edilməklə konkretləşmələrə məruz qala bilər.

TÖVSİYYƏ EDİLƏN ƏDƏBİYYAT
1.Azərbaycan Respublikasının Konstitusiyası. Bakı-1997.

2.Azərbaycan Respublikasının Milli Məclisinin qanun və qərarlar toplusu. Bakı. 1991-2003-ci illər.

3.Дафт Л.Р. «Менеджмент». Санкт-Петербург. Питер. 2000.

4.Козырев А.А., Юдин А.П. «Информационные технологии в экономики» Санкт-Петербург. Издательство Михайлово. 2000.

5.Кузнецов И.Н. «Методика подготовки и оформления». Мн.: Амалфея. 2000.

6.Мангейм Дж. Б., Рич Р.К. «Политология: методы исследования». М.: Издательство «Весь Мир». 1997.

7.Мирзаджанзаде А.Х. «О пути в XXI век». Баку. ИПП «ОСКАР». 2001.

8.Повестка дня на XXI век. М.: СоЭС. 1998.

9.Рузавин Г.И. «Математизация научного знания». М.: Наука. 1984.

10.Статистика. М.: ИНФРА-М. 2000.

11.Стешов А.В. «Устное выступление: логика и композиция». Ленинград. 1989.

12.«Философия и методология науки». Учебное пособие для студентов высших учебных заведений /Под ред. В.И.Купцова/. М.: 1996.

13.Senge P.M. The Fifth discipline-art and practice in activity of trainees тhe organizations. (Пятая дисциплина-искусство и практика в деятельности обучающихся организации). NY: Donbbeday/currency. 1990.

14.http://www.race.ru.

15.http://www.ras.ru.



Elşən Mahmud oğlu Hacızadə

Yığılmağa verilmişdir 17.05.2004.

Çapa hazırlanmışdır 21.05.2004.

Həcmi 1,5 ç.v. Sayı 200.



Ofset üsulu ilə çap edilmişdir.




Azərbayjan Dövlət İqtisad Universiteti



Yüklə 88,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə