Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə2/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   2   3   4   5   6   7   8   9   ...   72

5
 
Zülfüqar Hacıbəyov «Aşıq Qərib» operası. Solistlər: Gülyaz Məmmədova və 
Səbuhi İbayev.  
25  mart  saat  14
00
.  Beynəlxalq  Muğam  Mərkəzi.  «Şur»  muğam  dəstgahı, 
Zabit  Nəbizadə  (Azərbaycan).  «Əl  Ədvar»  ansamblı.  Solist:  Aişə  Redvan 
(Misir).  Vasumati  Badrinatan  (Hindistan).  Saat  18
00
.  Heydər  Əliyev  Sarayı. 
Beynəlxalq  Muğam  Festivalının  təntənəli  bağlanış  mərasimi  və  yekun 
konsert. 
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri. Bədii rəh-
bər və baş dirijor: Rauf Abdullayev. 
Qədim Musiqi Alətləri Dövlət Ansamblı. Bədii rəhbər: Məcnun Kərimov. 
Azərbaycan  Dövlət  Xalq  Çalğı  Alətləri  Orkestri.  Bədii  rəhbər  və  baş 
dirijor: Ağaverdi Paşayev. 
Azərbaycan Dövlət Rəqs Ansamblı. Bədii rəhbər: Afaq Məlikova. Solist-
lər: Muğam ustadları və Beynəlxalq Muğam müsabiqəsinin laureatları.  
Heydər  Əliyev  Fondu,  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Tu-
rizm  Nazirliyi,  Azərbaycan  Bəstəkarlar  İttifaqı  festivalın  əsas  təşkilatçıları 
olmaqla,  Azərbaycan  Mədəniyyətinin  Dostları  Fondu,  Azərbaycan  Milli 
Elmlər  Akademiyası  və  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  təşkilatı 
dəstək verənlərin sırasında idi.  
Elə  ölkələr  var  idi  ki,  festivalda  2  qrupla  iştirak  edirdi.  Qazaxıstandan, 
Özbəkistandan,  Tacikistandan,  Türkiyədən  gələn  müxtəlif  qruplar  bu 
qəbildəndi.  Bununla  bərabər  Misir,  Suriya  və  İraq  kimi  dövlətlər  də 
festivalda aktivdilər. Azərbaycandan bu festivalda cəmi 5 ifaçı iştirak edirdi. 
Bu  iştirakçıları  müəyyənləşdirmək  üçün  Beynəlxalq  Muğam  festivalından 
öncə Respublika Muğam musabiqəsi keçirildi. AMK-nın bəzi ifaçı-tələbələri 
bizim  onlara  göstərdiyimiz  etimadı  doğrultdular.  Bəziləri  də  səhhətinin 
formada  olmamasına  görə,  öz  imkanlarından  aşağı  səviyyədə  çıxış 
etmişdilər.  
Müsabiqədə beş ifaçı müəyyən ediləndən sonra, onlar Beynəlxalq Muğam 
Festivalına  qatıldı.  Yeddi  nəfərdən  ibarət  münsiflər  heyəti  var  idi.  Üçü 
Azərbaycanın  təmsilçisi,  o  birilər  isə  Almaniya,  Fransa,  Hollandiya  və 
Türkiyədəndi.  Türkiyədən  Fikrət  Karakaya,  Fransadan  Jan  Dürinq,  Al-
maniyadan Mikael Dreyer, Hollandiyadan Vim Van Zanten, Azərbaycandan 
Arif Babayev, Ramiz Zöhrabov və mən.  
 Hər  bir  ifa  çox  yaxşı  idi.  Ələlxüsus  mənim  xoşuma  gələn  İran  ifaçılari 
idi. Onlardan biri həmin müsabiqədə laureat adına layıq görüldü. Özbəkistan-
dan  gələn  makam  ifaçısı  da  çox  xoşuma  gəlirdi,  lakin  digər  Özbəkistan 
təmsilçisi  laureat  oldu.  İfaçıları  qiymətləndirmək  çətin  proses  idi.  Mənim 
üçün ən sevindirici hal o idi ki, festivalın qalibi Azərbaycan oldu. İlk festival, 
ilk müsabiqə - qalib Azərbaycan.  
I yeri Özbəkistan, II yeri İran, III yeri Misir təmsilçiləri qazandı.  


6
 
Artıq indidən II festivala hazırlıqlar dövrü başlayıb. Festivalda iştirak et-
mək  istəyən  gənclər  səylə  çalışaraq  hazırlaşır,  axı  qalib  olmaq  çox  zəhmət 
tələb edən bir işdir. Musabiqə bitəndən sonra yeni fikirlər, ideyalar meydana 
çıxdı. Xanəndələrlə yanaşı, festivalda müxtəlif instrumental ifaçılar da səylə 
bacarıqlarını  göstərdi.  Təsadüfi  deyil  ki,  2  müəllimimiz  Elçin  Haşımov  və 
Elnur Əhmədov müsabiqənin, festivalın xüsusi mükafatına layiq görüldülər. 
Respublikada  instrumental  muğam  ifaçılığı  müsabiqəsini  keçirmək 
yönümündə də düşünməliyik. Mən artıq bir fikri özüm üçün dəqiqləşdirdim 
ki, muğamı anlamaq üçün ilk növbədə musiqiçi və Şərq adamı olmalısan. 
Düşünürəm ki, yaxşı olardı ki, gələcək müsabiqələrdə də münsiflər heyəti 
Azərbaycandan və başqa müsəlman ölkələrinin təmsilçilərindən ibarət olsun, 
çünki onlarla birgə daha dəqiq, daha dürüst qiymətləndirməyi bacara bilərik. 
Sadəcə,  Avropa  təmsilçiləri  muğamlara  Avropa  prizmasından  baxırlar  və 
bəzi    incəlikləri  duya  bilmirlər.  Moskvada  keçirilən  Çaykovski  adına 
Beynəlxalq  müsabiqədə  bütün  klassik  Avropa  alətləri  təmsil  olunur.  Şərq 
ölkələrindən  bu  müsabiqədə  heç  bir  nümayəndə  olmur,  Amerikadan, 
İngiltərədən, Avropadan, Rusiyadan gələn nümayəndələr ancaq Avropayönlü 
musiqi  ifa  edir.  Mən  deyərdim  ki,  bəzi  Şərq  ifaçıları  virtuozluqda  Avropa 
ifaçılarından daha üstündür.  
Nədənsə  biz  muğamı  dəyərləndirməyə  ingilisi,  fransızı,  almanı  çağırırıq, 
niyə,  başa  düşə  bilmirəm?!  Bu  bizi  hara  aparır?  Yaxşı  olardı  ki,  gələn 
müsabiqəmizdə  ayrıca  instrumental  ifalar  da  olsun,  çünki  bizim  çox  gözəl 
alətlərimiz var: zurna, balaban, ney, kamança, tar. Bu alətlərimizin imkanları 
bütün  dünyaya  göstərilməlidir.  Bunlar  sırf  Azərbaycana  məxsus  olan 
alətlərdir. Bunların ifaçılıq imkanlarını nümayiş etdirmək lazımdır.  
Konservatoriya  binasının  tikilib  hazır  olmaması  bizim  normal  tədrisi  da-
vam  etdirmək  üçün  imkanlarımızı  çox  məhdudlaşdırır.  Bizim  studiyamız, 
konsert  zalımız,  kitabxanamız  yoxdur.  Bu  gün  Azərbaycan  Milli 
Konservatoriyası  binasının  inşasının  bu  qədər  gecikdirilməsi,  nəinki  Milli 
Musiqinin  tədrisinə,  ümumiyyətlə,  Azərbaycan  Milli  Musiqi  Mədəniyyətinə 
mənfi təsi edir. Neçə-neçə yerlərə müraciət edirik. Bu instansiyalar bizi eşit-
mirlər. Belədir vəziyyət.  
Bu  gün  ölkəmizin  yüksəlişinə  yönələn  böyük  yeniləşmə  işləri  gedir. 
Düşünürəm  ki,  milli  memarlıq  abidəsi  kimi  Konservatoriyamızın  binası 
Bakımızın  gözəlliyini  tezliklə  daha  da  artıracaq,  auditoriyalarda, 
kitabxanada,  studiyalarda  tədris,  tədqiqat  işləri  genişlənəcək.  Hər  bir  milli 
musiqi  alətinin  tədris  proqramının  fərqləri  Muğam  kafedralarında  tənzimlə-
nir.  Yaxşı  olardı  ki,  muğam  və  onun  harmoniya  ilə  qarşılıqlıqlı  təfsiri  gələ-
cəkdə  milli  ifaçılığın  əsas  atributu  olsun.  Nəticədə  muğamın  harmoniya  ilə 
olan təması daha çox genişlənə bilər. Bu haqda düşünülməli və araşdırmalar 
aparılmalıdır.  


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə