Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə3/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   2   3   4   5   6   7   8   9   ...   72

7
 
İstərdik ki, muğam və insan sağlamlığı məsələsi - muğam diaqnostikası, 
minillik tarixi olan musiqi terapeyası Konservatoriyada öyrənilsin, tövsiyə və 
tətbiq  olunsun.  Çünki,  muğamlarımız  kainatın  səslərini  canlandıran  sirli  bir 
dünyadır, həm də şəfa mənbəyi, hikmət xəzinəsidir. Ondan bütün bəşəriyyət 
faydalanmalıdır.  
German  Fon  Gelmholts  musiqi  notları  ilə  rəng  spektiri  arasında  bir 
uyğunluq  tapmışdır.  Alman  həkiminin  müəyyən  etdiyi  rənglərin  səs 
ahəngdarlığı belədir:  
 
 
Ultrabənövşəyi  
– sol 
Bənövşəyi 
 
 
– fa, fa diyez 
Göy 
 
 
 
– mi 
Mavi   
 
 
– re diyez 
Zümrüdü 
 
 
– re 
Yaşıl   
 
 
– do diyez 
Sarı 
 
 
 
– do 
Narıncı-qırmızı  
– lya diyez 
Qırmızı  
 
– sol diyez, lya 
 
Bu onu göstərir ki, təbiətdə olan hər bir ünsür digərilə ahəngdar uyarlıq-
dadır. Rəng və səsin insana təsiri bədənin hansı hissələrinisə qüvvətləndirib, 
hansı  hissələrinə  isə  keyləşdirici  təsir  göstərməsidir.  İdris  əleyhissəlam, 
Çinlilər,  Pifaqor,  daha  sonra  Abbasilər  sülaləsinin  hakimiyyəti  zamanı 
Bərməkilər musiqinin müalicəvi təsirindən hospitallarda istifadə etmişlər. 
Muğamlarımızın  insan  səhhətinə  təsiri  məsələsi  ilə  bağlı  ilk  dəfə  labo-
ratoriya  araşdırması,  sonra  isə  tədqiqatların  nəticələri  auditoriyalarda  həm 
Konservatoriyamızda, həm də Tibb Universitetinin tələbələrinə çatdırılacaq. 
Təbabəti bilən musiqiçilərimiz, muğamı mənimsəyən həkimlərimiz artdıqca,  
musiqi elmimizin az öyrənilən bu sahəsi ümümxalq malına çevriləcək.  
 
 
 
 
 
 
 
 
 
 


8
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Муьамшцнаслыг. Мугамоведение 
 
Məlahət ƏLIYEVA 
Azərbaycan Milli Konservatoriyasının müəllimi 
 
AZƏRBAYCANDA MUĞAM SƏNƏTİ 
 
Yaxın  və  Orta  Şərq  xalqlarının  əsrlər  boyu  qohumlaşmış  mənəvi,  maddi 
və  mədəni  sərvətləri  musiqi  mədəniyyətində  də  ümumi  cəhətlərin  olmasını 
qabarıq  şəkildə  göstərir.  Çünki  bu  mədəniyyət  böyük  bir  ərazidə  məskunla-
şaн  əhalinin  müxtəlif  formalı  və  çalarlı  əlaqə  prosesi  əsasında  təşəkkül 
tapmışdır. Məhz bu cəhətdən onların bir çox ümumşərq xüsusiyyətləri vardır.  
 Azərbaycan xalqının bədii yaradıcılığının zəngin işi özündə çoxşaxəli ən-
ənələri  birləşdirir.  Mədəniyyətimizin  geniş  yayılmış  növləri  -  tətbiqi  sənət 
(xalçaçılıq,  naxış-tikmə,  zərgərlik  və  dulusçuluq  sənətləri),  şifahi  xalq  yara-
dıcılığı (epos, dastan, nağıl, rəvayət, atalar sözü, məsəllər) və nəhayət, musiqi 
sənəti (xalq musiqisi, şifahi ənənəyə əsaslanan musiqi) öz parlaq xüsusiyyət-
ləri ilə seçilir və xalq arasında geniş yayılmışdır. 
Azərbaycan xalq musiqi yaradıcılığı dedikdə xalq musiqisi, aşıq musiqisi 
və  şifahi  ənənəvi  professional  musiqi  nəzərdə  tutulur.  Xalq  musiqisinə  aid 
olan  musiqi  nümunələrinin  əksəriyyəti  əmək  prosesi,  ailə-məişət  şəraiti, 
müxtəlif oyunlar və ilin fəsilləri ilə əlaqədar yaranmışdır. Mahnı və rəqs mu-
siqi  janrlarının  müxtəlif  məsələləri  ilə  Ü.Hacıbəyli,  M.S.İsmayılov,  B.Hü-
seynli,  R.İsmayılzadə  və  başqalarının  elmi-tədqiqat  işlərində  tanış  olmaq 
мцмкцндцр. 
Azərbaycan  xalqının  musiqi  irsində  zəngin  və  özünəməxsus  xalq  musiqi 
yaradıcılığı ilə yanaşı mühüm yeri şifahi ənənəyə əsaslanan professional mu-
siqi yaradıcılığının rəngarəng janr və formaları təşkil edir. Öz quruluşu, kom-
pozisiyası,  havaъatı  baxımından  inkişaf  etmiş  vokal-instrumental  mugam-
dəstgahları,  zərb  muğamları  ifaçılıq  texnikası  cəhətdən  mürəkkəb  səciyyəli 
virtuoz instrumental pyeslər (dəraməd və rənglər), kamil formaya malik mah-
nı-romans olan təsniflər və s. bu kimi janrlara aiddir. Heç təsadüfi deyil ki, 
şifahi ənənəyə əsaslanan professional musiqi nümunələri indi də dinləyicilə-
rin dərin məhəbbətini qazanmaqdadır və xalqımızın musiqi irsində özünə la-
yiqli yer tutur. Şifahi professional musiqi yazısız  ənənələrə əsaslanır. Bu in-
ciləri keçmiş əsrlərdə xalq musiqisi əsasında bəstəkarlıq qabiliyyəti olan iste-
dadlı ifaçılar, xanəndələr və sazəndələr yaratmışlar. Əsrlər boyu püxtələşmiş 
muğam-dəsgahlar,  zərb  muğamlar,  təsniflər  və  rənglər  xanəndə  və  sazəndə 
yaradıcılığının  uğurlu  məhsuludur.  Bu  sənət  əsərləri  bir  çox  xanəndə  və  sa-
zəndə nəslinin yaradıcılığında şifahi şəkildə nəsildən-nəslə ötürülərək püxtə-


9
 
ləşmiş və əsrlər boyu inkişaf edərək rəngarəng janrlara malik musiqi irsi kimi 
formalaşmışdır.  Şifahi  ənənəyə  əsaslanan  musiqiyə  bəzən  klassik  musiqi  də 
deyirlər. Çünki o, özündə milli klassik ənənələri əks etdirir. Musiqidə profes-
sionallıq  dedikdə,  Avropa  ənənələri  və  normalarının  yazılı  нцмуняляриня 
əsaslanan bəstəkar yaradıcılığı nəzərdə tutulur. Lakin Şərqdə professionallıq 
şifahi ənənələrə əsaslanır. Bu ümdə cəhət onu Avropa bəstəkarlıq yaradıcılı-
ğında janr və formalardan fərqləndirir. Əgər Avropa klassik musiqisi dedikdə 
major,  minor  musiqi  sisteminə  əsaslanan  opera,  simfoniya,  konsert,  sonata, 
kvartet və s. bu kimi iri və kiçik həcmli əsərlərdən ibarət musiqi irsi nəzərdə 
tutulursa, Şərq professional musiqisi dedikdə isə xüsus musiqi sistemlərinə - 
məqam-ladlara,  melodik  modellərə  və  i.a.  əsaslanan  muğam,  makom,  ma-
kam, dəstgah, raqa, nuba adlanan iri həcmli, silsilə quruluşlu əsərlərdən iba-
rət musiqi irsi nəzərdə tutulur. 
Ümumiyyətlə,  Şərq  xalqlarının musiqi  folklorunda  professionallıq məsə-
ləsi  nə  estetik,  nə  də  nəzəri  aspektdə  bu  günə  qədər  hələ  də  bütöv  şəkildə 
işıqlandırılmamışdır. Şifahi ənənəyə əsaslanan professional Azərbaycan mu-
siqisi isə indi də araşdırılmaqdadır. 
Muğam Şərqin ən qədim janrlarından olduğu üçün daima dünya musiqişü-
naslarının, sənətsevərlərinin diqqət mərkəzində olmuşdur. Qədim və Orta əsr 
Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amil-
lərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilmişdir. Bu mənada mu-
ğamın bir janr kimi tədqiqatı Orta əsrlərdən başlayaraq bu günə qədər aktual 
problem olaraq musiqişünasların araşdırdığı əsas mövzu kontekstinə daxil ol-
muşdur.  ƏI-Kindi,  Əbu  Nəsr  Fərabi,  İbn  Sina,  S.Urməvi,  Q.Şirazi,  Əbdül 
Qadir  Marağalı,  Şəhabəddin  Əcəmi,  Əli  Nağı,  Vəziri,  Ü.Hacıbəyli,  M.S.İs-
mayılov, E.Abbasova, G.Abdullazadə, R.Zöhrabov, N.Məmmədov, R.İmrani 
və onlarca görkəmli alim və bəstəkarların ayrı-ayrı dövrlərdə muğam janrına 
dəfələrlə müraciət etməsi və bu sahədə elmi əsərlər yazması janrın daima ak-
tual mövzu dairəsində olmasına dəlalət edir. 
Muğamlar müxtəlif hadisələrlə bağlı yarandığı üçün onların emosional tə-
sir dairəsi də rəngarəng və bir-birindən fərqlidir. Türklərin, ərəblərin, romalı-
ların,  hindlilərin,  kürdlərin,  eləcə  də  ayrı-ayrı  şəxslərin  –  elm  adamlarının, 
şahların, vəzir və vəkillərin, sairlərin, dərvişlərin, qadınların, tacir və varlıla-
rın, dəmirçilərin, alverçi, bazar, xəstə adamların məxsusi muğamları olduğu-
nu  nəzərə  alsaq,  bu  muğamların  geniş  xalq  kütlələri  arasında  böyük  nüfuza 
malik  olmasına  sübutdur.  Vokal-insturmental  və  insturmental  muğamların 
professional ifaçılar tərəfindən yaşadılması, eyni zamanda onların insan psi-
xologiyasına,  mənəviyyatına  güclü  təsir  etməsi  faktları  muğam  janrının  ka-
mil  və  yüksək  inkişaf  səviyyəsini  göstərir.  Muğamların  İranda  -  dəstgah; 
Azərbaycanda  -  muğam,  dəstgah;  Ərəbistanda,  Türkiyədə  -  makam;  Şimali 
Afrikada, Əlcəzair, Tunis və Mərakeşdə - istixbar, nuba; Hindistanda - raqa; 
Pakistanda - qəvval; Özbəkistan, Tacikistanda - makom; Qazaxıstanda - kyi; 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə