Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə4/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   2   3   4   5   6   7   8   9   ...   72

10
 
Türkmənistanda, Qərbi Çində mukam adlandırılmasına baxmayaraq janr eti-
barilə  hamısı  eyni  tipli  musiqidir.  Onların  yalnız  forması,  inkişaf  səviyyəsi, 
istiqamətləri və emosional təsir dairəsi bir-birindən fərqlənir.  
Yuxarıda adları çəkilən müxtəlif xalqların şifahi-professional musiqi nü-
munələrinin hamısı öz milli xüsusiyyətlərindən asılı olaraq inkişaf etmiş sil-
silə formasına malikdirlər. Bu nümunələri ifa edəн xalq professional musiqi-
çi-instrumentalçı  və  ya  müğənni  əsrlər  boyu  təcrübi  və  nəzəri  cəhətdən 
мянимсянилмиш, sınaqdan çıxmış qayda-qanunlar əsasında oxuйуб-çalma-
ğı, improvizəni bacarmalıdır. Beləliklə, şifahi-professional musiqinin ifaçılıq 
təcrübəsində milli ənənələri qoruyub saxlamaq üçün müəyyən qayda-qanun-
lar, normalar yaranmışdır. Əgər belə olmasaydı nəsildən-nəslə, ustaddan şa-
girdə  ötürülən  professional  musiqinin  yüksək  nailiyyətləri  tədricən  öz  əhə-
miyyətini itirərdi. 
Qədim və Orta əsr Azərbaycan xalqının musiqi mədəniyyəti təkcə musiqi 
təcrübəsinin  yüksək  səviyyəsi  ilə  deyil,  eyni  zamanda  elmi-nəzəri  cəhətdən 
inkişafı  ilə  də  fərqlənir.  Buna  misal  olaraq,  musiqi  sahəsində  Səfiəddin  Ur-
məvini  göstərmək  olar.  Onun  yaradıcılığı  Şərq  xalqlarının  musiqi  mədəniy-
yətinə o qədər böyük təsir göstərmişdir ki, ərəb tədqiqatçısı F.Ammar S.Ur-
məvini  "ərəb  musiqisinin  əsasını  yaradan  ərəb  musiqişünası"  ("Ərəb  xalq 
musiqisinin  lad  prinsipləri"  əsəri),  R.Xaliqi  və  M.Bərkişli  Urməvini  "İran 
musiqisinin  əsasını  qoyan  alim",  türk  musiqişünası  Murat  Bardakçı  isə 
Urməvini
 
"İslam  musiqi  nəzəriyyəsinin  parlaq  nümayəndəsi"  adlandırırlar. 
Əfsuslar  olsun  ki,  Orta  əsr  alimlərimiz,  xüsusi  ilə,  musiqişünaslarımızın 
əsərləri  Azərbaycanda  lazımı  səviyyədə  öyrənilməyib  və  bu  sahədə 
nəşrlərimiz də azdır. 
Uzun əsrlər Şərqdə, xüsusilə İran və Azərbaycan ərazisində gedən müha-
ribələr nəticəsində bir çox ədəbiyyatlar, tarixi sənədlər yandırılıb, talan edilib 
və  йа  başqa  ölkələrə  aparılıb.  Çoxlu  sayda  tarixi  faktlar  göstərmək  olar  ki, 
yunan qoşunları,  ərəb xəlifələri, monqol qoşunları, rus və ingilis diplomatik 
nümayəndələri Şərq xalqlarının tarixi və mədəniyyəti ilə bağlı sənədləri ölkə-
dən çıxararaq öz arxivlərində, muzeylərində saxlamışlar. Ona görə də, musi-
qisünaslar Şərq xalqlarının, o cümlədən Azərbayacan musiqi mədəniyyətinin 
tarixini  toplamaq  üçün  dünyanın  müxtəlif  arxiv  və  muzeylərində  saxlanılan 
materiallardan istifadə etmək məcburiyyətində qalırlar. Bu da öz növbəsində 
"sapı  qırılmış  muncuq  dəstəsi"nə  bənzəyir  ki,  hər  dürrü  bir  yerdən 
toplamaqla  onu  bərpa  etдикдя  müəyyən  çətinliklər  yaraнır.  Məhz  bu 
baxımdan  Azərbaycan  muğam  sənəti  haqqında  elmi  araşdırmaların 
aparılması  belə  məhdudiyyətlərlə  bağlıdır.  Azərbaycan,  türk  (Aanadolu 
türkləri),  fars,  ərəb,  uyğur,  özbək,  türkmən,  qırğız,  qazax,  tacik  xalqları 
muğamın  onların  doğma  musiqi  sənəti  olmasını  iddia  edirlər.  Muğam 
sənətinin tarixiндян  сющбят  ачдыгда əsasən  İran,  sonra  isə  digər  ölkələrin 
alimləri  onun  Sasanilər  dövründə  böyük  əhəmiyyət  kəsb  etdiyini,  geniş 


11
 
inkişaf tapdığını qeyd etmişlər. Tanınmış ərəb musiqişünası H.H.Tuma yazır 
ki, makamı (yəni, muğamı) müəyyənləşdirməkdən ötrü 3 ərazi - Türk, İran, 
Ərəb  zonalarının  mədəniyəti  üçün  müştərək  olan  elementləri,  cəhətləri 
öyrənmək  lazımdır.  Milliyyətindən  asılı  olmayaraq  bütün  tədqiqatçılar  bir 
mənalı  şəkildə  muğamın  "məqam-makam"  ərəb  sözündən  törəndiyini  qeyd 
edirlər. "Məqam" bir an, durum, dayanacaq mənası daşıyır. Digər baxımdan 
ərəb  ölkələrində  və  Türkiyədə  "makam"  dedikdə,  ayrı-ayrı  muğam  şöbə  və 
guşələrinin musiqi  materialı,  havaları  nəzərdə tutulur.  Məqam  anlayışı  Orta 
əsrlərdə əksər hallarda pərdələrin dayanacaq səs ucalığını göstərirdi. 
İstər Qərb, istərsə də Şərq elmində bir sözün mənasını araşdırarkən demək 
olar ki, həmişə ərəb-fars dilləri lüğətinə müraciət olunur və qarşıya qoyulan 
sualın məhz bu mənbələrdə izahı axtarılır. Əgər tarıxə nəzər yetirsək, görərik 
ki, Əhəmənilər, Sasanilər və ondan да qabaq Manna, Midiya və Şumer dövr-
lərində böyük musiqi mədəniyyəti mövcud olmuşdur. Eramızdan əvvəl X-IX 
əsrlərdə Midiya şahlığı dövründə Muğlar (Mağlar) çox böyük nüfuza malik 
olmuşlar.  Muğlar  -  Azərbaycan  tarixinin  qədim  tayfalarından  olub,  Urmiya 
gölünün ətrafında Muğanda yaşamışlar. Tarıxı sənədlərdə Şərqdə çox böyük, 
nüfuzlı  bir  dini  təlimin  banisi  və  "Avesta"nin  müəllifi  Zərdüştün  özü  muğ 
tayfalarının  nümayəndəsi  olmuş,  Urmiya  və  ya  Zərdüşt  şəhərindən  olduğu 
göstərilmişdir. Nəticə etibari ilə deməliyik ki, Muğam-makam, makom, mu-
kam kök etibari ilə eynidir və öz soy-kökünü muğam sənətindən götürmüş-
dür. 
Keçmiş zamanlardan muğamların not yazısının zəmanəmizə gəlib çatma-
dığına  baxmayaraq,  onlar  haqqında  tarixi  məlumata,  muğamların  quruluşu 
haqqında  musiqili-nəzəri planda  müşahidələr  və  X-XIX  əsrlərin  Şərq əlyaz-
malarında,  xüsusi  ilə  musiqi  haqqında  traktat,  yəni  risalələrdə  rast  gəlinir. 
Qədim  əlyazmaların  mənbələrinə  əsaslanaraq  belə  qənaətə  gəlmək  olar  ki, 
muğamlar  müxtəlif  növlərdə  olmuşlar.  Lakin  "12  muğam"  ən  təkminləşmiş 
silsilədir. 
Artıq XIII əsrdə 12 muğam Şərq xalqlarının mədəniyyətində geniş yayıl-
mışdır.  Ayrı-ayrı  Şərq  xalqlarının  şıfahi  ənənələrə  əsaslanan  professional 
musiqi nümunələrinə müraciət etsək, görərik ki, 12 muğam sistemi kökündən 
dəyişilmiş, hər xalq özünə uyğun səciyyəvi melodiyanın ritminin lad ləvazı-
matının  köməyi  ilə,  Ü.Hacıbəylinin  sözəri  ilə  desək,  "musiqi  barigahı"  tik-
mişdir.  
Əgər  Şərqin  ənənəvi  musiqisi  olan  12  muğamı  müasir  Azərbaycan  mu-
ğamları  ilə  müqayisə  etsək,  görərik  ki,  əvvəllər  müstəqil  ifa  edilən  bir  mu-
ğam müasir ifaçılıqda şöbəyə çevrilmiş və ya əksinə, əvvəllər şöbə olan mu-
siqi  epizodları  müasir  dövrdə  müstəqil  muğam  əhəmiyyəti  daşımağa  başla-
mışdır. 
12 klassik muğamdan "Rast" və "Nəva" muğamları indiyə qədər öz adları-
nı qoruyub saxlamışlar. 12 muğam siyahısına daxil olan "Üşşaq" "Əraq", "İs-


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə