Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə6/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   2   3   4   5   6   7   8   9   ...   72

14
 
mına  uygun  gəlmədiyi  üçün  dəstgahın  tərkib  hissəsindən  ixtisar  edilmişdir. 
Məsələn: "Azərbaycan", "Bayatı-Kürd", "Qatar”, “Dəşti". 
Hazırda "Bayatı-Şiraz" muğam dəstgahı 9 şöbə və güşədən ibarətdir: 
1. Bərdaşt  
2. Mayəyi- Bayatı-Şiraz 
3. Nəşibu-fəraz 
4. Bayatı-İsfahan 
5. Zil-Bayatı-Şiraz 
6. Xavəran 
7. Üzzal 
8. Dilrüba  
9. Bayatı-Şiraza ayaq 
"Bayatı-Şiraz" dəstgahının ilk şöbələri - "Bərdaşt", Mayəyi-Bayatı-Şiraz", 
Nəşibu-fəraz"  melodiya-intonasiya  cəhətdən  bir-biri  ilə  bağlı  və  həmahəng-
dir. Bəzən "Bərdaşt"dan sonra "Isfahanək" guşəsi çalınır. Bu muğam-dəstgah 
"Bayatı-Şiraz"  tonallığında  ("sol"  kökündə)  ifa  olunur,  yəni  fortepianoda  fa 
diyez minorda səslənir.  
Başqa  muğam  dəstgahlarından  fərqli  olaraq,  "Bayatı-Şiraz"ın  "Bərdaşt" 
şöbəsi bir qədər cəld templi, təntənəli əhval-ruhiyyəlidir. Lakin "Mayəyi-Ba-
yatı-Şiraz" şöbəsi isə aramlı inkişafa, ahəstə xarakterə, özünəməxsus ölçüyə 
malikdir. Ondan sonra səslənən "Nəşibu-fəraz" şöbəsi mülayim, həzin xarak-
ter daşıyır. "Nəşibu-fəraz" sözü eniş-yoxuş mənasını bildirir, şöbənin də me-
lodik hərəkəti əvvəldən sona qədər enişli-yoxuşlu inkişafa malikdir. Bu şöbə 
dəstgahda  da  xüsusi  mövqeyə  malikdir.  Belə  ki,  "Mayəyi-Bayatı-Şiraz”la 
"Bayatı-İsfahan" arasında "bağlayıcı"  əhəmiyyəti daşıyaraq 2 şöbəni bir-biri 
ilə  əlaqələndirir  və  onları  üzvü  sürətdə  birləşdirir.  Qeyd  etmək  lazımdır  ki, 
"Nəşibu-fəraz"-"Şur"  dяstgahının  da  tərkib  hissəsidir.  "Mayəyi-Şur"a  qayıt-
maq üçün "keçid" vəzifəsini daşıyır. Lakin "Şur" ilə "Bayatı-Şiraz"ın "Nəşi-
bu-fəraz" şöbəsi melodiya cəhətdən bir-birindən fərqlənir. Belə ki, "Nəşibu-
fəraz" şöbəsi hər iki dəstgahın lad-məqamına uyğunlaşdırılmışdır. Buna görə 
də adında eynilik olsa da, lad-məqam cəhətdən müxtəlif çalarlara və vəzifələ-
rə malikdir. 
"Bayatı-Şiraz"ın digər şöbəsi olan "Bayatı-İsfahan" dəstgahın mərkəzi şö-
bəsidir. Tessitura etibarilə dəstgahın orta diapazonunu əhatə edir. Şöbənin is-
tər  vokal,  istərsə  də  instrumental  ifasında  yuxarı  və  aşağı  istiqamətli  gəziş-
mələrdən, güclü səslənmədən istifadə edilir. 
Bu şöbədən sonra dəstgahın zil registrli şöbə və guşələri olan -"Zil Bayatı-
Şiraz", "Xavəran", "Üzzal" və "Dilruba" növbə ilə səslənir. Adətən, dəstga-
hın  əsas  adı  ilə  səslənən zil  şöbə  "Mayə"  şöbəsinin  zildə  təkrarından ibarət 
olur. "Zil-Bayatı-Şiraz" heç də "Mayəyi-Bayatı-Şiraz"ın təkrarı kimi səslən-
mir. Əksinə "Mayə" şöbəsinin təmkinli, qəm-qüssə əhval-ruhiyyəsi zil şöbə-
də coşğunluq hissləri ilə əvəz olunur. 


15
 
"Xavərən” guşəsində isə musiqi öz axarını müəyyən qədər dəyişir. Burada 
'Rast" ladına məxsus intonasiyalar eşidilir. Hal-hazırda isə bütün tədris proq-
ramlarında,  konsert  repertuarlarında  "Xavəran"  "Bayatı-Şiraz"ın  zil  hissəsi 
kimi ifa olunur. 
"Xavəran"dan  sonra  gələn  "Üzzal"  şöbəsinin melodiyası  daha  zil tessitu-
rada qurulmuşdur. Onun ifası xanəndədən şaqraq zəngulələr, gur və məlahət-
li səs tələb edir. 
"Bayatı-Şiraz"  dəstgahı  "Dilruba"  ilə  tamamlanır.  "Dilruba"  -  fars  sözü 
olub, "könül alan", "gözəl", "sevimli" mənalarını daşıyır. Dəstgahın kompo-
zisiyasında guşə əhəmiyyəti daşıyaraq "Bayatı-Şiraz"a ayağa gətirib çıxarır.  
Beləliklə, dəstgah təmkinli, sakit xarakterли bu "guşə-ayaq" ilə tamamla-
nır. Azərbaycanda geniş yayıldığı və sevilə-sevilə dinlənildiyi üçün "Bayatı-
Şiraz" əsasında çoxlu rəng və təsnifiər, lirik mahnılar yaranmışdır. Bu dəst-
gah əsasında F.Əmirov "Gülüstan-Bayatı-Şiraz", S.ƏIəsgərov "Bayatı-Şiraz" 
simfonik  muğamları,  N.ƏIiverdibəyov  isə  "Bayatı-Şiraz"  orqan  simfonik 
muğamını yazmışdır. 
Qeyd etmək lazımdır ki, "Bayatı-Şiraz" muğam dəstgahını bir çox məşhur 
və tanınmış sənətkarlarımız ifa etmişlər. Bu dəstgahın gözəl ifaçılarından tar-
zənlər  -  Hacı  Məmmədovu,  Bəhrаm  Mяnsurovu,  Əhsən  Dadaşovu,  Həbib 
Bayramovu, Ağasəlim Abdullayevi, Möhlət Müslümovu göstərmək olar. Qa-
nun  alətində  isə  "Bayatı-Şiraz"ın  ilk  ifası  Asya  Tağıyevaya  aiddir.  Bundan 
başqa "Bayatı-Şiraz" dəstgahı Milli Konservatoriyanın baş müəllimi Təranə 
Əliyevanın rəhbərlik etdiyi qanunçalanlardan ibarət "İnci" qrupunun ifasında 
da  səslənmişdir.  Demək  lazımdır  ki,  "Bayatı-Şiraz"  dəstgahı  qanun  alətində 
çox  gözəl  səslənir.  Tar  ilə  müqayisə  eдилdikdə,  "Bayatı-Şiraz"ын  qanunda 
qlissandolarla ifaсы daha ecazkar alınır, sanki insanı sehrli aləmə aparır. Elə 
hissələr var ki, orada arpeccioların səslənməsi mütləq hal alır. Bu dəstgah ək-
sər  hallarda  birsəsli  ifa  olunur.  Lakin  təcrübədən  irəli  gələrək  deyə  bilərəm 
ki, həmin dəstgahı ikisəsli də ifa etmək olar və səslənməsinə görə birsəslidən 
effektli səslənir, щям дя xoş təsir bağışlayır.  
Demək lazımdır ki, "Simli, mizrabla çalınan alətlər" qrupuna aid olan qa-
nun qədim alətlərdən biridir. Qaynaqlara əsasən qanun aləti böyük türk alimi 
Əbu  Nəsr  Fərabi  (870-950)  tərəfindən  icad  edildiyi  ehtimal  olunur.  Həmin 
məlumata  əsasən  onun  qanun  aləti  üzərində  dəyişiklik  etdiyi  deyilir.  Lakin 
antik Misir və Şumerlərə aid edilən bəzi tarixi mənbələrdə isə qanun alətinin 
İbn Həllac tərəfindən icad edildiyi bildirilir. 
 
İstifadə edilmiş ədəbiyyat 
1.Azərbaycan Sovet Ensiklopediyası, I cild, Bakı, 1976. 
2. İmrani R. "Muğam tarixi", Bakı, 1998. 
3.Zöhrabov R. "Muğam", Bakı, 1991. 
4. Музыкальная Энциклопедия, III том, Москва, 1976. 
 


16
 
РЕЗЮМЕ 
 
Необходимо  отметить,  что  в  написанной  мной  статье  затрагивается  жанр 
мугама,  являющегося  одним  из  древнейших  слоев  Азербайджанской  народной 
музыки,  история  возникновения  данного  жанра,  проводится  сопоставление 
древнего  и  современного  периода  мугамов,  широко  распространившихся  в 
Азербайджанской музыке, в частности дается объемлющий анализ мугама Баяты-
Шираз, и говорится о звучании данного мугама на инструменте Ганун.  
 
SUMMARY 
 
İt is to be noted that my article touches upon the issue of the genre mugham, being 
one of the most ancient layers of the Azerbaijani folk music And the history of origin of 
this  genre;  i  tis  made  somparision  of  the  ancient  And  modern  period  sof  mughams, 
prevailing in Azerbaijan music, particularly it is provided the comprehensive analysis of 
mugham  Bayati-Shiraz  And  i  tis  spoken  about  the  sounding  of  this  muğham  And  the 
musical instrument Qanun.  
 
 
Rəyçilər: Xalq artisti, professor  Ş.Eyvazova; əməkdar müəllim, sənətşünas-
lıq namizədi, dosent R.Musazadə. 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə