Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə24/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   20   21   22   23   24   25   26   27   ...   72

67
 
vardır.  Qeyd  etmək  istərdim  ki,  alətlərin  meyvə  ağaclarından  (ərik,  tut) 
düzəldilməsi  miniatür  təsvirlərində  aydın  görünür.  İfaçının  və  xanəndənin 
qarşısındakı  süfrənin  qızıl  qablarla  bəzədilməsi  və  qulluqçunun  onlara 
xidmət  etməsi  peşəkar  rəssam-miniatürist  tərəfindən  xüsusi  bir  məharət  və 
incəliklə işlənilmişdir. Ümumiyyətlə, əsərdə musiqiçilərə göstərilən hörmətin 
təsadüfi  olmamasının  sübutu,  Təhmasib  şah  dövründə  sənətə  və  sənətçilərə 
saray  həyatında  çox  böyük  yer  verilib,  qiymətləndirilməsidir.  Qeyri-sabit 
dövrlərdə sənətkarları (musiqiçiləri, rəssamları, şairləri və б.) şahın əmri ilə 
təhlükəsiz  bir  məkanda  yerləşdirirdilər,  onların  nadir  bir  inci  kimi  qorunub 
saxlanılmasına hər cür şərait yaradırdılar. 
Hafiz Şiraza məxsus olan (”Divan”) başqa bir miniatürdə “Şahın xanımı 
ilə  görüşü“  əsl  musiqi  gecəsinin  təsvirindəki  xanəndə-xanımın  pulcuqlu 
qavalla və ağsaqqal ifaçının udda ifası, şaha əsl zövq bəxş etməsi vurğulanır. 
Hafiz  Şiraziyə  aid  olan  digər  bir  miniatürdə  də  şahın  ziyafətində  üçlük 
təsvir  edilməsi  zamanı  ifaçiların  əllərində  rud,  ney  və  zınqırovlu  qavalın 
təsviri  Azərbaycandakı  mədəni  yüksəlişin  səviyyəsini  göstərməsi  ilə  yanaşı, 
musiqiyə  və  bütövlükdə  incəsənətə  olan  marağın,  sonsuz  məhəbbətin  bariz 
nümunəsidir. 
Əlyazmalarda  olan  miniatür  və  illüstrasiya  onu  göstərir  ki,  illər  ötdükcə 
çalğı  alətləri  də  müəyyən  inkişaf  йолу  keçərək,  bu  günkи  müasir  adları  və 
formaları ilə ötən əsrlərdə olduğu kimi sevilir. 
Qeyd  etmək  lazımdır  ki,  əsrlərdən  bəri  təkmiлləşən  musiqi  alətləri  tək 
xüsusi gözəlliyi və təntənəsi ilə seçilən saray mərasimlərində deyil, həm də 
cəsur  və  igid  oğullarımızın  ulu  və  müqəddəs  torpaq  uğrunda  yürüşlərə 
hazırlaşarkən  ruh  yüksəkliyi  yaratmaqda  işlənirdi.  Sözlərimin  sübutu  kimi 
qeyd  etmək  istərdim  ki,  Mirzə  Əli  I  Təhmasib  цчцн  щазырладыьы 
“Şahnamə”  əsərində  (1520-1530-cu  illərə  aid  ABŞ,  şəxsi  kolleksiya) 
эərənay,  davul  və  zurna  məhs  yuxarıda  göstərilən  məqsədlər  üçün  istifadə 
olunmuşdur.  
Hafizin  (“Divan”  1530-cu  illər,  Boston,  Təsviri  Sənət  Muzeyi)  ustad 
Sultan  Məhəmmədin  incə  fırçasına  məxsus  olan  “Sevgililər  bağda” 
miniatüründə ifaçılıq səhnəsi rəqslə tamamlanır və ifaçıların əllərində qaval, 
ud və qopuz kimi milli və gözəl musiqi alətlərinin təsviri var. Orta əsr kitab 
rəssamlığı,  kitab  mədəniyyəti  ilə  bağlı  olan  tətbiqi-dekorativ  yaradıcılıq 
növləri əvəzsiz bədii sərvət kimi qiymətləndirilməlidir.  
Əlyazma  kitabları  (manuskriptlər)  müasir  nəslə  keçmişin  tarixindən, 
mədəniyyətindən, ədəbiyyatından və fəlsəfəsindən xəbər verir. 
Məncə Оrta əsr miniatür sənətində milli чальы alətlərinин təsviri onların 
Azərbaycan xalqına məxsusluğunun ən əyani sübutlarından biridir. Həmçinin 
XII-XIX əsr miniatür sənətində təsvir olunan musiqi alətlərinin evolusiyasını 
izləməklə, yeni alətlərin yaranması, onların quruluşunun təkmiлləşməsini və 
müəyyən alətlərin vəhdətdə ifasının tarixini izləmək olar. 


68
 
Əlyazmalarda  olan  miniatürlər  və  illüstrasiyalar  onu  göstərir  ki, 
azərbaycanlı ustadlar, əsasən onların арасында fərqlənən Soltan Məhəmməd 
və ustad Behzad bədii tərtibatlı əlyazmaları hazırlayarkən Yaxın və Orta Şərq 
miniatüristlərinin  nailiyyətlərindən  istifadə  etməklə  Şərq  xalqlarının 
incəsənətinin  inkişafına  yaradıcı  sürətdə  təkan  vermiş,  müstəqil  ənənələr 
yaratmış,  beləliklə  də  onlar  dünya  bədii  mədəniyyət  xəzinəsində  şərəfli  yer 
tutmuşlar. 
  
*Frontispis  -  əlyazma  kitabının  başlanğıcı,  təsviri;informasiya  və  sokral 
funksiyanı daşıyan məcmu. 
 
Ədəbiyyat 
1. K.Kеримов «Султан Мухаммед и его школа» Москва. 1970. 
2. «Из сокровищницы рукописей Азербайджана» Баку. 1983 
3.Л.Н.Додхудоева  «Поэмы  Низами  в  средневековой  миниатюрной  живописи» 
Москва.1985. 
 
РЕЗЮМЕ 
 
В статье дается краткий исторический обзор культурной жизни средневекового 
Азербайджана и одновременно рассматривается роль средневековой миниатюрной 
живописи как наглядного примера в эволюции совершенствования, спецификации 
народных  инструментов.  В  этом  контексте  миниатюрная  книжная  живопись 
является 
доказательством 
принадлежности 
народных 
инструментов 
азербайджанскому народу. 
 
SUMMARY 
 
In  this  article  there  is  given  the  analyse  of  the  musicians  and  instruments  of  our 
ancient country. 
Azerbaijani miniatures of this period give us the evidence of musical arts prosperity. 
Such manuscripts as “Khamsa” (1539-1543, London, British Library),  
“Shakhname” (1520-1530, USA, personal collection) etc. provide us with images of 
musicians and their instruments.  
 
Rəyçilər:  Сənətşünasliq  doktoru  C.Həsənzadə;  Əməkdar  иncəsənət 
хadimi, ADMİU-nun dosentи Ə.Qarayev. 
 
 
 


69
 
AZƏRBAYCAN  MİLLİ KONSERVATORİYASI 
“KONSERVATORİYA» № 2, mart-aprel 2009 
________________ 
 
Alətşünaslıq. Органология 
 
Abbasqulu NƏJƏFZADƏ 
   sənətşünaslıq namizədi 
 
 
MİKAYIL MÜŞFİQ YARADIJILIĞINDA İDİOFONLU, 
AEROFONLU, MEMBRANOFONLU VƏ XORDOFONLU ALƏTLƏR 
 
AZƏRBAYCAN    klassik  poeziyasının  ən  javan  nümayəndəsi  Mikayıl 
Müşfiq (05.06.1908-06.01.1938) bütün çalğı alətlərini sevirdi. Maraqlıdır ki, 
Müşfiqin  şeirlərində  başqa  şairlərimizin  yaradıjılığında  rast  gəlmədiyimiz 
idiofonlu  alət  olan  ağız  qopuzu  ilə  də  bağlı  maraqlı  məqamlar  vardır. 
Həmçinin nakam şair neyin növlərindən biri – nəfəslə səsləndirilən qavalı da 
şeirlərində vəsf edir. Bu alətin də adına ədəbi mənbələrimizdə demək olar ki, 
rast  gəlmirik.  Bu  baxımdan  Müşfiq  yaradıjılığında  çalğı  alətlərini  izlədikdə 
olduqja maraqlı məqamlar ortaya çıxır.  
Aşağıdakı jədvəldə Müşfiq yaradıjılığında rast gəldiyimiz çalğı alətlərinin 
təsnifatını təqdim edirik. 
 
Simli (xordofonlu) alətlər 
 
Nəfəs alətləri 
(aerofonlu) 
 
Zərb alətləri 
(membranofonlu) 
 
Köklənməyən 
(idiofonlu) 
alətlər 
mizarbala 
çalınan 
yayla çalınan 
rübab 
kamança 
ney 
qaval 
çan 
saz 
 
nay 
nağara 
zəng 
tar 
 
qaval 
dəf 
ağız qopuzu 
 
 
zurna 
baraban 
 
 
 
balaban 
 
 
 
 
düdük 
 
 
 
 
tütək 
 
 
 
 
şeypur 
 
 
 
 
boru 
 
 
  
Bir  sıra  klassik  şairlərimiz  (Qətran  Təbrizi,  Əfzələddin  Xaqani,  Nizami 
Gənjəvi,  Əssar  Təbrizi,  Qazı  Bürhanəddin,  İmadəddin  Nəsimi,  Həbibi,  Mə-
həmməd  Füzuli  və  başqaları)  kimi,  Mikayıl  Müşfiq  də  şeirlərində  çalğı 
alətlərimizi elə vəsf edir ki, sanki onu yazan şair deyil, peşəkar musiqişünas-
dır. O, müxtəlif səpkili çalğı alətlərinin həm fərdi xüsusiyyətlərini təsvir edir, 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə