Азярбайжан республикасы


Rast” instrumental muğamı



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə11/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   7   8   9   10   11   12   13   14   ...   72

30
 
 
Rast instrumental muğamı 
 
Rast  -  doğru,  düzğün  mənasında  işlədilir.  Bu  muğam  on  dörd  şöbə  və 
guşələrdən  ibarətdir.  Щямин  шюбя  вя  эцшяляри  ашаьыдакы  ъядвялдя 
тягдим едирик.  
1. Bərdaşt (Novruzu-rəvəndə) 
2. Mayə 
3. Üşşaq 
4. Hüseyni 
5. Vilayəti 
6. Dilkeş 
7. Kürdü 
8.Şikəsteyi-fars (Xocəstə) 
9. Mübərriqə 
10. Əraq 
11. Pəncgah 
12. Rak-Xorasanı 
13. Qərai 
14. Rasta ayaq 
 
Şöbə: - Ərəbcədən tərcüməsi hissə və ya bölmə deməkdir. Muğam dəst-
gahlarında  şöbə  -  əsas  istinad  pərdəsinə  malik  olub,  müstəqil,  tamamlanmış 
bir  melodik  ifadəni  özündə  cəmləşdirən  sərbəst  ifalı  vokal-instrumental  və 
yaxud instrumental hissəyə deyilir. 
Guşə:  -  Tabe  olduğu  şöbə  ətrafında  ifa  edilən,  özünün  köməkçi  istinad 
pərdəsinə  malik  olub,  sonda  isə  həmin  şöbənin  əsas  istinad  pərdəsində  ta-
mamlanan  müəyyən  məzmunlu  musiqi  parçasına  deyilir.  Şöbə  və  guşələrin 
tərifini verməkdə bizim məqsədimiz muğam hissələrində hansının şöbə və ya 
hansının da guşə olması haqqında anlayışı oxucuya çatdırmaqdır.. 
“Rast” muğamında “Bərdaşt” şöbəsinin xüsusi adı vardır ki, o da “Nov-
ruzu-rəvəndə” yəni, “yeni bahar nəfəsli günün gəlib-getməsi” deməkdir.  
 
Nümunə №1 
“Бярдашт” («Новрузу-рявяндя») 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Rast”  muğamında  sanki  müdrik  bir  ağsaqqal  qocanın  söhbətlərindən, 
onun  nəsihətlərlə  dolu  həyat  səhifələrinin  açıqlamasından,  xalqımızın 
keçmişini nəql etməsindən bəhs edililir. 


31
 
Odur ki, nümunə №1- də təqdim olunan «Bərdaşt» («Novruzu-rəvəndə») 
şöbəsinin  elə  1-ci  xanəsində  səslənən  melodik  cümlə  aramla,  tələsmədən, 
sanballı mizrablarla, aydın ifa edilməlidir.
 
2-ci  xanə  də  1-ci  xanədə ifa  edilən  cümləyə  kiçik bir  melodik  fiqurasiya 
daxil etməklə təkrarlanır. Bu ifa da ağır, güclü mizrablarla müşayiət olunur. 
Şöbənin  3-cü  xanəsində  səslənən  melodik  cümlə  isə  sanki  əvvəlki  xa-
nələrdəki  mövzularla  kontrastlıq  təşkil  edir.  Heç  şübhəsiz  ki,  ifaçı  bu  yerdə 
ehtiyatlы  олмалы  və  kobud  mizrablardan  istifadə  etməməlidir.  Hətta,  3-cü 
xanənin  əvvəlində  səslənən  birinci  oktavanın  si  notu  vibrasiyalı  ifa  edi-
lməlidir.  Ümumiyyətlə,  bu  pərdə  özlüyündə  vibrasiya  tələb  edən  pərdələr 
sırasındadır.  
1.  Bəzən  müəyyən  ifaçılır  “Bərdaşt”ы  “Əraq”  şöbəsinin  tematikası  ilə 
başlayırlar ki, bu da yanlış bir yoldur. 
Nümunə № 2 
 
 
 
 
Artıq 4-cü xanədəki musiqi materialı əvvəlki həyəcanı yatırtmaq və “Ma-
yə”  şöbəsinə  enmək  vəzifəsini  görür.  Bu  məqsədlə  də  ifa  zamanı  narın, 
yumşaq mizrablardan istifadə etmək vacibdir. 
“Mayə-Rast” öz həcmi etibarı ilə ən iri şöbə olmaqla yanaşı dəstgahın bü-
tövlükdə  xarakterinin  açılmasında  mühüm  rol  oynayır.  Muğamın  əsasını 
təşkil  edən  bu  şöbə  təmkinliyi,  sakit  tərzdə  ifası  ilə  diqqəti  cəlb  edir.  Mayə 
şöbəsinin  vokal-instrumental  formada  ifası  zamanı  xanəndənin  aramla, 
yumşaq, aşağı səslə oxumağa başlaması, sanki gözlərimiz önündə nurani bir 
babanın rəvayətləri nəql etməsi obrazını canlandırır. 
Tarda “Mayə” şöbəsi ifa  edilərkən ifaçı müntəzəm olaraq lal barmaqlar-
dan, sürüşdürmələrdən, narın, zərif mizrablardan istifadə etməklə əsas istinad 
pərdəsi sayılan kiçik oktavanın sol səsində, yəni açıq sarı simdə dayanarkən 
tara tez-tez, “xum”
1
 verməklə ahəngdarlıq yaratmalıdır. 
“Rast”  muğamının  3-cü  hissəsi  “Üşşaq”  guşəsidir.  “Üşşaq”  –  aşiqlər; 
aşiq-məşuq  deməkdir.  “Üşşaq”  guşəsinin  “Rast”  muğamında  səsləndiyi  me-
lodiyası  özünəməxsus  rəngarəngliyi  ilə  seçilir,  yəni  öz  adını  doğruldur.  Bu-
rada  aşiqlərin  deyişməsi  “Üşşaq”  guşəsinin  əsasını  təşkil  edən  3  ayrı-ayrı 
melodiyadan ibarətdir.  


32
 
 
Nümunə №3 
  
 
 
 
 
 
 
 
 
___________________ 
1. Tarda “xum”  əmələ gətirmək üçün ifaçılar iki üsuldan istifadə edirlər. 
I-Tarın  çanağını  döş  qəfəsi  üstündə  bir  neçə  dəfə  silkələmək,  II-Çanağı  döş 
qəfəsinə sıxıb, tarın qolunu özünə tərəf bir-iki dəfə dartmaq. 
Doğrudan  da  nümunə  №3-dən  görünür  ki,  1-ci,  2-ci  və  3-cü  xanələrdə 
müxtəlif melodiyalar səslənir, yalnız 4-cü xanə 2-ci xanədə səslənən melodik 
cümlənin imitasiyalı təkrarı kimi ifa edilir. 
Bu  melodiyaları  ifa  edərkən  heç  bir  tələskənliyə  yol  vermək  olmaz.  Hər 
bir  sual-cavab  aydın  notlarla  səsləndirilməli  və  “аşiq-məşuq”  deyişməsi 
obrazını yaratmalıdır.  
1-ci  xanədəki  melodik  cümlə  intonasiyalı  bir  vurğu  ilə  ifa  olunursa,  2-ci 
xanədə  ona  əks  olan  cavab  cümləsi  isə  yumşaq,  sakit  tərzdə  səslənməlidir. 
Eynilə də, 3-cü və 4-cü xanələr də belə ifa edilməlidir. 
“Üşşaq” guşəsi tamamlandığı son səsdən birbaşa “Hüseyni” guşəsinə ke-
çid edilir.  
 
 
 Nümunə №4 
 “Üşşaq” (сон ъцмля) “Щцсейни” (башланьыъ) 
 
 
 
 
“Hüseyni”nin ərəbcə mənası “gözəl” deməkdir. «Hüseyni» kiçik bir guşə 
olmaqla bütün “Rast” ailəsinə daxil olan muğamlarda eyni səpgidə ifa edilir. 
Bu  guşə  özündən  əvvəl  gələn  “Mayə”  şöbəsi  və  ona  tabe  olan  guşələrdə 
inkişaf  tapmış  əsas  fikri  müəyyən  mənada  yekunlaşdıraraq,  bir  növ  kadans 
rolunu  oynayır.  Eləcə  də  kompozisiyanın  məntiqi  inkişafını  təmin  etmək 
məqsədilə  dəstgahın  dramaturji  düyünlərinin  açılması  və  yeni  obrazların 
yaradılması üçün geniş meydan açır. 
“Rast” muğamının mərkəzi şöbələrindən biri də “Vilayəti”dir. Bu şöbəni 
ifa edərkən diqqətli olmaq lazımdır. Çünki çox zaman ifaçılar “Vilayəti”nin 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə