Азярбайжан ялйазма китабы тарихи програмы



Yüklə 423,97 Kb.
tarix15.03.2018
ölçüsü423,97 Kb.
#32374

PAŞA KƏRİMOV

“AZƏRBAYСAN ƏLYAZMA KİTABI TARİXİ”


fənnindən xüsusi kurs

p r o q r a m ı




BİR NEÇƏ SÖZ

Azərbaycan əlyazma kitabı üzrə xüsusi kurs proqra­mı­nın tərtib edilməsi bu sahədə ilk təcrübədir. Müstəqilliyini bərpa etmiş respublikamızda tarixi keçmişimizə daha dərindən yi­yə­lənmək, mə­də­niyyət abidələrimizi, maddi və mənəvi sər­vət­lə­ri­mizi hərtərəfli öyrənmək meyli Azərbaycan əlyazma kitabının ta­rixi üzrə xüsusi kurs­­lar yaradılması zərurətini irəli sürür. Fik­ri­mizcə, ali məktəb­lə­ri­mi­zin şərqşünaslıq, filologiya, tarix, kitabxanaçılıq və s. humanitar fa­kül­tələrində mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan əl­yaz­ma kitabı tarixini tədris proqramına salmaq vaxtı çat­mışdır.



GİRİŞ
Azərbaycan əlyazma kitabı tarixinin dəqiq məlum ol­­ma­ma­sı, onun hələlik «Avesta»nın yarandığı tarixdən hesablanması. Say­sız-hesabsız abidələrinin bu günə gəlib çatmaması, bunun obyektiv və subyektiv səbəbləri.

Tərkib hissələri e.ə. II minilliyin sonu-I minilliyin birinci ya­r­ısında meydana çıxmış, zərdüştiliyin əsas dini kitabı olan «Aves­ta». E.ə. VI əsrdə bu abidənin 12 min inək dərisi üzərində ya­zılması. Makedoniyalı İsgəndərin işğalçı yürüşü zamanı abidənin oricinalının məhv edilməsi. Eramızın IV əsrində baş zərdüşt kahini Mah­ras­pan­dın oğlu Azərbadın (Atropatın) «Avesta»nı yenidən tərtib etməsi və özü­nün yaratdığı xüsusi əlifbada yazıya alması.

V əsrin əvvəlirində Albaniyada 52 hərfdən iba­rət alban əlif­ba­sının yaradılması. VII əsr­dən etibarən Azərbaycan tarixinə aid əsər­lərin meydana çıxması. Bər­də yaxınlığındakı Kalankatuyk kən­din­dən olan Kalankatuyklu Mo­iseyin «Ağvan tarixi» əsərində həmin dövrün mədəni həyatı haq­qında məlumat verilməsi. Bir sıra dini kitab­ların, Ho­me­rin «İliada», Vergilinin «Eneida» əsərlərinin alban di­linə tər­cü­mə edilməsi. Alban yazılı abidələrinin təhriflərlə erməni di­li­nə tərcümə edilərək erməni abidələri kimi təqdim edilməsi.

VIII əsrin birinci yarısından Azərbaycanda ictimai-siyasi mü­­­nasibətlərin dəyişilməyə başlaması, İslam mə­dəniyyətinin yayıl­ma­­sın­dan sonra zərdüştilik və b. dinlərin tə­sirinin zəifləməsi.

IX-X əsrlərdə Azərbaycanda «Avesta», «Qu­ran», «Tovrat» və «İncil» kimi dini kitabların yayılması, bunların azər­baycanlılar tərəfindən köçürülməsi. «Qu­ran»­ın birinci yerdə, «İncil»in ikinci yerdə durması, «Avesta» və «Töv­rat»­ın yayılma dairəsinin get-gedə məhdudlaşması. X əsrdən XX əs­rin əvvəllərinədək «Quran» və onun təfsirlərinin Azərbaycanda ən geniş yayılmış kitablar olması. XX əs­rin əvvəllərinə qədər Azər­bay­canda yazılı abidələrin əsasən ərəb əlif­bası ilə yazılması.

ƏRƏB QRAFİKALI AZƏRBAYCAN ƏLYAZMA KİTABININ İNKİŞAF MƏRHƏLƏLƏRİ

Azərbaycan əlyazma kitabının xalqımızın dünya mə­də­niy­yəti xəzinəsinə bəxş etdiyi ən nadir incilər olması. Dünyanın bü­tün böyük Şərq mədəniyyəti muzeylərində, kitabxanalarında, kol­lek­si­ya­larında Azərbaycan əlyazmalarının saxlanılması.

Azərbaycanlıların tarix boyu müxtəlif dillərdə müxtəlif əlif­balardan istifadə etməklə zəngin bir yazı mədəniyyəti ya­rat­ma­sı. E.ə. I minillikdən bu yana Mannada, Midiyada, Adur­ba­da­qanda yazılmış yazıların müəllifinin azərbaycanlılar olması.


Azərbaycanda orta əsrlərdən XX əsrin əvvəllərinə qədər əsa­sən üç dildə – türk, ərəb və fars dillərində ərəb qrafikası ilə ya­radılan əlyazmalar­. Cənubi Azərbaycanda bu gün də ərəb əlif­basından isti­fadə edilməsi. Azərbaycan türklərinin dünya mə­dəniyyətinə «Kitabi-Dədə Qorqud» kimi möhtəşəm bir abi­də­ni bəxş etməsi. Hələ islamın ilk əsrlərində Azərbaycan tür­k­lə­ri içərisindən Xətib Təbrizi, Musa Şə­həvat, Şihabəddin Süh­rə­ver­di, Əbu Əli Marağayi, Əbu Həfs Gən­cəvi, Məkki ibn Əhməd ibn Hüseyn Bərdəi, Əbu Abdulla Marağayi, Əbül-Hüseyn Ər­də­bi­li, Əbu Səd Urməvi, Əbu Abdullah Məhəmməd Bakuvi, Musa Səl­masi kimi yüzlərlə alim və şairlərin çıxması. Azər­baycanda ya­ranan ərəbdilli şerin tarixi X əsrdən başlana da, buna qədər hə­lə VII əsrdə Azərbaycan şairlərinin xilafətin ən böyük mər­kəz­lərində külli miqdarda elm və mədəniyyət nümunələri ya­rat­ma­sı. Sonrakı dövrlərdə Bəhmənyar, Əbul-Qənaim Urməvi, Əbu Həfs Zəncani, Əbdül-Məlik Beyləqani, Hüseyn Təbrizi, Mən­sur ibn Müm­kan Təbrizi, Eynəl-Qüzzat, Abdullah Mərəndi, İs­mayıl Gəncəvi, Əbu Nəsr Əhməd Tusi kimi alim və ədiblərin öz ya­ra­dı­cı­lıq­ları ilə Şərq mədəniyyətinə təsir göstərməsi.

Azərbaycanlıların İslam dünyasının ən böyük elm ocaq­la­rın­da təhsil alması, müdərrislik etməsi, zəngin kitabxanalar ya­ratması. Hələ VII-XII əsrlərdə Azərbaycanın ərazisində – Bey­ləqanda, Gən­cə­də, Şamaxıda, Şəmkirdə, Bakıda, Ərdəbildə, Şə­kidə, Şabranda, Səlmasda, Mərənddə, Naxçıvanda, Təbrizdə, Şiz­də, Sisərdə, Əhərdə və b. yerlərdə elm və maarifin kifayət qə­dər inkişaf etməsi, təhsil ocaqlarının, kitabxanaların fəaliyyət gös­tərməsi.

Bir sıra əsərləri ilə bütün Yaxın və Orta Şərqdə tanınan gör­kəmli Azərbaycan astronomu və riyaziyyatçısı Fəzl ibn Ha­tim Ney­ri­zi Təbrizi (?-922). Onun riyaziyyat və astronomiyanın ak­tual məsə­lə­lərinə həsr edilmiş «Evklidin “Başlanınc” («Əsas­lar») kitabının şərhi», «Ptolomeyin “Macəsti” əsərinə şərh», «Dai­rəvi üsturlabla iş» kitabları. Qeyri-Evklid həndəsəsində ilk ad­dım atan görkəmli alimin şöhrətinin Abbasilər xilafətində ya­yıl­ması, xəlifə Mötəzidin onu sa­ra­ya dəvət etməsi. Fəzl ibn Ha­ti­min Bağdadda xəlifətin sifarişi ilə yazdığı «Hava törəmələri», «Zic əl-Mötəzid», xəlifənin ölümündən sonra yazdığı «Kiçik zic» və «Böyük zic» adlı əsərləri. Həmin dövr­də yaşamış Əh­məd ibn Harun Bərdicinin (?-914) «İsnadlardakı gör­kəmli ad­lar», Əhməd ibn Süleyman Təbrizinin (?-929) «İstixarə və məş­və­rət kitabı», Məhəmməd ibn Əli Marağinin «Nəhvə aid yığ­cam kitab», «Sibaveyhin “Sübütlar”ının açılması və yozulması» əsər­lə­ri­nin elmi dairələrdə yüksək nüfüz qazanması.

XI əsrdə oğuzların Yaxın və Orta Şərqdə hakim mövqe tut­ması, Azərbaycan şəhərlərinin Böyük Səlcuq imperiyasında xü­susi əhəmiyyətə malik olması. Aranın mərkəzi Bərdənin yenidən çi­çək­lən­məyə başlaması. Həmədan, Qəzvin, Təbriz, Marağa, Nax­çivan və Gəncənin imperiyada əsas dayaq şəhərlərinə çe­v­ril­məsi, Şamaxı, Dərbənd, Ərdəbil, Zəncan və başqa şəhərlərdə ti­carət, sənətkarlıq üçün yeni şərait yaranması. Xətib Təbrizi, Qət­ran Təbrizi, Əbülhəsən Maraği, Əhməd Tantarani Maraği, Əb­­düləziz ibn Həsən Bərdəi, Əb­dül­kərim Şirvani, Osman Dər­bən­­di, Ömər Zəncani, Əbülfəzl Uşnuhi və b. Azərbaycan alim və şairlərinin bütün Yaxın Şərqdə nüfüz qa­zan­­ması, Xətib Təb­ri­zi, Əhməd Maraği, Məhəmməd Səlmasi və Mahmud Zən­ca­ni­nin Səlcuq imperiyasının əsas elm mərkəzi olan Bağdadın «Nizamiyyə» mədrəsəsində yüksək elmi mövqe tutması, Bəh­mən­yarın Fərabi və İbn Sinanın fəlsəfi görüşlərini davam və in­ki­şaf etdirən əsərləri.

XI əsrdə Azərbaycan alim və şairlərinin yazdığı əsər­lə­rin sonrakı əsrlərdə köçürülmüş nüçxələrinin bu günə qədər gə­lib çat­ma­sı, məşhur əlyazma xəzinələrində saxlanılması. Bu əs­rdə Azər­baycan kitabının öz məzmun və mündəricəsinə görə şa­xələnməsi, divan ədəbiyyatının, tibb, fəlsəfə, musiqi, hüquq, astronomiya, ri­yaziyyat, məntiq, ilahiyyat kitablarının yaranması.

İlk məlum Azərbaycan əlyazma kitabları: Əsədi Tusinin “Gərşaspnamə” poeması (1066); Xətib Təbrizinin “Əl-Müfəzzəliy­yat” antologiyasına şərhi (1093).

XII əsrdə Azərbaycanda qüdrətli Atabəylər dövlətinin ya­ran­ması­nın Azərbaycan intibahının tam yetkinləşməsi üçün əl­verişli şərait yarat­­ma­sı.

Əsasən Təbriz, Naxçıvan və Gəncədə yaşamış Qətran Tə­­­brizinin lirik şerlərdən, təmtəraqlı qəsidələrdən ibarət divanın və fars dili lüğətinin müəllifi olması.

Görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin (1126-1199) «Töhfətül-İraqeyn» əsərində uşaqlıq illəri və əmisi Ka­fi­yəd­din Ömər ibn Osmanın ona necə tərbiyə verdiyi barədə ya­zar­­kən gəncli­yin­də istifadə etdiyi zəngin kitabxanadan bəhs et­məsi.

Nizami Gəncəvinin (1141-1209) Azərbaycan mə­də­niy­yət tarixində böyük bir səhifə olan «Xəmsə»sində böyük şairin ki­tab haqqında fikirlərinin, istifadə etdiyi kitab və kitabxanalar ba­rədə mə­lu­matların əksini tapması. Nizami «Xəmsə»sindən öy­rəndiyimzə görə, həmin dövrdə Azərbaycanda ərəb, fars, yu­nan və başqa dil­lər­də çoxlu əlyazma kitablarının mövcud ol­ma­sı. Firdovsinin «Şah­namə», Gürganinin «Vis və Ramin», Hind folk­lorundan «Kəlilə və Dimnə» və s. əsərlərin o zaman ən çox ya­yılmış kitablardan olması. XI əsrdə Gəncədə fəaliyyət gös­tə­rən zəngin saray kitabxanası. Niza­minin «İsgəndərnamə» poe­ma­sında XII əsr Azərbaycanında, Gəncə ədəbi və elmi mü­hi­tin­də külli miqdarda əlyazma kitabının, tarixə dair əsərlərin, ərəb və fars xronikalarının, yəhudi, xristian və pəhləvi mənbələrinin ol­duğunun göstərilməsi.

XIII əsrdə Yaxın Şərqdə hakim olan Hülakilər-Elxanilərin Azər­baycanı öz im­pe­ri­yalarına mər­kəz götürməsi. Həmin dövrün en­sik­lo­pe­dik biliyə malik da­hi alimi və dövlət xadimi Xacə Nəsirəddin Tusinin (1201-1274) tə­sis etdiyi Marağa rəsədxanasının kitabxana­sın­da 400 min əl­yaz­ma kitabının olması.

Nizami və Nəsirəddin Tusinin əsərlərinin, Əfzələddin Əb­hə­ri­nin «İsaqoci» adlı məntiq əsərinin XIII-XVIII əsrlərdə Azər­­baycan, Türkiyə, İran, İraq, Orta Asiya və Hindistanda Qu­ran­dan sonra ən geniş yayılmış kitab olması.

XII-XIII əsrlərdə Azərbaycan kitabının məzmun və for­ma­sına görə çoxçalarlılığı, onun aşağıdakı növlərə bölünməsi:

1. Ədəbi-bədii kitablar (divan, poema, mənzum roman və s.).

2. İri həcmli, bir neçə cildli və çoxcildli elmi (məntiq, fəlsə­fə, tə­bi­iyyat, fiqh, hədis, tarix, musiqi, astronomiya, tibb və b. elm­lərə aid) kitablar.

3. Müxtəlif məzmunlu risalələr.

4. İlahiyyata aid kitablar.

5. Dərsliklər.

XIII əsrdə elmi əsərlər daha çox yayıldığı halda, XIV əs­rdə elmi əsərlərlə yanaşı, ədəbi-bədii əsərlərin yenidən ço­xal­ma­ğa baş­la­ması. XIV əsrin əvvəllərində Təbrizdə yaradılan “Darüş-şəfa” (“Şəfa evi”) adlı elm şəhərciyi, buradakı tədris ocaq­ları, müalicə evləri, elmi idarələr, rəsədxana nəzdində fəa­liyyət göstərən zəngin kitab­xa­na. Səfiəddin Əb­dül­­mömin Urməvinin dünyada məşhur olan “Kita­bi-ədvar”, Mə­həmməd Naxçivaninin “Dəsturül-katib fi təyinil-məratib”, Əli ibn Əhməd Təbrizinin “Kitabi-tibbil-cəmail”, Mah­mud ibn İl­yasın “Tibbnamə” əsərlərinin, Rəşidəddinin başçılığı ilə Təb­riz alimlərinin birgə yaratdığı “Cameüt-təvarix” adlı iri həcmi ta­rix əsərinin meydana çıxması. Poeziya xüsusi bir inkişaf mər­hə­ləsinə çatdığından Mahmud Şəbüstərinin (1287-1320) “Gül­şə­ni-raz” və “Səadətnamə” kimi fəlsəfi məzmunlu əsərlərini nəzm­­lə yazması. Yusif Məddahın “Vərqa və Gülşah”, Əlinin, Mus­tafa Zəririn, Suli Fəqihin “Yusif və Züleyxa” mövzusunda yaz­dıqları poemalarının bu əsrdə yaranmış anadilli poe­zi­ya­mı­zın ən gözəl nümunələri olması. Bununla yanaşı, fars dilində ya­zı­lan poetik əsərlər – Arif Ərdəbilinin “Fərhadnamə”, Əsrar Təb­rizinin “Mehr və Müştəri” poemaları. XIV əsrdə əlyazma ki­tabının geniş yayılmasının bilavasitə Qazı Bürha­nəd­din və Seyyid İma­dəddin Nəsiminin adları ilə bağlı olması.

XVI əsrdə Azərbaycan milli mədəniyyətinin zirvəyə çat­ma­sı. Əsrin başlanğıcında görkəmli dövlət xa­di­mi, sərkərdə və şair Şah İsmayıl Xətainin (1487-1524) Azər­bay­can torpaqlarını birləşdirib vahid bir dövlət yaratması. Ölkədə bir neçə əsr ərzində təşəkkül tap­mış məhsuldar qüvvələrin, elm və mədəniyyətin, iqtisadi, ictimai münasibətlərin mərkəz­ləş­mə­sin­də rol oynayan və onların fəal ifa­dəçi­sinə çevrilən Səfəvilər im­periyası.

Azərbaycanda bədii tərtibatlı əlyazma ki­ta­bı­nın, miniatür sənətinin yüksək inkişaf mərhələsinə çatması. Şah İs­mayıl Xətainin Azərbaycan türkcəsini dövlət dili etməsinin, özü­nün və oğlu Şah Təhmasibin (hakimiyyəti illəri: 1524-1576) xət­tatlıqla məşğul olma­sı­nın sənətkar və şairlərin yaradıcılığına çox böyük təsir göstərməsi, xəttatlığı, miniatür sənətini, ana­dilli poeziyanı və aşıq ədəbiyyatını çiçəkləndirməsi. Bu dövr­­də yüzlərlə xəttat, miniatürçü, nəqqaş, mü­zəh­hib və b. kitab us­­talarının yetişməsi. Sultan Məhəmməd Təbri­zi­nin dünya mi­nia­tür sənətinin nəhəng simalarından biri olması. Yüz­lər­lə şairin ye­tişməsi. Məhəmməd Füzulinin dünya ədəbiyyatı kori­fey­ləri sı­rasına yüksəlməsi. Füzuli məktəbi.

Təbrizdə əvvəlki ənənələrin, xüsusilə də He­rat məktəbi ən­ənələrinin inkişaf etdirilməsi nəticəsində yeni mi­nia­tür üslubunun ya­­ranması. Təbriz miniatür məktəbinin İran (İs­fahan məktəbi), Türkiyə, Orta Asiya, Moğol Hindistanı in­cə­sə­nətinə təsir göstərməsi.

XVII-XVIII əsrlərdə Azərbaycanda şifahi xalq ədə­biy­ya­tı ilə yazılı ədəbiyyatın bir-birinə daha sıx çulğaşması. Qövsi Təbrizi, Xəstə Qasım, Saib Təbrizi, Vidadi, Vaqif ki­mi sənətkarların yara­dı­cı­lığında bunun özünü açıq gös­tə­rmə­si. «Köroğlu», «Şəhriyar» və b. dastanların təşəkkül tap­ma­sı.

Azərbaycan kitab sənətində ilk tənəzzül ya­ranılması. XVIII əsrin ilk çağlarından Səfəvilər dövlətinin sü­qu­tunun, ölkənin müx­tə­lif xanlıqlara parçalanmasının, ara mü­ha­ribələrinin ardı-arasının kə­sil­məməsinin, ölkənin əya­lət­lə­rin­də dərəbəylik yaranmasının bütün iqtisadi-mədəni sa­hə­lər­ə öz təsirini göstərdiyi kimi, kitab mədəniy­yəti sahəsinə də ağır zərbə vurması. Bədii kitab tərtibinin sönük­ləş­məsi, yük­sək sənət əsərlərinin nadirləşməsi, yalnız bir neçə iri xan­lığın mərkəzində bəzi maraqlı əlyazma kitablarının yaranması.

XIX əsrdə Azərbaycanda daşbasma kitablarının meydana gəl­­mə­­si, bu sahədə texnikanın çox zəif tətbiqi, kitab ça­­pının mövcud eh­tiyacları ödəyə bilməməsinin əlyazma ki­tab­ı ənənələrinin hələ də ya­şamasını zə­ruri etməsi. Mədrəsələrdə dərs­lik­lərin, Azərbaycan türk­cəsi, ərəb və fars dillərində bir çox ki­tab­ların, təzkirə, toplu, məc­muələrin əlyazma kitabları şəklində kö­çürülüb çoxaldılması.

Orta əsr Azərbaycan kitabının müəllifləri-şairlər, alim­lər, din xadimləri (üləmalar, müctəhidlər, mollalar, şeyxlər), mü­nəc­cimlər, saray tarixnəvisləri və b. Kitabların məzmun və mün­də­ricəsinə görə dünyəvi və dini məzmunda olması. Dünyəvi ədə­biyyatın ən görkəmli simaları olan Xaqani, Nizami, Nəsimi, Hə­bibi, Xətai, Füzuli, Saib, Qövsi, Vaqif, Vidadi kimi sə­nət­kar­la­rın əsərlərində humanist ide­ya­la­rın, cəhalət və xurafat əley­hi­nə mübarizə düşüncələrinin öz bədii ifadəsini tapması.

Klassik şerin əsas formaları – poema, mənzum dastan, qə­sidə, qəzəl, rübai, mürəbbe, müxəmməs, müsəddəs, tərcibənd, tər­kibbənd. Klassiklərin eyni zamanda xalq şerinin qoşma və gə­raylı kimi canrlarından istifadə etməsi.

Dini ədəbiyyata daxil olan islam dininin tarixinə («Ta­ri­xi-müqəddəs»), peyğəmbərlərə, təsəvvüfə, fiqhə, və s. aid risalələr.

Elmi kitabların əsasən ərəb dilində, bədii kitabların isə əv­vəlcə ərəb və fars dillərində, XIII-XIV əsrlərdən etibarən fars və Azərbaycan, XIX əsrdən isə, tək-tək hallar istisna olmaqla, ana di­li­n­də yazılması.

İstər bədii, istərsə elmi kitabların böyük bir qisminin adı­nın müəyyən sahəni, yaxud mövzunu bildirən sözlərə «namə» sözünün əlavə edilməsi yolu ilə yaranması: nə­si­hət­na­mə, səyahətnamə, saqi­namə və s. «Namə» sözündən ayrı-ayrı kon­kret əsərlərə ad verəndə də istifadə olunması: «İs­kən­dər­na­mə», «Şərəfnamə», «İqbalnamə», (Nizami), «Şikayətnamə» (M.Fü­zuli), «Müsibətnamə» (M.V.Vida­di), «Nəsihətnamə» (A.Ba­kıxanov), «Hophopnamə» (M.Ə.Sabir) və s.

Məhəbbət münasibətlərinin ön planda olduğu romantik poe­maların sərlövhəsində bir-birini sevən baş qəhrəmanların adı­nın yanaşı qoyulması: «Leyli və Məcnun», «Xos­rov və Şirin», «Vərqa və Gülşah», «Vis və Ramin» və s. Orta əsr Azərbaycan kitabının başqa növləri: təlif, dəsturul-əməl, qəvaid, təqvim və s.

Görkəmli ədəbi şəxsiyyətlər, hadisələr, ayrı-ayrı əsərlər haq­qında məlumatların və əsərlərdən nümunələrin verildiyi təz­ki­rələr. Orta əsrlər ədəbiyyat tarixinə aid məxəz olan təz­ki­rə­lə­rin ədəbiyyat tarixinin öyrənilməsində böyük rolu. Əlişir Nəvai, Lə­tifi, Aşiq Çələ­bi, Əhdi Bağdadi, Şeyxi Faizi, Səfai kimi gör­kəm­li təzkirə müəl­lif­lə­ri. Azərbaycan ədəbiyyatı tarixinin öy­rə­nil­məsi baxımından əhəmiy­yə­ti olan Lütfəli bəy Azərin «Atəş­kə­də», Məhəmməd ağa Müctəhid­za­dənin «Riyazül-aşiqin» adlı təz­­kirələri.

Əlyazma topluları – məcmuə, cüng və bəyazların ya­ran­ma və inkişaf yolları, ədəbiyyat tariximizin öyrənilməsində on­la­rın rolu.

Şərq xalqlarının, o cümlədən də Azərbaycan xalqının ədəbi-mədəni irsinin qorunub bu günümüzə çatdırılmasında əl­yaz­ma kol­lek­siyalarının rolu. Hələ Xaqani, Nizami dövrlərindən Azər­­baycanda zəngin kolleksiyaların, kitabxanaların mövcud ol­ması. Orta əsrlərdə əlyazma kolleksiyaları toplanmasının son­ra­lar bir ənənə kimi davam etdirilməsi. Səfəvi şahlarının, son­ra­lar ayrı-ayrı şəxslərin, şairlərin, alimlərin, xüsusilə Abbasqulu ağa Bakıxanov, Bəhmən Mirzə Qacar, Əbdülqəni Əfəndi Nuxəvi Xa­li­sə­qarızadə, Mirzə Fətəli Axundov kimi görkəmli simaların, hət­ta XX əsrdə Novruz Ağayev, Salman Mümtaz, Abdulla Şaiq və baş­qalarının fəaliyyətində bunun özünü göstərməsi.



AZƏRBAYCAN ƏLYAZMA KİTABININ BƏDİİ TƏRTİBATI

Azərbaycan əlyazma kitabının məzmun və forma cəhətdən çox­ça­larlı olması. Azərbaycan əlyazma kitabının tər­ti­bat baxımından 3 yerə ayrılması:


1. Adi kitablar,

2. Orta səviyyədə tərtib olunmuş kitablar,

3. Yüksək bədii tərtibatlı sənət abidələri.

Adi və orta tərtibatlı kitabların daha böyük əksəriyyət təş­kil etməsi. Belə kitabların geniş kütlənin ehtiyacını ödə­mək üçün sürətlə köçürülməsi, xüsusilə mədrəsələrdə, məs­cid­lərdə, ailələrdə, hətta bazar və kitab dükanlarında tələbələr, müəl­limlər və mirzələr tərəfin­dən köçürülməsi. Adi kitablardan fərqli olaraq, orta tərtibatlı kitab­la­rın ilk vərəğində müəllifin və əsə­rin adının iri kalliqrafik xətlə, müx­təlif rənglərlə yazılması; baş­lıqların, yarımbaşlıqların qırmızı mü­rək­kəb və ya qızılı rənglə ayrılması, üstündən rəngli xətlər çəkil­mə­si, mətnin bir və ya bir neçə əlvan rənglərlə çərçivəyə salınması, sonunda mətnin hən­dəsi fiqurlar (romb, üçbucaq və s.) arasına alın­ma­sı, bəzən baş­da minarə, bitki şəkillərinin çəkilməsi.

Yüksək bədii tərtibatlı sənət əsərləri olan əlyazma ki­tab­la­rı­nın çox mürəkkəb bir üsulla çoxlu sayda sənətkarların bö­yük, çətin zəhməti hesabına yaranması. Bunun üçün ilkin şərt ki­mi kağızın yük­sək keyfiyyətli olması. Bu cür kağızların Bağ­dad, Buxara, Xora­san, Səmərqənd, Təbriz və Misirdə ha­zır­lan­ma­sı. Əksər hallarda, tam emaldan keçməmiş kağız alınması, on­ların yerli kitab emalat­xa­nalarında kraxmal, müxtəlif bitki və dər­man yağları ilə şümal­lan­ması, kağızın suya davamlı olması üçün bəzən ona yumurta sarısı çəkilməsi. Adi kağızların kətandan ha­­zırlandığı halda, keyfiyyətli kağızların düyü küləşindən ha­zır­la­nıb, düyü həlimi ilə ovxarlanması. İpək qatışığı, ya da təmiz ipək­dən hazırlanan kağızların ən keyfiy­yət­li kağız sayılması. Oxu­nan zaman gözü yormasın deyə, çox par­laq kağızların üzü­nə açıq sarımtıl, narıncı, bəzən də yaşılımtıl rəng çəkilməsi.


XƏTTATLIQ SƏNƏTİ VƏ AZƏRBAYCAN XƏTTATLARI
Orta əsrlərdə mədəniyyətin ən vacib sahəsi olan və yüksək qiy­­mətləndirilən xəttatlıq sənəti. Xəttatlığın in­cə­sə­nə­tin mühüm nö­vü olmaqla bərabər, kitab sənətinin də ayrılmaz tər­kib hissəsi olması.

“Xəttat” və “katib” anlayışları. Yazını sənət nümunəsi ki­mi ya­­zanların xəttat, yazının sadəcə yazılmasına, mətnin çoxal­dıl­ma­sı­na əsas fikir verənlərin katib adlandırılması.

Azərbaycan əlyazma kitabının yaranmasında əsas yer­lər­dən birinin xəttata məxsus olması. Bədii xəttatlıq nü­mu­nə­lərinin və me­mar­lıq abidələri üzərində yazılan dekorativ ya­zı­ların müsəlman şər­qin­də qrafik sənətin əsas sahəsi olması. Ya­zı­nın asan yazılması və bədiiliyi tələblərinə riayət edən istedadlı xət­tatların xəttatlıq sənətini tarixən inkişaf etdirməsi və bu­nunla da onların ideya-estetik və mə­də­ni-praktiki funksiyaları yerinə yetirməsi.

VII-VIII əsrlərdən islam dinini qəbul etmiş xalqların ey­ni za­manda ərəb əlifbasınan istifadə etməyə başalaması, buna gö­rə də həmin dövrdə Azərbaycan, Türkiyə və bir sıra digər mü­səlman öl­kə­lə­rində yazının ərəb əlifbası əsasında inkişaf etməsi.

İlk dövrlərdə ərəb yazısının iki əsas növünün, “kufi” ad­la­nan rəsmi və “nəsx” adlanan adi xəttin mövcud olması. Kufi xət­tinin XI əsr­dən eti­ba­rən tədriclə ümumi istifadədən çıxaraq, me­marlıq abidə­lə­ri, pul sik­kə­lə­ri üzərindəki epiqrafik yazılarda, bə­­zi məişət əşya­ları­nın bədii tərtibatı üçün istifadə edilməsi. XII əs­rin birinci yarısın­dan qonşu ölkələr arasında ti­carət və digər əla­qələrin inkişafı ilə əla­qədar olaraq, “nəsx” xəttinin gün­dəlik ya­zı üçün işlədilməsi. Bu xət­tin əsasında klassik “sittə” (“al­tı­lıq”) xətlərinin (süls, nəsx, mühəq­qəq, reyhani, tövqi, rüqə) mey­dana çıxması.

Nəsx və süls xətlərinin müəllifi X əsr ərəb xəttatı Əbu Əli Məhəmməd ibn Muq­la; mühəqqəq və reyhani xətlərinin müəllifi XI əsr ərəb xəttatı İbn Bəvvab; tövqi və rüqə xətlərinin müəllifi XIII əsr Bağdad şa­iri və xəttatı Əbulfəzl Hazən Dinavəri.

Daha sonra meydana çıxmış təliq xəttinin tövqi və rüqə xət­ləri əsasında İran xəttatı Tac Səlmani tərəfindən yaradılması və di­gər İran xəttatı Əbdülheyy Astrabadi tərəfindən tək­mil­ləş­di­rilməsi.

XIV əsrdə Azərbaycan xəttatı və rəssamı Mirəli Təb­ri­zi­nin nəsx və təliq xətləri əsasında nəstəliq xəttinin əsasını qoy­ma­sı. Gö­zəllikdə nəsxlə, iti yazılmaqda təliqlə rəqabət aparan bu xət­tin tez bir zamanda geniş yayılması. Bu­nun kitab, eləcə də xəttatlıq sənətinin ta­rixində bir çevriliş ol­ma­sı. Nəstəliqin Azərbaycan və İrandan baş­qa, Hindistan, Əf­qa­nıs­tan və Pakistanda çox geniş yazılması. Bu xət­tin hakim möv­qe tutmasına baxmayaraq, Azərbaycan xəttatlarının nəsx, süls, rey­hani, tövqi, mühəqqəq, təliq və s. xətlərdən də istifadə et­mə­si. XII əsrdən Quranın bir qayda olaraq nəsxlə yazılması. Son­ralar Azərbaycan xəttatlarının təliqin əsasında daha iti ya­zılan, az yer tutan, dəftərxana işlərində daha geniş tətbiq edilən şi­kəstə xəttini yaratması.

Orta əsrlər incəsənətinin bir növü kimi bədii yazının öz döv­rünün bədii-estetik və praktiki ehtiyaclarını ödəməsi. Onun döv­rün sosial-siyası və mədəni şəraitindən asılı olaraq in­ki­şaf etməsi və dəyişməsi. Bu prosesdə ərəb qrafikasından is­ti­fa­də edən bir sıra türk və fars sənətkarlarının iştirakı. Həmin sə­nət­kar­­ların onlara qədər mey­dana çıxmış xətləri tək­mil­ləş­dir­mək­lə kifayətlənməyib, bir sıra yeni xətləri yaratması. Məsələn, qeyri-ərəb xətt ustaları tərəfindən təliq, nəstəliq və şikəstədən baş­qa, siyaqət, icazət, divani, divani-cali, rüqə, qırma xətlərinin də meydana çıxarılması.

XIV-XVII əsrlərdə klassik xətlər əsasında müxtəlif ta­ri­xi şəraitlərdə və lokal ocaqlarda meydana çıxan xətt növlərinin qə­dim yerli mədəniyyətlərin təsiri ilə şərtlənən yerli xü­su­siy­yət­lər­lə fərq­lən­məsi. Yeni xətt növləri yaradan xalqların qədim ya­zı element­lə­ri­nin bu xətlərin xarakter və inkişafına müəyyən tə­sir göstərməsi. İran­da yaranmış təliq xəttinin və Tür­küs­tanda meydana çıxan siyaqət xət­tinin qədim İran (Pəhləvi) və qədim uyqur yazısına məxsus cəhət­lə­rə malik olması.

«Sittə» («altılıq») və nəstəliq xətlərinin bədii xü­su­siy­yət­ləri.

Ustad xəttatların pedaqoci sistemləri. Bədii xəttatlıq nə­zəriy­yəsinin əsasını qoyan X-XI əsr ərəb xəttatları Əbu Əli Məhəmməd İbn Muqla, Əbul-Həsən Əli ibn Hilal İbn Bəv­vab. Onların ənənələ­rini inkişaf etdirən və nəzəri cəhətdən ümu­miləşdirən XIII əsr xəttatı Xacə Camaləddin Yaqut Mös­tə­si­mi; onun tərəfindən xəttatlıq sənəti­nin əsas müddəa və qay­da­la­rının formalaşdırılması.

Xəttatlığı bədii yaradıcılığın bir növü hesab edən or­ta əsrlər ərəb pedaqogikasının (Camaləddin Yaqut) sənətin bu nö­vünün öyrə­dil­məsi və səmərəli mənimsənilməsi üçün qeyd et­diyi üç vacib amil: düzgün pedaqoci tərbiyə, çoxlu təmrinlər və ruhun təmizliyi. «Ruhun təmizliyi» dedikdə, dini-etik tə­səv­vü­rə görə, xəttatlıqda böyük rol oynayan sənətkarın mənəvi-əx­la­qi simasının nəzərdə tutulması.

XVI əsrdə şəhər mədəniyyətinin və ədəbiyyatın daha da in­kişafı, bədii xətlə yazılmış əlyazmalara tələbatın artması ilə bağ­lı xət­tatlıq haqqında nəzəriyyənin də inkişaf et­mə­si, xəttatlığa və bu sənətin materiallarına dair nəsrlə və nəzmlə ya­zılmış əsərlərin mey­da­na çıxması. Bunun müxtəlif xətlərlə ya­zan yeni istedadlı sənət­kar­la­rın hazırlanmasına xeyli dərəcədə sə­bəb olması. «Altılıq» xətlərə həsr edilmiş, heratlı şair və xət­tat, Məcnun təxəllüslü Mahmud Çap­nə­vi­sin h.940-cı ildə (1533-1534) farsca nəzmlə yazdığı («Rəs­mül-xətt») əsəri və Fətullah ibn Əhməd ibn Mahmudun nəsrlə yaz­dığı ri­salə.

Nəstəliq xəttinə həsr edilmiş risalələr: Sultanəli Məş­hə­di­nin «Siratüs-sütur» (1514), Mirəli Hərəvinin «Medadül-xü­tut», Mir İmad Qəzvininin «Ədəbül-məşq» adlı, Babaşah İs­fa­ha­ni­nin nəzmlə yaz­dığı əsərləri. Bu əsərlərdə xəttatlığın ta­ri­xi, nəzəri və praktiki mə­sə­lələrinin nəzərdən keçirilməsi.

XVI əsrin sonlarına qədər xəttatlıq sənətinin öy­rə­nil­mə­si­nin bir-birini tamamlayan iki üsulla: ustad xətlərinin mü­şahidəsindən iba­rət «nəzəri», yazı nümunələrinin diqqətlə kö­çürülməsindən ibarət «qələmi» metodları ilə həyata ke­çü­rül­məsi.

XVI-XVII əsrlərdə yaşamış görkəmli xəttat Mir İmad Qəz­vi­nin «Ədəbül-məşq» əsərində xəttatların özlərinə məxsus ya­zı üslubu­na, xəttə malik olmalarını təkidlə təbliğ etməsi.

Xəttatlığın tətbiqi sahələri. Orta əsrlərdə sənətin di­gər növlə­ri­nin (poeziya, musiqi, rəqs və s.) nümayəndələri ilə bir­likdə xəttat­ların da hakimlərin və onların canişinlərinin sa­ra­yı­na cəlb edilməsi. Xəttatların əsasən cəmiyyətin feodal tə­bə­qə­si­nə xidmət etməsi. Sa­ray­da xəttatların katib və münşi (katib-kar­güzar) vəzifəsini yerinə yetirməsi, onların işgüzar məktublaşma və tə­sərrüfat hesabatının apa­rıl­ması ilə məşğul olması. Bundan baş­qa, onların kal­liqrafik xətlə müxtəlif tarixi, poetik əsərləri kö­çürməsi, or­namental naxışlarla və rəngarəng mi­nia­tür­­lərə bəzədilən əl­yaz­ma­lar yaratması.

XIV əsrə qədər dini və dünyəvi məzmunlu əlyazmaların əsa­sən nəsx və süls, XIV əsrdən təliq hətti ilə köçürülməsi. XIV əs­rin son­­larından bir sıra üstünlüklərə malik, dövrün sürətlə in­ki­şaf edən mə­­dəni-estetik tələblərinə daha artıq dərəcədə cavab ve­rən nəstəliq xət­­tinə üstünlük verilməsi. Quran nüs­xə­lə­ri­nin əvvəlki kimi nəsx­lə kö­­çürülməsi.

XIV-XVII əsr Azərbaycan xəttatları. Orta əsrlər Azər­bay­canında xəttatlar və dekorativ yazı ustaları şəcərəsinin xəttatlıq tari­xin­də «ustadani-sittə» (altı yazı növünün ustadları) adlanan görkəmli sə­nət­karlar­dan biri olan Mübarəkşah Zərrinqələmə gedib çıxması. Altı xət­t ustalarının XIII əsr ərəb xəttatı Camələddin Yaqut Möstəsi­min şa­girdi olması. Mübarəkşah Zərrinqələmin şagirdləri – XIV əs­rin gör­kəmli xəttatı Abdulla Seyrafi Təbrizi və Pir Yəhya Su­fi. Ab­dul­la Sey­rafinin şagirdi – Əmir Teymur sarayının münşisi Bəd­rəddin Mə­həm­məd Bəndgir Təbrizi. Onun davamçıları – Möv­la­na Sədəddin Təb­rizi, Müinəddin Təbrizi, Şəmsəddin Məşriqi Xətai, Əb­dürrəhim Xəl­vəti, Nemətullah ibn Məhəmməd Bəvvab və b.

Nəstəliq xətti ilə yazan Azərbaycan xəttatlarının ustadı, bu xə­ttin yaradıcısı, istedadlı şair Xacə Mirəli ibn İlyas ət-Təbrizi (1330-1405). Onun şagirdləri – Bədrəddin Bəndgir, onun oğlu Mir Abdulla ibn Mirəli. Bu mək­təbin sonrakı davamçıları – Cəfər Təbri­zi, Əzhər Təb­rizi, Şah Mahmud Zərrinqələm Xafinəvis, Sultanəli Məş­hədi, Sul­tanəli Qaini və b.

XVI əsrin əvvələrindən sonlarına qədər xəttatlığın və digər sə­nət sahələrinin görkəmli ustalarının Səfəvi mədəniyyət mərkəzləri ilə sıx əlaqədə olması, onların hakimlər və canişinlər tərəfindən əl­yaz­malar köçürmək və binalar üzərində dekornativ yazılar yazmaq üçün dəvət edilməsi. Bunun Səfəvi Azərbaycanında yazı sənətinin və miniatür rəssamlığın inkişafına təkan verməsi. Şah İsmayıl və Şah Təhmasib sarayında çalışan xəttatlardan xırda nəstəliq us­ta­sı Şah Mahmud Nişapuri. Şah Təhmasib və şahzadə Bəhram Mirzə sa­rayında işləyən Dust Məhəmməd Hərəvi və Mir Seyid Əhməd Məş­hədi. Onların şagirdi - XVI əsrin ikinci yarısında yaşamış gör­kəm­li sənətkar, «Mehin ustad» («Böyük ustad») təxəllüslü Mə­həm­məd Hüseyn Təbrizi. Onun davamçıları, XVI-XVII əsrlərdə fəa­liy­yət gös­tərmiş görkəmli xəttatlar – Məhəmməd Rza Təbrizi, Əli Rza Təb­­rizi, Mir İmad Qəzvini, Mir Məhəmməd Hüseyn Təbrizi, Mə­həm­məd Əmin Ərdəbili və b.




ƏLYAZMA KİTABININ DEKORATİV BƏZƏDİLMƏSİ

Günümüzə gəlib çatmış ən qədim əlyazmaların Azər­bycanın Hü­lakülər dövlətinə daxil olduğu XIII əsrin sonları - XIV əsrin əv­vəl­lərinə aid olması.Uzaq və Yaxın Şərqin mədəniyyət və incəsənəti ilə əlaqələr mövcud olduğundan bu zaman Təbrizdə yaradılan əl­yaz­ma­ların tərtibatında və miniatürlərin üslubunda xarici təsirin özünü gös­tərməsi. Elmə məlum olan ən erkən Azərbacyan əlyazmalarında is­tər yazı üslubu, istərsə də miniatürlərin xarakterinə görə ərəb-Me­so­potomiya, Çin-uyğur təsiri. Marağa və Təbrizin saray ema­lat­xa­na­la­rında yaradılmış bəzi əlyazmaların – İbn Bəxtişunun «Mənafiül-hə­­yə­van» (1297-1299) və Rəşidəddinin «Camiüt-təvarix» (1307-1314) kitablarının vərəqlərinin tərtibində və yazının xarakterində XII-XIII əsr ərəb əlyazmaları ilə müəyyən eyniliklərin mü­şa­hi­də olunması. Əlyazmaların miniatürlərində özünü göstərən Me­so­po­ta­miya və Elxanilər dövründə artan Çin-uyğur təsiri.

Dövrümüzə çatmış bədii tərtibatlı ilk dini məzmunlu əl­yaz­ma – 1210-1225-ci illərdə köçürülmüş, Təbərinin Qurana yazdığı şərh. XIV əsrdə Şirvanda köçürülmüş dini məzmunlu «Misabehüs-sün­nə» əlyazması (1332). Tərtibatının zərifliyi və kamilliyinə görə bu əlyazmanın XIV əsrin əvvələrində Azərabycan kitab sənətinin gö­zəl bir nümunəsi olması.

XV-XVII əsrlərdə Azərbaycanda nəfis əlyazma kitabının ya­ranmasında xəttatlarla yanaşı iştirak edən miniatürçü rəssamlar, nəq­qaş-müzəhhiblər, bədii cild ustaları.

XV əsrin sonlarından əlyazmaların dekorativ tərtibatının ləv­vahlara tapşırılması, onların kitab üzərində işi davam etdirməsi. Ey­ni zamanda nəqqaş və müzəhhib işini icra edən bu ustaların sə­nə­ti­nin bədii yaradıcılığın ən incə sahələrindən biri olması.

Ləvvahın əlyazma səhifələrinin tərtibatındakı əsas işi: ki­ta­bın mətnindən qabaq, iki səhifədən ibarət ornamental frontispis yer­ləş­dirilməsi. Frontispisdə miniatür olduqda, onun kənarlarına in­cə naxışlar vurulması. Kitabın əvvəlində ünvan-titulun yer­ləş­di­ril­məsi. Ünvanın qızıl suyu, lacivərd və b. rənglərlə bə­zə­dilməsi, hər bir detalın nazik qara xətlə haşiyələnməsi. Kitabın ilk iki səhifəsində misralar arasındakı boşluqların əşrəfi qızılla dol­durulması. Əlyaz­ma­nın hər bir səhifəsinin iki, üç və daha artıq na­zik rəngli xətlərlə haşi­yələnməsi.

Bir çox hallarda kitabların səhifələrinin «mərməri» və ya əl­van rəngli kağızlardan hazırlanması. Belə əlyazmaların əlvan səhi­fə­lə­rinin bir-birinin ardınca kontrastlılıq prinsipi əsasında gəlməsinin kitaba xü­susi gözəllik verməsi.

Əlyazma kitabının uzun müddət saxlanması üçün ona dəri cild çəkilməsi. Cildçi peşəsinin orta əsrlərdə bədii yaradıcılığın müs­tə­qil bir sahəsi kimi formalaşması. Qərb ustalarının düzəltdiyi cild­lər­dən fərqli olaraq, Azərbaycan kitabının kötüyünün hamar, qa­paq­la­rının səhifələrlə eyni olçüdə olması.

XVI əsrdə Azərbaycanda bədii cildçilik sənətinin daha da in­kişaf etməsi. Təbəqə və maye qızıldan istifadə ilə hazırlanan bas­ma­naxış dəri cildlərlə yanaşı, şəbəkə oymalı dəri, müxtəlif rəngli və naxışlı dəri cildlərin də meydana gəlməsi. Orta əsrlərdə tanınmış Azər­­baycan cildçiləri: Mə­həmməd Əli Təbrizi (XIV), Məhəmməd Za­man Təbrizi (XVI), Mirzə bəy Təbrizi (XVI), Məhəmməd Saleh (XVII) və b.


KİTAB MİNİATÜRÜ SƏNƏTİ

Dekorativ xarakterli müxtəlif forma və canrlarda mövcud olan Azərbaycan təsviri sənətinin orta əsrlərdə divar rəsmləri və ki­tab miniatürü şəklində inkişaf etməsi; onun xalq sənətindən gələn ənə­nə­lə­rə əsaslanması. İslam dininin canlı varlıqların təsvirini qadağan et­məsinə baxmayaraq, bu sənətdə təbiət mənzərələri ilə bəqabər, in­san və heyvan fiqurlarının təsvir edilməsi.

Azərbaycan miniatür sənətinin ilk nümunələrinin XIII-XIV əs­r­­lərdə Təbriz və Marağa şəhərlərində yaradılması. Kitab tərtibatı və miniatür sənəti Azərbaycanda daha əvvəllər mövcud olsa da, bu sə­­nətin müstəqil bədii məktəb kimi (Təbriz miniatür məktəbi) tə­şək­kü­­lünün «Vərqa və Gülşah» (XIII əsrin əvvəli, Topqapı muzeyi, İs­tan­bul), Rəşidəddinin «Camiüt-təvarix» (1307-1314, Paris, London və İstanbul muzeyləri). Firdovsinin «Şahnamə» («Demot Şah­na­mə­si», 1340-1350, ayrı-ayrı hissələri dünyanın müxtəlif muzeylərində sax­­lanılır) və s. əlyazmalarına çəkilmiş miniatırlərlə əlaqədar olması.

Orta əsrlərdə meydana çıxan ilk Azərbaycan miniatürlərində ərəb-Mesopotamiya məktəbinin təsiri ilə çoxsaylı personaclardan iba­rət mürəkkəb səhnələrin, Çin-uyğur rəssamlığının təsiri ilə isə tə­bi­ət mənzərələrinin ustalıqla təsvir edilməsi.

Təbriz miniatür məktəbinin XV əsrdə tam müstəqil bədii mək­təb kimi formalaşaraq, Bakı, Şamaxı və Orta Şərqin bir sıra mər­kəzlərində (Herat, Şiraz) miniatür sənətinin inkişafına əsaslı təsir gös­tərməsi. Bu dövrdə «Xosrov və Şirin» (1410-1420, Friz qa­le­re­ya­sı, Vaşinqton), «Şamaxı antologiyası» (1468, Britaniya muzeyi, Lon­don) və başqa əsərlərə çəkilmiş dəyərli miniatürlər. Dəz­gah mi­niatür­lərinin meydana çıxması.

XVI əsrin əvvəllərində Təbrizdə, əsrin ikinci yarısında isə Qəz­vində saray kitablarının bədii emalatxanalarında çalışan dövrün ən görkəmli xəttat və rəssamları Sultan Məhəmməd, Mir Müsəvvir, Mir­zə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli, Məhəmmədi, Sadiq bəy Əfşar, Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi və s. ilə yanaşı He­rat, İsfahan, Şiraz və digər şəhərlərdən gəlmiş Behzad, Ağamirək İs­fahani, Qasım Əli və başqalarının fəaliyyət göstərməsi. Şərqdə ki­tab sənətinin ən nəfis nümunələri olan miniatürlü əlyazmaların məhz bu dövrdə yaradılması. Bunlardan «Şahnamə» (1537, Metropoliten-mu­zey, Nyu-York), Nizami «Xəmsə»si (1539-1543, Birtaniya mu­ze­yi, London) əlyazmalarının, Sankt-Peterburq və İstanbulda sax­la­nan miniatür albomlarının bədii-estetik dəyərinə görə xüsusilə fərqlən­məsi.

XVI əsrdən bir sıra Azərbaycan rəssamlarının Şərq öl­kə­lə­rin­də fəaliyyət göstərməsi, onların yaradıcılığının yerli miniatür mək­təblərinin formalaşmasında mühüm rol oynaması (Türkiyədə Şah­qulu və Vəlican Təbrizi, İsfahanda Sadiq bəy Əfşar, Əfqanıstan və Hindistanda Mir Seyid Əli, Fərrux bəy və b.)

AZƏRBAYCAN ƏLYAZMA KİTABININ TALEYİ. AZƏRBAYCAN MEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU
Azərbaycan əlyazma kitabının çox mürəkkəb taleyi. Mü­haribələr, təbii fəlakətlər, yanğınlar nəticəsində ən qiymətli əl­yaz­malarımızın böyük hissəsinin məhv edilməsi. Eləcə də həddən artıq istifadədən köhnəlib sıradan çıxmış bəzi əlyazmaların tədriclə yo­xa çıxması. IX-XIII əsrlərdə yazılmış əl­yazmaların XIV-XVII əsrlərdə köçürülmüş nüsxələrinin bu günə gə­lib çıxması. Onlardan bir hissəsinin vətənindən uzaq düşüb dün­ya­nın məşhur kitabxana və kolleksiyalarına düşməsi.

Bu günə gəlib çatmış XIII-XIV əsr Azər­baycan əlyazma kitablarının, demək olar ki, hamısının başqa öl­kə­lərin kitabxanaların­da olması. Sonrakı əsrlərdə yaranmış Azər­bay­can əlyazma kitabları­nın ən nəfis nümunələrinin ABŞ, İngiltərə, Fransa, Türkiyə, İran, Mi­sir, Hindistan, və b. ölkələrin dövlət kitabxanalarında və şəx­si kolleksiyalarında olması.

XX əsrin əvvəllərində Şimali Azərbaycanda bolşevizm, Cə­nu­bi Azərbaycanda fars şövinizmi tərəfindən digər mədəniyyət abi­də­ləri ilə bərabər, Azərbaycan əlyazmalarının kütləvi surətdə məhv edil­məsi. 1924-cü ilin sentyabrında I Ümu­ma­zər­bay­can ölkəşünaslıq qurultayının Azərbaycan əlyazmalarını və qə­dim çap kitablarını bir mərkəzdə toplaması haqqında qərar qəbul et­mə­si. 1929-cu ildən abidələrimizin toplanmasının daha məhsuldar hə­yata keçirilməsi. A.Bakıxanov, M.F.Axundov, Hüseyn əfəndi Qa­yıbov, Bəhmən mir­zə, Mir Möhsün Nəvvab və b. kimi XIX əsr mə­dəniyyət xadim­lə­ri­mi­zin şəxsi kolleksiyaları ətrafında yeni-yeni əl­yazma kitablarının alınıb toplanması. Respublika Nazirlər So­ve­ti­nin 12 oktyabr 1950-ci il tarixli qərarına əsasən Azərbaycan Elmlər Akademiyasının Res­pub­li­ka Əlyazmalar Fondunun təsis edilməsi. 1986-cı ilin noyabrın­da Əl­yazmalar Fondunun bazasında Əlyazmalar İn­s­ti­tu­nun yaradıl­ması.

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adı­na Əlyazmalar İnstitutunun kolleksiyası: burada ərəb, fars, Azər­bay­can, türk, özbək, tatar, türkmən, qumuq dillərində yazılmış əl­yazma və əski çap kitablarının, şəxsi fond materiallarının əsas fond təş­kil etməsi. Bu abidələrin Azərbaycan mədəniyyəti ilə yanaşı, bütün Yaxın və Orta Şətq, Şimali Afrika xanlarının mədəniyyətini də əhatə etməsi. IX əsr­dən bu günə qədər Şərqin ən böyük elm və sənət da­hi­lə­ri­nin əsərlərinin təmsil olunması. Fərabinin «Sihahil-lüğə» («Dilin doğrusu»), İbn Si­nanın «Qanun fit-tib» («Tibbin qanunu»), Zöhrəvinin «30-cu Risalə», Nəsirəddin Tusinin «Zici-Elxani» əlyaz­ma­larının, Nizami, Nəsimi, Nə­vai, Füzuli və b. əsərlərinin minlərcə qiymətli nüsxələrinin bu institutda mühafizə edilməsi.

İnstitutda saxlanan ən qədim əlyazma: Qur’anın IX əsrdə kufi xətti ilə heyvan dərisi üzərində köçürülmüş Nisa surəsinin 24-184-cü ayələri.

Tarixə dair əlyazmalar: Təbərinin (838-923) «Peyğəmbərlə­rin və hökm­darların tarixi», Balazurinin (?-892) «Ölkələrin fəthi», Sibt İbn əl-Cövzi Qızoğlunun (1186-1257) «Zamanın güzgüsü», İbn Xəl­li­qa­nın (1211-1282) «Tanınmış adamların ölümü» əsərləri. Bu əl­yaz­ma­ların öz keyfiyyəti, paleoqrafik xüsusiyyətləri, nadirliyi ilə bö­yük maraq doğurması. Bilavasitə Azərbaycan tarixinə aid sənəd və əsər­lər: «Qızılbaşlar barəsində fərman», «Əmir Teymurun Əh­məd Cəlairə məktubu və onun cavabı», «Qacar elinin kökü haq­qın­da müxtəsər risalə», «Osmanlı dövlətinin sultanlarına mək­tub­lar», «Mə­həm­mədəli xan Qacarın oğlu Fətəli şaha vəsiyyətnaməsi», «Sə­fəviyyə padşahları»; Mir Mehdi Qarabağinin və Mirzə Adı­gö­zə­lin və b. «Qarabağnamə»ləri; «Şəki xanlarının tarixi», «Dərbənd tarixi», A.Ba­kıxanovun «Gülüstani-İrəm» əsəri və s. Mə­k­tublar, fərmanlar, tərəssül, münşəat, vəqfnamə, risalə, şəcərə, və­siy­yət­na­mə, şəhadət­na­mə və s. tarixi-arxeoqrafik sənədlər; onların ayrı-ayrı dövlətlərin mü­na­­si­bətlərini öyrənmək üçün böyük əhəmiyyətə malik olması.

Elmin müxtəlif sahələrinin tarixinə aid kitablar: dilçiliyə, lüğətçiliyə, ədəbiyyatşünaslığa, fəlsəfəyə, fiqhə, musiqişünaslığa, riya­ziyyata, fizikaya, kimyaya, biologiyaya, astronomiyaya, tibbə, coğrafiyaya aid əlyazmalar.

Dini kitablar: Qur’an nüsxələri, təfsirlər, hədislər, şəriətə və müxtəlif təriqətlərə aid kitablar.

Azərbaycanın XIX-XX əsrin birinci yarısında yaşamış mə­də­niyyət xadimlərinin arxivləri. A.Ba­kıxanov, M.F.Axundov, H.Zər­da­bi, C.Məmmədquluzadə, N.Nə­rimanov, C.Cabbarlı, Y.V.Çə­mən­zəminli, M.S.Ordubadi, S.Mü­mtaz, Ə.Müznib, Ü.Hacıbəyov, M.Ma­qomayev və b. şəxsi fond materialları.

ƏDƏBİYYAT

Adilov M., Məmmədbağıroğlu Ə. Azərbaycan əlyazmalarında filiq­ran­lar, Bakı, TƏ NPM, 2001.

Adilov M. Azərbaycan paleoqrafiyası və orfoqrafiya məsələləri, Bakı, Nurlan, 2002.

Azərbaycan ədəbiyyatı tarixi. I cild, Bakı, Azərb EA nəşri, 1958.

Azərbaycan kitabı (Biblioqrafiya). I cild, Bakı, Azərb. Kitab Pala­ta­sı nəşri, 1963.

Azərbaycan tarixi. I cild, Bakı, Azərb. EA nəşri, 1958.

Bünyadov Z.M. Azərbaycan Atabəyləri dövləti (1136 – 1225-ci il­lər), Bakı, Elm, 1985.

Bünyadov Ziya. Azərbaycan VII-IX əsrlərdə, Bakı, Azərnəşr, 1989.

Cabbarlı S.H. XVIII-XIX əsrlər Azərbaycan əlyazma topluları (məc­­muə, cüng və bəyaz), Bakı, Ozan, 2000.

Cəmşidov Ş. “Kitabi-Dədə Qorqud” (Tarixi, coğrafi, tekstoloci təd­qiq və Drez­den əlyazmasının dürüstləşdirilmiş elmi mətni), Bakı, Elm, 1999.

Darabadi Q.A. Kalliqrafiya, Bakı, BDU nəşri, 1953.

Əlibəyzadə Elməddin. “Avesta”nın məkanı, dili və milli mən­su­biy­yə­ti (müzakirə üçün). Azərbaycan filologiyası məsələləri. III buraxılış, Bakı, Elm, 1991.

Əlyazmalar kataloqu. 2 cilddə, Bakı, 1963, 1977.

Əlyazmalar xəzinəsində (Əlyazmalar İnstitutunun elmi əsərləri). 8 cilddə, Bakı, 1963-1987.

Kərimov Kərim. Azərbaycan miniatürləri, Bakı, İşıq, 1980.

Kərimov Kərim. Sultan Məhəmməd və onun məktəbi, Bakı, İşıq, 1993.

Qazıyev A. Sadıq bəy Əfşarın miniatürləri haqqında. Azərb. EA mə­ruzələri, 1959, № 2.

Qəhrəmanov C., Qasımov A. Orta əsr Azərbaycan yazılı abi­də­lə­ri­nin paleoq­rafik tədqiqi haqqında. Azərbaycan mətnşünaslığı məsələləri, Bakı, 1979.

Qəhrəmanov C.V. Azərbaycan əlyazma kitabı Avropa kitabxa­na­la­rın­da. Azərbaycan filologiyası məsələləri. III buraxılış, Bakı, Elm, 1991.

Qəhrəmanov C.V. Azərbaycan əlyazma kitabı tarixindən. Əlyaz­ma­lar xəzi­nə­sində. Azərb. EA Əlyazmalar İnstitutunun Əsərləri.VIII cild, Bakı, 1987.

Mahmudov Malik. Xətib Təbrizinin həyat və yaradıcılığı. Bakı, 1972.

Nemətova Məşədixanım. Əsrlərin daş yaddaşı, Bakı, İşıq, 1987.

Onullahi S. Təbriz kitabxanaları (X-XVII əsrlər). BDU-nun Elmi Əsər­ləri, 1975, № 2.

Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri. AMEA Əlyazmalar İnstitutunda keçirilmiş I-VIII elmi konfransların materialları, Bakı, 1989-2002.

Orta əsr Azərbaycan kitab mədəniyyəti (Tərtib edən: C.V.Qəh­rə­manov), Bakı, İşıq, 1991.

Şərifov K.K. Azərbaycan mətnşünaslığının təşəkkülü və inkişafı, Bakı, 1996.

Tərbiyət Məhəmmədəli. Danişməndani-Azərbaycan, Bakı, Azər­nəşr, 1987.

Voroşil Q.L. Qədim Ağvan əlifbası və udin dili haqqında. Azər­bay­can SSR EA Xəbərləri. İES, 1962, № 1.

Zamanov Nadir. Nizami poeziyası və təsviri sənət, Bakı, Elm, 1981.

Akimuşkin O.F. Zametki o persidskoy rukopisnoy kniqe i ee sozdateləx. Oçerki istorii kulğturı srednevekovoqo İrana, M., Nauka, 1984.

Akimuşkin O.F. İskender Munşi o kalliqrafax vremen şaxa Taxmas­pa. KSİNA, 1965, № 39.

Akimuşkin O.F. Mir İmad. Alğbom indiyskoy i persid­skoy miniatörı i kalliqrafii.

Akimuşkin O.F. O pridvornoy kitabxane sefevida Tax­mas­ba I v Tabri­ze. Srednevekovıy Vostok. İstoriə. Kulğ­tura. İstoçni­ko­­ve­de­nie, M., 1980.

Akimuşkin O.F. Persidskaə rukopisnaə kniqa. Ruko­pis­naə kniqa v kulğ­ture narodov Vostoka. Kniqa pervaə, M., 1987.

Aliev İqrar. Oçerk istorii Atropotenı. Baku, Azerneşr, 1989.

Alğbom indiyskix i persidskix miniatör XVI-XVIII vv., M., 1962.

Afşar Sadik-bek. Qanun os-sovar (Traktat o civopisi), Baku, İzd. AN Azerb. 1963.

Aşurbeyli S.B. Oçerk istorii srednevekovoqo Baku (VIII – na­çalo XIX vv.), Baku, İzd. AN Azerb. 1964.

Bertelğs E.G. İzbrannıe trudı. İstoriə persidsko-tadcik­skoy literaturı. M., VL, 1960.

Bretaniükiy L.S., Veymarn B.V. İskusstvo Azerbaydcana, M., Nauka, 1976.

Voroşil Q. Opıt deşifrovki Albanskix nadpisey Azerbay­dcana. İzvestiə AN Azerb. SLƏiİ, 1969, № 2.

Qeöşov R.B. Xristianstvo v Kavkazskoy Albanii, Baku, Glm, 1984.

Darabadi Q.A. Xudocestvenno-paleoqrafiçeskie osobennosti poçerka “nasta’lik”. AKD, Baku, 1969.

Dmitrieva L.V. Opisanie törkskix rukopisey İnstituta vos­to­ko­ve­deniə. Tom II. M., Nauka, 1975.

Dmitrieva L.V. Törkoəzıçnaə arabopisğmennaə rukopisnaə kniqa po ee arealam. Rukopisnaə kniqa v kulğture narodov Vos­toka. Kniqa pervaə, M., 1987.

Dodxudaeva L.N. Pogmı Nizami v srednevekovoy civopisi, M., Nauka, 1985.

Dğəkonov İ.M. İstoriə Midii. Ot drevneyşix vremen do kon­üa IV veka do n.g., M.-L., İzd. AN SSSR, 1956.

Elkin A.S. Sudğba kniq i rukopisey, M., Prosvehenie, 1976.

İz sokrovihniüı rukopisey Azerbaydcana (Sostavitelğ: Dc.V.Kaq­rama­nov), Baku, Glm, 1983.

İstrin V.A. Vozniknovenie i razvitie pisğma, M., 1965.

Kazi Axmed. Traktat o kalliqrafax i xudocnikax, M.-L., İs­kus­stvo, 1947.

Kaziev A.Ö. Xudocestvennoe oformlenie Azerbaydcanskoy ruko­pisnoy kniqi XIII-XVII vekov, M., Kniqa, 1977.

Kaziev A.Ö. Xudocestvenno-texniçeskie materialı sredneve­kovoy rukopi­si, Baku, İzd. AN Azerb. 1966.

Kataloq arabskix rukopisey. Tt. 1, 2, Baku, Glm, 1984, 2000.

Kniqovedenie. Gnüiklopediçeskiy slovarğ, M., SG, 1982.

Nizami. Xamsg. Miniatörı, Baku, Əzıçı, 1983.

Nikolaev Vsevolod. Vodənıe znaki na bumaqe srednevekovıx dokumentov Bolqarskix kniqoxranilih. V trex tomax, Sofiə, İzdatelğ­stvo Bolqarskoy AN, 1954.

Obrazüı kalliqrafii İrana i Sredney Azii XV-XIX vv., M., QR VL, 1963.

Persidskie miniatörı XIV-XVII vv., M., Nauka, 1968.

Raşid ad-Din. Sbornik letopisey. Tom II, M.-L., İzd. AN SSSR, 1960; Dcami at-tavarix (Sbornik letopisey). Tom III, Baku, İzd. AN Azerb. 1957.

Suvorov A.V. Pisğma, M., Nauka, 1986.

fon Qaben A. Kulğtura pisğma i peçataniə u drevnix törok. Zarubec­naə törkoloqiə. Vıp. I, M., 1986.

Fridrix İoqannes. İstoriə pisğma, M., Nauka, 1979.

Çelebi Gvliə. Kniqa puteşestviy. Vıp. 3, M., Nauka, 1983.

Şaraf xan ibn Şams ad-Din Bidlisi. Şaraf-name. V 2-x tomax, M., İzd. AN SSSR, 1967; M., Nauka, 1976.

Gfendiev O. Azerbaydcanskoe qosudarstvo sefevidov, Baku, Glm, 1981.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU




PAŞA KƏRİMOV

“AZƏRBAYCAN ƏLYAZMA KİTABI TARİXİ”


fənnindən xüsusi kurs

p r o q r a m ı

Bakı - Nurlan - 2002
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 15 may 2002-ci il tarixli 4 №-li qərarı ilə nəşr olunur.

Rəyçilər: A.Ş.Musayeva,

filologiya elmləri doktoru

K.K.Şərifov,

filologiya elmləri namizədi

Redaktoru: M.M.Adilov,



filologiya elmləri namizədi


Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyaz­ma­lar İns­titutunun elmi katibi, filologiya elmləri namizədi Paşa Kəri­movun tərtib etdiyi “Azərbaycan əlyazma kitabı tarixi” fən­nindən xüsusi kurs proqramı institutda aparılmış elmi tədqiqat işlərinin nəticələri əsasında hazırlanmışdır. Proqram filoloci təhsil verən fakültələrdə mövzunun genişləndirilməsi üçün tövsiyyə xarakteri daşıyır.




Yüklə 423,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə